Məhkəmə qərarları › İş №2(102)-3399/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3399/2020

20.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3399/2020 20.07.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: İddiaçı1, İddiaçı2 Məmməcan qızı və İddiaçı3 cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iddia tələbi: miras əmlakdan payın müəyyən edilməsi, yaşayış avinə istifadə hüquqlarının tanınması və evə köçürülmə (Açar sözlər: miras əmlak, qəzalı tikilinin sökülərək dövlət vəsaiti hesabına yenidən inşası, preyudisiya, fakt üzrə hüquq barədə mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-429/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı1, İddiaçı2 Məmməcan qızı və İddiaçı3 (bundan sonra - iddiaçılar), Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) ataları X2 (bundan sonra – miras qoyan) mülkiyyətində ünvan 1 ünvanında 1600 kv.m. torpaq sahəsində yerləşən, 1967-ci ildə tikilmiş yaşayış evi (bundan sonra – miras əmlak) olmuş, miras qoyana bu barədə Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Miras qoyan xx xxxxx 1990-cı ildə, onun arvadı X6 isə xx xxxxxx 1997-ci ildə ölmüşdür. 2012-ci ildə baş vermi ş zəlzələ nəticəsində miras əmlak qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, yerində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – FHN) tərəfindən dövlət vəsaiti hesabına ümumi sahəsi 190,5 kv.m., yaşayış sahəsi 115,8 kv.m., yardımçı sahəsi 74,7 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) inşa edilmiş, yeni tikilmiş ev miras qoyanın bacısı X3 adına yazılmışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Cavabdeh1, X7 və X4 qarşı arvadı X1 və uşaqları ilə birlikdə mübahisəli evin birinci mərtəbəsinə köçürülməsi barədə iddiası təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərardadı ilə qətnamə qismən, X1 və X3 sözügedən yaşayış evinin birinci mərtəbəsinə köçürülmələri hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmənin eyni tarxili qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 və onun yetkinlik yaşına çatmamış qızı – xx xxx 2003-cü ildə anadan olmuş X5 mübahisəli evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmış, qərardad və qətnamə qanuni qüvvəyə minmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə X1 və X3 Cavabdeh1 və X7 qarşı mübahisəli evin birinci mərtəbəsinə köçürülmə barədə iddiaları təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2426/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıların hazırkı iş üzrə cavab dehlərə qarşı miras əmlakdan qalmış payların naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə payların ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin giriş-çıxışının naturada müəyyənləşdirilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2604/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qərarı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə (bundan sonra – birinci instansiya məhkəməsi) müraciət edərək, mərhum atalarından qalmış miras əmlakın 1/6 hissəsinə İddiaçı1, 1/6 hisəsinə İddiaçı2 Məmməcan qızının, 1/6 hisəsinə isə İddiaçı3 payı müəyyən edilər ək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, miras evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, miras evdə mərhum ataları, məhrum anaları, onlar, yəni iddiaçılar və qardaşları olan cavabdehlər, eləcə də digər bacıları X8 birlikdə yaşamışlar. Ataları öldüyü vaxtdan orada yaşamaqla, mirası faktiki qəbul etmişlər. Beləliklə də atalarına məxsus miras əmlakı vərəsələrdən faktiki hər biri yəni 6 övlad qəbul etmişlər. Zaqatala rayon 2 saylı Notariat kontoruna vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişlər. Notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1291-ci maddəsini əsas gətirərək miras şərikləri arasında ixtilaf oldu ğunu bildirərək, vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş, mübahisənin məhkəmədə həll olunması tövsiyə olunmuşdur. İddiaçılar Mülki Məcəllənin 178, 181, 1157, 1255 və 1246-cı maddələrinə istinad edərək qeyd etmişlər ki, sözügedən miras əmlak xx xxxxx 1990-cı ildən vahid əmlak şəklində vərəsələrə mənsub olmuş, onların bu hüquqları 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş miras əmlakın yerində inşa edilmiş evə keçmişdir. Bu səbəbdən də miras əmlakdan vərəsələrin payları müəyyənləşdirilənə qədər və miras əmlakdan payların həcmi, vərəsələrin dairəsi müəyyənləşdirildikdən və paylar əsasında vərəsələrə düşən əmlak bölüşdürüldükdən sonra, dövlət reyestrində vərəsələrin hər birinə düşən əmlak yenidən qeydiyyata alınanadək miras əmlak üzərində mövcüd olan hüquqverici sənədlər öz hüquqi qüvvəsini saxlayır. Beləliklə, hər bir vərəsəyə miras əmlakdan düşən əmlakın həcmi müəyyənləşdirildikdən sonra yeni qeydiyyat şəhadətnaməsi alınmalıdır. Miras əmlakda yalnız cavabdehlərin deyil, iddiaçıların payı müəyyənləşdirilməli, bununla da, onların vərəsəlik hüquqları məhkəmə qaydasında müdafiə edilməlidir. Cavabdehlər notariat kontoruna gəlməmiş, mirasa dair vərəsəlik şəhadətnaməsi verilməsinə razılıq verməmişlər. Onların həmin evdə yaşamalarına hər vəchlə maneə olmağa çalışırlar. Onlar miras əmlakı qəbul etdiyikləri andan mərhum atalarına məxsus evdə rəsmi qeydiyyatda olmuş, qanunun tələbinə əsasən evə istifadə hüququ əldə etmişlər. Hazırda cavabdehlər həmin evdə yaşayır, onları evə buraxmırlar. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbinin dəlilləri ilə razılaşmır, atalarının xx xxxxx 1990-cı il tarixdə vəfatından sonra miras əmlakl o və qardaşı Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir. Həmin əmlakı bu günədək onlar idarə edirlər. Mübahisəli ev FHN tərəfindən bibiləri Şamama Ramazanovanın adına qeydiyyata alınmış, torpaq sahəsinin isə 0,08 ha hissəsi qardaşına verilmişdir. Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən onların mübahisəli evə köçürülmələri qət edilmişdir. Hazırda yeni tikilmiş evin ikinci mərtəbəsində Cavabdeh1 ailəsi ilə birlikdə, evin birinci mərtəbəsində isə o, ailəsi ilə birlikdə yaşayır. Hesab edir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 da iddia tələbini qəbul etməmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2(033)-885/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həyət darvazasından daxil olduqda həyətin axırında sol tərəfdə tikili var, həmin tikili 2 otaqdan ibarətdir. İddiaçıların dediklərinə görə həmin tikili 1981-ci il tarixdə tikilib, orada İddiaçı1 və İddiaçı2 Məmməcan qızı yaşayır. Həmin tikili ilə üzbəüz mübahisəli ev yerləşir. Həmin evin birinci mərtəbəsində 2 otaq, bir mətbəx var, orada Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır, ikinci mərtəbəsində isə Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Birinci instan siya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin ataları ölərkən ondan miras qalmış yaşayış evinə miras açılmışdır. Ancaq onun vərəsələrindən heç biri mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Miras əmlakla bağlı vərəsələrin dairəsi müəyyənləşməmiş, lakin iddiaçılar məhkəməyə müraciət edərək 1/6 paylarının müəyyən edilməsini, mülkiyyət hüquqlarının tanınmasını və evə istifadə hüquqları tanınmaqla köçürülmələrini xahiş edirlər. Cavabdehlər isə iddianı qəbul etməmişlər. Birinci instansiya məhkəməsi iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ üzrə miras əmlakdan payın müəyyən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması” hissəsinə münasibətdə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2426/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi üzrə iddianın rədd olunması əsaslarına istinad edərək və MPM-in 82.3-cü maddəsini və xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsini tətbiq edərək hesab etmişdir ki, tərəflər arasında atalarından qalmış mirasın faktiki qəbulu ilə bağlı mübahisə həll edilmədən, vərəsələrin dairəsi müəyyən edilmədən, mirasın neçə nəfər vərəsə arasında bölünməsini müəyyən etmək mümkün deyildir. Mirasın vərəsələrdən kimlər və neçə vərəsə tərəfindən faktiki qəbul edilməsi hazırkı mülki işin araşdırma predmeti olmamışdır. Halbuki MPM-in 218.3cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin tələbləri üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisəli ev tərəflərin bibilərinin adına tikilmiş, sonuncu ölənədək həmin ünvanda yaşamışdır. Mübahisəli evin ist ismara qəbul edilməsi barədə işdə heç bir sübut yoxdur, həmin evin miras qoyanın adına qeydə alınması ilə bağlı da rəsmi sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisəli evin daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmadığını qeyd edib, tərəflər arasında mövcud münasibətlərə xx xxxxxxx 2009cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrini tətbiq edərək, həmçinin belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı ailə münasibətləri artıq kəsilmiş, iddiaçılar evdən çıxəb getmişlər. Onlar arasında etibarlı ailə münasibəti mövcud deyil, başqa sözlə iddiaçılar keçmiş ailə üzvü hesab olunur, belə şəxsin yaşayış sahəsindən istifadə hüququ saxlanmır, iddiaçılar uzun müddət ərzində həmin evdə yaşamırlar, bununla da mübahisəli evə aid istifad ə hüquqlarından könüllü imtina etmişlər və eləcə də, iddiaçıların cavabdehlərlə yanaşı yaşaması barədə hər hansı bir razılaşması mövcud deyil. Ona görə də iddia tələbinin “mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri” hissəsi də əsassızdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-429/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mübariz Hüseynov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Elçin Hüseynov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisə üzrə mövqeyini birinci instansiya məhkəməsi ilə ey ni qaydada əsaslandırmış, həmçinin nəzərə almışdır ki, iddiaçılar atalarından miras qalmış evə dair 1/6 hissədə mülkiyyət hüquqlarının tanınmalarını tələb etsələr də, həmin miras qalmış ev artıq məhv olmuş, dövlət tərəfindən vətəndaş üçün inşa edilmiş evin isə heç bir mülkiyyət sənədi mövcud deyildir. İddiaçılar əvvəlki məhkəmə qərarlarında qeyd edildiyi kimi ilkin olaraq mirasın qəbulu faktları təsdiq edildikdən sonra hazırkı miras əmlakın bölgüsünü irəli sürə bilərlər. Çünki qeyd edildiyi kimi, miras açılan vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə mirasın qəbulu müddəti 6 ay olmuşdur. İddiaçılar əsasən miras qalmış ev məhv olduqdan və dövlət tərəfindən yeni ev inşa edildikdən sonra tərəflər arasında mübahisələr başlamış, dəfələrlə məhkəmə çəkişmələri baş vermişdir. Apelyasiya ins tansiyası məhkəməsi hesab etmişdir ki, qüvvədə olan məhkəmə qərarları, işin müəyyən edilmiş faktiki əsasları və həmin hallara tətbiq ediləcək hüquq normaları iddiaçıların tələblərinin əsaslı olmadığını təsdiq edir, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət deyildir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, maddi hüquq normalarını düzgün tətbiq etmiş və nəticədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gön dərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti və sonradan təqdim edilmiş kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə vərəsələr xx xxxxxxxx 2000-ci ilə kimi qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin tələblərinə uyğun olaraq, mirası qəbul etmişlər və həmin maddəyə əsasən qəbul edilmiş miras əmlak mirasa vərəsəlik açıldığı xx xxxxx 1990-cı il tarixindən vərəsələrə məxsus hesab olunur. Məhkəmə mirası hansı əsaslarla qəbul olunmuş hesab etməsinə aydınlıq gətirməmiş və heç bir normativ hüquqi akta istinad etməmişd, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətində qüvvədən düşmüş Mülki Məcəllənin 552, 532-ci maddələrinə, qüvvədə olan Mülki Məcəllənin 1157, 1157-1 və 1159.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət re yestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4.1 və 10.0.4-cü maddələrinə istinadla qeyd edilmişdir ki, işdə olan sübutlar payların müəyyənləşdirilməsi üçün yetərli olmuşdur. Mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmə tələbinə dair hissədə də məhkəmə işin hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını səhv tətbiq etmiş, iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 29, 43 və 60-cı maddələrində nəzərdə tutulan hüquqlarını pozmuşdur. FHN-nin daşınmaz əşyaların dövlət reyestrini aparmaq hüququ olmadığından, məhkəmənin həmin orqanda evin kimin adına yazıldığına istinad etməsi əsassızdır. Məhkəmələr qüvvədə olan Mənzil Məcəlləsinin qəzalı vəziyyətdə olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və ya yenidən planlaşdırılmasını ni zamlayan 28-ci maddəsinin tələblərinə də əməl etməmişlər. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil kassasiya şikayətinin, ona əlavənin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesa b etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçılar apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə akt ı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllə Maddə

528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə

532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəs ə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə

552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur (ikinci hissə). Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (üçüncü hissə). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tər tib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci mad dəsinə uyğun olaraq aparılır. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. MPM Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamə si ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Kassasiy a instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı və cavabdehlərin miras qoyanın övladları olduğu, miras əmlakın xx.xx.1988-ci il tarixdə ilkin qeydiyyata alındığı və miras qoyanın xx xxxxx 1990-cı ildə öldüyü, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində miras əmlakın qəzalı vəziyyətə düşdüyü, FHN tərəfindən evin sökülərək, yerində dövlət vəsaiti hesabına iki mərtəbəli yeni evin inşa edildiyi işin mübahisə olunmayan hallarıdır. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar birinci növbə vərəsələr hesab olunurlar. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (maddə 528, 532, 552). İlk növbədə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi ilə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının da qüvvəsi tanınmışdır. Bu baxımdan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınamış, lakin daha əvvəllər səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyatı aparılmış əmlaklara mülkiyyət hüququ da eyni qaydada müdafiə olunmalıdır. Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, miras əmlaka dair Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18-ci maddəsinə əsasən daşınmaz əmlak məhv olduğu halda həmin əmlaka qeydiyyatın ləğvi Mülki Məcəllənin 150-ci maddəsinə uyğun olaraq aparılır. Mülki Məcəllənin 150.1-ci maddəsi daşınmaz əmlak tam məhv olduğu və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirdiyi halda qeydiyatın ləğvini maraqlı şəxsin məhkəmə qaydasında tələbi əsasında mümkün hesab edir. Bu zaman əmlakın məhv olması vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Yuxarıda istinad olunan maddi hüquq normaları qəzalı vəziyyətə düşmüş daşınmaz əmlakın sökülərək yerində yeni evin inşa edilməsini həmin əmlakın məhv olması kimi qiymətləndirməyə imkan vermir, həmçinin bu halı qeydiyyatın ləğvi əsası kimi nəzərdə tutmur. Mənzil Məcəlləsinin 28.5- ci maddəsi də mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmirinin (bərpasının) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət hesabına təmiri və ya bərpası, o cümlədən sökülərək yerində yeni yaşayış sahəsinin tikilməsi əmlakın məhv olması və həmin əmlaka mövcud mülkiyyət hüquqlarına xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan vərəsələrin miras əmlaka paylarının müəyyən olunması tələbindən əvvəlki əmlakın sökülərək yerində yeni tikilinin inşa olunması əsası ilə imtina ediməsi qanuni deyil. Əksinə, miras əmlaka payların müəyyən edilməsinə qanuni əsaslar olduğu halda, müvafiq məhkəmə qətnaməsi vərəsələrin qanunvericilikdə müəyyən edilmiş qaydada mövcud tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas ola bilər. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı evlərin dövlət hesabına təmiri və ya bərpası həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni tikilinin ölmüş mülkiyyətçinin vərəsələri sırasından olan və ya olmayan hər hansı şəxsin adına sənədləşdirilməsi əmlaka mülkiyyət hüququ ilə bağlı hər hansı hüquqi nəticə doğurmur. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı yalnız daşınmaz əmlakın dövlət reyestri orqanlarında aparılır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların atalarından miras qalmış əmlaka paylarının müəyyən olunması tələbinin təmin olunmasından miras əmlak qəzalı vəziyyətə düşdüyü, onun yerində FHN tərəfindən yeni tikilinin inşa edildiyi və yeni tikilinin miras qoyanın bacısının adına sənədləşdirildiyi, o cümlədən mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı əsasları ilə imtina edilməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi miras əmlaka payın müəyyən edlməsi və hüququn tanınması tələbini, həmçinin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2426/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi üzrə iddianın rədd olunması əsaslarını təkrarlamaqla və MPM-in 82.3-cü maddəsinə istinadla rədd etmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsində qanunverici başqa iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların preyudisiallığını tanıyır. Qanunun mənasına görə tələbin təmin və ya rədd olunması üzrə məhkəmənin gəldiyi hüquqi nəticə preyudisial hal kimi qəbul oluna və MPM-in 82.3-cü maddəsinə istinadla eyni qaydada başqa işə tətbiq oluna bilməz. Digər tərəfdən Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-2426/2017 nömrəli iş üzrə iddiaçılar əmlakın naturada bölünməsi tələbini irəli sürmüş və işə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflərin əmlaka payları müəyyən edilmədən həmin əmlakın naturada bölünməsi barədə iddia təmin oluna bilməz. Baxılan iş üzrə isə iddiaçılar ilkin olaraq miras əmlaka vərəsəlik paylarının müəyyən olunmasını tələb etmişlər. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında atalarından qalmış mirasın faktiki qəbulu ilə bağlı mübahisə həll edilmədən, vərəsələrin dairəsi müəyyən edilmədən, mirasın neçə nəfər vərəsə arasında bölünməsini müəyyən etmək mümkün deyildir. Mirasın vərəsələrdən kimlər və neçə vərəsə tərəfindən faktiki qəbul edilməsi hazırkı mülki işin araşdırma predmeti deyil. Qeyd olunmalıdır ki, iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, miras əmlak üzrə vərəsələr arasında mübahisə olduğundan notariat orqanı onlara vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. MPM-də xüsusi icraat qaydasında mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olu nsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçının ümumi əsasla iddia vermək hüququ vardır. Lakin nəzərə alınmalıdır ki, istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (məsələn vərəsəlik payının) əldə oluması barədə tələb irəli sürməli və həmin ic raat çərçivəsində mirası qanunla müəyyən olunmuş müddət ərzində qəbul etdiyi faktını sübuta yetirməlidir. Baxılan iş üzrə iddiaçılar miras əmlaka vərəsəlik paylarının tanınması barədə iddia qaldırmışlar. Hüquq barədə mübahisə olduğundan və tərəflər notariat orqanına miras əmlakı qəbul etmək barədə ərizə ilə müraciət etmədiklərindən iş üzrə məhkəmənin araşdırma predmetini məhz iddiaçılar tərəfindən atalarından qalmış mirası faktiki qəbul edib-etmədikləri məsələsi təşkil etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən bu zaman öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək iş üzrə iddiaçıların, 88-ci maddəsinə əsasən isə təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək məhkəmə nin vəzifəsi olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərinə zidd olaraq belə qənaətə gəlmişdir ki, həmin hallar hazırkı mülki işin araşdırma predmetinə aid deyildir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, iddiaçıların mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmə tələbləri miras əmlaka payların tanınması tələbindən asılı olduğu üçün tələbin birinci hissəsinə qanunun tələblərinə uyğun qiymət verilmədən ikinci hissə üzrə məhkəmənin gəldiyi qənaət də əsaslı hesab oluna bilməz. İşə baxmış apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına baxmayaraq, birinci instansiya məhkəməsinin iş üzrə mövqeyini təkrarlayaraq, qətnaməni qətnaməni qanuni və əsaslı hesab etmiş və dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır. Ona görə də kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 385.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən buraxılmış maddi və prosessual hüquq normalarının pozuntusuna hüquqi qiymət verilməli, MPM-in 77.1 və 88-ci maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçılar İddiaçı1, İddiaçı2 Məmməcan qı zı və İddiaçı3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-429/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar