Məhkəmə qərarları › İş №2(102)-3399/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3399/2023

27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3399/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxslər X8 və X9) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın vərəsələr arasında bölünməsi, mirasın qəbul edilmə müddətinin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxslər X8 və X9) miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 478/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. X12 və X6 rəsmi nikahlarından 3 övladı doğulmuşdur: 1980-ci il təvəllüdlü Əliyev Cahid, 1982-ci il təvəllüdlü İddiaçı, 1985-ci il təvəllüdlü Əliyev Vurğun.

2. Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha həyətyanı torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, S**********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla kənd təsərrüfatı təyinatlı 0,77 ha torpaq sahəsinin mülkiyyətçiləri X12 və Məmmədova (Əliyeva) Raisə Aslan qızı, X8, İddiaçı və X2r.

3. X15 01 mart 2011-ci ildə, X12 24 may 2021-ci ildə vəfat etmişdir.

4. X7 ilə X10 arasında 19 iyun 2015-ci ildə nikah bağlanmışdır. Onların nikahlarından xx.xx.2014-cü il tarixdə X11, xx.xx.2016-cı il tarixdə X13 doğulmuşdur.

5. Əliyev Vurğun 2 yanvar 2021-ci il tarixdə vəfat etmişdir.

6. Hazırda “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində X1 həyat yoldaşı X9 və övladları yaşayır. Kənd təsərrüfatı təyinatlı 0,77 ha torpaq sahəsini isə X8 istifadə edir.

7. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2021-ci il tarixdə ölkəni tərk etmiş, xx.xx.2022-ci il tarixdə yenidən gəlmişdir.

8. X1 öldürülməsi ilə bağlı Rusiya Federasiyası, Arxanqelsk Şəhər Solombalsk Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmündən məhkum Vostrikov S.A. və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. 9. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəlliyin qəbul müddətinin keçməsinə, vərəsələr arasında vərəsələrin dairəsi və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisə olduğundan Masallı regional “ASAN xidmət” mərkəzi notariat ofisində vərəsə lik işini notarial qaydasında rəsmiləşdirmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 və mərhum atası X3 miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılması nı xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, valideynləri vəfat edənədək Masallı rayonu, Birinci Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-i, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin 2/5-i ona məxsus olmuşdur. Rusiya Federasiyasında yaşamaqla, həmçinin vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olmaqla bu barədə olan məhkəmə iclaslarında iştirak etməli olduğunda n valideynlərinin ölümündən sonra miras əmlakın qəbulu barədə notariat kontoruna vaxtında müraciət etməmişdir. Sonradan notariat kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirilməsinin mümkün olmaması barədə məktub verilmişdir. Qanunvericiliyin tələbinə əsasən valideynlərinin birinci növbəli vərəsəsi olduğuna görə mirası qəbul etmək istəsə də, Rusiya Federasiyasında yaşaması, həmçinin vəfat etmiş qardaşının hüquqi varisi kimi məhkəmə proseslərində iştirakı səbəbindən mirasın qəbulu barədə notariat konturuna vaxtında ərizə verməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1146, 1243.2, 1246, 1248.1-ci maddələrinə istinad etmişdir.

12. Məhkəmə icraatı gedişində X8 və X9 3-cü şəxs qismində işə cəlb edilmişlər.

13. Məhkəmə iclasında üçüncü şəxs X8 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, atası Cahangir Əliyevin 24 may 2021-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2022-ci il tarixdə Nahid qısa müddət yas mərasimi ilə əlaqədar Rusiya Federasiyasından gəlmiş, bir müddət sonra qardaşı Vurğunun qətli ilə bağlı Rusiya Federasiyasında keçirilən istintaq və məhkəmə prosesində qanuni nümayəndə kimi iştirak etmək üçün geri qayıtmışdır. Qardaşı Vurğunun öldürülməsi ilə bağlı Rusiya Federasiyasının müvafiq məhkəməsinin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi kimi Nahid tərəfindən deyil, məhkum şikayət vermişdir. Nahid yenidən 05 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra onunla birgə 12 yanvar 2022-ci il tarixdə miras ın qəbul edilməsi üçün notariat kontoruna müraciət etmiş, notariat kontorunun notariusu 12 yanvar 2022-ci il tarixdə müddətin keçməsinə görə bundan imtina etmişdir.

14. Üçüncü şəxs X9 iddia tələbinin rədd edilməsini xahiş edərək məhkəmə iclasındakı izahatında bildirmişdir ki, mirasın qəbul edilməsi üçün müddət ötürülmüşdür.

15. Masallı Rayon Məhkəməsinin 2(050)-3125/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia rədd olunmuşdur.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının anası X15 01 mart 2011-ci ildə vəfat etmişdir. İddiaçı anasının ölümündən keçən bu 11 ildən artıq bir müddət ərzində onun tərəfindən mirasın qəbul edilməsi vaxtının uzadılması üçün heç bir üzrlü səbəb göstərilməmişdir. Bu hal ilə bağlı iddia çının vəkili və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının anası rəhmətə gedəndən sonra miras əmlakın faktiki atanın istifadəsində olmasını göstərmişdir. Bu hal isə anadan qalmış miras əmlakın iddiaçıya münasibətdə qəbul edilməsi vaxtının uzadılması üçün üzrlü səbəb sayıla bilməz. Hər bir vərəsə özünə münasibətdə müstəqil surətdə hərəkət edir, atdığı adım yalnız özünə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olur.

17. Məhkəmə iddiaçının atasından miras qalmış əmlaka münasibətdə mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı qeyd etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasının üzrlü səbəbləri kimi - Rusiya Federasiyasında yaşamasını, həmçinin vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olmasını göstərm işdir. Həmin hallar ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hər hansı xarici ölkədə yaşaması mirasının qəbul edilməsi müddətinin uzadılması üçün üzrlü səbəb ola bilməz. Xarici ölkədə yaşama şəxsin mirası qəbul edilməsini həyata keçirməyə mane olmur. İddiaçının bu məntiqi qəbul edilərsə onda istənilən xarici ölkədə yaşayan şəxs həmin əsas üzrə müddət keçdikdən sonra həmin hala əsaslanaraq mirasın qəbul edilməsi vaxtının uzadılmasına nail olar. Bu isə mülki hüquq münasibətlərində qeyrimüəyyənliyinə səbəb olar.

18. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi müddətinin uzadılmasının üzrlü səbəbi kimi göstərdiyi digər hal - vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmişin hüquqi varisi olması ilə bağlı qeyd edir ki, həmin hal da mirasının qəbul edilməsi müddətinin uzadılm ası üçün üzrlü səbəb ola bilməz. Belə ki, vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmişin hüquqi varisi olması vərəsənin miras ilə bağlı hüququnu həyata keçirməyə mane olmur, bunu mümkünsüz etmir. Çünki iddiaçı atasının ölümündən sonra 25 gün (xx.xx.2021-xx.xx.2021) Azərbaycan Respublikasında olmuşdur. Bu müddət ərzində o, vərəsə kimi hüququnu həyata keçirə bilərdi. Həmçinin qardaşının işi ilə bağlı birinci instansiya məhkəməsinin hökmü 27 iyul 2021-ci il tarixdə çıxarılmış, onun tərəfindən hökmdən şikayət verilməmiş, hökmdən məhkum və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə 02 noyabr 2021-ci il tarixdə baxılmış, həmin məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı heç iştirak etməmiş, bundan sonra da iddiaçı (6 aylıq müddət keçənədək) vərəsə kimi hüququnu həyata keçirməmişdi.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1246, 1248.1, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-478/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla qeyd olunmalıdır ki, iddiaçının valideynlərdən miras qalmış əmlakı faktiki idarə etməklə yanaşı, həm də, həmin əmlaklar üzərində mülkiyyətçi kimi onun da hüquqları dövlət qeydiyyatına alınmışdır. Yəni mübahisəli xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin paylar məlum olan paylı mülkiyyətçilərindən və torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha torpağına isə paylar məlum olmayan birgə mülkiyyətçilərdən biridir.

24. İkincisi vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür.

25. Üçüncüsü vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, ira də ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsülla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasə qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlid ir.

26. Dördüncüsü mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

27. Göründüyü kimi qanunvericilikdə mirasın qəbulu üçün müddət həm də, bu müddətin imtina üçün nəzərdə tutulmuş müddətdən çox ola biləcəyi qeyd olunmuşdur. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiq edən sənəd vərəsəlik haqqında şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. O, da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət etmədən də qəbul edilə bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığnı ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Habelə bu müddət iddia müddətlərinə də, aid edilə bi lməz. Odur ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246,1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarı).

28. Kollegiya yuxarıda qeyd ol unan maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qərarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı Rusiya Federasiyasında yaşamaqla, həmçinin vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olmaqla bu barədə olan məhkəmə iclalarında iştirak etməsi, nəticəsində valideynlərinin ölümündən sonra miras əmlakın qəbulu barədə notariat kontoruna vaxtında müraciət etməməsi, sonradan isə notariat kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətinin buraxıldığı və vərəsələr arasında mübahisənin olması əsası ilə vərəsəlik işinin notarial qaydasında sənədləşdirişlməsinin mümkün olmaması, onun məhkəmə müdafiəsi hüquqndan istifadə etməklə pozulmuş hüquqnun bərpasını aradan qaldırmır. Çünki iddiaçı həm anasından həm də, atasından miras qalmış əmlaka münasibət də mirasın qəbul edilməsi müddətini üzürlü olaraq ötürmüşdür. Əks yanaşma mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

29. Bundan başqa məhkəmə iddiaçının miras qoyanın ölümündən sonra yalnız 25 gün Azərbaycanda olması və mirasın qəbulu ilə bağlı ərizə vermək imkanın olmasına baxmayaraq ərizə verməməsini də, qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, bu müddət qanunvericiliklə 25 gün deyil 6 ay müəyyən edilmişdir. Yəni 25 gün üzürlü hal kimi qəbul edilməsə də, qalan 5 il 5 ay üzürlü hesab olunmalı idi ki, hansı ki, iddiaçının bu müddət ərzində Azərbaycanda olmaması işin mübahisəsiz (iddiaçının qeyd olunan müddətdə Azərbaycanda olmaması onun pasportu ilə də təsdiq olunur. iş vərəqə 19-29.) halıdır. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi İddiaçı həm anasından həm də, atasından miras qalmış əmlak üzrə mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması barədə iddiasının təmin edilməməsi qənaətinə gəlməsi qanunsuz və əsassız olmuşdur.

30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1243, 1246, 1248.1, 1256-cı, MPM-nin 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Üçüncü şəxs X14 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Şirvan Apellyasi ya Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(106)-478/2023 №-li qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) barədə yekun məhkəmə aktı qəbul edilməsini və ya işin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması (göndərilməsi) barədə Qərar qəbul edilməsinin xahiş etmişdir.

32. Şikayət belə əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında işə baxılarkən işüzrə tam, hərtərəfli və dolğun araşdırılma aparılmamışdır. Qətnamə əsaslandırılarkən mülki məcəllədə qeyd olunan ümumi anlayışları əsas gətirilmişdir, həmin ümumi anlayışlardan istifadə etmişdir, yəni qətnaməyə nəzər salsaq görərik ki, qətnamədə olan cümlələr ümumi sözlərdən ibarətdir və konkretlik yoxdur, eləcədə sübutlar düzgün qiymətləndirilməmişdir, iddiaçının ö lkənin tərk etməsi və ölkəyə qayıtması ilə bağlı iş materiallarında hər hansı bir sübut öz əksini tapmamışdır. Həmçinin iddiaçının anası X15 01 mart 2011-ci ildə vəfat etmişdir. İddiaçı anasının ölümündən keçən bu 11 ildən artıq bir müddət ərzində onun tərəfindən mirasın qəbul edilməsi vaxtının uzadılması üçün heç bir üzürlü səbəb göstərilməmişdir. Bu hal ilə bağlı iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının anasırəhmətə gedəndən sonra miras əmlakın faktiki atanın istifadəsində olmasını göstərmişdir. Bu hal isə anadan qalmış miras əmlakın iddiaçıya münasibətdə qəbul edilməsi vaxtının uzadılması üçün üzürlü səbəb sayıla bilməz. Hər bir vərəsə özünə münasibətdə müstəqil surətdə hərəkət edir, atdığı adım yalnız özünə münasibətdə hər hansı hüquqi nəticəyə s əbəb olur. iddiaçı atasından qalmış mirasın qəbul edilməsi müddətinin uzadılmasının üzürlü səbəbləri kimi Rusiya Federasiyasında yaşamasını, həmçinin vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olmasını göstərmişdir. Qeyd edim ki, hər hansı bir şəxsin xarici ölkədə yaşamasımirasının qəbul edilməsi müddətinin üzadılması üçün üzürlü səbəb ola bilməz. Xarici ölkədə yaşama şəxsin mirası qəbul edilməsini həyata keçirməyə mane olmur. İddiaçının bu məntiqi qəbul edilərsə onda istənilən xarici ölkədə yaşayan şəxs həmin əsas üzrə müddət keçdikdən sonra həmin hala əsaslanaraq mirasın qəbul edilməsi vaxtının uzadılmasına nail olar. Bu isə mülki hüquq münasibətlərində qeyrimüəyyənliyinə səbəb olar. İddiaçının mirasın qəbul edilməsi müddətinin uzadılmasının üz ürlü səbəbi kimi göstərdiyi digər hal - vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmişin hüquqi varisi olması ilə bağlı qeyd edir ki, həmin hal da mirasının qəbul edilməsi müddətinin üzadılması üçün üzürlü səbəb ola bilməz. Belə ki, vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmişin hüquqi varisi olması vərəsinin miras ilə bağlı hüququnu həyata keçirməyə mane olmur, bunu mümkünsüz etmir. Birincisi, iddiaçı atasının ölümündən sonra 25 gün (xx.xx.2021-xx.xx.2021) Azərbaycan Respublikası ərazisində olmuşdur. Bu müddət ərzində o, vərəsə kimi hüququnu həyata keçirə bilərdi. İkincisi, qardaşının işi ilə bağlı isə birinci instansiya məhkəməsinin hökmü 27 iyul 2021-ci il tarixdə çıxarılmış, onun tərəfindən hökmdən şikayət verilməmiş, hökmdən məhkum və vəkili t ərəfindən verilmiş apellyasiya şikayətinə 02 noyabr 2021-ci il tarixdə baxılmış, həmin məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı heç iştirak etməmiş, bundan sonra da iddiaçı(6 aylıq müddət keçənədək) vərəsə kimi hüququnu həyata keçirməmişdir.

33. Məhkəmə tərəfləri işə çağıraraq onların izahatlarını almadan qətnamə qəbul etməklə çəkişmə prinsipini və imperiativ normaları pozulmuşdur. Yəni məhkəmə işə baxarkən tərəf olaraq Çinarə Əliyevaya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməmiş onun iştirakını məhkəmə iclasında təmin etməmişdir. Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et aitera pars” – “digər tərəf də dinləni lməlidir” qaydası tətbiq edilməlidir.Məhkəmə bu hərəkətləri ilə prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur b)

34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir.

39. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

41. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamam ilə qəbul etmişdir.

42. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər.

43. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hall arı sübut etməlidir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, y oxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyənedilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassa siya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində üçüncü şəxs X9 iddia tələbinin rədd edilməsini xahiş etsə də ümumiyyətlə subyektiv hüququnun pozulmasını kassasiya şikayətində əsaslandıra bilməmişdir.

54. Kassator məhkəmənin Çinarə Əliyevaya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermədiyi və onun iştirakını məhkəmə iclasında təmin etmədiyini bildirsə də məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir Belə ki,iş materialları (iş vərəqi 104) ilə təsdiq edilir ki, Şirvan Apellyasiya Məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş Çinarə Əliyevaya çatdırılmışdır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının ara şdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2023-cü il tarixli 2(106)478/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar