Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3399/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X6 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Kateqoriya: Sığorta fəaliyyətindən irəli gələn mübahisələr,subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" X6 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-727/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən, Mercedes BenzC230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXMin 327.1, 327.8ci və 332.1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə materiallarının Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır.
2. İC AA 2258/20 saylı işə dair Sığorta Aktındana əsasən, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək sığortalanmış Mercedes BenzC230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə, saat 18:15 radələrində törətdiy i yol nəqliyyat hadisəsi nəticəsində “X8 Hesablı Xidmət Sahəsinə (İşıq Dirəyinə) vurulmuş zərər 1510 manat qiymətləndirilmişdir. 3. xx.xx.2020-ci il tarixli, ödəniş tapşırığına əsasən, «İcbari Sığorta Bürosu” X7 tərəfindən 1510 manat məbləğində pul “X8 Hesablı Xidmət Sahəsinin hesabına köçürülmüşdür.
4. İC AA 2258/20 saylı digər Sığorta Aktına əsasən, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək sığortalanmış Mercedes Benz C230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə, saat 18:15 radələrində Mercedes Benz E220 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə vurulmuş zərər 3490 manat qiymətləndirilmişdir. 5. xx.xx.2020-ci il tarixli, ödəniş tapşırığına əsasən, «İcbari Sığorta Büros u” X7 tərəfindən 3490 manat məbləğində pul Mercedes Benz E220 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 hesabına köçürülmüşdür.
6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, Cavabdeh idarə etdiyi Mercedes Benz C230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır.
7. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X11 xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh barəsində xx.xx.2020-ci il tarixində TŞ-nın qərarı əsasında tərtib olunmuş AP0155495 saylı protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməs inə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)-626/2020 saylı qərarı ilə Cavabdeh barəsində tərtib olunmuş protokol ləğv olunmuşdur.
8. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)-626/2020 saylı qərarına əsasən, həmin qərar ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinnin 327.1 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında AP ******* nömrəli protokola dair inzibati iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir.
9. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, ümumilikdə 5070 manat pulun iddiaçı "xxxx" HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış Mercedes Benz C230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Sumqayıt şəhəri, Sülh küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Küçə İşıqları" Təsərrüfat Hesablı Xidmət Sahəsinin və X1 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər Polis idarəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarından məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən sözügedən avtonəqliyyat vasitəsini onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. Buna görə də Qərarın 2-ci bəndində qeyd edildiyi kimi qərarın surəti Cavabdeh barəsində A zərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir. Qeyd edilən hadisə ilə əlaqədar "xxxx" HŞİ tərəfindən zərərçəkənlərin əmlakına dəymiş zərər üzrə zərərçəkən "Küçə İşıqları" Təsərrüfat Hesablı Xidmət Sahəsinə 1510 manat və zərərçəkən X2 3490 manat, cəmi 5000 manat sığorta ödənişi həyata keçirilmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, hadisə 2020-ci ildə baş vermişdir. O, hadisə baş verən vaxt avtomobilin idarəetməsini itirmiş və nəticədə digər maşına dəymiş, həmin maşın da işıq dirəyinə dəymişdir. Razılıq yolu ilə işıq dirəyinin pulunu ödəmişdir. Lakin bu barədə sənəd ond a qalmamışdır. Qeyd etmişdir ki, həmin vaxt sürücülük vəsiqəsi və digər sənədlərinin hamısı yerində olmuş, eyni zamanda içkili olmamışdır. Onu da xüsusilə qeyd etmişdir ki, hadisə baş verən vaxt etibarnamənin müddətinin bitməsindən cəmi iki gün keçmişdi. Bundan başqa hesab etmişdir ki, maşını Standard sığorta şirkəti tərəfindən sığortalandığından pulu həmin şirkət ödəməli və sonra həmin şirkət də ondan pulu tələb edə bilərdi. Hazırda isə hadisədən uzun müddət sonra naməlum səbəbdən sığorta ödənişi iddiaçı şirkət tərəfindən ödənilib. Bundan başqa təxminən 4 il sonra ona qarşı iddia qaldırılıb.
13. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-218/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmişdir.
14. Məhkəmə tərəfindən müəyyən edilmiş dir ki, Cavabdeh idarə etdiyi Mercedes Benz C230 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə, saat 18:15 radələrində törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “Küçə İşıqları” Təsərrüfat Hesablı Xidmət Sahəsinə və Mercedes Benz E220 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Həmin vaxt Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün «İcbari Sığorta Bürosu” X7 tərəfindən ümumilikdə 5000 (1510+3490) manat sığorta ödənişi həyata keçirilmişdir.
15. Əliyev X3 Benz C230 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmiş və həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Sözügedən halı, yəni hadisə baş verərkən avtomobili idarə etmək üçün ona verilən etibarnamənin müddətinin bitdiyini cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X4 cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.
16. Məhkəmə cavabdehin sığorta ödənişinin "xxxx" X7 tərəfindən deyil, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməli olması barədə etirazının dəlilləri ilə razılaşmamışdır.
17. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində n əzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, zərərçəkənlərə dəymiş zərərin əvəzi "xxxx" X7 tərəfindən ödənildiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 5000 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır.
19. Sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilsəydi belə, hadisə baş verərkən cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığından hər bir halda həmin şirkətin də Cavabdeh qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranacaqdı. Bu səbəbdən sığorta ödənişinin bu və ya digər şirkət tərəfindən ödənilməsi cavabdehə qarşı irəli sürülən iddia tələbinin hüquqi müqəddəratını dəyişmir.
20. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul tutularaq iddiaçı "xxxx" X5 ödənilməlidir.
21. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab etmişdir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 70 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçıya ödənilməl idir.
22. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1, 25.1.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6, 25.1.7, 25.1.8, 25.4, 32.1.1, 63.1ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Mercedes Benz C230 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublik ası İXM-in 327.1, 327.8-ci və 332.1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə materiallarının Sumqayıt şəhər Pİnin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh idarə etdiyi Mercedes Benz C230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuşdur. Həmçinin işdə olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X11 xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, Cavabdeh barəsində xx.xx.2020-ci il tarixində TŞ-nın qərarı əsasında tərtib olunmuş AP0155495 saylı protokol baxılması üçün Sumqayıt şəhər M əhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)- 626/2020 nömrəli qərarı ilə Cavabdeh barəsində tərtib olunmuş protokol ləğv olunmuşdur. İddia ərizəsindən görünür ki, "xxxx" X7 subroqasiya tələbinin faktiki əsası kimi cavabdehin avtomobili hüquqi əsas olmadan istifadə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-727/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı "xxxx" X6 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi rədd edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, baxılan iş üzrə iddia subroqasiya qaydasında pul tələbi barədədir. İddia tələbinin qanuni əsasını isə “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsi maddəsi təşkil edir.
27. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığ orta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.
28. Məlum olduğu kimi, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
29. Həmin Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.
30. Qeyd olunmalıdır ki, avtomobilin icb ari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.
31. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.
32. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.
33. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir.
34. Mülki Məcəllənin 732-c i maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur.
35. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.
36. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasında kı) münasibətləri nizama salmaqdır.
37. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı.
38. Baxılan iş üzrə qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə Cavabdeh (adına etibarnamə olmuş və hadisə baş verən vaxt müddəti bitmişdir) tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti m üəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.
39. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin məzmununa əsasən iddiaçı öz maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ öz təbiət etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin movcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmalıdır. 40. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçiri lməsindən söhbət gedə bilməz.
41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtomaşını idarə edən Cavabdeh ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır.
42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 163.1, 1108.2-ci maddələrinə və “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25, 25.1.3 -cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-727/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi ni xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya kollegiyası qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 163.1-ci maddəsinin məzmununu təhrif edərək, əlavə bir cümlə artırmışdır (bax: qətnamənin 4-cü səh-də 4-cü abzas): “Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir” – 163.1-ci maddəsinin “3-cü cümləsi” kimi əlavə edən kollegiya hesab etmişdir ki, avtomobil də əşya olduğuna görə, önun mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən kiməsə faktiki verilməklə, sonuncu da avtomobilə əşya hüququ ilə sahiblik qazanmış olur. Əvvəla, qeyd edirlər ki, MM-in 163.1-ci maddəsinin məzmununa 3cü cümlənin “əlavə edilməsi” kollegiya tərəfindən qanunun məzmunun təhrif edilməsidir. Belə təhrif nəticəsində kollegi ya qanun normasının yanlış təfsiri və tətbiqinə özü üçün şərait yaratmışdır. Bundan başqa, qeyd edək ki, nəzəri cəhətdən avtomobili əşya hüququnun elementi kimi qəbul etmək olar, ona yalnız əmlak kimi baxdıqda bu yanaşma doğrudur. Yəni, bir şəxsin mülkiyyətində olan avtomobili digərinə faktiki verməsi digərinin həmin avtomobilə, yalnız əşya kimi sahiblik imkanını yaradacaq. Məsələn, avtomobili öz həyətində, qarajında saxlamaq və s. Lakin rəsmi reyestrdə qeydə alınmalı daşınar əmlak olan avtomobilin istifadəsinə (istismarına) dair sahəvi qanunvericilik aktlarının tələbləri avtomobildən istifadə hüququnun ona faktiki sahibliklə yaranmasına dair nəzəri fikri təkzib edir. Belə ki, avtomobilldən istifadə onun istismar edilməsində özünü göstərir. Bu mövqeyimizi növbəti dəlillərimizdə izah edəcəy ik.
45. Apellyasiya məhkəmə kollegiyası “İcbari sığortalar haqqında” Qanunun 13-cü, 25.1-ci, 52-ci, 53-cü maddəsini əlaqəli şəkildə tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
46. Belə ki, Qanunun yuxarıda sadalanan müddəalarından göründüyü kimi, şəxsin sığorta münasibətlərinə girməsi və sığortadan faydalanması üçün avtonəqliyyat vasitəsinin qanuni istifadəsi, ona qanuni əsaslarla sahiblik qazanması dedikdə, avtomobilin təyinatına uyğun istismarı nəzərdə tutulur. Burada diqqət edilməli məqam odur ki, digər əşyalardan fəqrli olaraq avtonəqliyyat vasitəsinin təyinatı onun istismarı, yəni, idarə edilməsi, sadə dildə desək, “maşının sürülməsi” ilə bağlıdır. Maşın sürülmədikdə, yəni, nəqliyyat vasitəsi hərəkətdə olmadıqda həmin maşının mülkiyyətçisi (qanuni əsasla istifadəçisi, sahibi) icbari sığorta münasibətinin subyekti hesab olunmur. Bu baxımdan, digər əşyalardan fərqli olaraq, nəqliyyat vasitəsinin istifadəsi dedikdə, onun (istismarı) sürülməsi kimi başa düşülməsi yuxarıda sadalanan Qanunun müddəalarından aşkar görünməsi mübahisəsizdir. Ona görə də hesab edirlər ki, apellyasiya kollegiyasının əşya hüquq münasibətlərinə istinad edərək, mülki dövriyyədə olan istənilən əşya ilə fiziki cəhətdən “əşya” olan nəqliyyat vasitəsinin istismarını da hüquqi mənada “istifadə, sahiblik” anlayışları ilə eyniləşdirməsi yanlış yanaşma olmaqla, eyni zamanda, “İcbari sığortalar haqqında” Qanunun yuxarıda istinad olunan müddəlarının, xüsusən, 25.1.3-cü maddəsinin məzmunun yanlış təfsir edilməsi ilə nəticələnmişdir. Kollegiya, Qanunun 25.1.3-cü maddəsinin hazırki iş üzrə iddia tələbinin hüquq i əsasını təşkil etdiyini qeyd etmiş, lakin xüsusən, həmin normanın özündəki anlayışları, həmçinin, Qanunun digər müddəaları ilə əlaqəli şəkildə deyil, ayrılqıda götürməklə yanlış təfsir etdiyindən, normanın tətbiqində yanlışlığa yol vermişdir. Hazırki mübahisə icbari sığorta münasibətində subroqasiya hüququnun yaranması və bu hüququn məhkəmə qaydasında həyata keçirilməsi ilə bağlı olduğundan, mülki dövriyyədə əşya hüquq münasibətlərinin tənzimlənmə əsasını təşkil edən Mülki Məcəllənin sadalanan müddəaları deyil, avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə münasibətləri tənzimləyən sahəvi qanunvericilik normaları tətbiq olunmalıdır.
47. Nəqliyyat vasitəsinə sahibliyin, istifadənin “istismar edən” hüququ (anlayışı) ilə şərtləndirilməsi və belə “istismar etmə”nin qanuni hesab edilməsi üçün onun etibarnamə ilə idarə edilməli olması “İcbari sığortalar haqqında” Qanunun 13-cü, 25.1.3-cü, 52.2.- ci, 53-cü maddəsində xüsusilə nəzərdə tutulması onu göstərir ki, qanunvericilik bu anlayışlar vasitəsilə avtonəqliyyat vasitəsi ilə bağlı icbari sığorta münasibətlərini xüsusi tənzimləmişdir. Xüsusilə, qeyd olunmalıdır ki, Qanunun 25.1.3-cü maddəsinin 1-ci cümləsində “əmlakın onu istifadə etməyə, idarə etməyə” anlayışlarından, həmçinin, Qanunun 53.1-ci maddəsində “və ya etibarnamə əsasında idarə edən” anlayışlarından istifadə edilməklə, qanunverici bilavasitə nəqliyyat vasitəsinə sahiblik etmənin hüquqi əsasını konkretləşdirmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, “idarə etmə” anlayışı hər hansı başqa əşyadan daha çox, nəqliyyat vasitəsinə aiddir və qanunvericilikdə bu anlayışdan istifadə olunması heç də təsadüfi deyildir.
48. Apellyasiya kollegiyası hazırki iş üzrə qətnaməsində qeyd edir ki, avtomobilin sürülməsi üçün etibarnamənin tələb olunması İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarının tələbidir və etibarnamə olmadan idarə etmə yalnız inzibati xəta tənbehi verilməsi üçün əsas sayıla bilər, etibarnamənin olmaması “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin tələbilə subroqasiya hüququnun yaranmasına əsas vermir. Bu mövqeyi də yanlış hesab etməklə bir daha qeyd edirlər ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsini Qanunun yuxarıda göstərilən digər müddəaları ilə əlaqəli təhlil etdikdə, nəqliyyat vasitəsini idarə edən şəxsin mülki məsuliyyətinin icbari sığortası, baş vermiş yol-nəqliyyat hadisəsinin “sığorta hadisəsi” sayılması və s. sığorta münasibətlərinin tənzimlənməsi baxımından avtomobilin məhz etibarnamə ilə (və ya müqavilə və ya digər qanuni əsas) idarə edilməsi bu Qanunun tələbidir. Qanunvericiliyin bu cür tənzimləməsi, həmçinin, “Yol hərəkəti haqqında” Qanunun 27-ci və 37-ci maddələrinin tələblərindən irəli gəlir.
49. Kassator şikayətini “İcbari sığortalar haqqında” Qanunun 13, 25.1, 52-ci, 53.1, Yol haqqında Qanunun 37-ci, Azərbaycan Respublikasının MPM-in 2.2, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2023-cü il tarixli maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 163.1.Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
52. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanun
53. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbar i sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:.... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
54. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibar namə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması za manı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin poz ulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya kollegiyası qə tnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 163.1-ci maddəsinin məzmununu təhrif edərək, “Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir” məzmununda əlavə bir cümlə artırdığı barədə dəlili barədə bildirir ki, apellyasiya instansiyası qeyd edilən maddənin məzmununu təhrif etməmiş, sadəcə 163.1-ci maddədə nəzərdə tutulmuş qaydanın ( Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.) avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərli olduğunu qeyd etmişdir.
67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işd əki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmalıdır.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(105)-727/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.