Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-34/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və Qusar rayon Notariat ofisinə (üçüncü şəxslər X15 və X12 cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras əmlak, mirasın qəbul olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə (üçüncü şəxslər X13 və X12 cəlb olunmaqla) qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1059/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və üçüncü şəxs X15 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X1 (Pirəliyeva) Mehristan Xanmirzə qızı ilə xx.xx.1959-ci il tarixdə rəsmi nikah münasibətinə girməklə ailə qurmuşlar. Onların nikahı xx.xx.1995-ci il tarixdə pozulsa da, bir evdə yaşamağa davam etmişlər.
2. Qusar rayon İcra Hakimiyyətinin 25 oktyabr 1995-ci il tarixli, 215 saylı sərəncamına əsasən Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzil (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) X4 mülkiyyətinə verilmişdir.
3. X8 xx.xx.2014-cü ildə vəfa t etmiş və onun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: - X15 - İddiaçı - X12 - Cavabdeh
4. Mübahisəli evdə yaşayan qardaşı Cavabdeh anası X2 evdən qovmasına dair X15 tərəfindən xx.xx.2021-ci il tarixdə Qusar rayon prokurorluğuna edilmiş müraciət araşdırılmasından ötrü rayon polis şöbəsinə göndərilmiş, araşdırma zamanı alınmış izahatlardan tərəflər arasındakı mübahisənin mülki xarakterli olduğu məlum olmuş və Mehristan Pirəliyevaya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
5. Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, X-893 saylı məktubdan görünür ki, X4 digər birinci növbə varisləri mövcud olduğundan və digər varislər öz paylarına dair münasibətlərini bildirmədiklərindən tam şəkildə pay bölgüsünün aparılması mümkün olmamışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
6. Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 26 aprel 2021-ci il tarixli, 164 saylı və 25 noyabr 2022-ci il tarixli, 308 saylı arayışlardan Cavabdeh Qusar şəhəri, Heydər Əliyev küçəsi, 146 saylı binanın 23 saylı mənzilində yaşadığı və kommunal xərcləri şəxsən özünün ödədiyi məlum olur.
7. Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 20 dekabr 2022-ci il tarixli 27/1 saylı məktubundan görünür ki, İddiaçı 1974-cü ildən Heydər Əliyev prospekti 146 saylı binanın 23 saylı m ənzilində pasport qeydiyyatına düşmüşdür, hal-hazıra kimi həmin ünvanda qeydiyyatdadır, lakin qeyd olunan ünvanda yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə (üçüncü şəxslər X13 və X12 cəlb olunmaqla) qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X4 mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı həmçinin Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini artırılması barədə məhkəməyə ərizə təqdim edərək mərhum atası X4 mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması və mərhum atası X4 mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair vərəsələrin miras payları müəyyən olunmaqla həmin miras müvafiq qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, mərhum atası Pirəli Pirəliyev vəfat edənədək iddiaçı mübahisəli mənzildə atası və anası X3 ilə birlikdə yaşamış və orada qe ydiyyatda olmuşdur. Anası ilə atası rəsmi olaraq boşansalar da, faktiki olaraq birlikdə yaşamışlar. Bundan başqa, iddiaçının övladları da həmin ünvanda yaşamaqla orada qeydiyyatda olmuşlar. İş üzrə cavabdeh olan qardaşı Cavabdeh isə mərhum atası vəfat edənədək həmin ünvanda yaşamamış, atası onu həmin mənzilə buraxmamışdır. Mərhum atası vəfat etdikdən sonra o, bir müddət həmin mənzildə yaşamağa davam etmiş, anasının qayğısına qalmağa başlamışdır. Lakin, sonradan qardaşı Cavabdeh anasının və onun iradəsinə zidd olaraq zorla həmin ünvana köçməklə orada yaşamağa başlamış, onunla və anası ilə mütəmadi olaraq mübahisələr etmişdir. O, mübahisənin daha da dərinləşməməsi üçün həmin mənzildən çıxmaq məcburiyyətində qalmış və mənzildən çıxdıqdan sonra orada X14 və qardaşı Cavabdeh, həmçinin sonuncunu n ailə üzvləri yaşamağa başlamışlar. O, həmin mənzildən çıxsa da, mütəmadi olaraq həmin mənzilə gedərək anasına baş çəkmiş, onunla birlikdə mənzilin idarə olunmasında iştirak etmişdir. Yuxarıda qeyd etdiyi kimi 4 qardaşdırlar, mərhum atasının qanun üzrə birinci dərəcəli vərəsələri də 4 nəfərdirlər. Anaları isə mərhum atası ilə rəsmi qaydada boşandıqlarından onun qanun üzrə birinci dərəcəli vərəsələri sırasına daxil deyil. Qardaşı Cavabdehlə aralarında olan narazılığın əsas səbəbi mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi mənzilin vərəsələr arasında bölüşdürülməsi barədə fikir ayrılığı olmuşdur. Belə ki, Cavabdeh həmin mənzilin yalnız ona verilməli olduğunu bildirərək mənzilə dair digər vərəsələrin miras paylarının müəyyən olunmasına etiraz edir. X14 da bildirmişdir ki, mənzil qanu na müvafiq qaydada bölünməlidir. Buna görə Cavabdeh anası ilə də mübahisə etmiş, onu döyərək evdən qovmuşdur. Artıq xeyli müddətdir ki, qardaşı Nəriman anası Mehristanı həmin mənzilə buraxmır, anası məcbur olaraq qardaşı Alim Pirəliyevin yanında Qusar rayonu Urva kəndində yaşayır. Nəriman müharibə veteranıdır və həmin adından sui-istifadə edərək dəfələrlə onları hədələmiş, heç bir dövlət orqanının onlara mənzildən vərəsəlik payını verə bilməyəcəyini, buna heç kimin ixtiyarının olmadığını bildirmişdir. O, miras payına dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin həmin notariat ofisi tərəfindən miras qoyan mərhum atası Pirəli Pirəliyevin başqa vərəsələri olduğuna görə vərəsəlik şəhadətnaməsinin verilməsinin m ümkün olmadığı bildirilərək, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə həmin notariat ofisi tərəfindən 19 avqust 2021-ci il tarixli X894 saylı məktub verilmişdir.
11. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1999-cu ildə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2006-cı ildə vaxtından əvvəl azadlığa buraxılmış, elə həmin vaxtdan da mübahisəli evdə yaşamışdır. Atası vəfat etdikdə qardaşları seyfi sındırıb evin bütün sənədlərini oğurlamışlar. Mərhum atası onun oğlunun xətrini çox istəmiş, sərxoş olanda evi onun oğluna vəsiyyət etdiyini demiş və sənədini də çıxarıb ona göstərmiş, vəsiyyətnaməni isə evdə olan siyirmənin altında gizli yerdə gizlətmişdir. O, anasını evd ən qovmamışdır, iddiaçının dediklərinin hamısı yalandır. Əksinə, anası və digər qardaşları içki içdiyinə görə Asfandiyarı öz evlərindən qovmuşlar. İddiaçı həmin evdə yaşamamış, Şarvili küçəsindəki 123 saylı ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşamışdır. Asfandiyarın belində yırtıq olmuş, cərrahi əməliyyat olunduğu üçün anası onu yaşadıqları evə gətirmiş, müalicə etmiş, sağalandan sonra öz evinə qayıtmışdır. Asfandiyar ailədə yaranmış mübahisəyə görə məhkum olmuş, cəzasını çəkib qurtardıqdan sonra Ədalətin evinə qayıtmış, lakin sonuncunun evində də yola getməmişdir. Atası rəhmətə getdikdən sonra Asfandiyar və digər qardaşları mübahisəli evə gəlib-getməmişdir.
12. Məhkəmə iclasında üçüncü şəxs X15 izahatında göstərmişdir ki, mübahisəli mülkün paylara bölünməsini istəyirlər. Atası 8 may 2014-cü ildə, yəni səkkiz il əvvəl vəfat etmişdir. Atası vəfat etməmişdən əvvəl və sonra – 2015-ci ilədək həmin evdə qardaşı Asfandiyar yaşamış, pasport qeydiyyatına da düşmüşdür. Hazırda isə sonuncu, başqa yerdə yaşayır, arvadından ayrılmışdır və ailə üzvləri də ondan ayrı yaşayırlar. Nəriman mübahisəli evə atası vəfat etdikdən bir il sonra köçmüşdür və Asfandiyara həmin evə getməyə icazə verməmişdir. O, mirasla bağlı 2021-ci ildə notariat orqanlarına müraciət etmişdir. 2021-ci ilə kimi anası həmin evdə yaşamış, Nəriman anasını evdən çıxarıb taksi ilə onun yanına göndərmiş, bundan sonra aralarında mübahisələr yaranmışdır. Böyük qardaş kimi onu dinləyən yoxdur. Atası vəfat etdikdən sonra həmin evə o və digər qardaşları getməmişlər, çünki Nəriman onların həmin evə gətməsini istəmir. A tası vəfat etməmişdən əvvəl atasının yanına getmişlər. O, mirasın bölünməsini, onun da payının verilməsini istəyir.
13. Məhkəmə iclasında üçüncü şəxs X12 izahatında bildirmişdir ki, o, özünə ayrı ev alıb köçmüşdür. Spirtli içki çox içdiyindən anası Asfandiyarı evdən qovmuşdur. Nəriman aşağıdakı bağ evində, daha sonra isə mübahisəli evdə yaşamışdır. Qonşulardan eşitdiyi məlumata görə Nəriman anasını evdən qovmuşdur. Sonuncu, onun həmin evə getməsini istəməmiş, gedəndə isə onlara şər atmışdır. Halbuki o, Nəriman cəzaçəkmə müəssisəsində olanda ailəsinə kömək etmiş, istədiklərini alıb onlara vermişdir. Digər qardaşı Alim isə babalarının evində yaşayır. Qardaşları həmişə mübahisələr edirlər. Mübahisəli əmlak paylara bölünəcəyi təqdirdə o da öz payını istəyir.
14. Məhkəmə iclasında şahid qismind ə dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, 2009-cu ildən Qusar şəhəri H.Əliyev prospektindəki 146 saylı evin 24 saylı mənzilində yaşayır. İş üzrə tərəfləri tanıyır. O, qonşusu Nərimanı öz anasının əlindən tutub taksiyə mindirəndə görmüşdür, əlində anasına aid əşyalar da olmuşdur. Həmin evdə Nəriman yaşamış, digər şəxslərin həmin evə gəlib-getdiklərini isə görməmişdir. Nərimanın evindən səs küy eşitmiş, hətta bir dəfə evlərində mübahisə olanda Nərimana köməklik də etmişdir, lakin səsə görə hüquq mühafizə orqanlarına müraciət etməmişdir.
15. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilmiş, X4 miras kütləsinə daxil olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 146, 23 saylı mənzilə (keçmiş T.İsmayılov kü çəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X10 və X5 vərəsəlik hüquqlarının tanınması və hər birinin miras payının ¼ hissə müəyyən edilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsələrdən heç biri mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə müəyyən edilmiş müddət daxilində mirasın qəbul edilməsi ilə bağlı müvafiq notariat orqanına ərizə ilə müraciət etməmişlər, bununla da mirasın qəbul edilməsinin formal üsulu ilə qəbul edilməsi müddəti bütün vərəsələr tərəfindən ötürülmüşdür. Bununla belə, İddiaçı mərhum atası Pirəli Pirəliyev vəfat etdikdən sonra həmin mənzildə yaşamaqla ona sahiblənmək və mirası qəbul etmək niyyətini ifadə etmiş, həmçinin miras qoyan şəxs vəfat etməmişdən uzun müddət əvvəl də həmin mənz ildə yaşamış və pasport qeydiyyatına alınmışdır. Həmçinin, Cavabdeh də həmin evə köçərək orada yaşamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etmişdir. Bundan başqa, miras qoyan Pirəli Pirəliyevin digər vərəsələri, iş üzrə üçüncü şəxslər Alim Pirəliyev və Ədalət Pirəliyev də miras qoyan Pirəli Pirəliyev vəfat etdikdən sonra həmin mənzilə gəlib-getmişlər, mirasa sahiblənmək və ona yiyələnmək istəklərini nümayiş etdirmişlər, lakin sonradan mirasla bağlı mübahisələr yarandığından Cavabdeh başqa heç bir vərəsə həmin mənzilə gedə bilməmişlər və mənzildə yalnız Cavabdeh yaşamışdır. Həmin şəxslərin həmin mənzilə sahiblənə bilməmələri məhz vərəsələr arasındakı ixtilaflar olmuşdur. Bununla da, miras qoyan şəxs vəfat etdikdən sonra onun bütün vərəsələri mirası onun qəbul edilməsin in faktiki üsulu ilə qəbul etmişlər.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1159.1.1, 1243, 1246 və 1291-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı ildən başlayaraq miras əmlak kimi qalmış mənzildə o yaşamış, anası və digər qardaşları Asfandiyarı həmin evdən qovmuşlar. Buna da səbəb onun içki içməsi olmuşdur. İddiaçı həmin mənzildə yaşamamış, Qu sar şəhəri, 123 saylı evdə ailəsi ilə yaşamışdır. Digər vərəsələr də atalarının vəfatından sonra mübahisəli mənzildə yaşamamış, heç oraya gəlib-getməmişlər. Məhkəmə bütün bu halları nəzərə almamış, heç bir tutarlı sübut olmadan digər vərəsələrin də həmin mənzilə gəlib-getməklə mirası faktiki qəbul edilmələri qənaətinə gəlmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1059/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X21 (sədrlik edən və məruzəçi), X19 və X22) apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-93/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbi rədd edilmişdir.
21. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Mülki Məcəllənin 124 6-cı maddəsinin tələblərinə uyğun olaraq mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu atası X4 vəfat etdiyi xx.xx.2014-cü il tarixdən başlayaraq bəyan etməmiş, bu barədə notariat kontoruna müraciət etməmişdir. Cavabdeh isə mübahisəli mənzildə 1973-cü ildən yaşaması, kommunal xərcləri ödəməsi, bununla da mirası faktiki qəbul etməsi iş materiallarında olan xx.xx.2021 və xx.xx.2022-ci il tarixli arayışlarla öz təsdiqini tapır.
22. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı atasına məxsus əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə bağlı öz mövqeyini sübut edə bilməmiş və bununla əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı atasının ölümündən sonra mirasın açılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada mirası qəbul etmək üçün müvafiq addımları atmayaraq bununla bağlı qanunvericilikdə müəyyən edilmiş bütün müddətləri buraxmışdır.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1243.3 və 1246ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə, Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına, “ Avşar Türkiyəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 25657/94 saylı qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1059/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası X4 vəfat etdiyi gündən 6 ay ərzində Cavabdeh mirasa faktiki sahiblik etdiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir və məhkəmə tərəfindən həmin qeyri-müəyyən sübuta istinad edilmişdir. Belə ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mənzil istismarı müəssəsinin 26 aprel 2021-ci il tarixli, 164 saylı arayışında sonuncunun sözügedən mənzilə dair kommunal xərcləri ödədiyi qeyd olunmuş, lakin kommunal xərclərin hansı tarixdə ödənildiyi, həmçinin X4 vəfat etdiyi gündən 6 ay ərzindəki vaxtı əhatə etdiyi barədə qeyd olmamış və kommunal xərclərin ödənilməsini təsdiqləyən sübutlara istinad edilməmişdir. Sözügedən arayışı vermək mənzil istismar müəssisəsinin səlahiyyəti olmadığından və həmin arayış qeyri-müəyyən olduğundan (13 may 2014 – 13 noyabr 2014-cü illəri əhatə edib-etmədiyi qeyd edilmədiyindən) məhkəmə həmin sənədə sübut kimi istinad etməməli idi. Əksinə İddiaçı tərəfindən sözügedən mənzil barədə kommumal xərclər ödənilmişdir. Məhkəmə kommunal xərclərin kim tərəfindən ödənildiyi məsələsini araşdırmamış, müvafiq sorğuları “Azərsu”, “Azriqaz” və "xx xx" Qapalı Səhmdar Cəmiyyətlərinə və sair dövlət müəssələlərinə göndərməmiş, bunun nəticəsində mülki işi tam, hərtərəfli, obyektiv araşdırmamış, Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsi tərəfindən verilən qeyri-müəyyən arayışa istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsi sözügedən iş üzrə mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsi məsələsini ümumiyətlə araşdırmamışdır.
26. Üçüncü şəxs X15 (Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1059/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
27. Üçüncü şəxs kassasiya şikayətin i iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. b)
28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətlərində apellyas iya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən məhkəmənin aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
32. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
33. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
34. Maddə 1246. Vərəsə vərəsəl iyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
35. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
36. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci m addələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. Belə ki, iddianı rədd edən apellyasiya məhkəməsinin mövqeyinə iddiaçı atasına məxsus əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə bağlı öz mövqeyini sübut edə bilməmiş və bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı atasının ölümündən sonra mirasın açılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada mirası qəbul etmək üçün müvafiq addımları atmayaraq bununla bağlı qanunvericilikdə müəyyən edilmiş bütün müddətləri buraxmışdır.
47. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edil məsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmən in) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.
49. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasın a gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.
50. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istif adə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.
51. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.
52. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mö vcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir....miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. 53.... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.
54. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmina tına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
55. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma da yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və üçüncü şəxs X23 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1059/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.