Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3401/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3401/2022 Açar sözlər: torpaqla bağlı mübahisə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin etibarsızlığı, bağ sahəsinin istifadəyə verilməsi haqqında müqavilənin etibarsızlığı Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət i Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın dövlət reyestrindəki qeydin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “bağ sahəsinə dair müqavilənin etibarsız hesab edilməsi və s.” barədə qarşılıqlı tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9691/2021 nömrəli mülki iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra – Bakı ŞİH) Başçısının xx.xx.1992-ci il tarixli, 1977-ci il saylı sərəncamına və h əmin sərəncam əsasında verilmiş 1 nömrəli orderə əsasən Cavabdeh (bundan sonra - cavabdeh) 25 nömrəli Ləhiş Bağlar Tikinti Kooperativindən 5832 saylı 0,12 ha bağ sahəsi ayrılmışdır. 2. xx.xx.2019-cu il tarixdə qeyd olunan bağ sahəsinə dair cavabdehin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarış verilmişdir.
3. Bakı ŞİH Başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, R-175-112 nömrəli arxiv arayışına əsasən, Bakı ŞİH-nin xx.xx.1997-ci il tarixli, 233 saylı sərəncamına əsasən İddiaçı (bundan sonra - iddiaçı) Ləhiş Bağlarında 5832 saylı bağ sahəsi (bundan sonra – mübahisəli bağ sahəsi) ayrılmış və onunla 31814 saylı, xx.xx.2003-cü il tarixli bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır.
4. İdd iaçı mübahisəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (bundan sonra - DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və adıçəkilən İdarə tərəfindən xx.xx.2018-ci il tarixli, **********46 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtia barədə bildirişlə idarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair başqa şəxsin adına order mövcud olduğu və həmin ərazi ilə bağlı müraciətinin daxil olduğu, bundan başqa 5830, 5831 və 5832 nömrəli bağ sahələrinin ümumi hasar daxilində olması, ara sərhədlərinin şərti olması və mərzçəkmə işlərinin tam aparılmadığı bildirilmişdir.
5. Bundan sonra, iddiaçı həmin orqana qarşı mərcburetmə haqqında inzibati iddia qaldırmış, cavabdeh həmin iş üzrə üçüncü ş əxs qismində cəlb edilmiş və işin icraatı hazırkı işə baxılıb qurtaranadək dayandırılmışıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə arasında bağlanmış 31814 saylı, xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən mübahis əli bağ sahəsi tam şəkildə onun istifadəsinə verilmişdir. Həmin sahəyə dair hüquqlarının qeydiyyata alınmasından imtina barədə DƏDRX tərəfindən irəli sürülmüş əsasların heç biri çıxarışın verilməməsi üçün əsas deyildir. Bundan əlavə, Bağlar İdarəsinin Ləhiş bağları üzrə böyük mühəndisi və sahə mühəndislərinin imzaları ilə təsdiq etdikləri xx.xx.2001-ci il tarixli akt əsasında müəyyən olunmuşdur ki, əraziyə yoxlama baxışı keçirilən zaman 1988-1992-ci illər ərzində verilmiş torpaq sahələri bir çoxu istifadəsiz qalmış, həmin ərazilər antisanitariya və zibilxanalara çevrilmiş, həmin dövr ərzində torpaq sahələrində heç bir abadlıq, tikinti, çəpərləmə işləri aparılmamışdır. Aktda ərazi nəzarətsiz qaldığından həmin bağ sahələrini başqalarının istifadəsinə verilməsi qeyd edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi baxımsız qaldığı üçün onun istifadəsinə verilmiş və bu müddət ərzində o, torpaq sahəsinə öz vəsaiti hesabına daş hasar çəkdirmiş, həmin ərazidə darvaza qoymuşdur. Hasarın çəkildiyi vaxt heç bir səlahiyyətli dövlət orqanı bununla bağlı qadağa qoymamış, bundan əlavə, cavabdeh də bu günədək torpaq sahəsi ilə maraqlanmamışdır. Bundan əlavə, Bakı ŞİH Başçısı Aparatının xx.xx.2018-ci il tarixli, 381 saylı sərəncamından çıxarışla həmin sahə üzərində onun faktiki sahibliyi bir daha tam şəkildə müəyyən olunmuşdur. Belə olan halda, cavabdehin onun faktiki sahibliyində olan bağ sahəsinə hansı əsaslarla dövlət reyestrindən çıxarış alması qeyri-müəyyəndir. Belə ki, o, xx.xx.2018-ci il tarixdə DƏDRX-yə qarşı çıxarışın verilməsi tələbi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəm əsinə müraciət etmiş və reyestr xidməti həmin iddia üzrə məhkəmə iclasında iştirak etmiş, lakin bundan sonra xx.xx.2019-cu il tarixdə mübahisəli bağ sahəsinə dair cavabdehin adına çıxarış vermişdir. Halbuki, qanunvericiliyə əsasən qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə ilə bağlı məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılmalıdır.
8. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı ilə Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin, həmçinin xx.xx.2001-ci il tarixli aktın etibarsız hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsində tikilmiş hasar və darvazanın iddiaçının vəsaiti hesabına sökülə rək çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, mübahisəli bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin sahəyə dair iddiaçı tərəfindən iddiasının əsası kimi təqdim olunmuş 31814 saylı, xx.xx.2003-cü il tarixli müqavilə və xx.xx.2001-ci il tarixli akt sübut qismində qəbul edilə bilməz. Belə ki, sözügedən müqavilədə onun bağlanma tarixi kimi xx.xx.2003-cü il göstərilsə də, istifadəçi qismində iddiaçının şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2004-cü il olaraq qeyd edilmişdir. Belə olan halda, xx.xx.2003-cü il tarixli müqaviləyə xx.xx.2004-cü il tarixdə, yəni bir il sonra verilmiş şəxsiyyət vəsiqəsinin qeyd edilməsi həmin sübut haqqında şübhələrin yaranmasına əsas verir. xx.xx.2001-ci il tarixli akt isə on un iştirakı olmadan tərtib edilmiş və həmin akt nə DƏDRX-də, nə də Bakı ŞİH-də qeydə alınmamışdır. Bundan əlavə, bağın iddiaçıya ayrılmasına dair ayrıc aktı, plan və ölçü sənədi yoxdur. Hətta, iddiaçı Bakı ŞİH tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, R-175-112 saylı arxiv arayışına istinad edərək, müqavilənin qanuni olduğu düşüncəsini yaratmaq istəsə də, həmin sərəncamla təsdiq edilmiş siyahını təqdim edə bilməmişdir. Eyni zamanda, iddiaçı guya mübahisəli bağ sahəsinə hasar çəkdirməsinə və darvaza qoydurmasına istinad edərək, həmin sahənin ona məxsus olmasını bildirsə də, bu hal özbaşına olaraq özgə əmlakına müdaxilə etməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən, sözügedən sahə ona ayrılan vaxt tərəfindən dəmir dirəklər və setka ilə mərzlənmiş, sonradan qonşuluqdakı torpaq sahələr i ilə vahid hasara alınmış, lakin hasarın kim tərəfindən çəkildiyini bilməmişdir. Daha sonra, özünə məxsus sahəni qonşuların sahəsindən ayırmaq üçün 80 sm hündürlüyündə arakəsmə ilə hasarlamış, bu dəfə isə iddiaçı həmin sahəyə darvaza qoymuş, bununla da onun bağa yiyələnmək istəyi məlum olmuşdur.
10. İddiaçı yazılı vəsaətətlə müraciət edərək, qarşılıqlı iddiada mübahisələndirilmiş xx.xx.2001-ci il tarixli aktı təsdiq etmiş Ləhiş bağları üzrə böyük mühəndis X1 şahid qismində dindirilməsini xahiş etmiş, məhkəmə tərəfindən həmin şəxsdən iltizam alınsa da, izahatı heç bir məhkəmə iclas protokolunda əks olunmamışdır.
11. Cavabdehin nümayəndəsi və vəkili yazılı vəsatətlə müraciət edərək, inzibati orqanın publik hüquqa dair inzibati aktından irəli gəldiyi üçün inzibati məhkəmədə baxılmalı olduğun dan ilk iddia üzrə icraata xitam verilməsini, qarşılıqlı iddaya isə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-151/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) İddiaçı Cavabdeh Adbul-lətif qızına qarşı Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və Cavabdeh adınaverilmiş ******* saylı, xx.xx.2019- cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimi yyəti Başçısı aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilə və xx.xx.2001-ci il tarixli akt Cavabdeh aid hissədə etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsində tikilmiş hasar və darvazanın İddiaçı vəsaiti hesabına sökülməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan bağ sahəsi cavabdehə Bakı ŞİH-nin müvafiq sərəncamı ilə ayrılmış, həmin sərəncama əsasən onun adına order tərtib edilmiş və qeyd olunan sənədlər əsasında edilmiş müraciətə əsasən DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan qeydiyyatın etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, cavabdeh sözügedən bağ sahəsini qanunvericiliyə uyğun şəkildə əldə etmiş və həmin daşınmaz əmlak üzərində öz mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmişdir.
14. Məhkəmə, bu hissədə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139-1.1.1, 140-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.1, 15.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Qarşılıqlı iddiaya münasibətdə isə, məhkəmə Mülki Məcəllənin 157.1-157.5ci maddələrinə istinadla vurğulamışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 31814 saylı, xx.xx.2003-cü il tarixli müq avilədə onun bağlanma tarixi kimi xx.xx.2003-cü il göstərilsə də, müqavilədə istifadəçi qismində qeyd olunan iddiaçının şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2004-cü il olaraq qeyd edilmişdir. Belə olan halda, xx.xx.2003-cü il tarixli müqaviləyə xx.xx.2004-cü il tarixdə, yəni bir il sonra verilmiş şəxsiyyət vəsiqəsinin qeyd edilməsi həmin sübut haqqında şübhələrin yaranmasına əsas verməklə mötəbər olmadığı nəticəsini doğurur. Bundan başqa, xx.xx.2001-ci il tarixdə tərtib edilmiş akt DƏDRX-də və ya Bakı ŞİH-də qeydə alınmamışdır. Belə olan halda, həmin aktın da mötəbərliyi şübhə altında olmaqla, iş üçün əhəmiyyətli sübut sayıla bilməz.
16. Qeyd olunanlardan əlavə, iddiaçı guya mübahisəli bağ sahəsinə hasar çəkdirməsinə və darvaza qoydurmasına istinad edərək, həmin sahənin ona məxsus ol duğunu bildirsə də, bu hal özbaşına olaraq özgə əmlakına müdaxilə etməsi kimi qiymətləndirilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdır.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində mübahisəli bağ sahəsinə dair iddiaçı ilə bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmiş, eyni zamanda cavabdehin adına verilmiş sərəncamın hansı səbəblərdən iddiaçı ilə bağlanmış müqavilədən üstün olmasının hüquqi əsasları göstərilməmiş, cavabdehin adına aparılmış reyestr qeydinin e tibarsız hesab edilməsi məsələsinə isə ümumiyyətlə qiymət verilməmişdir. Halbuki, bağa dair cavabdehin adına verdilmiş orderdə müvafiq idarənin möhürü olmamış, çıxarış verilərkən də reyestr xidməti tərəfindən bu hala toxunulmamış, möhür olmayan yalnız kserosurətdən ibarət sənəd əsas hesab edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9691/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şi kayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar tam, hərtərəfli araşdırılmamış, apellyasiya şikayətinin birinci instansiya məhkəməsində dindirilmiş şahidin ifa dəsinin, eyni zamanda iş üzrə üçüncü şəxs DƏDRX-nin nümayəndəsinin izahatının qətnamədə göstərilmədiyi barədə dəlillərinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qarşılıqlı iddiası ilə eyni əsaslardan çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 139-1.1., 139-1.1.7. 2007-ci il mayın 22-dək müv afiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyes trə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:
33. Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə;
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 36. 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
37. Maddə 418.4, 418.4.9. İşə ərazi aisiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin də lillərindən asılı olmayaraq ləğv edilir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
39. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:
40. Maddə 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 41. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndi: 42. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı mü nasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
43. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılm ışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
44. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
45. Konkr et mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
46. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
47. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013cü il tarixli Qərarına əsasən, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikasının MPM-nin 30-cu maddəsinə uyğun həll edilməli, iddia tələbi predmeti nə, mahiyyətinə və subyektiv tərkibinə görə inzibati xarakterli olduqda məhkəməyə aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk iddia üzrə:
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə ilk iddia tələbinin inzibati məhkəməyə aid olmasına baxmayaraq, həmin iddia tələlərinə mülki icraat qaydasında mahiyyəti üzrə baxmaqla məhkəmə aidiyyətini pozmuşdur.
52. Belə ki, mübahisələndirilən torpaq sahəsinə dair cavabdehin adına aparılmış ilkin hüquqi qeydiyyat Bak ı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı və həmin sərəncam əsasında verilmiş bağ sahəsinə dair orderə əsasən aparılmış və bu barədə çıxarış verilmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbləri mahiyyəti üzrə hüquqları qeydə alan inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsidir.
54. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin ap arılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
55. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
56. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 57. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 sa ylı xx.xx.2015ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
58. Ona görə də, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi – ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq inzibati orqana qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edil məlidir. Qarşılıqlı iddia üzrə:
59. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın Bağlar İdarəsinin Ləhiş bağları üzrə böyük mühəndisi və sahə mühəndislərinin imzaları ilə təsdiq etdikləri xx.xx.2001-ci il tarixli aktın Cavabdeh aid hissədə etibarsız hesab edilməsi tələbi üzrə də iş üzrə icraat xitam verilməlidir.
60. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1).
61. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hə r hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan sənədin etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.
62. İş üzrə etibarsızlığı tələb edilən uzun illər istifadə edilməyən və nəzarətsiz qalan bağ sahələrini müəyyən edilməsi barədə Bağlar İdarəsinin Ləhiş bağları üzrə böyük mühəndisi və sahə mühəndislərinin imzaları ilə təsdiq etdikləri xx.xx.2001-ci il tarixli akt iş üzrə iddiaçının öz tələbini təsdiq edən sübut kimi işə əlavə etdiyi yazılı sənəddir. Həmin sənəd özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməs indən kənar) cavabdeh üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir.
63. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman cavabdeh tərəfin həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququ vardır.
64. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, başqa bir iş üzrə iddiaçının öz tələbini təsdiq edən sübutlar qismində istinad etdiyi istənilən sənədin, o cümlədən özüözlüyündə hüquqi nəticələrə səbəb olmayan, şəxsin hüquqlarına və ya qanunla qorunan mənafelərinə təsir etməyən (ziyan vurmayan) sənədin etibarsızlığı barədə tələb müstəqil iddianın predmeti ola və məhkəmədə baxılmalı ayrıca tələb kimi qəbul edilə bilməz.
65. Buna görə də, bu tələb üzrə apellyasiya məhkəməsinin həmin aktın iş üçün əhəmiyyətli sübut hesab olunmaması əsası ilə Cavabdeh aid hissədə etibarsız hesab edilməsi hissəsində qətnamə ləğv edilməli və həmin hissə üzrə işə məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməlidir.
66. Məhkəmə kollegiyası mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə 31814 saylı, xx.xx.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələb üzrə qeyd edir ki, həmin müqavilədə onun Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü i tarxixli 3811 saylı sərəncamı əsasında bağlandığı göstərilmişdir. Həmin sərəncam hazırda qüvvədədir və qarşılıqlı iddiaçı tərəfindən mübahisləndirilməmişdir. Belə olan halda, bu sərəncam ləğv edilmədən onun əsasında bağlanm ış müqavilənin etibarsız hesab edilməsi düzgün olmamışdır.
67. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi tələbi onun bağlanmasına əsas olan sərəncamın mübahisələndirilməsindən asılı olduğundan həmin tələb rədd edilməli, apellyasiya məhkəməsinin qətnaməsi bu tələb aid hissədə ləğv edilməlidir.
68. Qarşılıqlı iddianın cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikilmiş hasar və darvazanın iddiaçının vəsaiti hesabına sökülərək çıxarılması tələbinin təmin edilməsi hissəsində isə məhkəmə kollegiyası qətnaməni əsaslı hesab edir.
69. Belə ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda, mülkiyyətçi Mülki Məcəllənin 157.2-ci və 157.4-cü maddəsinə əsasən mülkiyyətçinin onun torpaq sahəsində tikilmiş hasarın və darvazanın iddiaçının hesabına sökülməsini tələb etmək hüququ vardır.
70. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasassiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın aktın və müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, ilk iddia tələbi və qarşılıqlı iddianın aktın etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilməli, qarşılıqlı iddianın müqavilənin etibarsız hesab edilməsi tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın.
71. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9691/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın xx.xx.2003-cü il tarixli müqavilənin, həmçinin xx.xx.2001-ci il tarixli aktın Cavabdeh aid hissədə etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 ha sahəsi olan 5832 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə ilk iddia tələbi və qarşılıqlı iddianın xx.xx.2001-ci il tarixli aktın Cavabdeh aid hissədə etibarsız hesab edilməsi tələbi hissəsində iş üzrə icraata xitam verilsin. Qarşılqlı iddia İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsində tikilmiş hasar və darvazanın İddiaçı vəsaiti hesabına sökülməsi hissəsində, dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.