Məhkəmə qərarları › İş №2(102)-3404/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3404/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3404/2020 20.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 X5 X4 Cəmiyyəti, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” X1, Bakı şəhəri Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X3 Palatası İddia tələbi: hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin, dövlət reyestrindən çıxarışın və ipoteka yüklülüyünün ləğv edilməsi (Açar sözlər: hərracın yekunlarının ləğvi, ipoteka saxlayanın ipoteka predmetini əldə etməsi, ipotekaya xitam verilməsi, artıq qalan məbləğin ipoteka qoyana ödənilməsi) Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13158/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə yerləşən 11 saylı evin 3 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində olmuşdur. Bakı Şəhəri Piralla hı Rayon Məhkəməsinin 2(094)-637/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıdan Cavabdeh1 X5 X4 Cəmiyyətinin (bundan sonra - Cavabdeh1 BOKT ASC) xeyrinə 10732,36 ABŞ dolları əsas borcun, 2028,44 ABŞ dolları faiz borcunun, 1140 ABŞ dolları dəbbə pulunun, cəmi 13900,80 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilməsi qət edilmişdir. İddiaçı tərəfindən xx xxxx 2018 - xx xxxxxxx 2018-ci il dövrü ərzində borc üzrə 1058,82 ABŞ dolları (1800 manat) ödəniş edilmişdir. Məhkəmə aktının icrası qaydasında mübahisəli mənzil hərraca çıxarılmış, “Daşınar və Daşınmaz Əmlaklarin Satışı üzrə Hərrac Mərkəzi” X1 (bundan sonra – Hərrac Mərkəzi) tərəfindən keçirilmiş hərracın nəticələri üzrə alıcı olmadığından təkrar hərracın baş tutmaması barədə xx.xx.2019-cu il tarixdə qəzetdə elan dərc edilmişdir. Mənzil 31875 manata tələbkar Cavabdeh1 BOKT ASC-yə təklif edilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Bu barədə sifarişçi Bakı şəhəri Cavabdeh3 (bundan sonra – İcra şöbəsi), Hərrac Mərkəzi və alıcı (tələbkar) Cavabdeh1 BOKT ASC arasında hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli, 16/02 saylı protokol (bundan sonra mübahisəli protokol) və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Mənzilin satışından əldə edilən məbləğ tələbdən artıq olduğu üçün xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığı ilə 8213,64 manat pul Cavabdeh1 BOKT ASC tərəfindən İcra şöbəsinin depozit hesabına ödənilmişdir. Mübahisə li mənzilə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 BOKT ASC-nin adına qeydə alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, Hərrac Mərkəzinə, İcra şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli protokolun, alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi, iddiaçı ilə Cavabdeh1 BOKT ASC arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, 2016/00344-01 saylı kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredi tlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş hesab edilməklə restrukturizasiya edilməsi vəzifəsinin Cavabdeh1 BOKT ASC-nin üzərinə qoyulması, mübahisəli mənzilə dair Cavabdeh1 BOKT ASC-nin xeyrinə olan ipoteka yüklülüyünün ləğv edilməsi və mübahisəli mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə əsasən tələbkar 7 təqvim günü ərzində iddiaçıya ödəniş etmədiyi üçün müqavilə qüvvədən düşüb. Cavabdeh1 BOKT ASC mənzilin pulunu 33 təqvim günü gecikdirib. Digər cavabdeh İcra şöbəsi mənzilin dəyəri ödənilmədiyi halda mənzilin alqı-satqısının rəsmiləşdirilməsi üçün qanunsuz olaraq Reyestr xidmə tinə məktub vermişdir. Bundan başqa, qətnamə çıxdıqdan sonra iddiaçı xx xxxx 2018 - xx xxxxxxx 2018-ci il dövrü ərzində 1058,82 ABŞ dolları (1800 manat) ödəniş etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 440-cı maddəsinin tələblərini kobud səkildə pozaraq həmin ödənişləri əsas kredit borcundan silmək əvəzinə (daha ağır öhdəlik olduğundan) faiz və cəriməyə silmişdir. Nəticədə əsas borcu 9673,54 ABŞ dolları olduğu halda mərkəzi kredit reyestrində 10732,36 ABŞ dolları kimi göstərilmiş, bununla da kreditin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının (bundan sonra – Fərman) təsiri altına düşməsinin qarşısı alınmışdır. Cavabdeh1 BOKT ASC qanunsuz əməllərini davam etdirməklə Fərmanın qüvvədə olduğu dövrdə icra hərəkətlərini dayandırmaq əvəzinə hərracdan aldığı evin dəyəri ilə borc məbləği arasında yaranmış fərq məbləğini natamam səkildə xx xxxx 2019-cu il tarixində, yəni Fərmandan 27 gün sonra köçürmüş, mübahisəli mənzilə xx xxxxx 2019-cu il tarixində, yəni Fərmandan 35 gün sonra dövlət reyestrindən çıxarış almaqla iddiaçının təkbaşına böyütdüyü iki azyaşlı uşağı küçəyə atmaq niyyətindədir, bununla bağlı məhkəmədə iddia da qaldırmışdır. İddiaçının krediti tam olaraq Fərmanın təsiri altına düsür. Belə ki, silinmələr əsas borca aid edildiyi halda əsas kredit borcu 9673,54 ABS dolları olmalı idi. Kredit müqaviləsi xx xxxxxxx 2016-cı il tarixində bağlanmışdır. Kreditin gecikmə günləri 360 gündən artıqdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4208/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-13158/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 BOKT ASC tərəfindən hazırkı iş üzrə apellyasiya araşdırılması zamanı, yəni xx xxxxxx 2019-cu il ta rixdə 1791 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməsi üçün İcra şöbəsinin hesabına köçürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, işin hallarına “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 41.2, 44-cü maddələrini, Mülki Məcəllənin 317.1, 416.1, 416.2-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, iddiaçı mənzilinin satılması ilə bağlı hərracın keçirilməsi prosedurunu mübahisələndirməmişdir. Məhkəmə ödənilmiş pul vəsaitinin düzgün silinmədiyi ba rədə iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 440.1 və 440.2-ci maddələrində borclunun kreditora müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icraların ödənilməsi növbəliyi təsbit olunmuşdur. Hazırkı iş üzrə iddiaçının Cavabdeh1 BOKT ASC-yə olan borcu bir öhdəlikdən – kredit müqaviləsindən irəli gəlmişdir. Belə olan halda isə mübahisəyə Mülki Məcəllənin 440.1 və 440.2-ci maddələri deyil, 432.4-cü maddəsi tətbiq olunmalıdır. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc iddiaçı tərəfindən hissə-hissə ödənildiyindən, tələbkar tərəfindən əsaslı olaraq Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən borc üzrə silinmə ilk növbədə faizdən aparılmışdır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, iddiaçının mənzili artıq xx xxxxxx 2019-cu il tarixdə, yəni Fərman qəbul edilənədək açıq hərracdan satılmışdır. Mənzilin dəyərinin gec ödənilməsi hərracın ləğvi üçün əsas ola bilməz. Belə ki, işin mübahisəsiz halına görə iddiaçı Cavabdeh1 BOKT ASC tərəfindən mənzilin qiyməti ilə borc arasında olan fərqin əsas hissəsi (8213,64 manat) İcra şöbəsinin hesabına xx xxxx 2019-cu il tarixdə köçürülmüş və iddiaçı həmin pul vəsaitini qəbul etmişdir. Fərqin qalan hissəsi isə (1791 manat) xx xxxxxx 2019-cu il tarixdə İcra şöbəsinə köçürülmüşdür. Məhkəmə hesab etmişdir ki, pul vəsaitinin gec köçürülməsi hərracın nəticələrinin ləğvi üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən tələbkar 7 təqvim günü ərzində Mülki Məcəllənin 298-ci maddəsi, “İcra haqqında” Qanunun 78 və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir, əks halda müqavilə qüvvədən düşmüş hesab olunur. Halbuki, Cavabdeh1 BOKT ödənişləri xx.xx.2019-cu il tarixində deyil, 35 gün sonra - xx.xx.2019-cu il tarixində natamam s əkildə aparmış, bununla da müqavilə şərtlərini pozmuşdur, buna görə də müqavilə qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə prosesi zamanı bu xüsusatlar məhkəmənin və cavabdehin diqqətinə çatdırılmış, lakin məhkəmə qətnaməsində bu məsələyə də heç bir münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsində olan mübahisəli mənzilə dair Cavabdeh1 BOKT ASC-nin xeyrinə olan ipoteka yüklülüyünün ləğv edilməsi və mənzilin ipotekadan azad edilməsi barədə tələbə dair da heç bir münasibət bildirməmişdir. Bundan başqa, kassasiya şikayətində “İpoteka haqqında “Qanunun 43.8-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair qərarına istinadla qeyd edil mişdir ki, Hərrac Mərkəzi xx.xx.2019-cu il tarixində təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetində elan dərc etmiş, Cavabdeh1 BOKT 30 təqvim günü müddətində - xx xxxxxx 2019-cu il tarixinədək ipoteka predmetini əldə etməli olduğu halda bunu 37 təqvim günü gecikdirlməklə - xx xxxx 2019-cu il tarixində etmişdir, deməli qanunla müəyyən olunmuş müddəti buraxmışdır, bu isə öz növbəsində ipotekaya xitam verilməsinə əsasdır. Apelyasiya instansiyası məhkəməsində cavabdehin nümayəndəsi icra sənədinə xitam verilməsi barədə məlumatı olduğu halda, xx xxxxxx 2019-cu il tarixində 1791 manat ödənişin İcra şöbəsinin hesabına köçürülməsini təsdiq edən sənədi təqdim etmişdir, lakin həmin vəsait bu günə qədər iddiaçıya verilməmişdir. Cavabdeh1 BOKT ASC kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlərin və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin v ə üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasi ya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiya). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (madə 43, 47). Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (maddə 44). Mülki Məcəllə Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır (maddə 432.4). Mülki Məcəllənin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər b ütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir (Maddə 440.1 və 440.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Məhkəmə kollegiyası, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 298-ci maddəsinə istinad etməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 12-ci fəslinin həmin maddənin yer aldığı 2-ci paraqrafı girov hüquq münasibətlərini (daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılması) tənzimləyir. İpoteka hüquq münasibətlərini (daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüququnu) tənzimləyən maddi hüquq normaları həmin fəslin 3-cü paraqrafı ilə tənzimlənir. “İpote ka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərarı ilə “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Qanu nun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İddiaçı təkrar hərracın baş tutmaması barədə elanın qəzetdə xx.xx.2019-cu il tarixdə dərc edildiyinə baxmayaraq, tələbkarın 30 təqvim günü ərzində - xx.xx.2019-cu il tarixinədək ipoteka predmetini əldə etməli olduğu halda bunu 37 təqvim günü gecikdirməklə xx.xx.2019-cu il tarixdə (tələbdən artıq 8213,64 manatın ödənildiyi tarix) etdiyi üçün ipotekaya xitam verilməli olduğunu hesab edir. Halbuki işə baxmış məhkəmələr ipoteka predmetinin tələbkar Cavabdeh1 BOKT ASC tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə əsasında əldə edildiyini müəyyən etmişlər və iddiaçı hazırkı iş üzrə həmin müqaviləni də mübahisələndirir. Bu baxımdan mübahisəyə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiq edilməsinə əsas olmamışdır. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qüvvədə olan qanunvericilikdə ipoteka predmetinin satışından əldə edilən məbləğ tələbdən artıq olduğu halda həmin məbləğin borcluya qaytarılması müddətlərinin pozulması hərracın nəticələrinin ləğvi üçün əsas kimi müəyyən edilməmişdir. Qeyd olunanlarla bağlı, həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən hərracı udmuş şəxsin həmin əmlakı əldə etməsi hərracın nəticələrinə əsasən tələbkarın ipoteka predmetini əldə etməsindən fərqlənir. “İpoteka haqqında” Qanuna əsasən birinci halda ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır, onunla hərracın təşkilatçısı arasında auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalanır (maddə 42.5 və 42.6). Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir (maddə 42.7). İkinci halda isə hərrac baş tutmamış elan edilir və ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif edilir (maddə 43.8). Bu zaman əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır (Mülk Məcəllənin 319.6-cı maddəsi). Qanunverici lik hərracı udmuş şəxsin alış qiymətini ödəməsindən fərqli olaraq, ipoteka saxlayanın borc həddindən artıq məbləği ipoteka qoyana ödəmək üçün müddət müəyyən etməmişdir. İddiaçının tələbin əsası kimi, həmçinin Hərrac Mərkəzi ilə Cavabdeh1 BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə istinad edir. Müqavilədə nəzərdə tutulur ki, əldə edən tələbkar 7 təqvim günü ərzində Mülki Məcəllənin 298-ci maddəsi və “İcra haqqında” Qanunun 78 və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir. Əks halda müqavilə qüvvədən düşmüş hesab edilir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 298-ci maddəsi girov münasibətlərini tənzimlədiyi üçün ipoteka hüquq münasibətlərinə tətbiq edilə bilməz. Bu qaydanın tərəflər arasında bağlanmış müqavilə ilə də dəyişdirilməsi də mümkün deyi ldir. Çünki Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik qanunvericiliyə zidd müqavilə şərtlərinin qoyulmasına münasibətdə tərəflərin müqavilə azadlığını məhdudlaşdırır. Eyni zamanda “İcra haqqında” Qanunun 78 və 79-cu maddələri icra ödənişləri ilə bağlı münasibətləri tənzimləyir. Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. xx.xx.2019-cu il tarixli müqavi lənin iddiaçının istinad etdiyi bəndinə də söhbət “İcra haqqında” Qanunun 78 və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərclərin ödənilməsindən gedir. Lakin baxılan iş üzrə iddiaçı müqavilənin etibarsızlığı əsası kimi əmlakın satış qiymətinin tələbkara olan borc məbləğindən artıq olan hissəsinin ona gec ödənildiyinə istinad etmişdir. Beləliklə icra xərclərinin məbləği və ödənilib-ödənilmədiyi hazırkı məhkəmə araşdırmasının predmeti olmadığı üçün müqavilənin istinad olunan bəndi hazırkı iddia tələbi üzrə hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13158/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar