Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3404/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2256/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmə sinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı "Faktor Lizinq” MMC cavabdehlər X5 və X9 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdeh X1 lizinq məbləği üzrə 22340,71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856, 71 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməsi, cavabdeh X5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, X6 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, ko rpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh X5 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
4. İddiaçı Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" MMC-yə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82 korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilə dair yerləşən mənzilə bağlanmış xx.xx.2016-cı il tarixdə, 4Ə/399 reye str ilə rəsmiləşən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
6. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci mülki iş üzrə icraat Bakı Apellyasiya məhkəməsinin 2(103)-10710/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Sevda İsgəndərovanın İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi" tələbinə dair və iddiaçı Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "Faktor Lizinq” MMC-yə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə mülki işlərə baxılıb yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2494/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9636/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7955/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
9. İddiaçı MMC-nin cavabdehlər X4 və X9 qarşı iddiası üzrə olan mülki işlə iddiaçı Cavabdehlər Bakı şəhəri 09 saylı Notariat Ofisi, İddiaçı MMC-yə qarşı iddiası üzrə olan mü lki iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1953/2020 saylı xx.xx.2020-ci tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir. 10. xx.xx.2021-ci il tarixdə iddiaçı “Faktor Lizinq" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş ərizədə cavabdeh X4 qarşı iddia tələbinin “pul məbləğinin tutulması" hissəsindən imtina etdiklərini bildirilmiş, buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 128/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan hissəvi imtinası qəbul edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, iddianın cavabdeh X1 lizinq məbləği üzrə 22340.71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 25856.71 ABŞ dolla rının ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-128/2021 tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi “D040 saylı xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82 korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilin X5 tərəfindən boşaldılaraq, “Faktor Lizınq" MMCyə təhvil verilməsi və X6 həmin mənzilə istifadə hüququnun itirilməsi hissələrində dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)4236 /2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-325/2011 saylı qərarı ilə birinci iş üzrə cavabdeh X5 və ikinci iş üzrə iddiaçı Cavabdeh Xanməmməd qızının birgə verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı MMC Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, gir iş C-də yerləşən 32 saylı mənzilinə hüquqlarının itirilmiş hesab edilməklə onun həmin mənzildən çıxarılması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X5 İddiaçı MMC-yə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 82 saylı evin 5-ci korpusunda giriş C-də olan 32 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş X11 ilə xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanaraq mənzil 90.000 manata alınmışdır. Mənzil alqı-satqı olunarkən həmin mənzilə hüququ olan bü tün şəxslər, o cümlədən də Cavabdeh əmlakın satılmasına notarial təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. Bundan sonra liziq alan Sevda İsgəndərova müqavilə öhdəliklərini pozduğuna görə lizinq predmetinin qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırılmış, hazırki iddia üzrə cavabdeh də qeyd olunan həmin məhkəmə mübahisəsinə qoşularaq alqı-satqı və lizinq müqavilələrini mübahisələndirmişdir. Lakin, nəticə etibarı ilə İddiaçı MMC-nin iddia tələbi təmin olunmuşdur. İcra sənədinin icrası zamanı isə məlum olmuşdur ki, cavabdeh hələ də qanunsuz olaraq mənzildə qeydiyyatda qalmaqdadır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur.
15. Birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsinə etraz edərək göstərmişdir ki, iddia ərizəsinin dəlillərinin qanunsuz və əsassız hesab edir. İddiaç ı AR MM-nin 151.1-ci maddəsinə istinadən mülkiyyətçi kimi onu yaşadığı mənzildən çıxarmaq istəyir və iddia tələbinin əsas dəlili olaraq qeyd olunan mənzilin onun tərəfindən alqı-satqı zaman notariat qaydada verdiyi xx.xx.2016-cı il tarixli razılıq ərizəsini məhkəmənin diqqətinə çatdırmışdır. Qeyd olunan hallar, heç də onun yaşadığı mənzildən istifadə hüququnun itirilmasınə əsas ola bilməz. Qeyd olunan müqavilə mənzilin alqı-satqı müqaviləsi deyidlir. Belə ki, mənzilin alqı-satqısında dair X14 ilə Faktor Lizinq MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsində xüsusi olaraq qeyd edilmişdir ki, bu mənzil Sevda İsgəndərovaya lizinqə verilməsi məqsədilə alınır. Alıcı həmin mənzili Sevda İsgəndərovaya müvəqqəti istifadə və sahiblik etməsi üçün alır. Göründüyü kimi, bu m üqavilə adi alqı-satqı müqvailəsi deyildir. Sevda İsgəndərova isə, onun doğma anasıdır və gerçəkdən yaşağığı mənzil lazım olsa idi, həmin mənizli ondan və həyat yoldaşından lizinq şərtləri olmadan ala bilərdi. Yəni bunun üçün ayrıca lizinq müqaviləsi və alqı-satqı müqaviləsi bağlanılmasına lüzüm yox idi. Burada məqsəd, sadəcə formal alqı-satqı yolıı ilə mənzili lizinq maliyyələşdirilməsi adı ilə MMC-nin adına keçirmək və bunun müqabilində anasına 30.000 ABŞ dolları məbləğində 24 ay müddətində aylıq 20% faiz və mükafat almaq üçün kredit şərtləri ilə pul vermək idi. Necə ola bilər ki, lizinq şirkəti 90.000 manata aldığı mənzili, eyni gündə dəyərindən iki dəfə aşağı qiymətə (30000 ABŞ dollara yəni, həmin dövr üçün təqribən 45.000 manata) S.İsgəndərovaya lizinqə verir? Lizinq müqaviləsinin müd dətinin sonuna MMC-nin əldə edəcəyi ümumi məbləğ faiz daxil 38.000 ABŞ dolları (bu günə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uğyun olaraq təqribən 66.000 manat) təşkil edir. Qeyd olunan mənzilin alqı-satqısı üzrə müqavilənin etibarsızlığına dair Faktor Lizinq MMC ilə əvvəllər aralarında məhkəmə mübahisəsi olmuş, lakin bütün bu hallar tərəfindən məhkəmələrdə irəli sürülsə də, məhkəmələr bu halları araşdırmamışdır. Yəni, bu məsələlər araşdırılmaq üçün qaldırılsa da, məhkəmələrin diqqətindən kənarda qalmış və aşağı məhkəmələr buna hər-hansı layiqli münasibət bildirməmiş və sonda doğru olmayan hüquq nəticəyə gəlinmişdir. Bu səbəbdən, xüsusi olaraq qeyd edir ki, X14 ilə birgə nikah dövründə əldə etdiyi mənzilin MMC-yə alqı satqısına dair tərəfindən notarial qaydada imzalanmış xx. xx.2016-cı il tarixli razılıq ərizəsi və alqı-satqı müqvailəsinin özü, onun mənzildən istifadə hüququnun itirilməsinə əsas ola bilməz. Ona görə ki, bu razılıq ərizəsində xüsusi olaraq qeyd olunmuşdur ki, mənzilin istər adi qaydada, istərsə da, ipoteka yolu ilə satılmasına etiraz etmir. Lakin, mənzil nə adi qaydada, nə də ki, ipoteka yolu ilə satılmışdır. Mənzil məhz lizinqə verilməsi məqsədilə satılmışdır. Bu hal vəziyyəti tamamən dəyişir. Deməli, o, mənzilin adi qaydada və ipoteka yolu ilə satılmasına razılıq versə də, mənzilin lizinq yolu ilə satılmasına razılıq verməmiş, iradə ifadəsini bildirməmişdir. Bu amil vacib olmasaydı, mənzilin aln-satqısına dair razılıq ərizəsində mənzilin adi və ya ipoteka yolu ilə satılması ilə bağlı xususi müddəa ver almazdı. Bu səbəbdən hesab edir ki, xx.xx.2016-ci il tarixli razılıq ərizəsində mənzilin məhz lizinq yolu ilə satılması qeyd olunmalı idi, əks halda onun həmin mənzilin məhz lizinq yolu ilə satılması ilə bağlı iradə ifadəsi qəbul olunmazdır. Yaşadığı mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərinə heç bir öhdəlik götürməmişdir. Əri, Amil Qurbanov yaşadığı mənzilin alqı-satqı müqaviləsində bu barədə üzrərinə xüsusi öhdəlik götürərək, yalnız özünə münasibətdə xx.xx.2016-cı il tarixdə mənzildən qeydiyyatdan çıxması ilə bağlı öhdəik götürmüşdür. Lakin, onunla bağlı buna dair heç bir hüquqmüəyyənedici sənəd və ya öhdəlik mövcud deyildir. Həmçinin, heç bir sənəd üzərində bununla bağlı ayrıca olaraq üzərinə öhdəlik götürməmiş və iradəsinə zidd olaraq yaşadığı mənzildən istifadə hüququnun əlindən alınması ilə bağlı 3-cü şəxsin hərəkət və y a hərəkətsizliyi legitim sayıla bilməz. Ona görə də, yaşadığı mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddiaçının tələbinin nə faktiki, nə də ki, hüquqi əsası yoxdur.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-5186/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinə hüquqları itirilmiş hesab edilməsi və həmin mənzildən çıxarılması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, araşdırılmış sübut larla və qanuni qüvvəsini almış məhkəmə aktları ilə X6 mülkiyyətində olmuş cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinin lizinqverən İddiaçı MMC tərəfindən əldə olunaraq lizinq alan X3 lizinqə verilməsi, "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdeh X5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, X6 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsinin qət edilməsi, Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, X2 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iş üzrə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzildə yaşaması və ondan istifadə etməsi üçün heç bir hüquqi əsasın olmaması müəyyən edilmişdir. Ona görə də, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1 157.2, 157.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1, 9, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 9, 217.4 və 218.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şin faktiki hallarından, habelə iş materiallarında mötəbər sayılmayan və iş üzrə birinci instansiya məhkəməsinin qətnamədə yalnız iddiaçının mövqeyinə əsaslanan dəlillərdən bilmək olur ki, iddia tələbi əsassızdır, iş üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qətnamə isə yalnız iddiaçının bir tərəfli mövqeyini əks etdirir. Belə ki, məhkəmə qətnaməsində lazımi əsaslandırma aparmamış və iddia ərizəsinə eitrazda qeyd olunan dəlillərə qətnamədə doğru hüquqi qiymət verməmişdir. Bununla biri nci instansiya məhkəməsi, iddiaçı ilə aralarında olan əvvəlki məhkəmə mübahisələri üzrə (lizinq müqvailəsinin, alqı-satqı müqaviləsinin etibarsızlığı və sair) müəyyən olunan halların yenidən gündəmə gətirilməsinin yolverilməzliyini qeyd etmişdir. Lakin, bu zaman onun məqsədi cavabdeh olaraq həmin halları yenidən gündəmə gətirmək yox, sadəcə mənzilin alqı-satqının lizinq müqaviləsindən irəli gəldiyini, lakin onun məhz lizinq məqsədi ilə mənzilin alqı-satqısına razılığının olmadığını məhkəmənin diqqətinə çatdırmaq idi. Çünki, mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli razılıq ərizəsində xüsusi olaraq qeyd edilmişdir ki, o mənzilin istər adi qaydada, istərsə də, ipoteka yolu ilə satılmasına etiraz etmir. Lakin, nəzərə alaq ki, mənzil nə adi qaydada, nə də ki, ipoteka yolu ilə satıl mışdır. Mənzil məhz lizinqə verilməsi məqsədilə satılmışdır. Bu hal vəziyyəti təmamilə dəyişir. Bundan əlavə, mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilədə də, bu barədə xüsusi qeyd edilmişdir ki, (alqı-satq muq. bənd:1) bu mənzil S.İsgəndərovaya lizinqə verilməsi məqsədilə satılır. Deməli, mənzilin adi qaydada və ipoteka yolu ilə satılmasına razılıq versə də, mənzilin lizinq yolu ilə satılmasına razılıq verməmişdir. Bu barədə razılıq ərizəsində heç bir qeyd yoxdur. Yəni, o, mənzilin lizinq yolu ilə satılmasına iradə ifadəsi bildirməmişdir. Bu amil vacib olmasaydı, mənzilin alqı-satqısına dair razılıq ərizəsində mənzilin adi və ya ipoteka yolu ilə satılması ilə bağlı xususi müdəa yer almazdı. Bu səbəbdən hesab edir ki, xx.xx.2016-cı il tarixli razılıq ərizəsində mənzilin məhz lizinq yolu ilə satılması qeyd olunmalı idi, əks halda onun həmin mənzilin məhz lizinq yolu ilə satılması ilə bağlı iradə ifadəsi qəbul olunmazdır. Öz növbəsində bu hal onun, yaşadığı həmin mənzildən istifadə hüququnun itirilməsi üçün əsas sayıla bilməz. Lakin bütün bu hallar və dəlilləri məhkəmə qətnaməsində diqqətəlayiq halı nəzərə alınmamışdır. Məhkəmənin bununla bağlı digər yanlış əsaslandırması isə iş üzrə qəbul olunmuş qətnamənin 5-ci səhifəsi, 9-cu abzasında olmuşdur. Məhkəmə qətnamədə hazırki iddia tələbinin təmin olunmasını, əvvəlki işlər üzrə İddiaçı MMC-nin xeyrinə olan məhkəmə qətnamələri ilə əlaqələndirməsi kökündən yanlışdır. Məhkəmə iş üzrə sübutlara obyektiv qiymət verərək nəzərə almalı idi ki, onun mənzildən çıxarılmama əsas göstərilən xx.xx.2016-cı il tarixli alqı-s atqı müqaviləsi, adi alqı-satqı müqaviləsi deyildir. İşin hallarında qeyd etdiyi kimi, qeyd olunan mənzilin alqısatqı müqaviləsi lizinq məqsədi ilə bağlanmışdır. Belə ki, göstərilən mənzilin alqı-satqısına dair X14 ilə - Faktor Lizinq MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixdə, 4Ə/399 reyestr ilə rəsmiləşən alqı-satqı müqaviləsində xüsusi olaraq qeyd edilmişdir ki, bu mənzil Sevda İsgəndərovaya lizinqə verilməsi məqsədilə alınır. Alıcı həmin mənzili Sevda İsgəndərovaya müvəqqəti istifadə və sahiblik etməsi üçün alır. Göründüyü kimi, bu müqavilə adi alqı-satqı müqaviləsi deyildir. Bu mənzil Sevda İsgəndərovaya lizinqə (icarəyə) verilməsi üçün nəzərdə tutulmuşdur. Sevda İsgəndərova isə, onun doğma anasıdır. Məlumdur ki, anasına gercəkdən yaşamağına mənzil lazım olsa idi, həmin mənzili ondan və həyat yoldaşından lizinq şərtləri ilə olmadan ala bilərdi. Yəni, bunun üçün ayrıca lizinq müqaviləsi və alqı-satqı müqaviləsi bağlanılmasına lüzum yox idi. Burada məqsəd, sadəcə formal alqı-satqı yolu ilə mənzilin lizinq maliyyələşdirilməsi adı ilə Faktor lizinq MMC-nin adına keçirmək və bunun müqabilində anası S.İsgəndərovaya 30.000 ABŞ dolları məbləğində 24 ay müddətində aylıq 20% faiz və mükafat almaq üçün kredit şərtləri ilə pul vermək idi. Çünki, lizinq şirkəti (Faktor Lizinq MMC) alqı-satqı müqaviləsi üzrə 90.000 manat dəyərində aldığı mənzili, eyni gündə dəyərindən iki dəfə aşağı qiymətə (30000 ABŞ dollara yəni, həmin dövr üçün təqribən 45.000 manata) S.İsgəndərovaya lizinqə verdiyini nəzərə alınsa müqavilənin formallığı göz qabağındadır. Bir daha qeyd edir ki, apellyasiya şikayətinin hazırki dəlili iddiaçı ilə əvvəlki məhkəmə mübahisələri zamanı tərəfindən qaldırılan məsələləri yenidən qaldırmaq deyildir. Burada məqsəd, sadəcə onun mənzildən çıxarılma dəlil olar. İddiaçı tərəfindən gətirilən xx.xx.2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsinin, lizinq məqsədləri ilə bağlanmasını məhkəmənin diqqətinə çatdırmaqdır. Çünki, onun həmin alqı-satqı müqaviləsinə xx.xx.2016-cı il tarixli razılıq ərizəsində, lizinq məqsədləri ilə bağlı razılığına dair iradə ifadəsi əks olunmamışdır. Bundan əlavə, o yaşadığı mənzildən qeydiyyatdan çıxmaq ilə bağlı üzərinə heç bir öhdəlik götürməmişdir. Amil Qurbanov yaşadığı qeyd olunan mənzilin alqı-satqı müqaviləsində bu barədə üzərinə xüsusi öhdəlik götürərək, yalnız özünə münasibətdə xx.xx.2016-cı il tarixdə mənzildən qeydi yyatdan çıxması ilə bağlı öhdəlik götürmüşdür. Lakin, onunla bağlı buna dair heç bir hüquq müəyyənedici sənəd və ya öhdəlik mövcud deyildir. Həmçinin, o heç bir sənəd üzərində bununla bağlı ayrıca olaraq üzərinə öhdəlik götürməmiş və onun iradəsinə zidd olaraq yaşadığı mənzildən istifadə hüququmun əlimdən alınması ilə bağlı 3cü şəxsin hərəkət və ya hərəkətsizliyi legitim sayıla bilməz. Yaşadığı qeyd olunan mənzildən istifadə hüququmun itirilməsi ilə bağlı iddiaçının tələbinin nə faktiki, nə də ki, hüquqi əsası yoxdur. Bütün bu dəlillər həm məhkəmə iclasında verilən izahatda, həm də, iddia ərizəsinə etirazda birinci instansiya məhkəməsinin diqqətinə çatdırırsa da, nədənsə bu dəlillərə qətnamədə münasibət bildirilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – a pellyasiya instansiyası məhkəməsi) 2(103)-2256/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, araşdırılmış sübutlarla və qanuni qüvvəsini almış məhkəmə aktları ilə X6 mülkiyyətində olmuş cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinin lizinqverən İddiaçı MMC tərəfindən əldə olunaraq lizinq alan X3 liz inqə verilməsi, "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdeh X5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, X6 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsinin qət edilməsi, Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, X2 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iş üzrə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C -də yerləşən 32 saylı mənzildə yaşaması və ondan istifadə etməsi üçün heç bir hüquqi əsasın olmaması müəyyən edilmişdir.
23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə alm aqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1 157.2, 157.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1, 9, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2023-saylı,10 may 2023-cü il tarixli qətnaməsinin tam ləğv edi lməsi və işin yenidən aparşdırılması üçün apelyyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 228.2, “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 1-ci və 2.4-cü bəndləri, MPM-nin 24.3, 31.1, 31.2, 32.3, 77, 88, 386, 387 və 418-ci maddələri pozulmuşdur. İddiaçı, bu tələbinin hüquqi əsası olaraq, həmin mənzil üzərində mülkiyyət hüquqlarını bildirməklə yanaşı, əsas dəlil olaraq həmin mənzilin anası Sevda İsgəndərovaya lizinqə verilməsi zamanı, mənzilin X14dan lizinq məqsədləri ilə alqı-satqısına tərəfindən xx.xx.2016-cı il tarixli notariat qaydada razılıq ərizəsinin olmasını bi ldirmişdir.
28. İddiaçının bu dəlilinin nə faktiki, nə dəki hüquqi əsası yoxdur. Ona görə ki, tərəfindən mübahisəli mənzilin lizinq məqsədləri ilə mənzilin özgəninkiləşdirilməsinə iradə ifadəsi mövcud deyildir.
29. Belə ki, bununla bağlı bir daha məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli razılıq ərizəsində xüsusi olaraq qeyd edilmişdir ki, mənzilin istər adi qaydada, istərsə də, ipoteka yolu ilə satılmasına etiraz etmir. Lakin, nəzərə alaq ki, mənzil nə adi qaydada, nə də ki, ipoteka yolu ilə satılmışdır. X14 ilə birgə nikah dövründə əldə etdiyi həmin mənzil iddiaçıya məhz lizinqə verilməsi məqsədilə satılmışdır. Bu hal vəziyyəti tamamilə dəyişir.
30. Bundan əlavə, mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilədə də, bu barədə xüsusi qeyd edilmişdir ki, (alqı-satqı muq. bənd:1) bu mənzil S.İsgəndərovaya lizinqə verilməsi məqsədilə satılır. Deməli, mənzilin adi qaydada və ipoteka yolu ilə satılmasına razılıq versə də, mənzilin lizinq yolu ilə satılmasına razılıq verməmişdir. Bu barədə razılıq ərizəsində heç bir qeyd yoxdur. Bu amil vacib olmasaydı, mənzilin alqısatqısına dair razılıq ərizəsində mənzilin adi və ya ipoteka yolu ilə satılması ilə bağlı xüsusi müddəa yer almazdı.
31. Bu səbəbdən hesab edir ki, xx.xx.2016-cəil tarixli razılıq ərizəsində mənzilin məhz lizinq yolu ilə satılması qeyd olunmalı idi,əks halda onun həmin mənzilin məhz lizinq yolu ilə satılması ilə bağlı iradə ifadəsi qəbul olunmazdır.Öz növbəsində bu hal (razılıq ərizəsi) onun,yaşadığı həmin mənzildən istifadə hüququnun itirilməsi üçün əsas sayıla bilməz.
32. Aşağı məhkəmələr tərəfindən, öz qətnamələrində nədənsə onun bu dəlilinə hər hansı münasibət bildirməmişdir.
33. Bundan əlavə, yaşadığı mənzildən qeydiyyatdan çıxmağıyla bağlı üzərinə heç bir öhdəlik götürməmişdir.
34. Əri, Amil Qurbanov yaşadığımız qeyd olunan mənzilin alqı-satqı müqaviləsində bu barədə (bənd: 13) üzrərinə xüsusi öhdəlik götürərək, yalnız özünə münasibətdə xx.xx.2016-cı il tarixdə mənzildən qeydiyyatdan çıxması ilə bağlı öhdəik götürmüşdür. Lakin, onunla bağlı buna dair heç bir hüquqmüəyyənedici sənəd və ya öhdəlik mövcud deyildir.
35. Həmçinin, heç bir sənəd üzərində bununla bağlı ayrıca olaraq üzərinə öhdəlik götürməmişdir və iradəsinəə zidd olaraq yaşadığı mənzildən istifadə hüququnun əlindən alınması ilə bağlı 3-cü şəxsin hərəkət və ya h ərəkətsizliyi legitim sayıla bilməz.
36. Ona görə bir daha bəyan edir ki, yaşdığı və X14 ilə birgə nikah dövründə əldə olunmuş qeyd olunan mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddiaçının hazırki tələb hüququ yoxdur və iddiaçının belə bir hüququ yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin (kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi) tələbindən irəli gələrək yarana bilər.
37. Bu mövqe tərəfimdən nümayəndəsi vasitəsilə aşağı məhkəmlərin diqqətinə çatdırılmış və bildirilmişdir ki, mənzilin lizinq məqsədilə satılmasına dair razılığını bildirən hüquqi sənəd olmadığından, onun həmin yolla mənzilin iddiaçının mülkiyyətinə keçməsinə dair iradə ifadəsi mövcud deyildir.
38. Bunu nəzərə alaraq, mülkiyyətçinin öz mülkiyyətində olan məznil dən onu çıxarması və istifadə hüququmun itirilməsi ilə barəlı tələb hüququ yalnız həmin istifadə hüququmun əvəzində müvafiq qaydada kömpensasiya ödəməklə yarana bilər.Hazırki halda isə iddiaçının belə bir tələb hüququ yaranmır.
39. Lakin, bir daha qeyd edirə ki, aşağı məhkəmələr bütün bu halları nədənsə diqqətəlayiq nəzərə almayaraq təhlil etməmiş və sonda doğru olmayan hüquqi nəticəyə gəlinmişdir.
40. Bu səbəbdən hesab edir ki, aşağı məhkəmələr X14 ilə birgə nikah dövründə əldə etdiyikləri mənzildən istifadə hüqundan məhrum etməklə yanaşı, həm də onu bu hüququn əvəzində AR. MM-nin 228.2-ci maddəsinin tələbindən irəli gələrək kompensasiya almaq hüququmdan məhrum etmişlər.
41. Göründüyü kimi, qanunvericilik ona bu imkanı verdiyi halda aşağı məhkəmələr onu bu hüquqdan da məhrum etməklə qeyd olunan maddi hüquq normasının tələbini kobud pozmuşlar. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir:
42. İşin hallarından, mötəbər sayılmayan sübutlardan və iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnamədə yalnız iddiaçının mövqeyinə istinadən doğru əsaslandırılmamış mövqeyindən bəlli olur ki, məhkəmə bu iş üzrə obyektiv, hərtərəfli və tam araşdırma aparmadan sonda yanlış hüquqi nəticəyə gəlmişdir.
43. Belə ki, həm birinci, həm də ki, apellyasiya instansiya məhkəməsi işin həqiqi halları ilə bağlı qətnaməsində lazımi əsaslandırma aparmamış və iddia ərizəsinə eitrazında qeyd olunan dəlillərə (mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli razılıq ərizəsinin məzumunda qeyd olunan hallara) ümumiyyətlə münasibət bildirməmiş, bununla bağlı hər hansı əsaslandır ma aparmamışdır. Halbuki bunlar olduqca vacibdir.
44. Apellyasiya instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamənin 8-ci səhifəsində apardığı əsaslandırmada apellyasiya şikayətinin dəlilində əks olunan hallara hər hansı mövqe nümayiş etdirməmişdir. Məhkəməninin mövqeyi tərəflər arasında alqı-satqı müqvailəsinin etibarsızlığına dair əvvəlki məhkəmə mübahisələri üzrə qəbul olunmuş qərarlar və bununla bağlı məhkəmələrin gəldiyi hüquqi nəticələ ilə bağlı olmuşdur. Bu halı əsas götürərək apellyasiya instansiya məhkəməsi, apelyasiya şikayətimdə qeyd etdiyim dəlillərinə münasibətdə AR.MPM-nin 82.3-cü maddəsinin tələbindən irəli gələrək əsaslı olmaması qənaətinə gəlmişdir.
45. Əslində, əqdin etibarsızlığı ilə bağlı tərəflər arasında əvvəlki məhkəmə mübahisələri üzrə gəlinmiş hüquqi nəticənin hazırki işin nəticəsinə birbaşa təsiri yoxdur. Ona görə ki, həmin məhkəmələrdə mübahisə olunan halların hazırki hallar ilə birbaşa bağlılığı yoxdur.
46. Məsələn: Konkret hal üzrə bildirir ki, mənzilin alqı-satqı müqaviləsinə dair tərəfindən notarial qaydada imzalanmış xx.xx.2016-cı il tarixli razılıq ərizəsinin məzmunu və ya həmin ərizənin özü mübahisə və ya araşdırma predmeti olmamış, habelə bu ərizənin legitimliyinə dair hər-hansı məhkəmə qərarı və ya göstəriş yoxdur.
47. Əvvəlki məhkəmələrdə araşdırma predmeti olmuş hal: Bildirir ki, mənzilin alqı-satqı müqaviləsi tərəfindən əvvəlki məhkəmələrdə mübahisələndirilmiş və bu zaman iddiasının əsası kimi tərəflər arasında alqı-satqının formal əsasla bağlanması və əri ilə birgə nikah dövründə əldə etdiyi həmin mənzilin alqı-satqı müqaviləsində müqavilə dəyəri kimi əks olunan 90.000 manat pulun alıcıya (ərim Amil Qurbanova) faktiki olaraq verilməməsi və alqı-satqının beləliklə baş tutumaması əsas göstərilmiş. Çünki birgə nikah dövründə əldə olunan əmlak kimi mənzilin satışından əldə olunan pul vəsaitinin yarısına onun pay hüququ yaranır.
48. Məhkəmə kolelgiyasının nəzərinə çatdırır ki, mənzilin alqı-satqısına dair əqdin tərəfindən mübahisələndirilməsi zamanı bundan əvvəlki məhkəmə araşdırmalarında xx.xx.2016-cı il tarixli qeyd olunan razılıq ərizəsinə dair hər hansı araşdırma halı və ya preyudisial məhkəmə mövqeyi yoxdur.
49. Bu səbəbdən, iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində (səhifə 8.) bu barədə AR.MPM-nin 82.3-cü maddəsinə istinadən əsaslandırma aparmasını hüquqi əsassız hesab etmək olar. Çünki, hazırki dəlilləri əvvəlki məhkəmələrdə tərəflər arasında olan mübahisə zamanı irəli sürülməmiş və bununla bağlı əvvəlki məhkəmlərin mövqeyi yoxdur.
50. Yəni, tərəfimdən əvvəllər Faktor Lizinq MMC-yə qarşı mənzilin alqı-satqı müqaviləsi mübahisələndirilsə də, həmin iddia tələbinə dair dəlilləri hazırki iş üzrə dəlillərə hər hansı əlaqəsi və ya aidiyyətı yoxdur. Alqı-satq müqaviləsinin etibarsızlığına dair iddia tələbinin təmin edilməməsi isə, hazırki iş üzrə iddiaçının idddia tələbində heç də haqlı olması anlamına gələ bilməz. Çünki, burada hər-hansı preyudisal bağlılıq yoxdur. Apellyasiya instansiya məhkəməsinin qətnamədə belə yanlış əsaslandırması yalnız formal xarakter daşıyır və əsl reallığı əks etdirmir.
51. Bir sözlə, apellyasiya instansiya məhkəməsi qətnaməsində iddiaçı nın iddia tələbində haqlı olmasını əvvəlki işlər üzrə Faktor Lizinq MMC-nin xeyrinə olan məhkəmə qətnamələri ilə əlaqələndirməsi kökündən yanlışdır.
52. Bu səbəbdən hesab edirlər ki, apellyasiya instansiya məhkəməsinin bununla bağlı gəldiyi hüquqi nəticə doğru əsaslandırma aparılmadığı üçün kökündən yanlışdır və bu hal iş üzrə qəbuledilmiş xx.xx.2023-ci il tarixli qətnamənin ləğvi üçün əsasdır.
53. İş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən mövcud qanunevriciliyinin tələblərinin kobud pozulması ilə bağlı dəlilləri və digər bu kimi hallar onu deməyə əsas verir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki mülki iş ədalətli araşdırmamış, qətnamə lazımi qaydada əsaslandırılmamış və beləliklə də, məhkəmə tərəfindən qərəzli hüquqi nəticəyə gəlinmişdir, bu isə öz növbəsində Av ropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna gətirib çıxarır. Konvensiyanın 6.1-cimaddəsində deyilir: “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Ədalətli araşdırma hüququ məhkəmə araşdırmasının bir çox aspektlərini, o cümlədən məhkəmə qərarlarının əsaslandırılması hüququnu özündə ehtiva edir.Van de Hurk Niderlanda qarşı (19 aprel, 1994)işində Məhkəmə bildirmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırmalıdırlar
54. Məhkəmə Kollegiyasının diqqətinə xüsusi olaraq onu da çatdırmaq istərdi ki, mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddiaçının hazırki tələbi mülki icraat qaydasında yox,əslində inzibati icraat qaydasında həll edilməli idi. Belə ki, yuxarıda qeyd olunduğu kimi, mənzilin alqı-satqısına dair iş materiallarında olan xx.xx.2016-cı il tarixli ərizəsinin məzmununda mənzilin lizinqə verilməsi məqsədilə satılmasına dair iradə ifadəsinin olmadığını nəzərə alaraq, həmin mənzilin məhz lizinq məqsədilə özgəninkiləşdirilməsinə dair iradə ifadəsinin olmaması aşkardır. Belə olan halda, mülkiyyətçi(iddiaçı)həmin ərizədən irəli gələrək mülki qaydada onun mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı hazırki iddia tələbi ilə çıxış edə bilməz. Belə ki, bu zaman iddiaçı bununla bağlı ilk növbdə DİN-nin Xətai rayon Polis İdarəsinin pasport qeydiyyatı şöbəsinə ərizə ilə müraciət etməli idi və müvafiq imtina aldıqdan sonra hazırki tələb ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etməli idi. Bu səbəbdən hesab edirəm ki, məhkəmə aidiyyatı qaydasının tələbi pozulmuşdur.İşi araşdıran aşağı məhkəmələr tərəfindən bu hal nədənsə, diqqətləyiq araşdrılmamışdır.
55. İşə mahiyyəti üzrə baxan apellyasya instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv qiymət verərək nəzərə almalı idi ki, onun mənzildən çıxarılmasına əsas göstərilən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, adi alqı-satqı müqaviləsi deyidlir. Yuxarıda qeyd etdiyi kimi, qeyd olunan mənzilin alqı-satqı müqaviləsi lizinq məqsədi ilə bağlanmışdır. Belə ki, göstərilən mənzilin alqı-satqısında dair X14 ilə - Faktor Lizinq MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixdə, 4Ə/399 reyestr ilə rəsmiləşən alqı-satqı müqaviləsində (bənd: 1) xüsusi olaraq qeyd edilmişdir ki, bu mənzil Sevda İsgəndərovaya lizinqə verilməsi məqsədilə alınır. Alıcı (Faktor Lizinq MMC) həmin mənzili Sevda İsgəndərovaya müvəqqəti istifadə və sahiblik etməsi üçün alır. Göründüyü kimi, bu müqavilə adi alqı-satqı müqvailəsi deyildir. Bu mənzil Sevda İsgəndərovaya lizinqə (icarəyə) verilməsi üçün nəzərdə tutulmuşdur. Sevda İsgəndərova isə, doğma anasıdır.Məlumdur ki, anasına gercəkdən yaşadığı mənzil lazım olsa idi, həmin mənizli ondan və həyat yoldaşından lizinq şərtləri ilə olmadan ala bilərdi.Yəni, bunun üçün ayrıca lizinq müqaviləsi və alqı-satqı müqaviləsi bağlanılmasına lüzüm yox idi.Burada məqsəd, sadəcə formal alqı-satqı yolu ilə mənzillərini lizinq maliyələşdirilməsi adı ilə Faktor lizinq MMC-nin adına keçirmək və bunun müqabilində anası S. İsgəndərovaya 30.000 ABŞ dolları məbləğində 24 ay müddətində aylıq 20% faiz və mükafat almaq üçün kredit şərtləri ilə pul vermək idi. Çünki, lizinq şirkəti (Faktor Lizinq MMC)alqı-satqı müqaviləsi üzrə 90.000 manat dəyərində aldığı mənzili, eyni gündə dəyərindən iki dəfə aşağı qiymətə(30000 ABŞ dollara yəni, həmin dövr üçün təqribən 45.000 manata) S.İsgəndərovaya lizinqə verdiyini nəzərə alsaq müqavilənin formallığı göz qabağındadır.
56. Bir daha məhkəmə kollegiyasının diqqətinə çatdıraraq bildirir ki, kassasiya şikayətinin hazırki dəlili iddiaçı ilə əvvəlki məhkəmə mübahisələri zamanı tərəfindən qaldırılan məsələləri yenidən qaldırmaq deyildir. Burada məqsəd, sadəcə onun mənzildən çıxarılmama dəlil olar iddiaçı tərəfindən gətirilən xx.xx.2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsinin, lizinq məqsədləri ilə bağlanmasını məhkəmənin diqqətinə çatdırmaqdır. Çünki, həmin alqı-satqı müqaviləsinə xx.xx.2016-cı il tarixli razılıq ərizəsində, lizinq məqsədləri ilə bağlı razılığına dair iradə ifadəm əks olunmamışdır. Bu dəlilinə isə, aşağı məhkəmələr tərəfindən öz qətnamələrində ümumiyyətlə hər hansı münasibət bildirməmiş və mövqe nümayiş etdirilməmişdir. Bu səbəbdən ümidvardır ki, kasassiya instansiya məhkəməsi bu hala xüsüi önəm verərək bu barədə yekun qərarında mövqe göstərəcək. Çünki, bütün bu dəlillər aşağı məhkəmələrdə nümayəndəsi vasitəsilə həm məhkəmə iclasında verilən izahatında, həm də, iddia ərizəsinə etirazda birinci və apellyasiya instansiya məhkə mələrinin diqqətinə çatdırırsa da, nədənsə bu dəlillərə qətnamələrdə diqqətəlayiq münasibət bildirilməmişdir. Ona görə hesab edirəm ki, irəli sürdüyü dəlillərə və iş üzrə sübutlara nə birinci, nə də ki, apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
57. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir.
58. Bu səbəbdən,apellyasiya instansiya məhkəməsinin bununla bağlı gəldiyi hüquqi nəticə kökündən y anlışdır və iş üzrə qəbul edilmiş xx.xx.2023- ci il tarixli qətnamənin ləğvi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
60. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
61. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
62. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məh kəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu
63. Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
64. Maddə 9.5. Şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyası
65. Maddə
29. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Prosessual Məcəllə
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdır ılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
80. Kassator şikayətində mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddiaçının hazırki tələbinin mülki icraat qaydasında yox,əslində inzibati icraat qaydasında həll edilməli olduğunu bildirir.Məhkəmə kollegiyası həmin dəlillə razılaşmır.Belə ki, Azərbaycan Respubliksının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzi bati kollegiyalar tərəfindən həyata keçirilir.Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, mənzildən istifadə hüququnun itirilməsi tələbi inzibati mübahisə olmadığından həmin tələbə inzibati icraat qaydasında baxıla bilməz, məhkəmələr tərəfindən məhkəmə aidiyyəti barədə prosessual qanunvericilik normaları pozulmamışdır.
81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)2256/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.