Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3408/2020 04.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin etibarsızlığı tələbi, mübahisələndirilən əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı və vək il xxxnın, Cavabdeh1 vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13307/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 xüsusi notariusu X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 saylı mənzilə iddiaçının mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüquqlarının qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həval ə edilməsi, Cavabdeh1 ailə üzvləri ilə bərabər qeyd olunan ünvandan çıxarılması və iddiaçının ailə üzvləri ilə bərabər həmin ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)3271/2019 nömrəli qətnaməsi ilə (hakim A.A.Qasımov) İddiaçı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13307/2019 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-3271/2019 nömrəli qətnaməsini deyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkil xxx kassasiy a şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13307/2019 nömrəli qətnaməsinin ləğv edib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən 61 saylı mənzilin satış qiymətinin 35000 manata olmasına dair iddiaçı və Cavabdeh1 arasında razılığa gəlinmiş, cavabdehin xahişinə əsasən notariat kontorunda qiymət 15000 manat göstərilmiş, qalan 20000 manatın alqı-satqı müqaviləsi bağlandıqdan sonra verilməsi razılaşdırılmışdır. Lakin Ca vabdeh1 Mütəlli oğlu iddiaçını aldatmış, razılaşdırdıqları 20000 manat məbləğində pulu ödəməmişdir. İddiaçı müqavilə bağlandığı ərəfələrdə mənzilin çıxarışını itirmiş, bunu 24 saylı Notariat Kontorunun notariusuna bildirmiş, lakin sonuncu saxta müqaviləni rəsmiləşdirmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndələrinin və vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, ünvan 3 ünvanında yerləşən 61 saylı mənzil İddiaçı mülkiyyətində olmuş və sonuncu xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh2 rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən həmin mənzili Cavabdeh1 15000 manata satmışdır. Alqı-satqı müqaviləsində imzanın iddiaçıya məxsus olması, həbelə onun mənzili satmağa iradə ifadəsinin mövcudluğu iş üzrə mübahisələndirilmir. İddiaçı tələbini 2 dəlillə əsaslandırmışdır: O qiymətdə aldadılmış, mənzili 35000 manata satılmasına dair razılıq əldə edilsə də, ona 15000 manat ödənilmiş, qalan 20000 manat məbləğində pul vəsaiti ona verilməmişdir. Müqavilə mənzilin onun mülkiyyətində olmasını təsdiq edən, lakin itirilmiş və qüvvədən düşmüş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən rəsmiləşdirilmişdir. Tələbin birinci dəlili ilə bağlı qeyd olunmalıdır ki, mübahisələndirilən xx xxxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi tərəflərlə imza edilmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları il ə müəyənləşdirilmiş, hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, əmlakın tərəflərin iradəsi ilə müqavilədə razılaşdırılmış dəyəri iddiaçıya ödənilmiş, notarial qaydada müqavilə bağlandıqdan sonra cavabdehin bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranmışdır. Müqavilə bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Belə ki, mübahisələndirilən müqavilənin məzmunundan da müəyyən olunur ki, tərəflər mənzilin alqı-satqı qiymətini 15000 manata müəyyən etmiş, cavabdehin iddiaçıya əlavə 20000 manat məbləğində pul ödənilməli olmasına dair mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işd ə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətlərinin birinci dəlilinə düzgün hüquqi qiymət verilmiş və həmin dəlil bağlanmış müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. İddianın ikinci dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əqd rəsmləşdirilən zaman notarius tərəfindən Elektron-informasiya Sistemi vasitəsi ilə Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən Arayışı ndan istifadə olunmuş və həmin arayışın məlumatlarına görə iddiaçının adına qeydə alınmış daşınmaz əmlaka olan hüquqmüəyyənedici sənədin rekvizitləri kimi məhz RX seriyalı ********* Qeydiyyat №-li Çıxarış göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsinin predmetini daşınmaz əmlakın hüquqi sənədi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış) deyil, məhz həmin əmlak təşkil edir. Mübahisələndirilən müqavilə bağlanarkən isə mənzilin iddiaçıya məxsus olması və sonuncunun həmin mənzillə bağlı əqd bağlamaq niyyətinin olması mübahisəsizdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, iddiaçı xx xxxxx 2017-ci il tarixdə sözügedən mənzilə dair çıxarışın dublikatını almış və xx xxxxxxx 2017-ci il tarixli a lqı-satqı müqaviləsi sözügedən dublikatın alınmasından sonra bağlanmaqla, müqavilədə məhz çıxarışın dublikatında göstərilən rekvizitlər (reyestr nömrəsi, qeydiyyat nömrəsi) qeyd olunuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkil xxxnın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13307/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3408/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3408/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver