Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3409/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-033/2018, hakim A.A.Qasımov) İddiaçı-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 20 dekabr 2013-cü il tarixli lizinq müqaviləsinə əsasən 4.765 ABŞ dolları əsas borc, 150 ABŞ dolları cərimə, cəmi 4.915 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə alınıb iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-13110/2018 F.Ş.Talışinski, V.T.Həsənov, Z.Ə.Əliyev)İddiaçı-nin hüquqi varisi “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən “xxxx” MMC-nin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş et mişdir. İşin halları: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixdə daxili lizinq müqaviləsinə əsasən QSC tərəfindən ümumi dəyəri 42.908 ABŞ dolları olan 1 ədəd “XCMG ZL50 G” markalı, 2013-cü il buraxılışlı nəqliyyat vasitəsi sonuncunun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. 27 yanvar 2016-cı il tarixdə İddiaçı-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi”nə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan hallar kifayət qədər araşdırılmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını daxili lizinq müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 748-1-ci maddəsi ilə lizinq müqaviləsi ilə lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri müəyyən edilmişdir. Göründüyü kimi. tərəflər arasında yazılı formada lizinq müqaviləsi bağlanılmış və onlar bu müqavilənin mühüm şərtlərində razılığa gəlmişlər. Bu müqavilənin bağlanılmasına iddiaçının iradə ifadəsi mövcud olmuşdur. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı cavab dehdən 20 dekabr 2013-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 9.259 ABŞ dolları əsas borc, 5.297 ABŞ dolları faiz borcu, 4.454 ABŞ dolları cərimə olmaqla, cəmi 19.046 ABŞ dolları tutulmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı-yə daxili lizinq müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanıbhesablanmadığnın müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə alınmış 28 iyun 2018-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 İddiaçı-yə daxili lizinq müqaviləsinin bitdiyi tarixə, 27.07.2015-ci il tarixə 4.765 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. İddiaçının təkrar ekspertiza keçiirlməsinə dair vəsatətinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi zamanı keç irilmiş ekspertiza rəyinin əksini təsdiq edən hər hansı sübut və ya dəlil təqdim edilmədiyi üçün təmin edilməməlidir. 19.01.2015-ci il tarixli razılaşma, maliyyə arayışı və tələb üzrə fərqli rəqəmlərə dair ciddi münasibət sənədi, lizinq obyektinin təhvil almasını, onun qiymətləndirilməsini və qalıq məbləğin müəyyən edilməsini əks etdirən sənədlər təqdim edilmədən hesablamaların yoxlanılmasını müəyyən etmək mümkün deyildir. Sonuncu ekspertiza rəyində 10.01.2015-ci il tarixli razılaşmanın nəzərə alındığı qeyd edilmiş və bu rəyin əsaslı şübhələrdən kənar olmadığını müəyyən edən digər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. H əmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3409/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3409/2019
08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver