Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3409/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh2 və vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2280/2021 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 1983-cü ildə nikaha daxil olmuşlar. Həmin nikahdan hal-hazırda yetkinlik yaşına çatmış Cavabdeh2 və Cavabdeh3 doğulmuşdur. Mingəçevir şəhəri, xxxxxxxxxxxxxx mənzili (bundan sonra – mübahisəli mənzil) 28 oktyabr 1997-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 537 saylı sərəncamı ilə iddiaçının 4 nəfərdən ibarət ailəsinə verilmişdir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 06.09.1999-cu il tarixdə 3691 reyestr nömrəsi ilə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Sözüged ən mənzilin iddiaçının adına özəlləşməsinə arvadı Cavabdeh1 ərizə verərək razılığını bildirmişdir. 2004-cü ilin aprel ayında iddiaçı ilə Cavabdeh1 arasında nikah məhkəmə qaydasında pozulmuşdur. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə təkrarən iddiaçının adına 19.07.2011ci il tarixdə, ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-415/2018 nömrəli iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, mübahisəli mənzilə Cavabdeh1 payının 2/3 hissədə, İddiaçı xxxxx oğlunun payının isə 1/3 hissə də müəyyən edilməsi, Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-265/2019 nömrəli iş üzrə 23.01.2019-cu il tarixli qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin “və qeyrilərinin mənzildən çıxarılması” hissəsinin ləğv edilməsi və ərizənin həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmənin eyni tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddia üzrə mübahisəli mənzilə payların müəyy ən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4013/2019 nömrəli iş üzrə 04.06.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan mübahisəli mənzildə n cavabdehlərin istifadə hüquqlarına onlara 3000 manat kompensasiya ödəməsi müqabilində xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 1999-cu ildə mülkiyyətində olan mənzili könüllü tərk edərək, yaşamaq üçün Rusiya Federasiyasına çıxıb getmişlər. Yalnız 2004-cü ildə Cavabdeh1 Rusiya Federasiyasından gəlib Mingəçevir Şəhər Məhkəməsinə onunla nikahının pozulmasına dair ərizə vermiş və nikahı pozdurub geri qayıtmışdır. Nikahın pozulmasından onun xəbəri olmamışdır. Cavabdeh2 2012-ci ilin iyul ayında Bakı şəhər sakini X2 ilə ailə qurmuş və həmin vaxtdan da Bakı şəhərində yaşamışdır. Nəhayət, digər Cavabdeh3 o biri cavabdehlər kimi 1999-cu ildə onun mülkiyyətində olan mənzili könüllü tərk edərək anası ilə birgə Rusiya Federasiyasına getmiş və hal-hazıra kimi anası ilə orada yaşayır. 2017-ci ilin sentyabr ayında Bakı şəhərində Daxili İşlər Nazirliyinin Hospitalında Kardiologiya şöbəsində müalicə alan zaman (2011-ci ildə ürəyindən açıq əməliyyat olunmuşdur) cavabdeh xxxxxxxxX1 şəhərinə gələrək, onun mülkiyyətində olan mənzilin qapısını qırmış və mənzilə daxil olmuşdur. Hospitaldan qayıtdıqdan sonra bundan xəbər tutmuş və Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. X6 bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, mübahisəli mənzili valideynləri birgə nikah dövründə əldə etmişlər. O da uşaqlığından həmin mənzildə yaşamışdır. Göstərilən mənzildə qeydiyyatda olmaqla həmin mənzil dən faktiki istifadə edir. Həmin mənzildə hətta övladları da qeydiyyatdadır. Mənzil bu yaxınlarda anasının vəsaiti hesabına təmir olunmuşdur. Mənzilin onun istifadəsində olmasını və başqa bir yaşayış yerinin olmamasını nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-1038/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırda mübahisəli mənzildə Cavabdeh2 2 azyaşlı uşağı ilə birlikdə yaşayır. Cavabdehlərə təklif olunan 3000 manat kompensasiya qəbuledilməzdir. İddia tələbi təmin olunacağı təqdirdə o, uşaqları ilə birlikdə mənzildən çıxmalıdır. Lakin onun mülkiyyət ində və istifadəsində başqa yaşayış sahəsi yoxdur. Cavabdehlər də təklif olunan məbləğlə razılaşmamışlar. Həmin məbləğ Mingəçevir şəhərinin başqa yerində əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və onların istifadə hüquqlarına xitam verilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən təklif olunan pul hazırda mövcud olan kirayə bazar qiymətləri ilə də mütənasiblik təşkil etmir. İki uşaq da olmaqla 5 nəfərdən ibarət ailə üzvünün 3000 manat müqabilində mənzildən istifadə hüququna xitam verilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 218.3-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təklif olunan kompensasiya məbləğinin az olduğunu bildirmişdir. Bundan sonra, o, həmin məbləğin 4000-7000 manata qaldırılmasını şifahi surətdə bütün məhkəmə iclaslarında bir neçə dəfə təklif etməyinə baxmayaraq məhkəmə bunu nəzərə almamış və heç birinə əhəmiyyət verməmişdir. Sonuncu məhkəmə iclası ümumiyyətlə ötəri keçirilmiş, ona söz verilməmiş, həmin 3000 manat məbləğin az olması vurğul anmışdır. Apellyasiya şikayəti üzrə məhkəmə icraatı zamanı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün ilkin təklif etdiyi kompensasiya məbləğini cavabdehlərin hər birinə 3000 manat verməklə ümumilikdə 9000 manata qədər artırır. Odur ki, 9000 manat kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş edir. Apellyasiya baxışında iddiaçının təqdim etdiyi "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəyə əsasən, ünvan 1 ünvanında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bir otaqlı orta təmirli yaşayış sahəsinin 2020-ci ilin oktyabr ayı üçün bazar satış qiyməti 27000 manat təşkil edir. Cavabdeh2 apellyasiya icraatı zamanı bildirmişdir ki, onun və digər cavabdehlərin başqa yaşayış yerləri yoxdur, eləcə də maddi vəziyyəti ona əri və iki uşağı ilə kirayədə yaşamağa imkan vermir. Əgər iddiaçı cavabdehlərin hər birinə 13000 manat kompensasiya verərsə, mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinə razılaşarlar. Əks təqdirdə, iddiaçı tərəfindən onlara ümumilikdə 9000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsinə etiraz edirlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2280/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqlarına onların hər birinə iddiaçı tərəfindən 3000 manat, ümumilikdə 9000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, bu qətnamə ilə müəyyən olunmuş kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda cavabdehlərin həmin mənzildən çıxarılması qət olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsində müəyyən edilmiş hallara istinadla göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikah 2004-cü ilin aprel ayında məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh2 2002-ci ildə ailə quraraq həmin mənzili tərk etmiş, sonradan nikahı pozul muş və həmin mənzilə yaşamaq üçün qayıtmışdır. O, deməsinə görə, 2012-ci ildə Bakı şəhər sakini X2 ilə ailə quraraq Bakı şəhərində yaşamışdır. Həmin nikahdan 2 uşaqları doğulmuşdur. O, hal-hazırda uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır. Cavabdeh1 mübahisəli evdə yaşamaqla vaxtaşırı biznes fəaliyyəti ilə məşğul olmaq üçün Rusiya Federasiyasına gedir, hal-hazırda da oradadır. Mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı qapılar bağlı olduğundan mənzilə daxil ola bilmir. Mübahisəli mənzil iddiaçının mülkiyyətinə dövlət mənzil fondunun özəlləşdirilməsi yolu ilə keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının təkbaşına mülkiyyətindədir, onun keçmiş həyat yoldaşı Cavabdeh1, habelə qızları Cavabdeh2 və Cavabdeh3 isə həmin mənzildən istifadə hüquql arı vardır. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqelərdən çıxış edərək göstərmişdir ki, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Eləcə də, mülkiyyətçi onun mənzilindən istifadə hüququ olan şəxslərin başqa mənzil almasına kifayət edəcək məbləğdə kompensasiya verməyə borclu deyildir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə onun istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Hazırda iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabd ehlərin hər birinin (ayrı-ayrılıqda) Mingəçevir şəhərində 1 ildən az olmayan müddətdə kirayə mənzildə yaşamasını təmin edə bilər. Yaxud, cavabdehlər onlara təklif edilən 9000 manat kompensasiya məbləğindən başqa yaşayış sahəsi almaqdan ötrü ilkin ödəniş üçün istifadə edə bilərlər. Lakin cavabdehlərin mübahisəli mənzildə onların iddiaçı ilə bərabər paylarının olması, yaxud iddiaçının onlara başqa mənzil ala biləcəkləri məbləğdə kompensasiya verməli olması barədə təsəvvürləri və tələbləri yanlış və əsassızdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə zidd olaraq kompensasiya məbləğini müəyyən etməmiş, bununla maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu pozuntu ilə əlaqədar həm də məhkəmənin iş üzrə gə ldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Məhkəmə öz mövqeyini “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun) 5, 12-ci, Mülki Məcəllənin 228.2, 228.5-ci, MPM-in 14.2, 77.1, 217-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-cı il tarixli, ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tаrixli Qərаrlarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi kompensasiya məbləği ilə bağlı hissədə düzgün nəticəyə gəlməmiş, işdə olan sübuta düzgün hüquqi qiymət verməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyini sübut kimi qəbul etməklə MPM-in 371-ci maddəsinin tələbini pozmuş, MPM-in 80, 81, 88-ci maddələrinin tələblərinə zidd olaraq həmin sübutun etibarlı olub-olmamasını yoxlamamışdır. Kassator göstərmişdir ki, Mingəçevir şəhərində analoji otaq sayına, sahəyə və şəraitə malik evlərin bir aylıq kirayə haqqının ən aşağı məbləği 200 manat təşkil edir. Adətən məhkəmələr yaşayış sahəsindən istifadə hüququna xitam verərkən şəxsin maddi imkanlarını nəzərə alaraq 3 il üçün kompensasiyanı əsas götürürlər. Belə olan halda kompensasiya məbləği 7200 manat təşkil etməli idi. Himayəsində 2 azyaşlı uşağı vardır. Odur ki, kirayə haqqı və müddət daha artıq hesablanmalıydı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda iddiaçı göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi ko mpensasiya məbləğini düzgün müəyyən etmiş, əsaslı və qanuni qətnamə qəbul etmişdir. Etirazda şikayətin təmin olunmaması, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçı və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etm işdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən məhkəmə aktı yalnız həmin tər əfə aid hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Maddə 152.1) Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (Maddə 228.2) R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 26 sentyabr 2007-ci il qərarı Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqay isədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəm əsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2280/2021 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3409/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3409/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver