Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-341/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7009/2017 saylı, 26 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və NDövlət Notariat Kontoruna, üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı mərhum X oğlunun mülkiyyətçisi olduğu Ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən mərhuma düşən payın 0,03 ha hissəsinin Cavabdeh1 27 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi (ləğv edilməsi), onun əsasında verilmiş çıxarışın ləğv edilməsi vəsiyyətnamə əsasında miras əmlak üzrə Ünvanndən ona düşən vərəsəlik payının müəyyən edilməsi və həmin paya çıxarış verilməsinin AR ƏMDK DƏDRX Sumqayıt 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir (hakim E.T.Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-520/2018 saylı 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş ape llyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7009/2017 saylı, 26 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2188/2019 saylı 08 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-520/2018 saylı 01 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi L.Məmmədova, hakimlər S.Qafari və F.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7009/2017 saylı, 26 may 2017 -ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və NDövlət Notariat kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlaka pay üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasının qismən təmin edilməsi, Ünvan ünvanında yerləşən 0.03 ha torpaq sahəsinə dair X oğlu ilə Cavabdeh1 arasında NDövlət Notariat kontorundan bağlanmış 27.09.2011-ci il tarixli 4Ə-108 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Ünvan ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş MA seriyalı N-0300059 saylı çıxarışın ləğv edilməsi, mərhum X oğlunun Ünvan ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı pay hüququnun tanınması 2/3 hissədə payın açıq saxlanılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X oğlunun mülkiyyətçisi olduğu Ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən mərhuma düşən payın 0,03 ha hissəsinin Cavabdeh1 27 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi (ləğv edilməsi), onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, vəsiyyətnamə əsasında miras əmlak üzrə Ünvanndən ona düşən vərəsəlik payının müəyyən edilməsi və həmin paya çıxarış verilməsinin AR ƏMDK DƏDRX Sumqayıt 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilm işdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək maddi və prosessual hüquq normalarının apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğunu nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(105)-2408/2019 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, iddiaçı İddiaçı1 qızının məhkəmə kollegiya sının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416 -cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunve riciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası MM-in 324.1, 324.5, 329.1, 331.4, 331.4, 337.1, 337.2, 666.1-ci maddələrinə əsasən gəldiyi nəticələrdən görünür ki, notariat orqanı tərəfindən X oğlunun savadsız olması səbəbindən onun əvəzindən digər şəxs tərəfindən müqavilənin imzalanması qeyd olunsa da buna dair hər hansı bir sübut təqdim olunmamışdır. X şəxsən imza edə bilməməsi iş materialları ilə təkzib olunur. Belə ki, həmin müqavilədən əvvəl və sonra tərtib olunmuş sənədlər tərəfindən şəxsən imzalanmış, yalnız bağışlanma müqaviləsi digər şəxs tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəm əsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, bağışlama müqaviləsi qeyd edilənlərə əsasən etibarsız hesab olunduğu üçün ondan sonra yaranan hüquqi nəticələr, yəni həmin torpaq sahəsinə dair cavabdehə verilmiş reyestrdən çıxarış da ləğv olunmalı, X oğlunun 25 may 2011-ci il tarixdə X dövlət notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1145, 1166, 1170.1 və 1179.1-ci maddələrinin tələbləri baxımından iddiaçının miras əmlakdan 1\3 hissədə pay hüququnun tanınmalı, qalan 2\3 hissədə isə mərhumun adında qalmaqla açıq saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Ünvan sahələrinin verilməsi üzrə komissiyasının 02 may 1997-ci il tarixli, 05 saylı qərarı və 19 may 1997-ci il tarixli, 1026 saylı icarə müqaviləsi əsasında 3 “X” bağlar zonasında yerləşən 0,12 hektardan ibarət Ünvan Cavabdeh1 və X oğlunun mülkiyyətlərinə verilmişdir. X oğlu 25 may 2011-ci il tarixdə X dövlət notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə əsasında özünə məxsus bütün daşınar və daşınmaz əmlaklarını qızları X1, X3 və nəvəsi İddiaçı vəsiyyət etmiş, 27 sentyabr 2011-ci il tarixdə Ünvandövlət notariat kontorunda təsdiq edilmiş torpağın hissəsinin bağışlama müqaviləsinə əsasən X oğlu Ünvan ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ona düşən payın 0,03 ha hissəsini Cavabdeh1 bağışlamışdır. Həmçinin işin materiallarından görünür ki, Ünvan C ünvanında yerləşən ümumi sahəsi 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına 24 noyabr 2011-ci il tarixdə, X Ünvan ünvanında yerləşən ümumi sahəsi 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında isə X oğlunun adına 24 noyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 23 dekabr 2011-ci il tarixdə N dövlət notariat kontorunda təsdiq edilmiş bağ sahəsinin bağışlama müqaviləsinə əsasən X oğlu X bağ massivində 0,03 ha olan torpaq sahəsində yerləşən Ünvanni nəvələri X4 və X5 bağışlamış, 05 iyul 2013-cü il tarixdə isə vəfat etmişdir. İşin materiallarından həmçinin görünür ki, iddiaçı Ünvan ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən X oğluna düşən payın 0,03 ha hissəsini Cavabdeh1 bağışlaması barədə 27 sentyabr 2011-ci il tarixdə Ünvandövlət notariat kontorunda təsdiq edilmiş torpağın hissəsinin bağışlama müqaviləsini mübahisləndirmiş və tələbinin faktiki əsası ondan ibarət olmuşdur ki, həmin müqavilə bağlanarkən babası X oğlunun savadsız olması əsası ilə müqavilənin onun əvəzindən X7 imzalamışdır. Lakin X savadsız olmamış, həmin müqavilə bağlanmamışdan əvvəl və sonra da notarial təsdiq edilmiş müqavilələr bağlamış, vəsiyyətnamə və etibarnamə vermiş və həmin sənədləri şəxsən özü imzalamışdır. Bağ sahəsinin bağışlanması babasının (Xin) imzası və razılığı olmadan, özbaşına, qanun pozuntusu ilə həyata keçirilmiş, bağışlama müqaviləsi bağlanark ən babasının iradə ifadəsi olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, 27 sentyabr 2011-ci il tarixdə Ünvandövlət notariat kontorunda təsdiq edilmiş torpağın hissəsinin bağışlama müqaviləsinə əsasən Ünvan ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən X oğluna düşən 0,03 ha hissəsinin Cavabdeh1 bağışlanması barədə müqavilə bağlanması və müqaviləni Xin əvəzindən savadsız olması əsası ilə X7 tərəfindən imzalanması işin mübahisə edilməyən hallarıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərinə rəğmən müqaviləni Xin əvəzindən savadsız olması əsası ilə X7 tərəfindən imzalanması hissəsi üzrə ətraflı araşdırma apararaq m üəyyən etmişdir ki, notariusda müqavilə bağlanarkən müqavilənin X tərəfindən özünün imzalamamasına yeganə əsas kimi sonuncunun savadsız olması göstərilsə də, işdən göründüyü kimi, X tərəfindən mübahisələndirilən müqavilədən başqa notarial qaydada vəsiyyətnamə və etibarnamə verilmiş, həmçinin bağışlama müqaviləsi bağlanmışdır. Belə ki, işin materiallarından görünür ki, X oğlu özünə məxsus bütün daşınar və daşınmaz əmlaklarını qızları X1, X3 və nəvəsi İddiaçı vəsiyyət etməsinə dair 25 may 2011ci il tarixdə X dövlət notariat kontorunda təsdiq edilmiş vəsiyyətnaməni şəxsən özü imzalamışdır. Həmçinin də, işin materiallarından görünür ki, mübahisələndirilən müqavilə bağlanandan sonra, yəni 23 dekabr 2011-ci il tarixdə N dövlət notariat kontorunda təsdiq edilmiş X oğlunun X bağ massivində 0,03 ha olan torpaq sahəsində yerləşən Ünvanni nəvələri X4 və X5 bağışlamasına dair müqaviləni də hədiyyə edən şəxs qismində X şəxsən özü imzalamışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş etibarnamənin sürətindən görünür ki, 18 iyun 2011-ci il tarixdə X oğlu İddiaçı 4 il müddətində bir sıra səlahiyyətləri ehtiva edən etibarnamə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istər bağışlama müqavilə bağlanarkən, istərsə də, vəsiyyətnamə tərtib edilərkən və etibarnamə verilərkən əməliyyatların notariat orqanlarında aparılması, notarius tərəfindən X oğlunun şəxsiyyəti və faəliyyət qabiliyyətinin yoxlanılmasına dair nəticələrə gələrkən haqlı olaraq mərhumun sağlağında müxtəlif işlərdə işləməsi, dövlət mükafatları ilə təltif olunmasına, başqa sözlə onun sava dlı şəxs olmasına istinad etmişdir. Belə ki, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən 25.05.2011-ci il tarixli vəsiyyətnamə, 18.06.2011-ci il tarixli etibarnamə və 23.12.2011-ci il tarixli bağışlama müqaviləsi tərtib edilərkən X oğlu həmin sənədləri özü imzalaması faktı müəyyən edildiyi halda, 27.09.2011-ci il tarixli bağışlama müqaviləsini özü tərəfindən deyil, şahid tərəfindən imzalanması həm inandrıcı, həm də ağlabatan deyildir. Bundan da əlavə, kollegiya iş materiallarında X savadsız olması barədə əsaslandırıcı sübut olmamasına, onun bu müqaviləni şəxsən imza edə bilməməsinin iş materialları ilə təkzib olunmasına dair də apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən müqavilədən əvvəl və sonra tərtib edi lmiş sənədlərin X özü tərəfindən imzalaması faktı mübahisəsiz olduğu halda, hazırki iddianın predmeti olan bağışlama müqaviləsinin özü deyil, digər şəxsin imzalanmasının kifayət qədər şübhəli məqam olmasına dair iddiaçı tərəfin dəlilləri və arqumentlərini şübhə altına almaq üçün iş materiallarında heç bir əsas yoxdur. Bununla bağlı məhkəmə kollegiyası kassasiya şikayətinin mərhum X 27.09.2011-ci il tarixli bağışlama müqaviləsindən 2 il sonra 2013-cü ildə vəfat etməsi və hələ sağlığında ikən məlumatı olduğu bu müqaviləni mübahisələndirməməsinə, bağışlama müqaviləsinə imza atmasa da özünün şəxsən Notariat Kontorunda iştirak etməklə iradə ifadəsini bəyan etməsinə, müqavilənin özü tərəfindən imzalanmamasının onun etibarsızlığı üçün əsas verməməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər qeyd edilən müqavilənin mülki qanunvericiliyin və “Notariat haqqında” qanunun 35-ci maddəsinə uyğun olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, “Notariat haqqında” qanunun 35-ci maddəsinə görə, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəl dilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.4-cü maddəsinə əsasən əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notar ial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qeyd olunan Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdi rir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilmiyibsə, hədiyyənin şəbul edildiyi ehtimal olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları və sadalanan maddi hüquq normalarının tələbləri baxımından mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün kifayət qədər hüquqi əsas olmasına dair nəticələri qanuni və əsaslı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticələri işin faktiki araşdırılmış halları ilə tam uzlaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hü quqi qiymət verməkdə davam edərək şikayətin 27.11.2011-ci il tarixli torpağın bir hissəsinin bağışlanma müqaviləsinin təsdiqindən sonra bundan 4 ay əvvəl təsdiq edilmiş 25.05.2011-ci il tarixli vəsiyyətnamənin qüvvədən düşməsinə dair dəlilini də əsassız sayır və apellyasiya instansiyası məhkəməsinin X oğlunun 25 may 2011-ci il tarixdə X dövlət notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə əsasında özünə məxsus bütün daşınar və daşınmaz əmlaklarını qızları X1, X3 və nəvəsi İddiaçı vəsiyyət etməsi ilə bağlı gəldiyi hüquqi nəticəni qanuni və əsaslı sayır. Belə ki, mübahisələndirilən müqavilənin etibarsız sayılması ilə əlaqədar tərəflərin əvvəlki vəziyyətə qayıtması ilə Ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,03 ha hissəsi mərhumdan sonra qalan miras əmlak sayı lır və belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1145, 1166, 1170.1 və 1179.1-ci maddələrinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının miras əmlakdan 1\3 hissədə pay hüququnun tanınması, qalan 2\3 hissədə isə mərhumun adında qalmaqla açıq saxlanmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qismən əsaslı olmasına dair işə aid maddi hüquq normalarına düzgün istinad etmiş və istinad olunan qanunvericilik normaları əsasında gəldiyi nəticəsi də işin araşdırılmış faktiki halları ilə uyğunluq təşkil etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, əvvəlki kassasiya inst ansiyası məhkəməsini qərarında şərh edilmiş göstərişlərə, eləcə də MPM-in 14, 77, 88, 217,218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyi üçün iddia tələbinin qismən təmin olunmalı olması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-341/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-341/2020
22.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver