Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3415/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 X2 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi iddia tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü (müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X3 X2 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)5033/2024 nömrəli qərardadından iddiaçı X3 X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 8 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı X3 X5 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində X3 X4 məxsus neft məhsulu nəql olunan Dş-500, Dş400, Dş-300 və Dş-250 (iki ədəd) mm neft boru kəmərlərinin ”Mühafizə Zonası”nda aparılan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 X2 Cavabdeh qarşı-Bak ı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş300 mm-lik neft boru kəmərinin “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı X3 X2 özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçı X3 X1 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən iddiaçı X3 X5 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)266/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2(103)-5033/2024 nömrəli qərardadı ilə, ( G.T. Axundova (sədrliyi və məruzəsi ilə), hakimlər C.C. Musayeva, F.F. Babayev ibarət tərkibdə) Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı X3 X5 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət iddiaçı X3 X4 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-266/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçı X3 X2 elektron kabinetinə 13 iyun 2024-cü il tarixdə yerləşdirilmişdir. Qətnamədən iddiaçı X3 X5 tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı X3 X5 apellyasiya şikayəti verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş olmuşdur. Bununla belə iddiaçı həmin qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
6. İddiaçı X3 X5 (onun nümayəndəsi və vəkili Vəkil) qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5033/2024 nömrəli qərardadının ləğv edilməsini, mahiyyəti üzrə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılma sını xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində elektron məhkəmə informasiya sistemindən qətnamənin elektron kabinetdə yerləşdirilməsi barədə məlumat daxil olsa da, əslində sözügedən qətnamə həmin tarixdə elektron kabinetdə yerləşdirilməmiş, xx.xx.2024-cü il tarixində məhkəmə aktının proses iştirakçılarına imzalanması barədə elektron kabinetə məlumat daxil olduqdan sonra məhkəmənin qətnaməsini həmin sistemdən rəsmi qaydada əldə etmək mümkün olmuşdur. Qeyd olunub ki, məhkəmə təcrübəsində məhkəmlər tərəfindən işə baxıb yekun məhkəmə aktı qəbul edildikdən sonra həmin aktın elektron kabinetə yerləşdirilməsi ilə eyni vaxtda, həm də prosess iştirakçılarına imzalanması barədə məlumat da yerləşdirilir və məhkəmə aktı prosses iştirakçılarına imzal andıqdan sonra həmin aktı elektron kabinetdən rəsmi qaydada əldə etmək mümkün olur. Göründüyü kimi sözügedən iş üzrə qətnamənin xx.xx.2024-cü il tarixində elektron kabinetə yerləşdirilməsi barədə məlumat (bildiriş) daxil olsa da, əslində həmin vaxt sistemdə qətnamə mövcud olmamışdır. Qətnamə yalnız xx.xx.2024-cü il tarixində proses iştirakçılarına imzalandıqdan sonra iddiaçı həmin qətnaməni sistemdən rəsmi qaydada əldə etmişdir. Bundan başqa, elektron kabinetə qətnamənin surətinin xx.xx.2024-cü il tarixdə tərəflərə göndərilməsi barədə məktub da yüklənmişdir. Eyni zamanda, e-2(011)-266/2024 saylı iş üzrə sənədlər bölməsinə daxil olarkən qətnamənin tarixi olan xx.xx.2024-cü il tarixinə 3 (üç) ədəd sənəd görünür, onlardan 2 (iki) ədədi qətnamə, 1 (bir) ədədi “Məhkəmə aktı Proses iştirakçısı na - İddiaçı” adlanır. Sonuncu sənədə baxarkən, həmin sənədin məhkəmə qətnaməsinin tərəflərə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli məktub olduğu görsənir. Baxmayaraq ki, xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsi rəsmi qaydada iddiaçıya təqdim olunmamışdır (qətnamə xx.xx.2024cü il tarixdə rəsmi qaydada əldə olunmuşdur), elektron məhkəmə informasiya sistemindən qətnamənin elektron kabinetdə yerləşdirilməsi barədə həmin tarixdə məlumat daxil olduğundan əslində iddiaçı NEZ tərəfindən xx.xx.2024-cü il tarixdə (13 iyul 2024-cü il həftənin şənbə günü, 14 iyul 2024-cü il isə həftənin bazar gününə, yəni qeyri-iş gününə təsadüf edir) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim olunmağa cəhd olunmuş, lakin sənədin elektron imza ilə yüklənməsində baş vermiş texniki nasazlıq səbəbindən, apellyasiya şikayətinin yalnız xx.xx.2024-cü il tarixdə sistemə yükləmək mümkün olmuşdur.
8. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.2, 227.2, 227.3, 227.4, 360, 362 və 363.1.3-cü maddələrinə istinad olunaraq əsaslandırılmışdır.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
10. Maddə 130.1 qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
12. Maddə 360 apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
14. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı X3 X2 elektron kabinetinə 13 iyun 2024-cü il tarixdə yerləşdirilmişdir. İddiaçı tərəfindən isə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə, yəni qanunla müəyyən olunmuş müddət ötürülməklə təqdim edilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə də təqdim etməmişdir. Belə olan halda apellyasiya şikayəti mümkün hesab oluna bilməz.
17. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin axımının 20 iyun 2024-cü il tarixdən başlanması ilə bağlı iddiaçının dəlilləri iş materialları ilə öz tsdiqini tapmır.
18. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5033/2024 nömrəli iş üzrə 9 a vqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.