Məhkəmə qərarları › İş №2(102)-3416/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3416/2021

16.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3416/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsnə qarşı “miras payının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsnə qarşı eyni tələbə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, miras əmlakda payların müəyyən olunması, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şama yev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili xxx oğlunun, Üçüncü şəxs Cavabdeh2, Cavabdeh1 və vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(107)314/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ünvan 1ində yerləşən 0,14 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. X5 14 iyun 2006-cı il tarixd ə ölmüşdür. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 X1 övladlarıdırlar. 26 may 2012-ci il tarixdə İddiaçı adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş və şəhadətnamədə 14 iyun 2006-cı ildə vəfat etmiş X1 vərəsəsinin İddiaçı olması və onun irs olaraq alacağı miras əmlakın Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN 1096 KOD 40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0,14 ha torpaq sahəsinin X4 məxsus payının bütünlüklə irs olaraq İddiaçı verilməsi qeyd edilmişdir. Sonradan Balakən rayon notariat kontoru DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə 13 iyun 2012-ci il tarixli, məktub ünvanlayaraq, 26 may 2012- ci il tarixdə 2V-150 reyestr nömrəsi ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə texniki səbəbdən miras əmlakın təsvirinin səhv yazılması qeyd edilmiş, həmin şəhadətnamə təqdim edildiyi halda heç bir rəsmiləşdirilmənin aparılmaması, şəhadətnamənin təqdim edən şəxsə geri qaytarılaraq, düzəlişlərin aparılması üçün onun Balakən rayon Notariat Kontoruna qaytarılmasının izah edilməsi xahiş edilmişdir. Balakən Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilmiş, mərhum X2 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş 26 may 2012-ci il tarixli reyestrdə 2V150 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X2 miras qalm ış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması, Cavabdeh1 iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı 26 may 2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə onun miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddialar onunla əsaslandırmışdır ki, tərəflərin ataları xxxu 22 yanvar 2006-cı ildə, anaları X5 14 iyun 2006-cı ildə ölmüşlər. X5 vəfat edəndən sonra ünvan 1ində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarı əsasında verilmiş JN-1096 KOD 40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0,14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət ev miras qalmışdır. Anasının vəfatından sonra iddiaçı anasının dəfnini təşkil etmiş, yasın bütün xərclərini çəkmiş, miras qalmış Balakəndəki evdə qalaraq, 0,14 ha torpaq sahəsini faktiki olaraq idarə etmiş, əkibbecərmiş və torpağın vergilərini, eləcə də valideynlərindən qalmış evin kommunal xərclərini ödəmişdir. Qardaşları Cavabdeh2 və Cavabdeh1 isə mirası qəbul etməmişlər. O, Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etmiş və 26 may 2012-ci ildə anasından miras qalmış 0,14 ha torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Lakin Balakən Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə mərhum X2 miras qalmış ünvan 1 yerləşən 0,14 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş 26 may 2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X2 miras qalmış ünvan 1 yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə onun miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia da eyni dəlillərlə əsaslandırılmışdır. Balakən Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(019)-694/2020 nömrəli qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı iddiasının təmin edilməsi, mərhum anası X2 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddiasının təmin edilməsi, mərhum anası X2 miras qalmış ünvan 1 yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2 miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1145, 1151.1, 1151.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1274cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n 23 fevral 2016-cı il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, X1 vərəsələri - oğlanları İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması və xxxnın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsinin əsaslandırma hissəsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktdır. Ona görə də həmin fakt: X3 vərəsələri oğlanları - İddiaçı, Cavabdeh1 və Cavabdeh2 olması və xxxnın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri hazırki işdə preyudisial əhəmiyyət daşıyır və bu xüsusda məhkəmə üçün məcburi xarakter daşıyır. Yəni həmin fakt sübut əhəmiyyəti daşımaqla, işdə iştirak edən şəxsl ər, o cümlədən Cavabdeh1 tərəfindən mübahisələndirilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(019)-694/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(107)314/2021 nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və E.Ş.Hüseynovdan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(019)-694/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiy a məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(107)-314/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandır ılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı və üçüncü şəxs mirası qəbul etmələrinə dair sübut təqdim etməmiş, bunun üçün qanunla müəyyən olunmuş müddəti buraxmış, əsassız olaraq MPM-in 82.3-cü maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını mə hkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutl ara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin beşi nci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölə nin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246- cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvə də olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki iş üzrə hər üç tərəfin miras qoyanın birinci növbədə vərəsələri olması işin mübahisəsiz halıdır. Mübahisənin predmetini yalnız miras əmlakın iddiaçı və üçüncü şəxs tərəfindən qəbul edilib-edilməmələri təşkil edir. Məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəs ə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. İşdən tərəflərin hər hansı birinin mirası qanunla müəyyən olunmuş rəsmi qaydada (yəni müəyyən olunmuş müddət ərzində notariat orqanına müraciət etməklə) qəbul etməsi təsdiq olunmur. Lakin işin faktiki hallarını araşdıran məhkəmələr iddiaçının və üçüncü şəxsin mirası qeyri-rəsmi üsulla qəbul etmələrini müəyyən etmiş və bu əsasla həmin şəxslərin hər birinin miras əmlaka 1/3 payını müəyyən etmişlər. Bu zaman məhkəmələr əsaslı olaraq hesab etmişdir ki, qanuni qüvvədə olan Balakən Rayon Məhkəməsinin 02 ma y 2019-ci il tarixli və qətnaməsi ilə müəyyən olunmuş hallar hazırki iş üzrə cavabdeh üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Cavabdeh1 iddiası üzrə baxılan həmin işdə müəyyən olunmuşdur ki, X1 vərəsələri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 mirası qəbul etmiş və mirasdan öz paylarını almaq fikrində olmuşlar. Bu hala istinad edən məhkəmə Cavabdeh1 miras qalmış torpaq sahəsinin yalnız 1/3 hissəsinə miras payını müəyyən etmiş, miras əmlakın qalan 2/3 hissəsini açıq saxlamışdır. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 göstərilən nəticə ilə razılaşmış və qətnaməni mübahisələndirməmişdir. Belə olan halda digər vərəsələr tərəfindən qanunla müəyyən olunmuş müddətdə mirasın qəbul edilməməsinə dair Cavabdeh1 kassasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə qərarı nın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(107)314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar