Məhkəmə qərarları › İş №2(102)-3416/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3416/2023

02.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3416/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Lənkəran rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi) miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliy eva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-946/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Lənkəran rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi) miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tari xli 2(049)-320/2016 saylı qətnaməsi ilə (hakim Məhəmmədəli Rzayev) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında 144.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin 1/5 hissəsi üzərində X1 payının müəyyən edilməsi qət edilmişdir.

3. Cavabdeh1 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və işin hallarına uyğun qətnamə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli 2(106)- 946/2023 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli 2(106)- 946/2023 saylı qərardadından Cavabdeh1 və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli 2(106)- 946/2023 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilməməsi əsası ilə geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri

7. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-946/2023 nömrəli qərardadından Cavabdeh1 təkrarən k assasiya şikayəti verərək, sözü gedən qərardadın ləğv edilməsi və Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən qətnaməsindən verdiyi xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

10. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

11. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

12. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

13. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

14. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

15. Maddə 408.1. Kassasiya şik ayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

16. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

17. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası kassasiya şikayətin in mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

19. Belə ki, MPM-nin 405.0.2-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müəyyən edilmişdir.

20. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-946/2023 saylı qərardadını cavabdeh 07 iyun 2023-cü ildə almış (kassasiya şikayətində 6 iyun 2023-cü il tarixində alındığı qeyd edilmişdir), hazırda mümkünlüyü yoxlanılan kassasiya şikayətini 07 iyul 2023-cü il tarixdə, yəni MPM-in 405.0.2-ci maddəs ində nəzərdə tutulmuş 10 günlük müddəti buraxmaqla vermiş və buraxılmış müddətin bərpasına dair vəsatət verməmişdir.

21. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

22. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, k assasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

23. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Nəzərə alınmalıdır ki, ilkin kassasiya şikayətinin vaxtında verilməsi, lakin sonradan müxtəlif əsaslarla geri qaytarılması və bu səbəbindən müddətin keçməsi, özlüyündə (müddətin bərpa olunması barədə vəsatət olmadan) kassasiya şikayətinin vaxtında verilmiş kimi qəbul edilməsinə əsas vermir. Müddətin üzürlü sayılmasına yalnız tərəfin vəsatəti əsasında baxıla bilər.

24. Kassasiya qayda sında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığı üçün kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 xxx 2023-cü il tarixli, 2(106)-xxx/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh1 kassasiya şikayətinin geri qaytarılması üçün mül ki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar