Məhkəmə qərarları › İş №2(102)-3426/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3426/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3426/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) Cavabdeh qarşı (Maraqlı şəxs) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: Vəkil tərəfindən verilən şikayətə onun kassasiya şikayəti verə bilmək səlahiyyətlərini təsdiq edən sənədin əlavə olunmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Yaqub qızından ibarət t ərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(106)-375/2023 saylı qətnaməsindən Cavabdeh vəkili tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinin ləğv edilməsini, İddiaçı ASC-nin mülkiyyətində olan Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evi və Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhk əməsində icraat

2. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)-2587/2022 saylı qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia rədd edilmişdir.

3. İddiaçı ASC Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)2587/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(106)-375/2023 saylı qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)2587/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı ASCnin iddi ası təmin edilməsi, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə təsdiq edilmiş 29 noyabr 2021-ci il tarixli, seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evi və Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

5. Cavabdeh vəkili həmin qətnamədən kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının18 aprel 2023-ci il tarixli, 2(106)-375/2023 saylı qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin tə min edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

7. Maddə 407.3 Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...

9. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

10. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

12. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-c u maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

14. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi k assasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, o cümlədən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmasını, qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənədin əlavə edildiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

15. Lakin hazırki iş üzrə apellyasiya instansiyası mə hkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti Vəkil tərəfindən elektron qaydada imzalansa da, kassator Cavabdeh özü tərəfindən imzalanmamış və kassasiya şikayətini imzalamış vəkilə kassasiya şikayətini imzalamaq (kassassiya şikayəti vermək) səlahiyyətini verən etibarnamə işə əlavə olunmamışdır.

16. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apelly asiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

18. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə cavabdehin kassa siya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 xx 2023-cü il tarixli, 2(106)xxx/2023 saylı qətnaməsindən Cavabdeh vəkli tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar