Məhkəmə qərarları › İş №2(102)-3431/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3431/2024

12.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3431/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoru və üçüncü şəxs X5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoru və üçüncü şəxs X5 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(104)-1145/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bərdə rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli 02 saylı qərarı ilə X20 ünvan 1i ərazisində 0,64 ha kəndə təsərrüfatı təyintalı torpaq sahəsi verilmiş, JN 0055 KOD 61002018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X17 torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

2. Bərdə rayonu 1 saylı Dövlət Notariat kontorunda təsdiqlənmiş 11 yanvar 2006-cı il tarixli Bağışlama müqaviləsinə əsasən X26 0,64 ha torpaq sahəsini X9 bağışlamışdır. Habil Murğuzovun torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsindən irəli gələn hüququ dövlət qeydiyyatına alınmamışldır.

3. X26 18 iyun 2007-ci ildə ölmüş, onun 1-ci növbədə vərəsəsi kimi qızı Dünyaxanım Əliyeva qalmışdır.

4. X10 yuxarıda göstərilən 0,64 ha torpaq sahəsinə mərhum X14nun adına 26 sentyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almış, Bərdə regional “ASAN xidmət” mərkəzindən 16 oktyabr 2017ci il tarixdə verilmiş, 2V-622 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,64 ha torpaq sahəsi miras əmlak kimi Dünyaxanım Əliyevanın mülkiyyətinə keçmiş, onun mülkiyyət hüququ 03 noyabr 2017-ci il tarixli RX ******* qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla dövlət qeydiyyatına alınmışd ır.

5. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1606/2019 nömrəli iş üzrə 08 may 2019cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X5 və qeyrilərinə qarşı Bərdə regional “ASAN xidmət” mərkəzi tərəfindən 16 oktyabr 2017-ci il tarixdə verilmiş, 2V-622 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 0,64 ha torpaq sahəsinə dair X3 adına verilmiş 03 noyabr 2017-ci il tarixli RX ******* qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlın etibarsız hesab olunması barədə iddiası rədd edilmşidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X5 (bundan sonra – üçüncü şəxs) verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 sakini X26 11 yanvar 2006-cı il tarixli ərizə ilə Bərdə rayon 1 saylı Dövlət notariat kontoruna müraciət edərək ünvan 1ində yerləşən yaşayış evini və torpaq sahəsini X13 bağışlamışdır. 11 yanvar 2006-cı il tarixli müqavilə Bərdə rayon 1 saylı Dövlət notarial kontoru tərəfindən təsdiq edilərkən müqavilənin predmeti kimi yalnız 2 otaqlı, 48,06 kv metr yaşayış sahəsi, 61,74 kv metr ümumi sahəsi olan ev göstərilmiş, Bərdə rayon Aqrar İslahat komissiyasının 22 iyun 1998ci il tarixli, 09 saylı qərarı ilə X17 mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin taleyi müəyyən olunmamışdır. X4 rayonu, Böyük Göyüşlü kənd sakini X20 məxsus yaşayış evini və həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul edərək qardaşı X11 vermiş, sonuncu isə qohumu olaraq onun mülkiyyətinə vermişdir. Sorğu əsasında müəyyən edilmişdir ki, Bərdə rayon 1 saylı Dövlət notariat kontoru 16 oktyabr 2017-cı ildə X8 “Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi” verərək X17 qanuni vərəsəsi kimi tanımışdır, hazırda həmin şəxs şəhadətnaməyə istinad edərək X17 mirasına sahiblik etmək istəyir. X26 qanunla müəyyən edilmiş qaydada 11 yanvar 2006-cı il tarixli ərizə ilə evini və torpaq sahəsini X13 bağışladığından, Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-cı ildə X5 verilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ” ləğv edilməlidir.

8. Bərdə Rayon Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli, 2(021)-3078/2023 saylı qətnaməsi ilə (sədrlik edən E. Əhmədov) iddia təmin edilmiş, üçüncü şəxs X5 verilmiş 2V622 reyestr nömrəli, 16 oktyabr 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmuşdur.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində miras əmlakın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı haqlıdır. Belə ki, 11 yanvar 2006-cı il tarixli müqavilənin surətinə əsasən, X12 rayonu, Böyük Göyüşlü kəndində yerləşən 0,64 ha torpaq sahəsini X11 bağışlamışdır. Bundan başqa, X17 ünvan 2 ünvanlanmış ərizəsinə əsasən, X26 ərizəsində ona mülkiyyət hüququ ilə məxsus olan Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən yaşayış evini və tor paq sahəsini təmənnasız olaraq X15 bağışlayıb. Həmçinin, iş materiallarına əlavə olunmuş Bərdə 1 saylı Dövlət Notariat Konrotunun 4Ə-6 saylı notariat işinə əlavə edilmiş 11 yanvar 2006-cı il tarixli torpaq bəxşiş müqaviləsinin surətinə əsasən, X12 rayonu Böyük Göyüşlü kəndində yerləşən 0,64 ha torpaq sahəsini X11 bağışlamışdır.

10. Məhkəmə qeyd etmişdir ki, lakin notariat kontoru tərəfindən həmin ərizə və iradə ifadəsi nəzərə alınmamış və yalnız ərizədə qeyd edilən yaşayış evinə dair iddiaçı çıxarış ala bilmişdir. X17 yeganə övladı olan hazırkı iş üzrə üçüncü şəxs X10 qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və bunun nəticəsində də mübahisəli torpaq sahəsinə əsassız olaraq mülkiyyət hüququ əldə etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikas ının Konstitusiyasının 13 və 29cu, Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 1131.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1243.2, 1274və 1276-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1 və 217.4-cü maddəsinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tələb üzrə apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi vardır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 8 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsin ə dair üçüncü şəxsin adına verilmiş 16 oktyabr 2017-ci il tarixli, 2V-622 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış D. Əliyevanın adına olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab olunması tələbi üzrə qəbul edilmiş Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Habil Murquzovun ona, üçüncü şəxslər DƏDRX-nin 7 saylı Bərdə ərazi idarəsinə və Bərdə regional ASAN xidimət mərkəzinin notariat ofisinə qarşı 2V-622 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələ binə dair iddiasını təmin etməmişdir. Həmçinin mübahisə predmeti olan torpaq sahəsinə tam mülkiyyət hüququnu təsdiq edən ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əldə etmişdir. X14 ilə anası X1 1 iyul 1961ci ildə nikahlarını 39 nömrəli akt qeydi ilə qeyd etdirərək evlənmişlər. Atası Ağa və anası Razəndənin ölənə qədər nikahları pozulmamışdır. X14 18 iyun 2007-ci il tarixdə, anası X1 isə 21 sentyabr 2014-cü il tarixdə ölmüşlər. Göründüyü kimi anasının da evdə, həyatyanı və pay torpaq sahələrində payı vardır. Çünki onlar həmin əmlakları birgə nikah dövründə əldə etmişdilər. Həmçinin anası atasından sonra ölmüş və mirası o, qəbul etmişdir. Habil Murquzov bağışlanma mü qaviləsinə əsasən əmlakı hədiyyə verən Ağa Əliyevin sağlığı dövründə mülkiyyətinə keçirməmişdir.

14. Dünyaxanım Əliyeva məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Ağa onun atasıdır. Həmin torpaq sahəsi vərəsəlik qaydasında onun adına verilmişdir. Həmin torpaq boşdur. İddiaçı onun bibisi qızıdır. İddiaçının mübahisələndirdiyi və üstündə yaşayış evi olan 28 sot başqa torpaq sahəsidir. Həmin torpaq sahəsində olan ev isə, baba evidir və həmin çıxarış düzgün tərtib edilməmiş və bu barədə məhkəməyə müraciət edəcəkdir. Evin açarları ondadır. Apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar əslində Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 0,64 ha təyinatlı torpaq sahəsini yox, iddiaçının mülkiyyətində olan evin yerləşdiyi 0,28 ha torpaq sahəsinin adlarına keçirilməsini istəyirlər. Belə ki, üçüncü şəxs iddiaçının evindən istifadə etməsinə maneçilik törədir. Bu səbəbdən Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə üçüncü şəxsə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi xahiş olunmuşdur. İddiaçı ilə Habil qohumdurlar və Habil ona bağışlanmış əmlakını faktiki olaraq iddiaçıya vermişdir. Məhkəmənin bu iş üzrə qərarını qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

16. Gəncə Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(104)-1145/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iddianın rədd olunması qət edilmişdir.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələblə bağlı heç bir subyektiv hüquqa malik deyildir. Belə ki, eyni tələblə X16 cavabdeh D.Əliyevaya qarşı Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə üçüncü şəxsə verilmiş ümumi sahəsi 0,64 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, yuxarıda qeyd edilən qətnamə ilə həmin tələb rədd edilmişdir. Həmin qətnamə müəyyən edilmişdir ki, 0,64 ha torpaq sahələrinə xx.xx.2006-cı ildə bağışlanmış 4Ə-6 nömrəli bağışlama müqaviləsi olsa da, Habil Murquzov həmin torpaq sahəsini faktiki olaraq qəbul etməmiş və hədiyyə verənin sağlığında qeydə aldırmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X5 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etsə də, əslində Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,28 ha torpaq sahəsini mübahisələndirmişdir ki, qeyd edilən t orpaq sahələri tamamilə fərqli torpaq sahələridir.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 372.6, 372.7, 385.1.1, 385.1.2, və 390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsini, işin təkrar apellyasiya baxışına göndəriləsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsinin iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olmaması barədə qənaəti dlüzgün olmamış, mübahisəli torpaq sahəsinin miras əmlakın kütləsinə daxil etməkdə səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə yalnız işdə olan sübutlar və tərəflərin izahatları ilə kifayətlənmiş, iş üzrə tam və hərətəfli araşdırma aparmamış, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin faktiki hallarının müəyyən etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin tələblərinə görə yolverilməzdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya ş ikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məq amadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

28. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli Qərarı

29. Tərəflər arasında bağışlama müqaviləsinin hədiyyə verənin sağlığında bağlanması nəzərdə tutulur. Hədiyyə verənin ölümündən sonra, hətta notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi olduqda belə, hədiyyə alanın əmlaka mülkiyyət hüquqlarının və bağışlama müqaviləsinin dövlət qeydiyyatına yol verilmir. Vərəsəlik hüququ normalarıilə kolliziyayaratmamaq məqsədi ilə mülki qanunvericilik imperativ qaydada hədiyyə verənin ölümündən sonra bağışlama barədə vəd müqaviləsinin bağlanılmasını, hədiyyənin hədiyyə verənin ölümündən sonra hədiyyə alana keçməsini qadağan edir və belə müqavilələr əhəmiyyətsiz hesab edilir. Bu növ bağışlamaya mülki qanunvericiliyin vərəsəlik qaydaları tətbiq edilir(MM-in 670.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. K assasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində və məhkəmə iclaslarında irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

41. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən t ələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1145/2024 nömrəli iş üzrə 23 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar