Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3432/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMCnin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(005)221/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) qarşı “ödənil miş məbləğin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, iddiaçı “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) cavabdehlər İddiaçı və X8 qarşı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, 25 noyabr 2013-cü il tarixli, ********* nömrəli Daxili Maliyyə Lizinq Müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 12.209,82 (on iki min iki yüz doqquz dollar səksən iki sent) ABŞ dolları, lizinq mükafatı üzrə 141,41 (bir yüz qırx bir dollar qırx bir sent) ABŞ dolları, cərimə borcu üzrə 500 (beş yüz) ABŞ dolları, cəmi 12.851,23 (on iki min səkkiz yüz əlli bir dollar iyirmi üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X6 tutularaq iddiaçı Cavabdeh Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə (hüquqi varisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə) ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdehlər İddiaçı və X6 dövlət nəfinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, E.Şamayev və Ş.Məhərrəmova) 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov rayon Mə hkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(005)-221/2018 saylı qətnaməsi cavabdeh “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh “xxxx” MMC (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 cavabdeh “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) ödədiyi 70.300 (yetmiş min üç yüz) manatı və 10.000 (on min) manat məbləğində mənəvi ziyanın tutulması barədə qət namə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “xxxx” MMC (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) cavabdehlər X2 və X8 qarşı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” MMC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbi q etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsinin qismən qarşılıqlı iddianın qismən təmin olunması hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, qarşıl ıqlı iddianın qismən təmin olunması hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilmə si üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 25 noyabr 2013-cü il tarixli ********* nömrəli Daxili Maliyyə Lizinqi Müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən, lizinq alan tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “XCMG ZL50G" markalı, seriya nömrəsi: * ********, buraxılış ili 2013-cü il olan avtomobili “xxxx” MMC (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində 53.642,27 (əlli üç min altı yüz qırx iki dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 24 ay müdd'ətində “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) ödəməyi öz öhdəsinə götürmüşdür; 25 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Daxili Maliyyə Lizinq Müqaviləsinə əlavə olaraq X9 ilə “xxxx” MMC (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) arasında bağlanmış müvafiq müqaviləyə görə o, X5 ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan Lizinq müqaviləsinə Əlavə olan 1 nömrəli lizinq ödənişləri cədv əlinin surətindən görünür ki, X5 24 ay ərzində hər ay ayın 01-dən gecikdirməməklə 2.756,44 (iki min yeddi yüz əlli altı dollar qırx dörd sent) - 2.756,45 (iki min yeddi yüz əlli altı dollar qırx beş sent) ABŞ dolları məbləğində ödəniş etməli idi. İş materiallarında olan ********* nömrəli Daxili Maliyyə Lizinqi Müqaviləsinə Əlavə olan 2 nömrəli 25 noyabr 2013-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, ümumi dəyəri 42.077 (qırx iki min yetmiş yeddi) manat olan lizinq obyektini satıcı alıcıya təqdim edir, alıcı isə qeyd olunan əmlakı sonradan lizinq vermək məqsədi ilə öz mülkiyyətinə qəbul edir. Lizinq obyekti XGMG ZL50G markalı tikinti texnikası olan 2013-cü il buraxılışlı ********* seriya nömrəli frontal yükləyicidir. Alıcı təsdiq edir ki, əmlak onun nümayəndələri tərəfindən lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilməmişdir. Tərəflərin bir-birlərinə qarşılıqlı tələbləri yoxdur. İş materiallarında olan TH seriyalı ********* nömrəli 05 noyabr 2013-cü il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı sarı rəngli Frontal-yükləyici XCMG ZL 506 markalı, mühərrik nömrəsi 1213C017647, 11304291 şassi nömrəsi, Az ** S-*** qeydiyyat nişanı olan texnika “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) İddiaçı qarşı “Daxili Maliyyə Lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymi ş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, 25 noyabr 2013-cü il tarixli *********nömrəli Daxili Maliyyə Lizinq müqaviləsinə əsasən 2013-cü il buraxılışlı, Az 10-S-401 dövlət qeydiyyat nişanlı “XCMG ZL50G” markalı Frontal yükləyici İddiaçı istifadəsindən alınaraq Cavabdeh Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətinə qaytarılması, ““xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı tutulması müəyyən edilmişdir. İş materiallarında olan 16 aprel 2016-cı il tarixli 2854T/16/B nömrəli Daxili Maliyyə Lizinqi Müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən, lizinq alan tərəfindən müəyyən edilən 1 ədəd “XCMG ZL50G" markalı, buraxılış ilı 2013-cü il olan avtomobili “xxxx” MMC (əvvəlki a dı Cavabdeh Lizing Şirkəti QSC) öz mülkiyyətinə əldə edərək, onu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Sonuncu isə öz növbəsində 26.100 (iyirmi altı min yüz) manat məbləğində borcu illik 19% olmaqla, 12 ay müddətində “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 may 2017-ci il tarixli borc məbləğinə dair maliyyə arayışının surətindən görünür ki, “xxxx” MMC (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) ilə cavabdeh İddiaçı arasında 25 noyabr 2013-cü il tarixli ********* nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmış və bu müqavilə ilə şirkət tərəfindən vətəndaşa illik 21% olmaqla 24 ay müddətinə 53.642,27 (əlli üç min altı yüz qırx iki dollar iyirmi yeddi sent) ABŞ dolları m əbləğində lizinq verilmişdir. İddiaçı 09 dekabr 2015-ci il tarixə daxili maliyyə lizinq müqaviləsi üzrə əsas məbləğ üzrə 19.377,25 (on doqquz min üç yüz yetmiş yeddi dollar iyirmi beş sent) ABŞ dolları, lizinq mükafatı üzrə 1.092 (bir min doxsan iki) ABŞ dolları, cərimə borcu üzrə 7.023 (yeddi min iyirmi üç) ABŞ dolları, cəmi 27.492,25 (iyirmi yeddi min dörd yüz doxsan iki dollar iyirmi beş sent) ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2018-ci il tarixli 24982 nömrəli rəyin məzmunundan görünür ki, İddiaçı tərəfindən ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı və 25 noyabr 2013-cü il tarixli ********* nömrəli Daxili Maliyyə Lizinqi Müqaviləsinin şərtlərini əsas götürülməklə İddia çı 25 noyabr 2015-ci il tarixədək “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh Lizing Şirkəti QSC) olan borcu 12.351,23 (on iki min üç yüz əlli bir dollar iyirmi üç sent) ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, 25 noyabr 2015-ci il tarixə əsas borc üzrə 12.209,82 (on iki min iki yüz doqquz dollar səksən iki sent) ABŞ dolları, faiz borcu üzrə 141,41 (bir yüz qırx bir dollar qırx bir sent) ABŞ dolları müəyyən edilmişdir. 2013-cü il buraxılışlı sarı rəngli, XCMG ZL 506 markalı, mühərrik nömrəsi 1213C017647, 11304291 şassi nömrəsi, Az ** S-*** qeydiyyat nişanı olan Frontal-yükləyicinin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2016-cı ilə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 33.000 (otuz üç min) manat müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427,442, 448, 462, 465, 467, 472, 747.1, 748-1.9, 7481.12, 748-2.3, 748-10.1, 748-10.4-cü maddələrinə istinad etməklə, düzgün olaraq qeyd etmişdir ki, İddiaçı 25 noyabr 2013-cü il tarixli Daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi 25.11.2013-cü il tarixdə bağlanmış Daxili lizinq müqaviləsi üzrə müqavilə müddətinin sonuna-yəni 25.11.2015-ci il tarixə olan ekspert rəyi üzrə borc məbləğ ini müəyyən etməklə, MM-nin 467-ci maddəsinə əsasən cəriməni azaltmaqla düzgün nəticəyə gəlmişdir. ““xxxx” MMC-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, iddiaçı tərəfindən iddia tələbini sübut edən bütün zəruri sənədlər iddia ərizəsinə əlavə olunmuş və məhkəməyə rəsmi təqdim edilmişdir. Məhkəmə isə iş materiallarında olan sübutlara lazımi qiymət verməmiş, bununla da nəticədə kobud səhvə yol vermişdir. Belə ki, 25.11.2013-cü il tarixli ********* saylı Daxili Maliyyə Lizinq Müqaviləsindən görünür ki, iddiaçı 2013-cii il buraxılışlı **-S-*** dövlət qeydiyyat nişanlı “XCMG ZL50G” markalı frontal yükləyicini öz mülkiyyətinə əldə edərək, onu cavabdeh İddiaçı müvəqqəti istifadəsinə vermişdir. Cavabdeh isə öz n övbəsində müqavilə üzrə iddiaçının xeyrinə lizinq ödənişlərini mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (Lizinq ödənişləri cədvəlində) cavabdeh İddiaçı tərəfindən cədvəl üzrə mütəmadi olaraq hər ay ödəniş etməli olduğu göstərilmiş. Bununla da, o, 53642,27 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 24 ay müddətində iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin digər cavabdeh X10 ilə bağlanmış 25.11.2013-cü il tarixli zaminlik müqaviləsindən də məlum olur ki, o, lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında mövcud olan təhvil-təslim aktları ilə sübut olunur ki, lizinq obyekti cavabdeh İddiaçı 25.11.2013-cü il tarixdə təhvil verilmiş, 09.12.2015-ci il tarixdə isə cavabdeh İddiaçı lizinq obyektini “xxxx” Lizinq Şirkəti QSC-yə geri qaytarmışdır. Təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehlər müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmişlər və nəticədə cavabdehlərin lizinq obyekti 09.12.2015-ci il tarixdə ehtiyyata götürülən zaman öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 19 377.25 ABŞ dolları əsas məbləğdən gecikmə, 1 092 ABŞ dolları lizinq mükafatı,7 023 ABŞ dolları dəbbə pulu, cəmi27 345,25 ABŞ dolları borcu yaranmışdır. Borcu təsdiq edən maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Apellyasiya instansiyası tərəfindən işə baxılarkən yanlış hesablanmış ekspert rəyinə etiraz etsək də, eyni zamanda əlavə ekspertizanın keçirilməsi barədə yazılı vəsatəti məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən bu xahiş təmin edilməmişdir. Apellyasiya instansiyasında işə baxılarkən apellyasiya şikayətinin bu dəlili üzrə heç bir araşdırma aparılmamış, eləcə də apellyasiya baxışı zamanı ekspertiza təyin olunmasına dair verilmiş vəsatəti qanunla müəyyən olunmuş qaydada müzakirə edilməmiş, lizinq ödənişlərinin hansı ardıcıllıqla qəbul edilməsi və hansı şəkildə silinməsi müəyyən olunmadan yazılı vəsatəti təmin edilməmişdir. Bununla da iş materiallarında olan sübutlara ekspert rəyləri ilə qarşılıqlı şəkildə baxılmadığından, iş hərtərəfli, tam və obyektiv araşdırılmadığından sonda qanunsuz və əsassız qətnamə qəbul edilmiş, maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Həm birinci instansiya məh kəməsi, həm də apellyasiya instansiyası tərəfindən qətnamə qəbul edilərkən istinad edilən ekspert rəyində ekspert tərəfindən hesablanmış məbləğlərin hansı üsul və qaydada hesablandığı, bu zaman ekspert tərəfindən hansı sübutlara əsaslandığı barədə rəyi ilə bağlı ətraflı araşdırma aparılmamışdır. Belə ki, AR MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qanunvericiliyin də tələbindən göründüyü kimi, hər hansı başqa bir sübut kimi də ekspert rəyinin də qabaqcadan bəlli olan qüvvəsi yoxdur. Ekspert rəyi də başqa sübutlar kimi MPM-in 88-ci maddəsində göstərilən qaydada, yəni obyektiv, qərəzsiz, tam araşdırıldıqdan sonra tətbiq edilməli hiıquq normalarına uyğu n dəyərləndirilməlidir. Yəni, ekspertin rəyində göstərilən bilgilərin doğruluq təminatının nə qədər yüksək olmasından asılı olmayaraq, bu bilgilərə “özəl”yaxud“seçilmiş ” sübutlar kimi baxmaq olmaz. Ekspert hesaba mədaxil olunan lizinq ödənişlərini sığorta, servis haqqı və dəbbə pulu borcuna silinmələri nəzərə almadan, ödənilmiş pul vəsaitlərini yalnız əsas və faiz, borcuna silmişdir. Belə ki, lizinq müqaviləsinin 8-ci maddəsinə əsasən lizinq alan lizinq obyektinə faktiki sahiblik və istifadəsindən asılı olmayaraq, bu müqavilənin biitün müddəti ərzində lizinq verənə 1 saylı əlavə (lizinq ödənişlərinin cədvəli) ilə müəyyən edilmiş dövriliklə və tarixdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq ödənişlərinə lizinq obyektinin dəyəri, lizinq verənin mükafatının məbləği, bank xərclər i, servis haqqı və sığorta haqqı daxiklir. Daxili lizinq müqaviləsinin göstərilən bəndi ekspertə əsas vermir ki, servis və sığorta borcunu ümumiyyətlə hesablamasın, halbuki servis və sığorta borcunun hesablanması müqavilə şərtlərinə əsasən lizinq ödəniş cədvəli ilə müəyyən olunmuş və maliyyə arayışında olan məlumatlarda öz əksini tapmışdır. Ekspert öz rəyində Daxili Lizinq miiqvailəsi üzrə cərimə pulunun hesablanması ilə bağlı bəndinin nəzərdə tutulmadığını, lakin lizinq verən tərəfindən cərimələrin hesablanması barədə sənəd təqdim edilmədiyini qeyd etmiş, buna görə də hazırki tədqiqatla İddiaçı cərimə hesablanmadığını göstərmişdir. Daxili maliyyə lizinqi müqaviləsinin 14.1.-ci maddəsi konkret olaraq “Lizinq alanın məsuliyyətinin” hansı həcmdə olmasını miiəyyən etmişdir. Belə ki, həmin bən də əsasən lizinq alan lizinq ödənişlərini müqaviləyə əlavə edilmiş İ saylı Əlavə ilə müəyyən edilən müddətdə tam həyata keçirmirsə, lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş məbləğdən 0.6% miqdarında dəbbə pulu ödəyir. Dəbbə pulunun hesablanması qaydası lizinq müqaviləsində, dəbbə puluna silinmələr isə təqdim edilmiş hesabdan çıxarış-maliyyə arayışında göstərilsə də, ekspert nədənsə belə qənaətə gəlmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25.11.2013-ciı il tarixli, ********* nömrəli lizinq müqaviləsinə əsasən lizinq obyektinin qaytarıldığı 09 dekabr 2015-ci il tarixədək ödəniş cədvəli üzrə müəyyən edilmiş tarixlərdə hər ay 2756,44 ABŞ dolları ödəniş etməli idi. Lakin İddiaçı 2013-cii ilin noyabr ayından etibarən dövri olaraq qismən ödənişlərə yol verdiyi və ödəniş cədvəlində nəzərdə tutulan ödəniş tarixlərini pozduğu üçün müqavilə şərtlərinə uyğun olaraq ona əlavə olaraq faiz və cərimə hesablanmışdır. Nəticədə İddiaçı faktiki olaraq ümumilikdə 55852,52 ABŞ dolları ödəniş etmişdir ki, bu ödənişlərin də 34265,02 ABŞ dolları əsas borca, 13822,82 ABŞ dolları lizinq mükafatına, 727,12 ABŞ dolları sığorta haqqına, 1322 ABŞ dolları servis haqqına və 5715,56 ABŞ dolları dəbbə puluna silinmişdir. Müqavilədə cərimənin hesablanmasına dair bənd olmasına baxmayaraq ekspert nədənsə öz rəyində yalnışlığa yol verərək, hesaba mədaxil olunan lizinq ödənişlərini 25.11.2015-ci il tarixədək 53803,40 ABŞ dolları kimi qeyd etmişdir ki, bu ödənişlərin 12370,95 ABŞ dolları əsas borca, 41432,45 ABŞ dolları isə faiz borcuna silmiş, servis, sığorta haqq ı və və dəbbə pulu borcuna silinmələri isə nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, hazırki halda verilmş kassasiya şikayətində göstərilən nüansa kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Lakin iş üzrə lazımi sənədlərin təqdim edilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi təqdim edilmiş iş materiallarında olan yazılı sübutlara baxmayaraq hazırki is üzrə faktik və hüquqi məsələləri tam və hərtərəfli araşdırmamış, məhkəmə işdə olan sübutlara hüquqi qiymət verməmişdir, Miilki prosessual qanunvericiliyin 220-ci maddəsinin tələblərinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən edilməmiş hallarına istinad etmək olmaz. O sübutlara istinad etmək olar ki, onlar işlə əlaqədar olsun, qanuna görə mümkün hesab edilsin və məhkəmə iclasında tədqiq edilmiş olsun. Qətnamənin əsaslandırıcı hissəsində mübahisənin həllinə tətbiq edilən qanunun və s. normativ aktın adı, maddəsi, maddənin hissəsi və bəndinə istinad edilməlidir. Bu və ya digər sübut rədd edildikdə bunun səbəblə ri də əsaslandırılmalıdır. Hazırki halda isə Bakı Apellyasiya Məhkəməsi öz, qətnaməsində yalnız birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamağı məqbul hesab etsə də, bunu əsaslandırmamışdır. Halbuki, MPM-in 217,1-ci maddəsinin mənasına görə məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, “xxxx” MMC eyni dəlillərə apellyasiya şikayətində istinad etmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlllərə münasibət bildirməmiş və onları cavabsız qoymuşdur. Apellyas iya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinin araşdırılmaması tərəfin ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsini təşkil edən əsaslandırılmış qərar almaq hüququnu pozur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiym ətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələlə ri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverm Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqd an məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3.-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: “xxxx” MM C-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci iltarixli qətnaməsi qismən, qarşılıqlı iddianın qismən təmin olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3432/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3432/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver