Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3433/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, vəkili Aİnun, Cavabdeh3 MMC-nin nümayəndəsi X1, vəkili İDnın, Cavabdeh2 və vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 29 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2018 -ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.B.Mehrəliyev, iş 2(004)-4178/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMCyə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli, 2(103)-11040/2018 saylı qətnaməsi ilə (R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), hakimlər E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4178/2018 saylı mülki iş üzrə qəbul etdiyi 13 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ”Sahil D Kompani” MMC-yə qarşı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 45 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının ta nınması, həmin mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında imzalanmış 03.08.2007-ci il tarixli müqavilənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış 08.10.2014-cü il tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 45 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında imzalanmış 03.08.2007-ci il tarixli müqavilənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış 08.10.2014-cü il tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vək ili Aİ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, cavabdehin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi X2 və vəkili İD kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, iddiaçının kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2n və vəkili X4 cavabdehin verdiyi kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 2 tələb irəli sürülmüşdür: 1. ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 45 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması;
2. Həmin mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında imzalanmış 03.08.2007-ci il tarixli müqavilənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış 08.10.2014-cü il tarixli mənzilin alqısatqısına dair ilkin müqavilənin etibarsız hesab edilməsi. İş materiallarından məlum olur ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün onunla "xxxx" MMC arasında bağlanmış 28.02.2007-ci il tarixli müqavilənin kserosurətini təqdim etmişdir. Həmin müqavilənin kserosurətinə əsasən icraçı "xxxx" MMC ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 45 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 110320 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçının istinad etdiyi müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallarda n hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci tələbin əsaslı olması üçün sübut olunmalıdır ki, onunla cavabdeh "xxxx" MMC arasında etibarlı podrat müqaviləsi bağlanılmış, onun tərəfindən öhdəliklər tam icra olunmuş, lakin podratçı tərəfindən hazırlanmış əmlak (mübahisəli mənzil) onun sahiblik və istifadəsinə verilməmişdir. Cavabdeh "xxxx" MMC həmin halları mübahisələndirməmiş və müqavilənin bağlanmas ını etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 03 avqust 2007-ci il tarixli, 187 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10cu mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 45 saylı mənzili payçı Cavabdeh2 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 104000 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh2 adına verilmiş 03 avqust 2007-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 157.6 kv.m olan 3 otaqlı 45 saylı mənzilin pay dəyəri payçı Ca vabdeh2 tərəfindən tam ödənilmişdir və onun "xxxx" MMC-yə borcu yoxdur. Apellyasiya baxışı zamanı Cavabdeh2 ilə bağlanmış həmin müqavilə və maliyyə arayışının əslinə baxış keçirmiş və iş materiallarında olan kserosurətlərlə eyni olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 iddiaçının təqdim etdiyi müqavilənin kserosurətini mübahisələndirərək bildirmişdir ki, müqavilənin surətindən onun tarixinin 2007-ci il qeyd olunan hissəsində 8 rəqəminin pozularaq, üzərindən 7 qeyd edildiyi vizual olaraq görünür. Ona görə də, həmin müqavilə sonradan əvvəlki tarixə tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu baxımdan iddiaçıya istinad etdiyi müqavilənin əslinin təqdim edilməsi təklif olunmuş, lakin o, müqavilənin əslini təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi müqavilənin kserosurəti etibarlı müqavilənin bağlanmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Eyni zamanda bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən o, müqavilənin məhz 28.02.2007-ci il tarixdə bağlandığına istinad etdiyi üçün həmin müqavilənin əslini məhkəməyə təqdim etməli idi. İş materiallarından məlum olur ki, apellyasiya baxışı zamanı iddiaçıya müqavilənin əslini məhkəməyə təqdim etməsi təklif olunmuş, bununla bağlı olara q məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, lakin iddiaçı müqavilənin əslini məhkəməyə təqdim edə bilməmiş və bildirmişdir ki, müqavilənin əsli iş materiallarındadır. Halbuki, iş materiallarında iddiaçı ilə bağlanmış müqavilənin əsli mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilənin kserosurəti sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənəd Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir və belə olan halda iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında etibarlı podrat müqaviləsinin bağlanılması və mübahisəli mənzilin iddiaçıya məxsus olması sübut olunmur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İda rəsinə sorğu göndərilmiş və sonuncu tərəfindən sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* №-li cinayət işinin istintaqı aparılır. Aparılmış istintaq zamanı Cavabdeh2 məxsus 03 avqust 2007-ci il tarixli müqavilə ilə "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa etdiyi 3 saylı yaşayış binasının 10-cu mərtəbə, 157,6 kv.metr sahəsi olan 45 saylı və 19 avqust 2008-ci il tarixli müqavilə ilə 4 saylı yaşayış binasının 22-ci mərtəbə, 226,6 kv.metr sahəsi olan 100 saylı mənzilin sonradan saxta sənədlərlə İddiaçı adına rəsmiləşdirilməsi müəyy ən edilmişdir. Eyni zamanda istintaq zamanı audit yoxlaması keçirilmişdir. 30 yanvar 2013-cü il tarixli auditor rəyindən və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısından görünür ki, 3 saylı yaşayış binasının 10-cu mərtəbə, 157,6 kv.metr sahəsi olan 45 və 4 saylı yaşayış binasının 22-ci mərtəbə, 226,6 kv.metr sahəsi olan 100 saylı mənzil Cavabdeh2 satılmışdır. Həmçinin sorğuya cavab məktubuna 30 yanvar 2013-cü il tarixli auditor rəyi və auditor rəyinə əlavə edilmiş 3 və 4 saylı yaşayış binalarında olan mənzillərin siyahısı əlavə edilmişdir. Lakin həmin siyahıda mübahisəli mənzilin sahibi kimi İddiaçı deyil, Cavabdeh2 qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni tərəflər arasında 28.02.2007-ci il tarixdə müqavilə bağlanmasını sübut edə bilmədiyindən iddiaçının mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması barədə tələblərinin irəli sürməsi əsassızdır və rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbləri ikinci hissədə də əsassızdır. Belə ki, İddiaçı mübahisəli müqavilələrinin tərəfi deyildir. Çünki həmin müqavilələr müvafiq olaraq "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmışdır. Bununla yanaşı iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürmüşlər. Halbuki, əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 337.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur. Belə ki, həmin maddəd ə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi, əqdin mübahisələndirilməsi üçün ilk olaraq əqdin bir tərəfinin digər tərəfə bununla bağlı iradə ifadəsinin bildirilməsi tələb olunur. Bundan başqa, mübahisəli mənzilə dair iddiaçı ilə müqavilənin bağlanması və mənzilin iddiaçıya məxsus olması da təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zama n mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “MBun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azad lığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin müqavilələrin tərəfi olmadığından və onun mübahisəli mənzilə aidiyyəti təsdiq olunmadığına görə o, həmin müqavilələri mübahisələndirmək üçün zəruri olan müvafiq subyektiv hüququ malik olan şəxs hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, süb utlar araşdırılmadan rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətlərinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh3 MMC –nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.