Məhkəmə qərarları › İş №2(102)-3436/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3436/2023

23.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3436/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi, təbii inhisar subyektinin hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)3691/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən evin qaz şəbəkəsinə birləşdirib, qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2023-ci il tarixli, 2(010)688/2023 nömrəli qətnaməsi ilə (hakim T.N.Mahmudova) iddia təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 400 kv.m. torpaq sahəsində inşa edilmi ş fərdi yaşayış evini qaz şəbəkəsinə birləşdirib, qazla təchiz etmək vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh İB apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2023-ci il tarixli, 2(010)-688/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)-3691/2023 nömrəli qərardadı ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmdovun və F.Ş.Talışinskinin iştirakları ilə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2023-ci il tarixli, 2(010)-688/2023 nömrəli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 391-ci, İnzibati Prosessual Məcəllənin 1.2, 2.1, 2.2.2-ci maddələrinə istinad etməklə mövqeyini belə əsaslandırmışdır ki, tələbə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tər əfindən baxılır. Belə olan halda, mülki iddiaçıya izah edilməlidir ki, o, inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

6. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Mülki kollegiyasının 14 iyun 2023cü il tarixli 2(103)-3691/2023 nömrəli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.8-ci, “Qaz təchizatı haqqında” Qanunun 12, 13-cü maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 261.0.1, 391-ci maddələri, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsin in Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının tələbləri pozulmuşdur.

8. Belə ki, iddiaçı ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması üçün cavabdehə müraciət etmiş, sonuncu isə bundan boyun qaçırmışdır. Halbuki, əhalinin qazla təminatı vəzifəsi cavabdehə aiddir. Hazırkı iddia tələbi mülki xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur. Tərəflər arasındakı münasibətlər publik hüquqi xarakterli olmadığından apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuna ziddir.

9. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə gö rə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

12. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütö vlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzi bati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

16. Belə ki, hazırki tələb cavabdeh Birlik tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi ilə bağlıdır. 17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olma sına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.

18. Qərarın 14-cü bəndinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmə lər tərəfindən baxılır.

19. Hazırki işdən müəyyən olunur ki, iddiaçı cavabdeh Birliyin təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə ona münasibətdə vəzifələrinin yerinə yetirilməməsini (yəni hərəkətsizlik etməsini) iddia etmişdir.

20. Belə olan halda, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 14-cü bəndinin tələblərinə əsasən hazırki iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. Ali Məhkəmə Plenumunun göstərilən 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddiaya inzibati məhkəmədə baxılmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur.

23. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddianın əsaslı olmasına yönəldilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın əsaslılığına hüquqi qiymət verilməmiş, iş üzrə icraata məhkəmə aidiyyət qaydalarına riayət olunmaması əsası ilə xitam verilmişdir. İddianın əsaslı olub-olmaması hazırki kassasiya baxışının predmetini təşkil etmir.

24. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)-3691/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar