Məhkəmə qərarları › İş №2(102)-3437/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3437/2019

20.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3437/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin vəkili Hadi Mirismayıl Qabil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli 2(103)7327/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşmiş, ümumi sahəsi 104,4 kv.m. təşkil etmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən sökülməsi, qanuni şəkildə tikintisinə icazə verilmiş ümumi sahəsi 121,5 kv.m. təşkil edən qeyri-yaşayış binası-mağazanın cavabdehlər tərəfindən sökülməsi, həmin fərdi yaşayış evinin və mağazanın yerləşdiyi, söküntüyə qədər istifadələrində olan 413,3 kv.m. torpaq sahəsinin cavabdehlər tərəfindən ödənişsiz şəkildə alınması ilə əlaqədar olaraq 360000 (üç yüz altmış min) manat məbləğində, vurulmuş mənəvi zərərə görə 200000 (iki yüz min) manat məbləğində kompensasiyanın, hüquqi xidmət müqaviləsinə əsasən, tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində ödəniş haqqının və 31 (otuz bir manat) məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun -üm umilikdə cəmi 560531 (beş yüz altmış min beş yüz otuz bir) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla 1963-cü ildə inşa edilmişdir. Evin və evin yerləşdiyi torpaq sahəsinin ilkin hüquq müəyyən edən sənədləri olmasa da, 54 il mövcud olmuş və dövlət tərəfindən işıq, su, qaz, kanalizasiya və s. ilə təmin edilmişdir. Cavabdeh2 tərəfindən 07.06.1996-cı il tarixli məktubla o dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparan orqana, yəni Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə sifariş verilmiş və həmin sifariş əsasında 1996-cı ilin iyun ayında «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» tərtib edilmiş, bundan 3 il sonra 1999-cu ilin 23 iyun tarixində-həmin texniki pasport dəyişdirilərək dəqiqləşdirilmişdir. Texniki pasportda əks edilmiş ölçülərə əsasən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 413,3 kv.m. təşkil edir. Bundan 108.4 kv.m. hissəsi tikintialtı sahədir. Texniki pasportun “Tikintilərin və qurğuların xarakteristikaları” bölməsində əks olunmuş məlumatlara əsasən, fərdi yaşayış evi “A”, “B”, “V”, “Q” tikililərdən ibarət olmuşdur. “A” tikilisi (yaşayış evi) 78,8 kv.m, “B” tikilisi (kladovaya) 6.3 kv.m., «V» tikilisi (saray) 19,3 kv.m. təşkil edir. Beləliklə, tikililərin faydalı sahəsinin 78,8+6,3+19,3 =104,4 kv.m. təşkil etdiyi məlum olur. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, fərdi yaşayış evinin elektrik, su, kanalizasiya, istilik və qaz təchizatı ilə təmin edildiyi də bu bölmədə təsdiqlənir. Beləliklə, faktiki olaraq, istifadələrində olan 413,3 kv.m. torpaq sahəsində yerləşən, faydalı sahəsi 104,4 kv.m. təşkil edən tikililərdən ibarət olan fərdi yaşayış evi 50 ildən artıq mövcud olmuşdur. 2016-cı ildən ərazidə söküntü işlərinə başlanmış, sakinlərə müxtəlif ölçülərdə evlərinə uyğun olaraq mənzillər təklif olunmuşdur. 2017-ci ilin fevral ayının sonlarında ona məxsus fərdi yaşayış evinin də sökülməli olduğu cavabdeh təşkilatın nümayəndələri tərəfindən şifahi olaraq bildirilmiş və əvəzində iddiaçıya yaxınlıqda tikilməkdə olan binada 64 kv.m. sahəsi olan mənzil təklif edilmişdir. Təbii ki, bunu qəbul etməmiş və texniki pasportun surətini təqdim edərək, elə tex niki pasportun göstəricilərinə əsasən, tikilidə 104.4 kv.m. faydalı sahənin sahibliyində olduğunu, eləcə də 413.3 kv.m. torpaq sahəsinin istifadəsində olduğunu bildirmiş və təklif olunan mənzilin daha kiçik olduğu, onun faktiki şəraitinin əvvəlkindən əsaslı dərəcədə pisləşdirilmiş olacağını nümayəndələrin nəzərinə çatdırmışdır. Bundan sonra, cavabdeh təşkilat tərəfindən 64 kv.m.-lik mənzilin əvəzinə ona 74 kv.m.-lik mənzil təklif edilmişdir. İddiaçı bu təkliflə də razılaşmamışdır, belə ki, elə ancaq tikililərin faydalı sahəsi 104.4 kv.m. olduğu halda, bunun əvəzinə 74 kv.m. olan mənzilin təklif edilməsi ədalətsizdir. Eyni zamanda, fərdi yaşayış evində özü, həyat yoldaşı, ailəli olan oğlu öz ailəsi, yəni həyat yoldaşı və övladı ilə və ailə qurmağa hazırlaşan ikinci oğlu yaşayırlar. Evin ota qlarından biri təcrid olunmuş şəkildə ayrı girişə malik idi və oğlu ailəsi ilə birlikdə orada yaşayırdı. Şərait olaraq sahibliyində olan ev ailə tərkiblərinə uyğun idi. İstifadəsində 413.3 kv. m. torpaq sahəsi var idi. Təklif olunan mənzil isə, iki otaqdan ibarət olmaqla inşa edilməlidir ki, həmin iki otaqla altı nəfərin yaşaması mümkün deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu altı adam faktiki olaraq iki ailədir. Digər subay oğlunun isə belə olan halda ailə qurması ümumiyyətlə mümkünsüz olacaq, çünki, onların başqa evləri yoxdur və ev almaq imkanları da yoxdur. Bu deyilən arqumentlərinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən kompensasiya ödənilməsi, yaxud razılaşdırılmış formada kompensasiya əvəzinə yaşayış sahəsi verilmədən, yerli icra hakimiyyəti orqanlarının və hüquq-mühafizə orqanlarının iştirakı və dəstəyi ilə əşyaları zorla çıxarılmış və evləri sökülmüşdür. Əvəzinə 74 kv.m. sahəsi olan mənzilin guya tərəflərindən alınması ilə bağlı müqaviləni imzalamaq təklif olunmuşdur ki, bu təklifdən imtina etmişdir. Hal-hazırda kirayədə yaşayır. İddiaçı etiraf edir ki, kirayə tutduqları evin ilk ayı üçün 300 AZN məbləğində kirayə haqqı cavabdeh tərəfindən ödənilmişdir. Lakin, bu ödənişin davam etməyəcəyinə əmindir. Belə ki, cavabdeh tərəfin şərti 74 kv.m. sahəsi olan mənzili qəbul edəcəkləri halda, həmin mənzil tikilib istifadəyə verilməli olan 12 ay ərzində bu ödənilmələrin edilməsindən ibarətdir. Onlar mənzili qəbul etmədiyi üçün, kirayə haqlarının da cavabdeh tərəfindən ödənəcəyinə inanmır. Alınan torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə 300 000 manata qədər dəyəri var. Belə ki, 413 kv.m torpaq sahəsində 104.4 kv.m fərdi yaşayış evi tikilisindən başqa qeyri-yaşayış binası – mağaza da mövcud olmuşdur ki, söküntü zamanı həmin tikili də dağıdılmışdır. Mağazanın ümumi sahəsi 121,5 kv.m təşkil etmişdir. Mağazanın tikintisinə elə Cavabdeh2 20 iyul 1994-cü il tarixli, 2385 saylı sərəncamı ilə icazə verilmişdir. Həmin mağaza ilə bağlı məhkəmə qətnaməsi mövcuddur və qətnamənin məzmunundan mübahisəli ünvanda onlara məxsus olan mağazanın mövcud olduğu təsdiqlənir. Cavabdehlər tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim A.Tanrıverdiyev) 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunaraq, İddiaçı sahibliyində və istifadəsində olmuş Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanın da yerləşən fərdi yaşayış evinin, yeni çoxmənzilli yaşayış kompleksinin tikilməsi ilə əlaqədar sökülməsi nəticəsində kompensasiya olaraq 104,4 kv.m sahənin hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti, vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti, hüquqi xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində ödəniş haqqı və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir manat) məbləğində pul vəsaiti cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh «xxxx» MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və İddiaçı iddia tələblərinin təmin edilməməsini xahiş et mişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ( hakimlər T.Səmədov, İ.Şirinov və E.Kazımov) 18 oktyabr 2018-ci il tarixli 2(103)-7327/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək İş üzrə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı iddiasının təmin olunmuş hissəsində ləğv edilməsi, İddiaçı iddia tələbləri Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində 104,4 kv.m sahənin hər kvadrat metri üçün 1500 manat, mənəvi zərərə görə 1000 manat, hüquqi xidmət müqaviləsinə görə 500 manat və dövlət rüsumuna görə 31 məbləğində vəsaitin cavabdeh «xxxx» MTK-dan onun xeyrinə tutulmasına aid hissədə rədd edilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 18 oktyabr 2018-ci il tarixli 2(103)-7327/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu bu nəticə yalnışdır. Belə ki, gəlinən bu nəticə işin faktiki hallan üzrə məlum olan faktların nəzərə alınmaması və qanunvericilik normalarının düzgün tətbiq edilməməsinin nəticəsidir. İşin mübahisəsiz hallarından biri odur ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olmuşdur və bu hüququn da dövlət orqanları tərəfindən nəinki tanınmış olması, hətta bu hüququnu rahat həyata keçirilməsi üçün bütün kommunal şəraitin yaradılmış olması da işin mübahisəsiz halıdır. Əgər yaşayış sahəsindən ən azı istifadə hüququ varsa və cavabdehin hərəkətləri nəticəsində istifadə hüququnun həyata keçirilməsi mümkünsüz hala gətirilmişdirsə, fərdi yaşayış evinə görə kompensasiya verilməsinin tələbinin təmin edilməsinin istisna edilməsinə dair gəlinən nəticə qanunsuz və əsassızdır. Lakin, bununla yanaşı, iddia tələbləri yalnız mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun olması əsaslarından ibarət deyil. Ən azı istifadə hüququnun mövcud olması, kompensasiyanın verilməsinə dair tələbin təminini şərtləndirir. Bu mübahisənin əsasında isə, istifadə hüququnun əsassız alınması ilə yanaşı, sahiblikdən məhrumetmə halı və digər hallar da mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən, sənəd-əsas olaraq, Cavabdeh2 Başçısının 81 saylı, 12 iyun 2017-ci il tarixli Sərəncamına istinad etmişdir. H albuki mübahisəli ev 2017-ci ilin aprel ayından əvvəl sökülmüş, hazırki iddia tələbləri üzrə iddia ərizəsi artıq 2017-ci ilin aprel ayında Səbail rayon Məhkəməsinin icraatında olmuşdur. Belə olan halda, sonradan verilmiş Sərəncamla sökülən evlərin qarşılığında mənzillərin verilməsinin nəzərdə tutulduğu və bu səbəbdən kompensasiyanın verilməsinin istisna edildiyini bildirmək apellyasiya instansiyası məhkəməsinin bu iş üzrə növbəti yanlışdır. 50 ildən artıq evdə yaşayan iddiaçının, digər qonşuların gözü qarşısında evdə ola-ola cavabdeh tərəfindən sökülməsi, daha doğrusu yararsız vəziyyətə gətirilmiş olmasını da işin mübahisəsiz halı hesab edirlər. Belə olan halda, mənəvi iztirab və sarsıntı keçirilməsinə daha hansı əlavə sübutlar tələb olunmalıdır? Şəxs 50 ildən artıq yaşadığı evdən bir anın içində məhrum olur. Bu məhrum olunma iddiaçının bu illər ərzində qonşuları ilə normal münasibətlərinin nəticəsində yaranmış olan nüfuzunun sarsılmasına, onun rüsvay olmasına, hal-hazıradək kirayədə qalmaq məcburiyyətində olmaqla, qohumları yaxınları arasında nüfuzunun aşağı düşməsinə səbəb olması əlavə sübut tələb edirmi? Hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə obyektiv deyil. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə bununla əsaslandırılmışdır ki, X5 öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir (səh. 9 abzas 4). Halbuki yuxarıda qeyd edilən işin mübahisəsiz olan halları iddia tələblərinin əsaslı olduğunu təsdiq edir və həmin halları sübut edə bilməməklə bağlı apellyasiya instansiyası məhkəməsinin m övqeyi ilə razılaşmır. Bundan əlavə, qüvvədə olan qanunvericiliklə də iddia tələblərinin əsaslı olduğu təsdiqini tapır. Mübahisəli fərdi yaşayış evi qəzalı vəziyyətdə olmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu xüsusata diqqət yetirməmiş və Cavabdeh2 Başçısının, artıq mübahisə məhkəmədə araşdırıldığı zaman qəbul etdiyi 81 saylı, 12 iyun 2017-ci il tarixli Sərəncamına istinad edərək, kompensasiya verilməsinin nəzərdə tutulmadığı əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.2-ci bəndində hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi tələbi var. Cavabdeh mübahisəli evin qəzalı olduğu haqda mötəbər hesab etmədiyi rəyi alınmaqla bu tələbdən faktiki olaraq yayınmaq məqsədi güdür. Digər arqument, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və mülki qanunvericiliyin eyni məsələ ilə bağlı müddəaları ilə bağlıdır. İddia ərizəsində bu məsələlərə ətraflı toxunmuş olduqlarından eyni əsasları təkrarlamaq istəmirlər. Sadəcə xatırlatmaq istərdilər ki, qanunvericilikdə istifadə edilən terminlərə diqqət yetirdikdə, torpaq sahəsi ilə bağlı qanuni istifadə termini mövcud olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarında qanuni istifadə deyil, istifadə termini qeyd edilmiş olması, məhz faktiki sahiblik və istifadədə olan torpaq sahələri və həmin torpaq sahələrində inşa edilmiş tikililərin əvəzləşdirilməsi. yaxud komp ensasiya edilməsi hallarını nəzərdə tutur. Əks halda, yəni, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə uyğun olaraq, mülkiyyət hüquqlarının qeydiyyatı olmadığı hallarda, hər hansı əvəzləşmənin edilməsinin hüquqi bazası nədir? Əgər qanunvericiliklə cavabdehin hər hansı formada əvəzləşdirmə, yaxud kompensasiya verilməsi öhdəliyi yoxdursa, daha doğrusu bunun üçün mütləq mülkiyyət hüquqlarının qeydə alınması tələb edilməlidirsə, iddiaçını qane etməyən mənzillərin əvəzləşmə olaraq təqdim edilməsinin məntiqi nədir? Apellyasiya instansiyası məhkəməsinin bu iş üzrə gəldiyi nəticəyə əsaslansaq, iş üzrə cavabdeh mübahisəli evin mülkiyyət hüquqlarının qeydə alınmaması əsası ilə iddiaçının evini sökmək, iddiaçıya heç bir əvəz ödəməmək hüququna malikdir. Belə olduqda sual yaranır ki, iş üzr ə cavabdeh öhdəlikləri olmadığı halda iddiaçıya mənzil təklif edərdimi? Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7327/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin vəkili Hadi Mirismayıl Qabil oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmayara təmin edilməməsini xahiş etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə mə lumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə istinadən işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, İddiaçı adına 1996-cı ilin iyun ayında tərtib edilmiş və 23.06.1999-cu il tarixdə korrektə edilmiş «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda” göstərilmiş 3 otaqlı, sahəsi 104,4 kv.m. təşkil edən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda həmin texniki pasport faktiki ölçüləri göstərilmiş fərdi yaşayış evinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab oluna bilməz və İddiaçı iddia olunan fərdi yaşayış evinə görə kompensasiyanın verilməsi tələbini təmin edilməsini istisna edir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, «xxxx» MTK tərəfindən İddiaçı hər hansı hüququnun pozulmaması, MTK tərəfindən onun müvafiq mənzillə təmin olunmasına cəhd edildiyi nəzərə alınaraq onun hər hansı mənəvi iztirab və sarsıntı çəkməsi iş materialları ilə sübut olunmur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrdən daha sonra görünür ki, İddiaçıöz tələblərininəsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 464 saylı, 30.09.2014-cü il tarixli Sərəncamına əsasən ünvan 3 ünvanda yerləşən özəlləşdirilmiş 1,04643 ha torpaq sahəsində hündürmərtəbəli kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün «X2” MMC-nə icazə verilmişdir. Ba kı Şəhər İcra Hakimiyyəti Başçısının 500 saylı, 23.11.2016-cı il tarixli Sərəncamının məzmunundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 464 saylı, 30.09.2014-cü il tarixli Sərəncamı «xxxx» MTK-nın adına rəsmiləşdirilmiş və ayrılmış torpaq sahəsinə bitişik, əlavə olaraq 2,84357 ha torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və torpaq sahəsinin ümumi ölçüləri dəqiqləşdirilərək 3,89 ha müəyyən edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 16/139 nömrəli 2016-cı il tarixli «İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı»ndan görünür ki, «xxxx» MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 500 saylı, 23.11.2016-cı il tarixli Sərəncamı ilə 3,8900 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün verilmiş, Ayrıc Aktlarının qeydiyyatı kitabında 16/139 sayla, 07.12.2017-ci il tarixində qeydiyyata alınmışdır.Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, 12 iyun 2017-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, Səbail rayonu, G.Əliyev küçəsi 9 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 1 və 2 mərtəbəli yaşayış binalarının söküntüsünün «xxxx» MTK tərəfindən yerinə yetirilməsi və həmin kooperativə sahəsi 3,89 ha olan ərazidə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisinə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qayda da mənzillərin ayrılmasının «xxxx» MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1996-cı ilin iyun ayında tərtib edilmiş və 23.06.1999-cu il tarixdə korrektə edilmiş «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»na əsasən fərdi yaşayış evi 413.3 kv.m. torpaq sahəsində yerləşməklə, «A», «B», «V», «Q» tikililərindən ibarət olmuşdur. «A» tikilisi (yaşayış evi) 78,8 kv.m., «B» tikilisi (kladovaya) 6,3 kv.m., «V» tikilisi (saray) 19,3 kv.m. təşkil edir. «Q» tikilisi taxta tikilidir. Texniki Pasport Cavabdeh2 07.06.1996-cı il tarixli məktubuna əsasən tərtib edilmişdir. İş materiallarında olan 12.01.2017-ci il tarixli “Ə.Yaqubov və G.Əliyev küçələrində yerləşən yaşayış binalarının və qe yri-yaşayış obyektlərinin texniki vəziyyətləri haqqında” Aktın məzmunundan görünür ki, adıçəkilən ünvanda yerləşən, fiziki şəxslərə məxsus olan yaşayış və qeyri-yaşayış bina və obyektlərinə vizual baxış keçirilərək mövcud olan tikililərin texniki vəziyyətlərinin tikinti norma və qaydalarının tələbləri əsasında yerinə yetirilmədiyi, seysmik tələblərin ödənilməməsi, ara yolların nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaratması, kommunikasiya sistemlərinin qeyri-qənaətbəxş olması normal istismar şəraitinə imkan vermir. Akt Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Texniki şöbəsinin müdir müavini X1, şöbənin aparıcı mütəxəssisi X2 və Cavabdeh2 başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı X3 tərəfindən imzalanmışdır. Həmçinin işin materiallarından görünür ki, Azərbaycan Respublikası Beynəlxalq Bankının Qaradağ filialında X3 adına hesab açılmış və həmin filialının 2017.05.04 tarixli, FJB**********885 saylı mədaxil qəbzinin surətinə əsasən X4 hesabına 900 AZN mədaxil edilmişdir. İşin materiallarında olan «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X4 tərəfindən verilmiş 21 sentyabr 2017-ci il tarixli, 65 nömrəli məktubdan görünür ki, İddiaçı, Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanda yerləşən özbaşına tikili olan evinin əvəzində “xxxx” MTK tərəfindən qarşılıqlı razılaşmaya əsasən ünvan 5 ünvanda inşası yekunlaşmaqda olan 17 mərtəbəli yaşayış binasının B2 girişinin 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 64,1 kv. metr olan 173 saylı mənzil ayrılmışdır ( i.v 113). Apellyasiya baxışı zamanı təqdim edilmiş «xxxx» MTK tərəfindən verilən 25 iyul 2018-ci il tarixli, 72 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanda yerləşən sökülmüş özbaşına tikili olan evinin əvəzində “xxxx” Mənzil Tikinti Kooperativi hazırda ünvan 7 ünvanda tikilməkdə olan 17 mərtəbəli yaşayış binasının B1 girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,6 kv. metr olan 1 saylı mənzili Sizə xüsusi mülkiyyət olaraq təklif edir. MTK-ya müraciət etdiyiniz anda, həmin mənzilə dair müvafiq sənədlər dərhal İddiaçı veriləcəkdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə sözügedən yaşayış sahəsi özütikmə olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin fərdi yaşayış evi üzərində olan hüquqları ə mlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıql arın müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Broniovski Polşaya qarşı» işdə də Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da «mülkiyyət hüquqları» sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün «mülkiyyət» hesab edilə bilər. Hər bir konkret işdə araşdırmalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, «tələb» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Avropa İnsan Hüquqları Məhkəməsi «X6rşı » işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaş mır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. (§ 124) Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin özbaşına tikili olduğu üçün fərdi yaşayış evinə görə kompensasiyanın verilməsi tələbinin mümkünsüzlüyü barədə mövqeyi ziddiyyətli olmaqla bərabər qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, məhkəmə cavabdehin Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, 12 iyun 2017-ci il tar ixli Sərəncamına əsasən sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının nəzərdə tutulduğuna istinad edərək həmin sərəncamın icrası ilə əlaqədar İddiaçı mənzil təklif edilməsinin də kompensasiyanın bir növü olduğunu nəzərə almamış, nəyə görə həmin kompensasiyanın pul şəklində verilməsinin mümkün olmadığını əsaslandırmamış, iddiaçının istifadəsində olan 3 otaqlı fərdi yaşayış evinin əvəzində təklif edilən mənzilin onun mülkiyyət hüquqlarının bərpasına xidmət edib-etməməsinə işin digər halları ilə bərabər düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, 12 iyun 2017-ci il tarixli Sərəncamının məzmununa istinad etsə də, həmi n sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 85 saylı qərarı əsasında verilmişdir. Həmin qərarın tələbləri isə işə baxarkən nəzərə alınmamışdır. Belə ki, həmin qərarın 1, 1.1-1.3 bəndlərinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayon İcra Hakimiyyətlərinə aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi hazırki mübahisənin halları baxımından iddiaçının mülkiyyəti sayılmalı olan mübahisəli yaşayış sahəsinin sökülməsinə səbəb kimi həmin evin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olmasına istinad etsə də, bu məsələni tənzimləyən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməməsinə qiymət verməmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi onun qabaqcadan razılığı, hər hansı dövlət və ya ictimai ehtiyac və məhkəmə qərarı olmadan, ədalətli kompensasiya barədə qabaqcadan iddiaçı ilə razılıq əldə edilmədən cavabdeh tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən maddi hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli 2(103)7327/2018 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar