Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3437/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" MMC-yə və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kasasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin tələblərinə uyğun tərtib edilməməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-250/2022 nömrəli iş üzrə 12 aprel 202 2-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icrat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" MMC-yə və "xxxx" X1 Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 iyul 2021-ci il tarixli, 2(060)-731/2021 saylı qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar birgə ape lyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-250/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(060)-731/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-25 0/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərardadı ilə kasasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, iş materiallarından görünür ki, İddiaçı1 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-250/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti MPM-in 407.1-ci maddəsinin tələblərinə cavab vermir. Kasasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 saylı əlavəsində nəzərdə tutulan formaya uyğun verilməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri pozulmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı1 (vəkili Nümayəndə) kasasiya şikayəti verərək, kasasiya şikayəti üzrə ötürülmüş müddətin bərpa edilməsi və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək işin apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, kasasiya şikayətinin formasına, məzmununa və əlavə edilən sənədlərə tam riayət etmişdir. Məhkəmənin adını, ünvanını, özünə dair məlumatları, şikayətin dəlilləri, şikayətin imzalanması, maddi və prosessual hüquq normalarının pozulması, vəkilin orderi, dövlət rüsumu və s. bütün hallara riayət etmişdir. Pozuntunun nədən ibarət olması əsaslandırılmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə ic raatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qəra rdad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarını n qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Belə ki, iddiaçı kasasiya şikayətində prosessual qanunvericiliyin tələblərinə uyğun kasasiya şikayətini tərtib etdiyinə, pozuntunun nədən ibarət olduğunun əsaslandırılmamasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində də aşkar edilmişdir ki, həqiqətən də iddiaç ı tərəfindən apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən verilmiş kasasiya şikayəti kasasiya şikayəti üçün qanunvericiliklə müəyyən edilmiş edilmiş tələblərə tam şəkildə uyğun tərtib edilməmişdir. Belə ki, kasasiya şikayətində işin gedişatı ilə bağlı mövcud olmuş hallar və hüquq normalarının adları göstərilmiş, lakin maddi və prosessual hüquq normasının pozuntusunun nədə ifadə edilməsi əsaslandırılmamışdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-250/2022 nömrəli iş üzrə 12 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.