Məhkəmə qərarları › İş №2(102)-344/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-344/2021

22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-344/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-344/21 (Açar sözlər: etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil Gülaməddin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı “etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1250/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Bilgəh qəsəbəsi, M.Nağıyev küçəsi, ev 8 İddiaçı mülkiyyətində olub.

2. İddiaçı əmlaklarına dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla xx.xx.2015-ci il tarixdə Cavabdeh1 etibarnamə verib.

3. Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında qeyd edilən evi X3, sonuncu da Cavabdeh2 satmışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 qarşı (X4, Bakı şəhəri 52 sa ylı notariat kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi üçüncü şəxs olmalqa) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən Cavabdeh1 Bakı şəhəri 52 saylı notariat kontorunda verilmiş xx.xx.2015-ci il tarixli (reyestr nömrəsi 7E-15204) etibarnamənin ləğv edilməsi, bağlanmış bütün əqdlərin, verilmiş çıxarışların etibarsız hesab edilməsi və bununla bağlı yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, 10 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə təsadüfən tanış olmuş, münasibətləri dostluğa çevrilmiş, cavabdeh tez-tez iddiaçının ailəsi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Nağıyev küçəsi, ev 8-ə qonaq gəlməyə başlamışdır.

6. Cavabdeh özünü işgüzar şəxs kimi göstərmiş, hətta bir dəfə bankdan iddiaçıya kredit lazım olmuş, cavabdeh tez bir zamanda kreditin əldə olunmasına köməklik göstərmişdir.

7. Cavabdehin bacarıqlı olduğunu nəzərə alaraq, iddiaçı həyat yoldaşı ilə məsləhətləşib yaşadığı ünvanda yerləşən mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın alınmasından ötrü köməklik göstərməsi üçün cavabdehə müraciət etmişdir.

8. Cavabdeh problem olmadığını və bu məsələnin tezliklə həll edəcəyinə söz vermiş, iddiaçı mənzillə bağlı müvafiq sənədləri cavabdehə təqdim etmişdir.

9. İddiaçı fərdi yaşayış evini torpaq sahəsi də daxil olmaqla 2004-cü ildə almışdır və bu günə kimi həmin mənzildə yaşayırlar.

10. Cavabdeh tezliklə iddiaçının ailəsi ilə yaşadığ ı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağa köməklik göstərmişdir.

11. X5 rayonu, X8 ərazisi, Musa Nağıyev küçəsi, ev 8 yazıldığını gördükdə, hazırda Zəfəran sovxozunun olmadığını, Bilgəh qəsəbəsinin Sabunçu rayonuna aid olduğunu cavabdehə bildirmiş, lakin cavabdeh ona sənədin düz olduğunu, bu ərazilərin hələ də Abşeron rayonuna aid olduğunu deyib qeyd etmişdir ki, səhv olsaydı dövlət qurumu bu sənədi verməzdi.

12. Bir müddət sonra iddiaçıya özünün və qızının xəstəliyi ilə əlaqədar pul lazım olmuş, onun və qızının gözlə bağlı problemi olduğu üçün təcili əməliyyata ehtiyacları olmuşdur.

13. Bu məqsədlə iddiaçı cavabdehə tanış olduğu bankdan 20000 manata yaxın kredit götürməsini xahiş etmiş, cavabdeh kredit almaqla bağlı iddiaçıya köməklik göstərməsinə razılıq vermişdir. Lakin, vaxt keçməsinə baxmayaraq, kreditin alınması ilə bağlı cavabdehdən bir xəbər çıxmamışdır.

14. İddiaçı bu barədə cavabdehdən soruşmuş, cavabdeh heç bir narahatçılığa ehtiyac olmadığını bildirmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıya demişdir ki, bankda kreditin verilməsi dayandırılıb, 1-2 aya verəcəklər, kreditin miqdarı çox olduğundan bank araşdırma aparır.

15. Bir gün cavabdeh iddiaçıya 29000 manat kredit götürəcəyini, iddiaçıya gözünün əməliyyat olunması üçün nə qədər lazımdırsa pul verəcəyini, yerdə qalan pulu isə özünün istifadə edəcəyini, lakin kreditin götürülməsi üçün bankın təminat istəməsini bildirmişdir.

16. Cavabdeh adına əmlak olmadığı üçün iddiaçının evinin təminat kimi qoyulmasını, bunun üçün isə onun adına etibarnamə lazım olduğunu bildirmişdir.

17. İddiaçı cavabdehə pulu onun adına götürülməsini bildirmiş, lakin cavabdeh ona bildirmişdir ki, bankda onu tanıdıqlarına görə pulu yalnız cavabdeh özü götürə bilər.

18. Münasibətlərini nəzərə alaraq iddiaçı buna etiraz etməmiş, xx.xx.2015-ci ildə Bakı şəhəri 52 saylı notariat kontoruna gedərək orada iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə öz adından çıxış etmək hüquqlarını cavabdehə 1 illik müddətinə həvalə etmişdir.

19. Səhəri gün bank nümayəndələrindən heç kəs mənzilə baxış keçirmək üçün gəlməmiş, səbəbini soruşduqda cavabdeh bildirmişdir ki, kreditin verilməsi bir az gecikir, narahat olmasın.

20. Cavabdeh 10 gün sonra iddiaçıya bildirmişdir ki, bankda məsələlər hələ də uzanır, o na da pul lazımdır, bu baxımdan, evi 29000 manata Rusiyadan gələn dostu X3 girov kimi verəcək, bankda məsələlər həll olunduqdan sonra evi girov qoyub bankdan kredit alaraq 29000 manatı Mübariz Mikayılova qaytaracaq. Bu məsələ ilə bağlı narahat olmağa dəyməz, Mübariz onun dostudur.

21. İddiaçı buna da etiraz etməmiş, lakin bu pulu uzun müddət gözləməli olmuşdur.

22. Bir gün qonşu onlara bir məktub vermiş, məktubda qeyd edilmişdir ki, mənzil ona satılmışdır.

23. Səhəri gün iddiaçı işlədiyi yerdə evin satıldığı Mübariz Mikayılovla və onun yanında gələn şəxslə görüşmüşdür.

24. Danışıqlar zamanı məlum olmuşdur ki, Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzili etibarnamə əsasında Mübariz Mikayılova ailəsinin razılğı olmadan satmışdır. Cavabdeh iddiaçının telefonlarına cavab vermir, yaşadığı ün vanda da yoxdur.

25. Mübariz Mikayılov iddiaçıya bildirmişdir ki, cavabdehi tapsın, ona mənzil lazım deyil, pulunu istəyir.

26. Daha sonra məlum olmuşdur ki, Mübariz Mikayılov mənzili Cavabdeh2 satmışdır.

27. Cavabdeh2 da iddiaçı və həyat yoldaşının mənzildən çıxarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir.

28. Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə iddiaçının və ailəsinin yaşadıqları fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmiş, onların məişət əşyaları ilə birlikdə evdən çıxarılması, evin boşaldılması ilə bağlı qərar qəbul edilmişdir. Hazırda həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

29. Cavabdeh1 külli miqdarda pul əldə etmək üçün iddiaçıya qarşı bu addımı atmışdır.

30. Əvvəla, DƏDRX-in Abşeron rayon X9 rayonu, Bilgəh qəsəbəsi ndə yerləşən evə Çıxarış verə bilməz. Çünki qeyd olunan ərazi Bilgəh Bələdiyyəsinə aid edilən torpaq sahəsidir. Çıxarışı da DƏDRX-in Sabunçu rayon ərazisi verə bilər.

31. İddiaçı öz ailəsi ilə birlikdə 2004-cü il tarixdən həmin evdə qeydiyyatdadır və qeydiyyatdan çıxmamışlar. Necə ola bilər ki, qeydiyyatda olduqları mənzil iddiaçının və ailə üzvlərinin razılığı olmadan əvvəlcə Mübariz Mikayılova, daha sonra Cavabdeh2 satılmışdır. Alqı-satqı zamanı saxta arayışlardan istifadə olunaraq, bu ünvanda heç kimin yaşamadığı bildirilmişdir.

32. Cavabdeh1 və üçüncü şəxs Mübariz Mikayılov sənədləşmə işlərini həyata keçirərkən ünvan 3 ünvanından istifadə etmişlər. Əslində isə Bilgəh qəsəbəsində belə bir ünvan yoxdur. Cavabdehlər mənzili görmədən alqı-satqı etmişlər.

33. Digər tərəfdən evin 29000 man ata satılmasın bilsə də, Abşeron Rayon Məhkəməsinin qətnaməsindən görüb ki, evi üçüncü şəxs X7 Əskərov adlı şəxsə 60000 manata satıb.

34. İddiaçı tələbinin hüququ əsası kimi Mülki Məcəllənin 337 və 339-cu maddələrinə istinad edib.

35. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb edir.

36. İş üzrə üçüncü şəxs Mübariz Mikayılov iddiaya iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, əvvəla, onunla müqavilə bağlnarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Evin satılmasına razılıq ərizələrində də evin ünvanı dəqiq göstərilmişdir. Bundan əlavə, müqavilənin bağlanmasından 4 il keçdiyi üçün iddia müddəti ötüb.

37. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 1 başqa, cavabdehlərin sırasına X4 və Cavabdeh2 Məmmadqulu oğlunu da əlavə edərək, məhkəmədən İddiaçı tərəfindən Cavabdeh1 Bakı şəhəri, 52 saylı notariat kontorunda xx xxxxxxxx 2015-ci il tarixli 7E-15204 reyestr nömrəli verilmiş Etibarnamənin və bağlanmış bütün əqdlərin; İddiaçı ilə (etibarnamə əsasında Cavabdeh1) X4 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli ( 4ə-2872 reyestr nömrəli: AN-İ N 0527201) Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası əmlak Məsəslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli (Seriya RX, N 1282818), ********** saylı dövlət qeydiyyat nömrəli çıxarışın; X4 ilə Cavabdeh2 Məmmadqulu oğlu arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli (4ə-385 6 reyestr nömrəli; AN-İ N 0749417) Daşnmaz əmlakın alqısatqı mülqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli (Seriya RX, N1440493), ********** saylı dövlət qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi va bununla bağlı yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi; İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Cavabdeh2 iddiaya etiraz edərək göstərib ki, evi Mübariz Mikayılovdan 2018-ci ildə alıb, nə İddiaçı, nə də Cavabdeh1 tanımır. Evi qanuni yolla əldə edib.

39. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6073/2019 nömrəli, 14.10. 2019-cu il tarixl i qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim SamirTalıbov)

40. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli etibarnamədə mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi üzərində məhdudiyyət və yüklülük olub-olmaması barədə arayışı, Forma 2 arayışı alıb, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etmək səlahiyyətini Cavabdeh1 vermiş, sonuncu həmin etibarnamədən çıxış edərək mübahisəli mənzili X3 29000 manata satmışdır.

41. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik əqdin təmsilçi vasitəsilə də ba ğlana bilməsini nəzərdə tutmuş və Cavabdeh1 həmin vaxt İddiaçı tərəfindən ona verilmiş qüvvədə olan etibarnamə evi cavabdeh X1, alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənmişdır.

42. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qeyd edilən alqı-satqı müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır və onun etibarsızlığı üçün iddiaçının dəlilləri – cavabdehə mülkiyyətində olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün deyil, həmin fərdi yaşayış evinin ipoteka qoyularaq bankdan pul götürülməsi üçün səlahiyyət verməsi – əsasızdır, həmçinin iddiaçının aldadılmasının nədən ibarət olması işin halları ilə müəyyən olunmur.

43. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh1 onun etibarnamədən sui-istifadə etməsi nəticəsində alqı-satqı müq aviləsinin bağlanması barədə qənaətə gəlməsi də düzgün deyil. Çünki həmin fərdi yaşayış evində yaşayış üzrə qeydiyyatda olan şəxslər Bakı şəhər 17 saylı notariat kontorunda yazdıqları ərizələrində fərdi yaşayış evinin satılmasına etiraz etməmələri barədə öz iradələrini ifadə etmişlər.

44. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, İddiaçı nə üçün iddia etdiyi kimi Cavabdeh1 mülkiyyətində olmuş fərdi yaşayış evinin yalnız ipoteka qoyulması ilə bağlı səlahiyyət verməməsi, eyni zamanda fərdi yaşayış evinin bağışlanması, satılması ilə bağlı səlahiyyətlər verməsini, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin fərdi yaşayış evinin yalnız ipotekaya qoyulması barədə iradə ifadələrini bildirmələrini izah edə bilməmiş, bununla da, etibarnamə ilə əmlakın satılması iddiaçının iradə ifadəsinə uyğun olmuşdur.

45. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, İddiaçı adından Cavabdeh1 ilə digər cavabdeh X4 arasında bağlanmış və xx.xx.2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh1 İddiaçı adından çıxış etmək səlahiyyəti olmuş və qanunvericilik normalarına uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış və notariat orqanı tərəfindən təsdiq edilmişdir.

46. Eyni zamanda X4 ilə Cavabdeh2 arasında bağlanmış və xx.xx.2018-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi qanunvericilik normalarına uyğun olaraq bağlanmış və notariat orqanı tərəfindən təsdiq edilmişdir.

47. Məhkəm ənin mövqeyinə görə istər etibarnamə əsasında İddiaçı adından çıxış edərək Cavabdeh1 evi M.Mikayılova satması barədə, istərsə də həmin fərdi yaşayış evinin X4 tərəfindən Cavabdeh2 Məmməd oğluna satılması barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri hazırki işdə mövcud deyil. Əksinə, həmin alqı-satqı müqavilələri üzrə alıcılar tərəfindən fərdi yaşayış evinin dəyərinin tam ödənilməsi, əmlakın mülkiyyətçisi və mülkiyyətçinin adından çıxış edən nümayəndənin səlahiyyəti ilə bağlı cavabdeh X2 hər hansı şübhənin olmaması, bu səbəbdən cavabdehlərin vicdanlı əldə edən olması kimi hallar işin materialları ilə müəyyən edilir.

48. Birinci instansiya məhkəməsi əlavə olaraq qeyd edib ki, alqı-satqı müqavilələri bağlanarkən iddaçını n fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış hüquq olmuş, həmin vaxt reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və əldə edən şəxs kimi cavabdeh X2, sonradan Cavabdeh2 bu qeydin məzmunu ilə bağlı hər hansı şübhəsi olmamışdır.

49. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin hazırki mübahisə üzrə iddia müddətinin buraxılmasına dair dəlilləri ilə bağlı qeyd edib ki, iddiaçı etibarnamənin verilməsini qəbul edir, lakin aldadıldığını, yanıldığını iddia edir, belə olan halda isə etibarnamənin verilməsi və onun əsasında müvafiq hərəkətlərin edilməsi işin mübahisəsiz haldır.

50. İddiaçının hüququnun pozulduğunu bildiyi gün məhz etibarnamənin verildiyi gündür. İddiaçı isə həmin müddətdən 4 il sonra hazırkı tələbi irəli sürmüşdür. Digər t ərəfdən qeyd edilməlidir ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim olunmuşdur. Hətta belə ərizənin təqdim olunmaması halında belə müddətin tətbiq edilməsi mümkündür, çünki, əqdlərin etibarsızlığı ilə bağlı müəyyən olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir, kəsici müddətin tətbiq edilməsi ilə bağlı isə ərizənin verilməsi mütləq deyildir.

51. Birinci instansiya məhkəməsinə görə iddiaçı əqdin etibarsızlığına dair fərqli əsaslardan çıxış edir, bir halda aldadıldığını, digər halda isə ev satılarkən həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin evin satılmasına razılıq verməməsini göstərir. Bu baxımdan iddiaçı həmin əsasların hər biri üçün qanunla müəyyən olunmuş müddətləri də ötürmüşdür.

52. Birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçının subyektiv hüq uqunun pozulması düzgün hesab edilsə idi belə, yenə də iddia müddətini ötürməsi səbəbindən iddia təmin edilə bilməzdi.

53. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 140, 144.1, 144.2, 339.3, 347.1, 354, 359.1, 362.1, 362.2, 375.2, 377.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

54. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verib.

55. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlıb, şikayətdə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməməsinə istinad edilib.

56. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1250/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti n təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə xx xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov)

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin sübutları dəyərləndirməsi, gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları ilə razılaşaraq, hesab edib ki, şikayətin dəlilləri əsasızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

58. İddiaçı (Vəkil Gülaməddin oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

59. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə u yğun belə əsaslandırılıb, şikayətdə maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

60. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

61. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil Gülaməddin oğlu kassassiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

62. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbi q edilən hüquq Mülki Məcəllə Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.http://e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başl anıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yara dır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.[328] Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ma ddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırm a aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

67. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

68. İddia tələbi etibarn amənin, etibarnamə əsasında bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi aldadılmasına, etibarnaməni Cavabdeh1 evni satmaq üçün deyil, kredit götürmək üçün onun adından ipoteka qoymaq məqsədilə verməsinə istinad etmişdir. Belə olan halda iddianın təmin olunmasının əsasını qeyd edilən halların müəyyən edilməsi təşkil edir.

69. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli etibarnamədə mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi üzərində məhdudiyyət və yüklülük olub-olmaması barədə arayışı, Forma 2 arayışı alıb, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etmək səlahiyyətini Cavabdeh1 vermişdir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, tətbiq edilən qanunvericilik normaları əqdin təmsilçi vasitəsilə də bağlana bilməsini nəzərdə tutmuşdur.

71. Alqı-satqı müqavilələrinin etibarsızlığı üçün iddiaçının dəlilləri – Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün deyil, həmin fərdi yaşayış evinin ipoteka qoyularaq bankdan pul götürülməsi üçün səlahiyyət verməsi – öz təsdiqini tapmamışdır.

72. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, fərdi yaşayış evində yaşayış üzrə qeydiyyatda olan şəxslər Bakı şəhər 17 saylı notariat kontorunda yazdıqları ərizələrində evin satılma sına etiraz etməmələri barədə öz iradələrini ifadə etmişlər.

73. İddiaçı adından etibarnamə əsasında fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən Mübariz Mikayılova, sonuncunun da həmin fərdi yaşayış evini Cavabdeh2 satması barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri hazırki işdə müəyyən edilməyib. Əksinə, alqı-satqı müqaviləsi ilə evi əldə edən Mübariz Mikayılovla və Cavabdeh2 vicdanlı əldə edən olması müəyyən edilib.

74. Həmçinin o da müəyyən edilib ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötüb.

75. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını düzgün tətbiq etmişdir.

76. İşin müəyyən ed ilmiş halları tətbiq edilən maddi hüquq normlarının dispoztiv şərtlərinə görə iddianın təmin edilməsini istisna etmişdir.

77. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

78. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.

79. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1250/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar