Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-344/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istilik sisteminin texniki standartlara uyğun təmin edilməsi və borcun silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı istilik sisteminin texniki standartlara uyğun təmin edilməsi və borcun silinməsi tələbinə dair iddiası barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4970/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Hacınski küçəsindəki 100 və 101 saylı yaşayış binası istiliklə təmin olunur. Hacınski 100 saylı yaşayış binası 9 mərtəbə, 5 giriş, 108 mənzildən, Hacınski küçəsi 101 saylı yaşayış binası isə 9 mərtəbə, 6 giriş, 72 mənzildən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı istilik sisteminin texniki standartlara uyğun təmin edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək binada istilik sisteminin texniki standartlar çərçivəsin də quraşdırılmasının təmin edilməsi, istilikdən faydalanmadığı halda yaranan və tələb olunan abonent borcunun silinməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanun qarşısında cavab verməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı binada uzun müddət istilik təchizatı olmamışdır. Təxminən 8 il əvvəl istilik sistemi quraşdırılmış və bina istiliklə təmin olunmuşdur. Tikilən qazanxana iki binanı istiliklə təmin edir: Hacınski küçəsi ev 100 və ev
101. Quraşdırma zamanı mənzildaxili avadanlıqları sakinlər almış, quraşdırma xərclərini ödəmişlər. Lakin quraşdırma texniki standartların tələblərinə cavab vermir, uyğun gəlmir, istilikdən faydalana bilmir. 800 manata qədər çəkdiyi xərc hədər gedir, mənzili istiliklə təmin olunmur. Abonent haqqı şişir və ondan tələb olunur. Nəzarət olunmadan quraşdırılan istilik sistemini bəzi bloklarda sakinlər necəsə, bəzi bloklarda isə haradansa gəlib çıxan quraşdırıcılar quraşdırmışlar. Binanın texniki mərtəbəsi var. Təzyiq altında vurulan isti su bloklardan binanın texniki mərtəbəsinə qalxmalı, oradan aşağı paylanmalıdır. Lakin binada təzyiq altında vurulan isti su 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər radiatorları təchiz edərək qalxır, bir otaqdan digərinə kecərək, yenidən qazanxanaya qayıdır. Bu zaman 18 dəfə 900 bucaq altında borular kəskin əyilməyə məruz qalır. Bu isə temperatur, həm də təzyiq itkisinə gətirib çıxarır. 2 binanı təchiz edən qazanxanada 8 ədəd “Kombi” cihazı var, lakin onlardan 3 ədədi işlək vəziyyətdədir. Bu isə radiatorlarda isti su hənirtisi verir. Hər iki bina bir siste mdə yerləşir, eyni standartlar üzrə quraşdırmalar aparılmalıdır, müxtəlifliklər çoxdur. Ekspertiza təyin olusun və sakinlərin rəyi dinlənilsin. Binada istilik sisteminin texniki standartlara uyğun quraşdırılması təmin olunsun, ona faydalanmadığı istiliyə görə hesablanan 300 manat silinsin, o həmin borcu heç vaxt ödəməyəcək. "xxxx" ASC də qanun qarşısında cavab versin.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-57/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı sakini olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, ev 100 Cavabdeh ASC tərəfindən istiliklə təmin edil ir. İddiaçı iddia edir ki, Cavabdeh ASC yaşayış binasını, eləcə də onun yaşadığı mənzili texniki standartlara uyğun şəkildə istilik enerjisi ilə təmin etmir.
6. Məhkəmə tərəfindən Cavabdeh ASC-nin mütəxəssisinin, eləcə də iddiaçının iştirakı ilə sözügedən yaşayış binasını istiliklə təmin edən qazanxanada, eləcə də iddiaçının mənzilində yerində müayinə keçirilmişdir. Bu zaman mütəxəssis tərəfindən qazanxanadakı qızdırıcılardan çıxan və daxil olan istiliyin dərəcəsi əyani şəkildə göstərilmiş, verilən istiliyin havanın temperaturuna və Cavabdeh ASC-nin müəyyən etdiyi standartlara uyğun olduğu qeyd edilmişdir. İddiaçının mənzilində yerində müayinə zamanı həm yaşayış otaqları, həm də mətbəxdə quraşdırılmış istilik sisteminə yenə mütəxəssisin və iddiaçının iştirakı ilə baxış keçirilmişdir. Müt əxəssis göstərmişdir ki, iddiaçının mənzilində quraşdırılmış qızdırıcıların (radiatorların) bölmələrinin sayı yaşayış otaqlarının sahələrinə mütənasib deyil. Həmçinin qızdırıcılara istilik daşıyan vintillər düzgün quraşdırılmamış, vintillər birbaşa qızdırıcıya birləşmək əvəzinə, bir neçə yerdən qaynaq edilmişdir. Həmçinin xüsusən mətbəxdə quraşdırılmış qızdırıcı vintillərdən çox aralı məsafədə yerləşdirilmişdir. Bütün bu səbəblərdən istilik daşıyıcısı (su) vintillərdən qızdırıcıya daxil olana qədər soyuyur və bu da mənzilin istilik enerjisi ilə təmin edilmə keyfiyyətini aşağı salır. Yerində müayinədə iştirak edən iddiaçı isə bildirmişdir ki, bütün bu qeyd edilən nöqsanlara görə məsuliyyəti cavabdeh daşıyır. Çünki mənzil daxilində istilik sisteminin normalara uyğun quraşdırılması cavabdehin vəzifəsi olmuşdur.
7. Məhkəmə yerində müayinədə iştirak etmiş mütəxəssisin məhz iş üzrə cavabdehin nümayəndəsi olduğunu nəzərə alaraq, obyektivliyi təmin etmək məqsədilə mübahisə tərəflərinin heç birinə bağlılığı olmayan üçüncü bir şəxsi - "xxxx" MMC-ni iş üzrə mütəxəssis kimi cəlb etmişdir. Həmin MMC-nin nümayəndələri tərəfindən də həm yaşayış binasını istilik enerjisi ilə təmin edən qazanxanaya, həm də iddiaçının mənzilinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Verilmiş rəydə baxış keçirilən zaman qazanxananın işlək vəziyyətdə olduğu, qazanxananın bütün texniki standartlara uyğun quraşdırıldığı və qazanxanadan verilən istiliyin yaşayış binasının keyfiyyətli istilik təchizatını təmin etmək səviyyəsində olduğu, həmçinin yaşayış binasının aşağı paylayıcı i stilik sistemlərində hər hansı qüsurun aşkarlanmadığı qeyd edilmişdir. Bundan başqa, rəydə göstərilmişdir ki, yaşayış binaları köhnə tipli olduqlarından və heç bir enerjiqoruyucu tədbir görülmədiyindən binalar ümumilikdə enerjieffektivlik tələblərinə cavab vermir. Həm bu səbəbdən, həm də mənzildaxili istilik sistemi quraşdırılarkən texnoloji ardıcıllıq, tikinti norma və qaydaları pozulduğundan iddiaçının mənzilində istiliyin temperaturunun nisbətən aşağı olduğu nəticəsinə gəlinmişdir.
8. Göründüyü kimi, həm yerində müayinə zamanı Cavabdeh ASC-nin mütəxəssisi tərəfindən əyani şəkildə göstərilməklə, həm də iş üzrə mütəxəssis kimi cəlb edilmiş hüquqi şəxsin verdiyi yazılı rəy əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı binanı istiliklə təmin edən binanın qazanxanasında, eləcə də binan ın aşağı paylayıcı istilik sistemlərində nöqsan yoxdur. Bununla belə, iddiaçının mənzilinə verilən istiliyin temperaturu aşağıdır. Ona görə ki, həm yaşayış binası köhnə olduğundan enerjieffektiv deyil (istilik itkilərinə qarşı izolyasiya olunmaması, fasad enerji qoruyucu üzlük qatının olmaması və s.), həm də mənzildaxili istilik sistemi düzgün quraşdırılmamışdır.
9. İddiaçı mənzildaxili istilik sisteminin düzgün quraşdırılmamasına görə məsuliyyətin Cavabdeh ASC-nin üzərinə düşdüyünü iddia etsə də, məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, Cavabdeh ASC-nin mənzildaxili istilik sistemlərini quraşdırmaq kimi bir vəzifəsi yoxdur. Cavabdeh ASC respublika ərazisində istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması istiqamətində fəaliyyət göstərir və onun “paylama” funksiyası obyektləri istiliklə təmin edən istilik enerjisi mənbələrinin (hazırkı işdə qazanxana) düzgün fəaliyyətinin və həmin mənbədən obyektə qədər istilik enerjisinin daşınmasının təmin edilməsindən ibarətdir. Buna uyğun olaraq, qazanxana və yaşayış binasının aşağı paylayıcı qurğusu normal fəaliyyət göstərdiyi halda yaşayış binasının köhnə olması, bu səbəbdən enerjieffektiv olmaması, mənzildaxili istilik sistemlərinin düzgün quraşdırılmaması kimi hallara görə ayrı-ayrı şəxslərin mənzillərinə çatan istilik enerjisinin temperaturu aşağıdırsa, buna görə məsuliyyət cavabdeh təşkilatın üzərinə düşə bilməz. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin bu problemləri aradan qaldırmaq kimi bir vəzifəsi, yaxud funksiyası yoxdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 3.2.13-cü bəndindən də görün ür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verə bilər. Göründüyü kimi, Cavabdeh ASC-nin istilik enerjisinin mənzillərə paylanmasını təşkil etmək vəzifəsi yoxdur, lakin əgər şəxs müraciət edərsə, istilik enerjisi təchizatı sisteminə qoşulmaq üçün müvafiq texniki şərtlər verə bilər. Hazırkı işdə belə bir hal müəyyən edilməmiş, iddiaçı mənzildaxili istilik sistemini məhz cavabdeh təşkilatın verdiyi texniki şərt əsasında quraşdırdığını iddia etməmişdir.
10. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçının mənzilində istilik normadan aşağıdırsa, buna görə məsuliyyəti mənzildaxili istilik sistemini düzgün qur aşdırmamış iddiaçı daşıyır. Təsadüfi deyil ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçı ilə eyni binada yaşayan bir neçə sakinin mənzillərinə verilən istiliklə bağlı mövqeləri öyrənilmiş, həmin sakinlər mənzillərinə verilən istiliyin onları qane etdiyini bildirmişlər.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir dir ki, iddia tələbi – binada istilik sisteminin texniki standartlar çərçivəsində quraşdırılması hissəsində əsassız olmuşdur.
12. İddia tələbinin növbəti hissəsi istilik enerjisindən faydalanılmadığı halda tələb edildiyi iddia edilən abonent borcunun silinməsi ilə bağlıdır ki, məhkəmə bu hissədə də iddia tələbi ilə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlər dən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Artıq yuxarıda da qeyd edildiyi kimi, iddiaçının mənzilində istiliyin temperaturunun nisbətən aşağı olmasının səbəbi yaşayış binasına istilik enerjisinin lazımınca verilməməsi deyil. Belə olan halda iddiaçı istehlak etdiyi istilik enerjisinin dəyərini ödəməlidir.
13. İddia tələbinin növbəti hissəsi Cavabdeh ASC-nin qanun qarşısında cavab verməsi ilə bağlıdır ki, bu hissədə tələb həm qeyri-müəyyən olduğundan, həm də yuxarıda qeyd edilənlərə əsasən iddiaçının mənzilinə çatan istilik enerjisinin temperaturunun az olmasında cavabdeh təşkilatın təqsiri müəyyən olunmadığından iddia bu hissədə də təmin edilə bilməz.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 35.1, 35.2, 135.1, 136.1, 136.4, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydasına”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 26-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşadığı binada istilik sistemi düzgün quraşdırılmamışdır. Belə ki, binada istilik aşağı mərtəbədən mənzillərə paylanapaylana yuxarı qalxır və yuxarı – onun yaşadığı doqquzuncu mərtəbəyə istilik qalxana qədər temperatur azalır. Halbuki qanunla istilik yuxarıda yerləşən texniki mərtəbədən paylanılmalıdır. Digər tərəfdən, qazanxanada səkkiz kombi olduğu halda bunlardan cəmi dördü işləyir. Hansı ki, dördüncü də yeni işləməyə başlamışdır. Artıq 7-8 ildir ki, vəziyyət bu cürdür. Buna baxmayaraq, ondan istiliyə görə pul tələb edilir. Bundan başqa, istlilik sistemi düzgün quraşdırılmadığından batereyalarda səsküy yaranır. Dəfələrlə yuxarı instansiyalara bununla bağlı şikayət etməsinə baxmayaq, şikayətinə düzgün baxılmır. Üstəlik, istilikdən istifadə etmədiyi halda o ndan buna görə pul tələb edilir. B
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4970/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tikinti texniki ekspertiza təyin edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilsə də tikinti eksperti bu sahədə xüsusi biliyə malik olmadığını bəyan edərək ekspertiza apar ılmasından imtina etmişdir. Bundan sonra "xxxx" MMC-dən alınmış rəydə göstərilb ki, qeyd olunan yaşayış binası Cavabdeh ASC-yə məxsus DKTİQ 920-5 saylı qazanxana vasitəsi ilə istiliklə təmin olunur. Həmin qazanxana vasitəsi ilə Suraxanı rayonu, Hacınski küçəsi 101 saylı yaşayış binası da istiliklə təmin olunur. Hacınski 100 saylı yaşayış binası 9 mərtəbə, 5 giriş, 108 mənzildən, Hacınski küçəsi 101 saylı yaşayış binası isə 9 mərtəbə, 6 giriş, 72 mənzildən ibarətdir. Yaşayış binalarının birlikdə tələb olunan istilik gücü 735450.41 kkal/saat təşkil edir. Qeyd olunan yaşayış binalarının layihə üzrə istilik təchizatını həyata keçirən qazanxanada 8 ədəd “Walson” markalı 115 kw gücündə divar qazanları (kombi) quraşdırılmışdır. Qazanxananın gücü 8 x 115 kw = 920 kw təşkil edir ki, bu da 920 kw x 860 = 792200 kkal/saat deməkdir. Qazanxanada quraşdırılmış nasos və mühərriklər qrupu binanın tələbatına uyğun seçilərək quraşdırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirib ki, Cavabdeh ASC-yə məxsus DKTİQ 920-5 saylı qazanxananın gücü həmin binaların istiliklə təmin olunması üçün yetərlidir. Baxış keçirilən zaman qazanxana işlək vəziyyətdə idi. Qazanxana bütün texniki standartlara uyğun quraşdırılıb və qazanxanadan verilən istilik həmin binaların keyfiyyətli istilik təchizatını təmin etmək səviyyəsindədir. Baxış zamanı Hacınski küçəsi 100 saylı yaşayış binasının aşağı paylayıcı istilik sistemlərində hər hansı bir qüsur aşkarlanmamışdır. Çoxmənzilli yaşayış binalarında binadaxili və ya mənzildaxili istilik sistemlərinin düzgün quraşdırılması istiliyin keyfiyyətinə birbaşa təs ir edən amillərdən hesab olunur. Bundan başqa, həmin qazanxanadan istiliklə təmin olunan yaşayış binaları köhnə tipli olduğundan və binada heç bir enerji qoruyucu tədbirlər görülmədiyindən bina ümumilikdə enerjieffektivlik tələblərinə cavab vermir. Yəni, binanın istilik itkilərinə qarşı izolyasiya olunmaması, heç bir fasad enerji qoruyucu üzlük qatının olmaması, giriş qapıların və pəncərələrinin açıq olması, zirzəmidəki problemlər, binadaxili, mənzildaxili problemlər əlavə enerji itkilərinə səbəb olmaqla enerji ehtiyaclarının tam ödənilməsinə imkan vermir ki, bu da mənzillərdə əlavə qızdırıcıların quraşdırılmasına təlabat yaradır. Hazırda vətəndaşın mənzili istiliklə təmin olunur. Amma müraciət edən sakinin mənzili də daxil olmaqla mənzildaxili istilik sistemləri quraşdırılarkən texnoloji ardıcıllıq, tikinti norma və qaydalarının tələbləri pozulduğundan, həmçinin yuxarıda qeyd olunan digər səbəblərdən həmin mənzildə istiliyin temperaturu nisbətən aşağıdır. Bununla əlaqadar olaraq bildiririb ki, həmin mənzilin mövcud parametrlərə uyğun istiliklə təmin olunması üçün qeyd olunan problemlər aradan qaldırılmalıdır. Əlavə olaraq bildirilib ki, istilik təchizatının keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə cəmiyyət tərəfindən qazanxanada əlavə qazanların quraşdırılması məsələsinə də baxıla bilər”. Göründüyü kimi, qeyd olunan rəylə iddia tələbinin əsaslı olmadığı açıq-aşkar təsdiq olunur. Başqa sözlə, iddiaçının bəyan etdikləri, yəni mənzilində istiliyin zəif olması həqiqi olsa belə, bu hal cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı deyildir.
19. Apellyasiya şikayətinin dəlillərinə nəzər yetirildikdə də bəlli olur ki, əslində bu dəlillərin şikayətin təmin ediləcəyinə təsir edəcək heç bir əhəmiyyəti yoxdur. Çünki, cavabdeh qurumun ondan komunal xidmət haqqı tələb etməsi qanunvericilikdən irəli gəlir. Əlbətdə ki, cavabdeh qurum iddiaçı qarşısında olan öhdəliyini təqsiri ucbatından pozmuş olarsa, başqa sözlə öhdəliyini icra etməsə yaxud lazımınca icra etməsə məsuliyyət daşıya bilər. Ancaq iddiaçının mövqeyinə görə ona etinasız münasibət öhdəliyin pozulması ilə əlaqədar deyilsə şikayətin təmin edilməsi də mümkün sayılmır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bütün dəlillərinə tam və hərtərəfli hüquqi qiymət verilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəl illəri
20. İddiaçı (Vəkil ) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli2(103)-4970/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində ümumiyyətlə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü, 5.1-ci maddələrinə istinad etməmiş, nəticə etibarı ilə onun istehlakçı hüquqları pozulmuşdur. Məhkəmənin sübut olaraq qəbul edib istinad etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilən Yaşayış binalarının birlikdə tələb olunan istilik gücü 735450.41 kkal/saat kimi, 8 kombinin istehsal etdiyi istilik gücünü isə 792 200 kkal/saat kimi qəbul etsək, 3 işlək kombi üçün bu hesablama aşağıdakı kimi olacaqdır. 8 kombi -------- 792200 kkal/saat 3 kombi --------- X X=792200 x 3 / 8 = 297075 kkal/saat Əgər 8 kombinin gücü 792200 kkal/saat -------100% edirsə 3 kombinin gücü 297075 kkal/saat ------- 37,97% (X=297075 x 100 / 792200) təşkil edəcəkdir. Qəbul olunan otaq tempraturu 200 S kimi qəbul etsək: 8 kombi otaq temptaru 200 S - 100% 3 kombi X - 37,97 % X= 200 x 37,97% /100% = 7,5940 S Beləliklə, Cavabdeh ASC-nə məxsus DKTİQ 920-5 saylı qazanxana Hacinski küç., ev 100 və ev 101-in mənzillərini 7,5940 S istiliklə təmin edir ki, bu da qəbul edilmiş otaq temperaturu normasından 12,4060 S azdır. Bu hal isə onu göstərir ki, istehlakçı kimi onun hüquqları cavabdeh tərəfindən pozulmuşdur
22. Bakı Apellyasiya Məhkəməs i öz qətnaməsində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsini tətbiq etməmişdir. Qeyd edilən maddənin mətnindən də göründüyü kimi Cavabdeh ASC bazarda hökmran mövqe tutan istehsalçıdır və o istehlakçı kimi onunla (həmçinin bütün mənzil sahibləri ilə) müqavilə bağlamağa borcludur. Lakin, bu günədək cavabdeh onlarla alqısatqı müqaviləsi bağlamamışdır. Aralarında istilik enerjisinin alqı-satqısı müqaviləsi olmadığı halda keyfiyyətsiz istelik enerjisi verən Cavabdeh ASC hansı hüquqla ondan abonent haqqı tələb edir?! Şübhəsiz ki, aralarında müqavilə olmalı və tərəflərin hüquq və vəzifələri dəqiqliklə müəyyən edilməli idi. Cəmi 3, sonradan isə 4 ədəd kombi işlədiyi halda az qaz sərf edib, normal istiliklə təmin etmədən məndən tam normalar la abonent haqqı tələb edilməsi Cavabdeh ASC-nin yol verdiyi korrupsiya halıdır. Lakin, məhkəmə qətnamə qəbul edərkən bu maddənin tələbini nəzərə almamış və normanı tətbiq etməməklə mənim hüququmu pozmuşdur.
23. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsi bu maddi normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsinin 20-ci bəndində qeyd edir ki, “İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur” Qətnamənin 21-ci bəndində isə qeyd edir ki, “...irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtl əri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığına görə iddia haqlı sayılmır.” Bununla bağlı qeyd etmək istəyirik ki, işin faktiki hallarının qətnamədə qeyd edilən maddi normaların dispoziyası ilə uzlaşmaması məhkəmə tərəfindən əsaslandırılmır. Qeyd edilən hüquq normaları, iddiaçıya hazırkı iddianı irəli sürməyə əsas verən hü quq normalarıdır. Normaların qarşılıqlı təhlilindən məlum olur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən kommunal xidmətin haqqının tələb edilməsi üçün ilk öncə həmin kommunal xidmətin standartlara uyğun şəkildə təchiz edilməsi lazımdır. Hazırkı iddianın mahiyyəti, mənzilimin cavabdeh qurum tərəfindən standartlara uyğun istilik enerjisi ilə təchiz edilməməsi və istifadə edə bilmədiyim istiliyə görə məndən əsassız olaraq borc tələb edilməsidir. Belə ki, yaşadığım binada uzun müddət istilik təchizatı olmamışdır. Təxminən 8 il əvvəl istilik sistemi quraşdırılmış və bina istiliklə təmin olunmuşdur. Onu da qeyd etmək istəyirəm ki, tikilən qazanxana iki binanı istiliklə təmin edir: Hacınski küçəsi ev 100 və ev
101. Quraşdırma zamanı mənzildaxili avadanlıqları sakinlər almış, quraş dırma xərclərini ödəmişlər. Lakin quraşdırma texniki standartların tələblərinə cavab vermir, uyğun gəlmir, istilikdən faydalana bilmir. 800 manata qədər çəkdiyi xərc hədər gedir, mənzili istiliklə təmin olunmur. Yaşadığı binada istilik sistemi düzgün quraşdırılmamışdır. Binanın texniki mərtəbəsi var. Təzyiq altında vurulan isti su bloklardan binanın texniki mərtəbəsinə qalxmalı, oradan aşağı paylanmalıdır. Lakin binada təzyiq altında vurulan isti su 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər radiatorları təchiz edərək qalxır, bir otaqdan digərinə kecərək, yenidən qazanxanaya qayıdır. Bu zaman 18 dəfə 90 dərəcə bucaq altında borular kəskin əyilməyə məruz qalır. Bu isə temperatur, həm də təzyiq itkisinə gətirib çıxarır. Halbuki qanunla istilik yuxarıda yerləşən texniki mərtəbədən paylanılmalıdır. Digər hal: 2 binanı təchiz edən qazanxanada 8 ədəd “Kombi” cihazı var, lakin onlardan 4 ədədi işlək vəziyyətdədir. Hansı ki, dördüncü də yeni işləməyə başlamışdır. Artıq 7-8 ildir ki, vəziyyət bu cürdür. Buna baxmayaraq, ondan istiliyə görə pul tələb edilir. İki binanı istiliklə təmin edən qazanxanada cəmi 3, sonradan isə əlavə 1 ədəd kombinin işləməsi faktıHacınski küç., ev 100 və ev 101-in 87 mənzilinin sakinlərinin tərtib etdiyi aktda öz təsdiqini tapır ( lakin nədənsə məhkəmə bu aktı görməzdən gəlir və heç bir hüquqi qiymət vermir).
24. Məhkəmə qeyd edir ki, mənzil daxilində istilik avadanlıqlarını quraşdırmaq, mənzil sahibinin məsuliyyətindədir və cavabdeh bu quraşdırmaya nəzarət etməməlidir. Lakin məhkəmə bu dediklərinin hüquqi əsasını(hansı normaya istinadən cavabdehin məsuliyyəti nin məhdudlaşdırılmasını) öz qətnaməsində qeyd etmir. Bildirirəm ki, yuxarıda qeyd etdiklərim Bernulli qanuna əsaslanır ki, bu qanun sənəd şəkildə tərəfimdən iş materiallarına əlavə edilsə də məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Bernulli qanunu — boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəti kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur. Yəni, bu qanuna əsasən əsas istilik daşıyıcı borular zirzəmidəki əsas xəttə birləşərək, en kəsik diametri kiçilməklə bloklardan qalxıb texniki mərtəbədən otaqlara daxil olmalıdır ki, tempratur və təzyiq itkisi baş verməsin. Lakin, Cavabdeh ASC bu texniki tələbləri yerinə yetirməmişdir. Həmçinin, mənzil daxili istilik avadanlıqlarının quraşdırılması zamanı texniki standartlara uyğunluq Cavabdeh ASC-nin müh əndis, texnik nəzarəti həyata keçririlməli, yalnız bundan sonra sakinlərin istifadəsinə verilməli idi. Çünki, mənzil sakinləri istilik texniki və ya mühəndisi olmadıqları üçün bu sahənin texniki normalarını və standartlarını bilmədikləri və bilməli olmadıqları üçün onların özbaşına quraşdırdıqları avadanlıqlar otaqları normal istiliklə təmin etmir. Lakin, məhkəmə Cavabdeh ASC-nin birbaşa məsuliyyətində olan bu nəzarət funkisyasını nədənsə cavabdehin öhdəliyi olaraq görmür və sakinin məsuliyyəti olaraq qeyd edir.
25. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsi prosessual normaları pozmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsi tərəfindən maddi və prosessual normalarına riayət etməsini yoxlamalı idi. Lakin, Bakı Apellyasiya Məhkəməsi bunu etməmiş, birinci instansiya m əhkəməsinin Azərbaycan Respublikasının MM-nin 157.8 maddəni pozmasını diqqətə almamışdır.
26. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin AR MM-nin 14,2 və 88-ci maddənin pozulmasını diqqətə almamışdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi işdəki sübutlara düzgün qiymət verməmişdir. Belə ki, tərəfimdən birinci instansiya məhkəməsinə Hacınski küç., ev 100 və ev 101-in 87 mənzilinin sakinlərinin tərtib etdiyi akt təqdim edilsə də, məhkəmələr bu aktı ümumiyyətlə nəzərə almamış, heç bir hüquqi qiymət verməmişdirlər. Həmin akta nəzər yetirmiş olsaydılar onlara aydın olacaqdır ki, ümumilikdə 180 mənzili olan iki binanın 87 mənzilinin sakini (demək olar ki yarısı) mənzillərə verilən istiliyinin temperaturun normal olmadığını, qazanxanada illər ə rzində cəmi 3-4 ədəd kombinin işlədiyini təsdiq edirlər. Məhkəmələr isə yalnız "xxxx" MMC-nin verdiyi mütəxəssis rəyinə əsaslanaraq qətnamə qəbul ediblər ki, bu rəy ümumiyyətlə sübut kimi qəbul edilməməli idi.Çünki rəydə yazılanlar mənzil sakinlərinin aktı ilə təkzib edilir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
28. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçiləri nin ümumi əmlakının saxlanması yükünü daşıyır.
29. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla bina nın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
30. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
31. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsin ə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
32. Maddə 136.1 və 136.1.3. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqlardan biri də kommunal xidmətlərə görə haqqdır.
33. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”: 1.1. Tətbiq sahələri. 34. 1.1.3. Elektrik və istilik qurğularının əsas və yardımçı avadanlıqlar ının mexaniki və avtomatlaşdırılmış vasitələrinin layihələndirilməsi, tikilməsi, quraşdırılması və istismarının təşkili qüvvədə olan qaydalara və tikinti normalarına uyğun olmalıdır. 1.2. Qurğulara dair tələblər. 35. 1.2.3. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələrinin istismarı müvafiq qurumların təsdiq etdiyi normativ sənədlərinin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu:
36. Maddə
3. Enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) al ması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İstilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilir. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu:
37. Maddə 9.1. Enerji effektivliyi üzrə xidmətlər sifarişçi ilə enerji effektivliyi xidmətlərinin icraçısı arasında bağlanmış müqavilə əsasında göstərilir. 38. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.5-ci bəndinə görə, yerli icra hakimiyyətləri əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarət i həyata keçirir. Maddə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-dən alınmış rəyə istinadla qeyd etmişdir ki, göründüyü kimi, qeyd olunan rəylə iddia tələbinin əsaslı olmadığı açıq-aşkar təsdiq olunur. Başqa sözlə, iddiaçının bəyan etdikləri, yəni mənzilində istiliyin zəif olması həqiqi olsa belə, bu halın cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı deyildir.
51. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinə nəzər yetirildikdə də bəlli olur ki, əslində bu dəlillərin şikayətin təmin ediləcəyinə təsir edəcək heç bir əhəmiyyəti yoxdur. Çünki, cavabdeh qurumun ondan komunal xidmət haqqı tələb etməsi qan unvericilikdən irəli gəlir. Əlbətdə ki, cavabdeh qurum iddiaçı qarşısında olan öhdəliyini təqsiri ucbatından pozmuş olarsa, başqa sözlə öhdəliyini icra etməsə yaxud lazımınca icra etməsə məsuliyyət daşıya bilər. Ancaq iddiaçının mövqeyinə görə ona etinasız münasibət öhdəliyin pozulması ilə əlaqədar deyilsə şikayətin təmin edilməsi də mümkün sayılmır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bütün dəlillərinə tam və hərtərəfli hüquqi qiymət verilməklə düzgün nəticəyə gəlinmişdir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışd ır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2023-cü il tarixli 2(103)-4970/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.