Məhkəmə qərarları › İş №2(102)-3441/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3441/2020

28.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3441/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçıların vəkili İsmayılov İsmayıl Mayıl oğlu və cavabdehin vəkili Ələkbərzadə Faiq Zakir oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar X5, İddiaçı2, İddiaçı4, İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-394/2019 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi qismən təmin edilmiş, Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və mərhum X1 mülkiyyətinə verilmiş 1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum X6 ilə Cavabdeh2 arasında bağlanmış və Cavabdeh1 təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4Ə2/197 nömrəli alqı-satqı müqaviləsi qismən - iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin alqısatqısına dair hissədə etibarsız hesab edilməsi, xx.xx.2006- cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına tərtib edilmiş xx xxx 2006-cı il tarixli JN 0344 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin Cavabdeh2 alınaraq iddiaçılara qaytarılması, Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin dəyəri kimi xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqısatqı müqaviləsi üzrə verilmiş pulu geri tələb etmək üçün müqavilənin tərəfi olmuş mərhum X1 vərəsələrinə qarşı iddia tələbi irəli sürmək hüququnun izah edilməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və A.Mahmudov, 2(107)-522/2020 saylı mülki iş) hazırkı iş üzrə Oğuz Rayon Məhkəməsin in xx xxxxxx 2019-cu il tarixli, 2(054)-394/2019 nömrəli qətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh2 və Oğuz rayon Notariat Ofisinə qarşı iddiasının “1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum X6 ilə Cavabdeh2 arasında bağlanmış və Cavabdeh1 təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4- Ə2/197 nömrəli alqı-satqı müqaviləsi qismən - iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 hər birin in 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi” hissəsi təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh2 və Oğuz rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Tayıflı kəndində yerləşən, onların ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum X6 ilə Cavabdeh2 arasında bağlanmış və Cavab deh1 xx xxx 2006-cı il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 53 saylı qərarı əsasında JN 0019 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə onların ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Tayıflı kəndi ərazisindən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəs i verilmişdir. X18 ailə başçısı kimi X2 təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsi XXX tərəfindən müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə icarəyə verilmiş və onlar torpaq sahəsinin icarəyə verilməsinə etiraz etməmişlər. XXX xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş, bundan sonra onlara məlum olmuşdur ki, ailənin ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə XXXla hazırki iş üzrə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon X10 qeydə alınaraq təsdiq edilmişdir. Belə bir müqavilənin tərtib olunmasından son vaxtlaradək onların heç birinin məlumatı olmamış, bu barədə nə XXX, nə də Cavabdeh2 onlara heç bir məlumat verməmişlər. Onlar həmin torpaq sahəsinin icarədə olduğunu zənn etmişlər. Onlar qeyd olunan torpaq sahəsinin paylı mülkiyyətçiləri olmaqla, hər biri fəaliyyət qabiliyyətli şəxslərdirlər. Torpaq sahəsi satıldıqda onlar özləri də müqaviləyə imza etməli olduqları halda, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə satıcı qismində yalnız XXX imza etmişdir, onların adları isə müqavilədə, ümumiyyətlə, qeyd edilməmişdir. Onlar həmin torpaq sahəsinin satılması ilə bağlı heç kimə, o cümlədən, XXXa hər hansı səlahiyyət verməmişlər. Ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə XXXla Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmaqla onların öz torpaq paylarına münasibətdə mülkiyyət hüquqları pozulmuşdur. Həmin torpaq sah əsinə münasibətdə onların mülkiyyət hüquqlarının bərpa edilməsi üçün xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib edilmiş hüquq müəyyənedici sənədlər ləğv edilməlidir. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçıların vəkili İsmayılov İsmayıl Mayıl oğlu kassasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdehin vəkili Ələkbərzadə Faiq Zakir oğlu kassasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların işti rakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: İddiaçılar torpağa dair xx.xx.2006-cı il tarixdə Oğuz rayon X10 təsdiq edilmiş alqısatq ı müqaviləsinin etibarsızlığını tələb edirlər və dəlilləri ondan ibarətdir ki, keçən müddət ərzində mülkiyyətçi olaraq torpağın satılmasından məlumatlı olmamışlar, torpağın icarədə olmasını zənn etmişlər. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək Oğuz rayonu Tayıflı kəndində yerləşən, onların ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum X6 ilə Cavabdeh2 arasında bağlanmış və Cavabdeh1 xx xxx 2006-cı il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlə r. Onlar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 53 saylı qərarı əsasında JN 0019 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə onların ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Tayıflı kəndi ərazisindən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X18 ailə başçısı kimi X2 təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsi XXX tərəfindən müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə icarəyə verilmiş və onlar torpaq sahəsinin icarəyə verilməsinə etiraz etməmişlər. XXX xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş, bundan sonra onlara məlum olmuşdur ki, ailənin ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə XXXla hazırki iş üzrə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon X10 qeydə alınaraq təsdiq edilmişdir. Belə bir müqavilənin tərtib olunmasından son vaxtlaradək onların heç birinin məlumatı olmamış, bu barədə nə XXX, nə də Cavabdeh2 onlara heç bir məlumat verməmişlər. Onlar həmin torpaq sahəsinin icarədə olduğunu zənn etmişlər. Onlar qeyd olunan torpaq sahəsinin paylı mülkiyyətçiləri olmaqla, hər biri fəaliyyət qabiliyyətli şəxslərdirlər. Torpaq sahəsi satıldıqda onlar özləri də müqaviləyə imza etməli olduqları halda, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə satıcı qismində yalnız XXX imza etmişdir, onların adları isə müqavilədə, ümumiyyətlə, qeyd edilməmişdir. Onlar həmin torpaq sahə sinin satılması ilə bağlı heç kimə, o cümlədən, XXXa hər hansı səlahiyyət verməmişlər. Ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə XXXla Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmaqla onların öz torpaq paylarına münasibətdə mülkiyyət hüquqları pozulmuşdur. Həmin torpaq sahəsinə münasibətdə onların mülkiyyət hüquqlarının bərpa edilməsi üçün xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlər ləğv edilməlidir. Ona görə də onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar yuxarıda qeyd olunan faktlarla bağlı heç bir sənədi iddia ərizəsinə əlavə etməmişlər. İddia əri zəsi Oğuz Rayon Məhkəməsinə xx xxxx 2019-cu ildə daxil olmuşdur. İddiaçıların mübahisələndirdikləri alqı-satqı müqaviləsi və digər sənədlər Oğuz Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Repsublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən göndərilmiş və xx xxxxxxx 2019-cu ildə Oğuz Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin sənədlərdən biri olan xx.xx.2006-cı il tarixli 4Ə-2/146 nömrəli notariat işinin surətindən görünür ki, JN 0019 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən, Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,1097 ha hissəsi 197 manata X3 X7, İddiaçı1, X8, X9 və X4 tərəfindən satılmışdır. Qeyd olunan torpaq sahələri nə satılana qədər, nə də satıldıqdan sonra tərəflərin paylı mülkiyyətində olmamışdır. Ona görə Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, iddiaçılar iddia ərizələrində onlara AİK-nın qərarı ilə verilmiş torpaq sahəsinin paylı mülkiyyətlərində olması ilə bağlı göstərdikləri, eyni zamanda torpaq sahəsinin satılmasından xəbərləri olmaması ilə bağlı göstərdikləri, həmçinin alqı-satqı müqaviləsini imzalamadıqları və həmin müqaviləyə razılıq verilməsi ilə bağlı sənədləri imzalamadıqları barədə göstərdikləri həqiqəti əks etdirmir. Çünki onlar mövcudluğunu şübhə altına aldıqları sənədlərdə göstərilən və yazılanlar barədə həmin sənədlər məhkəməyə təqdim olunmamışdan iki aydan artıq əvvəlcədən dəqiq məlumatlı olmalarını iddia ərizələrində göstərmişlər. Bununla da, iddiaçılar torpaq sahəsinin satılmasına razılıq vermələri barədə olan əriz ələrini həmin ərizələrin verilməsindən 13 il sonra mübahisələndirməklə istəklərinə nail olmağa çalışmışlar. Lakin, iddiaçılar mübahisələndirdikləri torpaq sahəsinin məhz 2006-cı ildə müqavilə bağlandığı vaxtdan cavabdehin istifadəsində olmasını həmin sahədə bağ sahəsi salmasını etiraf etməklə, həmçinin notariat işində olan onlara məxsus sənədləri notariusa təqdim etməklə bağlanmış alqı-satqı müqaviləsindən məlumatlı olmalarını və ona razılıq vermələrini yanakı da olsa etiraf etmişlər. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 213.6-cı mаddəsinə əsаsən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məc əllənin 222.2-ci mаddəsinə əsаsən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Məcəllənin 222.3-cü mаddəsinə əsаsən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli old uğu sübuta yetirilsin. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. xx xxxx 2005-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” söləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsi ndə nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı səxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmıs əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malik dir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyisiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Torpagın alqı-satqısına dair müqavilə xx xxx 2006-cı ildə bağlanıldığı halda, həmin müqavilənin etibarsızlığına dair hazırki iş üzrə iddia tələbi ilə məhkəməyə x xxxxxx 2019cu ildə müraciət olunmusdur. Həmin müddət ərzində özlərini torpağın paylı mülkiyyətçisi hesab edən iddiaçıların bu alqı-satqıdan məlumatsız olmaları açıq-aşkar həqiqəti əks etdirmir. Onların dediyi kimi torpaq sahəsinin icarədə olmasını düşünmüşdürlərsə onda belə yanılmaya zəmin yaradan mötəbər sübutları təqdim etməliydilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya icraatı məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb müddət ötürülməklə verildiyindən əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayəti nin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar X5, İddiaçı2, İddiaçı4, İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 12 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar