Məhkəmə qərarları › İş №2(102)-3450/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3450/2023

11.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3450/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X2 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-nə qarşı “itirilmiş qaz sərfiyyatına görə borc məbləğinin silinməsi” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-579/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktda İddiaçı (bundan sonra – iddiaçı) təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi göstərilmişdir. Eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 8856 m3 dəymiş ziyan hesablanmışdır.

2. İş materiallarında olan Abonent Saldosundan görünür ki, iddiaçıya 2021-ci ildə 1180,80 manat məbləğində borc hesablanmışdır.

3. İş materiallarında Gasrep saldosundan görünür ki, iddiaçıya 2022-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarına 8044,30 manat məbləğində qalıq borcu hes ablanmışdır.

4. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) 2(011)-540/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə iddia təmin edilmiş, sonuncu tərəfindən iddiaçıya hesablanmıç 1180,80 manat məbləğində borc silinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə sonuncu tərəfindən hesablanmış 6863,50 manat məbləğində borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd edilən faktini hal ına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında iddiaçının hazırda yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 5B saylı evə dair qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində mənzilə Smart tipli “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Sayğaca kart vasitəsi ilə müəyyən pul məbləği yüklənərkən iddiaçı kartın bloklandığının görmüşdür. İddiaçı bu barədə Bakı Regional Qazın Satışı Departamentinə şifahi olaraq müraciət etmiş və ona sayğacın işlək vəziyyətdə olmadığını söyləmişlər. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə cavabdeh tərəfindən 1180,80 manat borc yazıldığını öyrəndikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan qətnamə ilə həmin borc silinmişdir. Daha sonra sayğa cdan yenidən tutulmaların şahidi olan iddiaçı cavabdehə yenidən müraciət etdikdə ona 8044,30 manat borc barədə yeni hesabdan çıxarış təqdim edilmiş və ona bildirilmişdir ki, onun borcu 1180,80 manat yox 8044,3 manat olmuşdur. İddiaçı qeyd edir ki, qaz sayğacına heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerlələşir və ona dair məsuliyyəti cavabdeh daşıyır.Cavabdeh tərəfindən iddiaçıya akt təqdim edilmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5323/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilmişdir.

8. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2(011)-540/2022 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı ( abonent kodu: **********20000 olan) hesablanmış 1180,80 manat məbləğində borc silinmiş və qətnamə qanuni güvvəyə minmişdir.

9. Təqdim olunmuş Gasrep saldosundan görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı borcu 8044,30 manatdır. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-540/2022 saylı qətnaməsi ilə iddiaçıya hesablanmış 1180,80 manat məbləğində borc silindiyindən İddiaçı qalıq borcu 6863,50 manat qalmışdır. Bu borcun yaranmasına əsas olan və iddiaçının təqsiri üzundən baş verən halların mövcüdluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

10. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, təqsiri sübut olunmadığından,iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cav abdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “ Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1ci bəndinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 1) İş materillarındakı fotoşəkillər təhlil edilməmişdir. 2) Ekspertiza keçirilməmişdir. 3) Eyni predmet barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda, işə təkrar baxılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-579/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-texniki (trosoloji) ekspert izası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/280 nömrəli rəyində tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izlərinin aşkar edildiyi, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədənin aşkar edilmədiyi qeyd olunmuşdur.

16. Bakə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-579/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədovanın sədrliyi və məruzəsi ilə, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdir ilmədən saxlanması,apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-trosoloji ekspertizanın xərci olaraq 65 (altmış beş ) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ayrı-ayrılıqda qiymət verərək qeyd etmişdir ki, cavabdeh baxmayaraq ki, birinci instansiya məhkəməsində işə baxılması zamanı məhkəmə iclasında iştirak etmişdir, lakin istinad etdiyi hər hansı fotoşəkilləri nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir.

18. Apellyasiya instansiyası məh kəməsi cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı, yəni 2-ci dəlil olaraq ekspertiza keçirilməyib dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından iş üzrə məhkəmə-trosoloji ekspertizası təyin edilmiş və işin icraatı rəy alınana kimi dayandırılmışdır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli 3/280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilməmişdir.Təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

19. Göründüyü kimi, ekspert rəyində fotoşəkilləri əks olunmuş və təqdim edilmiş borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri kənar xətt olması hesab olunmur. Həmçinin, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

20. Beləliklə, məhkəmənin, rəylə razılaşmamasına, odur ki, təkrar ekspertiza təyin olunması barədə cavabdehin nümayəndəsinin şifahi vəsatətinin, həmçinin ekspertin dindirilməsinə dair yazılı vəsatətin təmin olunmasına da əsaslar müəyyən olunmadığından vəsatət təmin olunmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı, yəni-3-cü dəlil olaraq iş materiallarında eyni predmetlə 2(011)-540/2022 saylı qanuni qüvvəyə minmiş qətnamə olduğu halda eyni predmet olan mülki işə təkrar baxılıb qərar qəbul edilmişdir- dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.Belə ki, Məhkəmə iclasınd a işin həqiqi halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2(011)-540/2022 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********20000 olan) hesablanmış 1180,80 manat məbləğində borc silinmiş və qətnamə qanuni güvvəyə minmişdir. Təqdim olunmuş Gasrep saldosundan görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı borcu 8044,30 manatdır. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-540/2022 saylı qətnaməsi ilə iddiaçıya hesablanmış 1180,80 manat məbləğində borc silindiyindən İddiaçı qalıq borcu 6863,50 manat qalmışdır.

22. Bu borcun yaranmasına əsas olan və iddiaçının təqsiri üzundən baş verən halların mövcüdluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

23. Qeyd olunanlara əsas ən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz.

24. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, təqsiri sübut olunmadığından,iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 6863,50 manat məbləğində borc silinməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,göründüyü ki mi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

26. Məhkəmə kollegiyası mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 78.1, 80, 81, 88, 103.1, 103.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-579/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir.

29. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir.

30. Bildirmək istəyir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödən ilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.

31. İş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, iddiaçı tərəfin təqsir li və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.

32. Paylayıcıya maddi zərərin vurulması ilə bağlı halları sübut edən mötəbər sənədlər tərəfimizdən iş materiallarına əlavə edilmişdir. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdiyimiz halda, həmçinin də iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti təmin et məmişdir. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Bildiririk ki, apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şə rh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, yuxarıda qeyd edilənlər, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunmuş sübutlar apelyasiya şikayətinin əsaslı və iddia tələbinin isə tamamilə əsassız olmasını təsdiq etdiyi halda apelyasiya instansiya məhkəməsi səhv nəticəyə gələrək şikayəti təmin etməmişdir

33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386, 1096, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci madəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1. 3, 2.3.1, 2.3.4, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 76, 77, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 13

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 37. 5.1-ci bənd(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfi ndən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları 38. 4.2-ci bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 39. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 40. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 41. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 42. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

48. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassatorun iddiaçının təqsirini təsdiq edən akt, tələbnamə və fotoşəkillərin iş materiallarında olduğunu bildirsə də bu iş materialları ilə təsdiq edilmir.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfind ən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 may 2023-cü il tarixli 2(103)579/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar