Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3456/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasda məcburi pay, vərəsənin məcburi pay alan şəxslər sırasına aid olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mirasda məcburi payın müəyyən edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3521/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 Gülşən Zöhrab qızının (bundan sonra “iddiaçı”) nənəsidir.
2. Vəsiyyət edən X7 ünvan 1-in ona məxsus hissəsini (bundan sonra “mübahisəli ev”) 18 yanvar 1995-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə ilə Cavabdeh (bundan sonra “cavabdeh”) vəsiyyət etmişdir.
3. Vəsiyyət edən X7 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir.
4. Mübahisəli evin 1/2 hissədə 1 otaq X9, 1/2 hissədə 1 otaq X2 və 1/2 hissədə Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir.
5. İddiaçının atası X8 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.
6. İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X6 vərəsəsi kimi mübahisəli ev üzərində cavabdehə məxsus ½ hissədə paydan ¼ hissədə payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən cavabdehin adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlak üzərində iddiaçının ½ hissədən ¼ hissə payının müəyyən edilməsinə dair çıxarışın verilməsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X8 öldüyü tarixədək mübahisəli əmlakda qeydiyyatda olmaqla yaşamış və həmin ev atasının anasına, yəni iddiaçının nənəsinə məxsus olmuşdur. İddia çı da doğulduğu vaxtdan hazıradək qeydiyyatda olmaqla mübahisəli evdə yaşayır. Vərəsəlik qaydasında mülkiyyət cavabdehə keçsə də, iddiaçının ona mərhum atasından qalan payı müəyyən edilməyərək, cavabdehə çıxarış verilmişdir. İddiaçının mərhum atası anası Qəmbərоvа Məlеykə Nəsir qızı xx.xx.1995-ci il tаriхdə vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmiş və həmin evdə qeydiyyatda olmaqla vəfat etdiyi tarixədək yaşamışdır. İddiaçı da həmin evdə doğulmuş və hal-hazıradək o evdə yaşamaqdadır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi 1134.1, 1145 və 1159.1.1-ci maddələrinə istinad etmişdir.
10. İddia ərizəsi üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
11. Cav abdeh iddiaya etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı miras qoyan X3 xx.xx.1995-ci il tarixdə vəfat etdiyinə istinad etmişdir. Həmin vaxt hazırkı, yəni 2000-ci ilin 01 sentyabr tarixindən qüvvədə olan Müİki Məcəllə deyil, 1964-cü ildən qüvvədə olmuş Müİki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən miras açılan 1995-ci ildə X6 yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan, ölənin himayəsində olması kimi hallar barədə sübutlar təqdim olunmamışdır. Bundan başqa, iddiaçı mərhum atası X6 vərəsəsi olduğu barədə bəzi sübutları təqdim etsə də (doğum haqqında şəhadətnamə və sair), atasının vərəsə olması barədə heç bir sübut təqdim etməmişdir. Başqa sözlə, X6 miras qoyan X3 oğlu olduğu halları təsdiq edən sənəd (doğum haqq ında şəhadətnamə) təqdim edilməmişdir. Həmin şəxslərin miras ünvanda yaşamaları vərəsə olduqları anlamına gəlmir və heç bir əhəmiyyət kəsb etmir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-973/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Gülnar Babazadə)
13. Birinci instansiya məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən edib ki, vəsiyyət edən X7 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, onun vəfatı ilə miras əmlak açılmış və vəsiyyət edənin 18 yanvar 1995-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən mübahisəli fərdi yaşayış evinin ona məxus hissəsi cavabdehə vəsiyyət edilmişdir. İddiaçının atası X8 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə miras qoyan Məleykə Qəmbərova xx.xx.1995- ci il tarixdə vəfat etdiyindən, həmin münasibətlərin yarandığı vaxt qüvvədə olan 1964-cü il tarixli Müİki Məcəllənin müddəaları tətbiq olunmalıdır.
15. Birinci instansiya məhkəməsi 1964-cü il Mülki Məcəlləsinin 538-ci maddəsinə istinadən göstərmişdir iddiaçı atası X6 vərəsəlikdən məcburi pay hüququna malik olmasına dair, yəni atasının Mülki Məcəllənin 538-ci maddəsinin təsir dairəsinə düşməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin maddəyə əsasən miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payı n (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2000-ci il tarixinədək qüvvədə olmuş (1964-cü il) Mülki Məcəllənin 537, 538-ci, Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1 və 78.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamədə hakim ehtimala əsaslanaraq mübahisəyə 1995-ci il tarixdə qüvvədə olan Mülki Məcəlləni tətbiq etmişdir. Lakin iddia tələbi və təqdim edilmiş sübutlarda, ümumiyyətlə həmin vəsiyyətnamənin qanuni və ya qanu nsuz olması mübahisələndirilməmişdir. Əmlak tələbində ona istinad edilmişdir ki, iddiaçı nənəsinin doğma nəvəsi olduğu üçün və atası nənənin övladı olduğu üçün iddiaçının da məcburi pay hüququ olmuşdur. Sonuncu çıxarış 2023-cü ildə verilmiş və cavabdeh tərəf 2023-cü ilin sonunda iddiaçının yaşayış evindən çıxarılmasını tələb etmişdir. 2023-cü ilin sonunda iddiaçı bilmişdir ki, keçmişdə onun iradəsindən kənarda onun əmlak hüququ, vərəsəlik hüququ kobud pozulmuşdur. Hakimin hansı ehtimala istinad edərək belə qərara gəlməsi aydın olmamış və hüquqi dəyərləndirmə qətnamədə qeyd olunmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3521/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova)
20. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd edib ki, mülkiprosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vəsiyyət edən X7 18 yanvar 1995-ci il tarixdə vəsiyyətnamə verdiyindən və xx.xx.1995-ci il tarixdə vəfat etdiyindən hazırki iş üzrə birinci instansiya məhkəməsi mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləni tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, irsi transmissiya baş v erməmişdir. Belə ki, hazırkı işin faktiki hallarına əsasən, mərhumun ölümü ilə əlaqədar vəsiyyət üzrə vərəsəlik açılmış, xx.xx.1995-ci il tarixdə təsdiq edilən vəsiyyətnaməyə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi cavabdeh olmuş və cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Planlaşdırma İdarəsi yanında şəhər uçot müxəlləfat bürosu tərəfindən xx.xx.1966-cı ildə verilmiş, çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən mərhum X4 məxsus olan 1/2 hissədən ibarət olmuşdur. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən mərhum ona məxsus olan bütün əmlakını vəsiyyət etdiyindən və onun vəsiyyətdən kənar əmlakı olmadığından miras kütləsi üzrə qanun üzrə vərəsəlik açılmamışdır. İddiaçı hazırkı iddianı atasının öz anasının, yəni iddiaçının nənəsinin qanun üzrə vərəsəsi olması və özünün də atasının qanun üzrə vərəsəsi olması əsası ilə irəli sürərək, mübahisəli mənzil üzərində onun da məcburi pay hüququnun tanınmasını tələb etsə də, iddiaçının atasının sağlığında qanun üzrə vərəsəlik açılmadığından və atası tərəfindən məcburi payın tələb edilməsi ilə bağlı hər hansı addım atılmadığından hazırda iddiaçının da tələbinin hər hansı hüquqi əsası mövcud deyil.
22. Eyni zamanda, vəsiyyət üzrə vərəsəlik zamanı iddiaçının atasının öz sağlığında da miras əmlakdan məcburi pay hüququnun olması işin faktiki halları və qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmir. Belə ki, həmin dövrdə qüvvədə olan mülki qanunvericilik miras qoyanın yalnız həddi-buluğa çatmamış və ya ə mək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanların vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsinə məcburi pay hüququnu tanıyırdı. İddiaçının atası isə bu kateqoriyadan olan şəxslər qrupuna daxil deyil və ya ən azından bu xüsusiyyətlərdən birinə məxsus olması iddiaçı tərəfindən hər hansı mötəbər dəlillə sübuta yetirilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həm atası, həm də özü tərəfindən miras əmlaka sahiblənərək onu idarə etməsi ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə bildirmişdir ki, göstərilənlər də qanunvericiliyi n tələblərinə əsasən hazırki iddianın təmin edilməsi üçün əsas vermir. Belə ki, qeyd edildiyi kimi, miras qoyan vəsiyyətnamə ilə mübahisəli fərdi yaşayış evinin ona məxus hissəsini cavabdehə vəsiyyət edilmişdir və həmin şəxs vərəsəliyi qəbul edərək xx.xx.2023-cü il tarixdə miras əmlaka daxil olan fərdi yaşayış evinin ½ hissəsinə dair vərəsəlik şəhadətnaməsi almışdır. Bu da o deməkdir ki, vəsiyyət edilən şəxs tərəfindən vəsiyyətnamənin məzmununa uyğun olaraq mirasdakı pay hüququ bütövlüklə tanınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçının, ümumiyyətlə, mərhum nənəsinin əmlakından hər hansı pay tələb etmək və vəsiyyət üzrə vərəsənin, o cümlədən onun vərəsələrinin adına verilmiş hüquqmüəyyənedici sənədlərin qanuniliyini mübahisələndirmək hüququ mövcud deyil.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mərhum atasının və özünün də əvvəldən mübahisəli mənzildə qeydiyyatda olmasının nəzərə alınmalı olduğu ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edərək göstərmişdir ki, bu fakt iddiaçının mərhum atasının həmin mənzildə yaşaması və oradan məcburi pay almaq hüququnun olması mənasına gəlməməlidir. Belə ki, qeydiyyat anlayışının məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin qeydiyyata alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bu hal şəxsin qeydiyyatda olduğu yerdə yaşamalı olduğu və həmin əmlak üzərində mülkiyyət hüquqlarının olması anlamına gəlməmiş və sadəcə uçot məlumatı xarakteri daşımışdır.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 1964-cü il Mülki Məcəlləsinin 527, 528, 537, 538, 561.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində məhkəmə tərəfindən obyektiv araşdırma aparılmadığından və iş üzrə hüquq normaları düzgün tətb iq edilmədiyindən, bu tip məsələlərlə bağlı səmərəli və ədalətli yanaşma prinsipi tətbiq edilmədiyindən müraciət edən tərəfin pozulmuş əmlak hüququ bir daha məhkəmənin özü tərəfindən pozulmuşdur. Çəkişmə prinsipi təmin edilməklə cavabdeh tərəflərin düz müəyyən edilməsi, iddiaçının pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəmədə dinlənilməsi və həqiqətin müəyyən edilməsi, zəruri sübutların araşdırılmaqla səhvlərin aradan qaldırılması, onların tərəfə izah edilməsi təmin edilməli, işin tam və düzgün araşdırılması məqsədilə qətnamə ləğv edilməli, iş materialları baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Bundan əlavə, məhkəmə tərəfindən vərəsəlik işi üzrə sənədlər notariusdan alınmalı və buna uyğun araşdırma aparılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1964-cü il Mülki Məcəlləsi (xx.xx.2000-ci ilə qədər qüvvədə olan) Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, Bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə
537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət ko operativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Maddə
538. Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının l əğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
35. İşdən görünür ki, iddiaçının nənəsi X7 (vəsiyyət edən) 18 yanvar 1995-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə ilə mübahisəli evin ona məxus hissəsini cavabdehə vəsiyyət etmiş, vəsiyyət edən xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum atasının həmin evdən məcburi payının olmasını, özünün də atasının vərəsəsi olmaqla həmin payın ona tanınmasını istəyir.
36. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr işin hallarını, buna uyğun olaraq, hüquq münasibətlərinin yarandığı vaxtı müəyyən edərək, mübahisəyə 1964-cü il Mülki Məcəlləsinin normalarını tətbiq etməklə iddianı təmin etməyərkən düzgün nəticəyə gəlmişlər. 38. 1964-cü il Mülki Məcəlləsinin 538-ci maddəsinə görə o uşaqların vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüququ tanınır ki, həmin uşaqlar miras açılan vaxt həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan olsunlar.
39. İşin müəyyən edilən halına görə miras qoyan vəsiyyətnamə qoyub. Başqa sözlə, hazırki işdə qanun üzrə yox, vəsiyyət üzrə vərəsəlik açılıb. İddiaçının atası öz anasından qalmış mirasa qanunla məcburi payı olan şəxslər sı rasına daxil olmayıb. Belə olan halda, iddiaçının atasının mirasda məcburi payı mirasın açıldığı vaxtın qanunvericiliyinə görə yaranmayıb, yarana da bilməzdi və nəticədə atasının vərəsəsi kimi həmin paya iddiaçının da payı tanına bilməz.
40. Məhkəmə tərəfindən vərəsəlik işi üzrə sənədlərin notariusdan alınmalı və buna uyğun araşdırma aparılmalı olması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər iş materialları ilə təkzib edilir. Belə ki, işdən görünür ki, birincin instansiya məhkəməsinin sorğusu əsasında notarius vərəsəlik üzrə 70 vərəqdən ibarət notariat işini məhkəməyə göndərib və həmin sənədlər məhkəmə araşdırmasının predmeti olub.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3521/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.