Məhkəmə qərarları › İş №2(102)-3458/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3458/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3458/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ İş № 2(102)-3458/2023 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, avtomobil üzərində payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi cəlb edilməklə ) qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobil üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-642/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11.10.2018-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 rəsmi nikaha daxil olmuş, Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. 2. xx.xx.2019-cu il tarixdə “Mercedes Benz C180” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (bundan sonra – mübahisəli əmlak) Cavabdeh1 ad ına qeydiyyata alınmışdır. 3. xx.xx.2022-ci il tarixdə mübahisəli əmlak alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2, xx.xx.2022-ci il tarixdə isə yenə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır.

4. Beləliklə nikah dövründə alınmış avtomobil ilkin olaraq Cavabdeh1 tərəfindən atası Cavabdeh2, hazırki iddia qaldırıldıqdan sonra isə qohumları Cavabdeh3 satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli əmlakın alqı-satqısına dair 10 fevral 2022-ci i l tarixli və 25 oktyabr 2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə onun hər birilərinin ½ hissədə pay hüquqlarının olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1lə 2018-ci ilin yanvar ayında faktiki ailə həyatı qurub, nikahlarını həmin ilin oktyabr ayının 11-də Masallı regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə bəzi əmlaklar, o cümlədən 11 dekabr 2019-cu il tarixdə “Mersedes Benz C 180” markalı 99- LZ-049 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Sonradan aralarında narazılıqlar yarandığından ayrılmalı olmuşlar və bir müddətdir ki, valideynlərinin evində yaşayır. Baş X3 İdarəsinin məktubundan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş yuxarıda göstərilən avtomobili 10 fevral 2022-ci il tarixdə atası Cavabdeh2 satmış, həmin tarixdə öz adına avtomobilə dair etibarnamə almışdır. Halbuki, həmin ərəfədə aralarında narazılıqlar olduğundan faktiki ayrılmışlar. Avtomobilin faktiki olaraq Cavabdeh1 istifadəsində olması da göstərir ki, həmin alqı-satqı formal xarakter daşımışdır. Məqsəd birgə nikah dövründə əldə edilmiş əmlakda olan payından onun məhrum etmək olmuşdur. Nəticədə qeyd olunan avtomobil birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, razılığı olmadan onun üzərində sərəncam verilməklə həmin avtomobilə dair hüquqları pozulmuşdur. Rəsmi reyestrdə qeydə alınmalı əmlak olan “Mersedes Benz C 180” markalı, ** DZ *** dövlət qeyd iyyat nişanlı avtomobil Cavabdeh1lə birgə nikahları dövründə əldə olunan əmlak kimi qiymətləndirilərək həmin avtomobilin alqı-satqısına dair müqavilənin bağlanması zamanı razılığının alınmaması müqavilənin etibarsızlığına səbəb olmalıdır.

7. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, alqı-satqı müqavilələri qanuni şəkildə həyata keçirilmişdir. Sonradan pula ehtiyacı olduğu üçün avtomobili Cavabdeh3 satmışdır.

8. Cavabdeh1 iddianı qəbul etməyərək alqı-satqı müqavilələrinin qanuni şəkildə həyata keçirildiyi bildirmişdir.

9. Cavabdeh3 da iddianı qəbul etməyərək bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qanuni şəkildə mübahisəli əmlakı Cavabdeh2 almışdır. Maşının müəyyən problemi var idi. Bununla bağlı əlavə müəyyən xərclər çəkmişdir. Cavabdehlər, o cümlədən iddiaçı ilə eyni kənddə yaşadıqlarından onların boşanma ilə bağlı ailə problemləri olduğunu bütün kənd adamları kimi o da bilmişdir. Aldığı maşınla bağlı hər hansı bir problemin olduğunu bilməmişdir. Tərəflərin arasında baş vermiş problemin ona aidiyyəti yoxdur.

10. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, nə Mülki Məcəllədə, nə də ki “Notariat haqqında“ Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alqı-satqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur. Bundan başqa, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə müəyyən edilir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir.

12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin a lqı-satqısı zamanı ərin (arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımdan avtonəqliyyat vasitələrinin alqı-satqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamçılıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

13. Digər tərəfindən nəzərə alınmalıdır ki, iş üz rə digər cavabdeh olan Cavabdeh3 mübahisəli avtomobili ümumiyyətlə iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh1 deyil, başqa şəxs Cavabdeh2 25 oktyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında almış iddiaçı onun vicdansız sahib olmasını sübuta yetirə bilməmiş, bunu yalnız onların cavabdehlərin qohum olması ilə əlaqələndirmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 144.1, 144.2, 182.1, 222.2, 337.1, 650-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularını n müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1.2, 1.6-cı bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməklə bir sıra maddi və prosessual hüquq normalarının tələblərinin və mülkiyyət hüququnun pozulmasına səbəb olan, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh1 və Cavabdeh2 mübahisəli avtomobillə bağlı aralarında olan müqavilədə avtomobilin dəyərinin nə qədər göstərilməsi, h əmin avtomobili oğulun ataya neçəyə satması ilə bağlı suallar verilərkən, müqavilədə hansı məbləğin yazılmasından xəbərləri olmamasını, əslində aralarında heç bir pul məsələsinin olmamasını, müqavilədə məbləğin formal yazılmasını bildirmişlər. Halbuki, həmin müqavilədə avtomobilin 2000 manata satılması qeyd olunmuşdur. Bu isə həmin alqısatqının əslində real deyil, görünüş üçün bağlandığını göstərir. Qanunvericiliyin tələbinə əsasən isə belə alqı-satqı uydurma əqd olmaqla əhəmiyyətsizdir və bağlandığı andan etibarsızdır. Sonuncu alıcı da məhz həmin əqd əsasında Ehtibarın adına olan qeydiyyat üzrə avtomobili ondan almış və Ehtibarın qohumu olmaqla həmin avtomobil barədə mübahisənin olmasından məlumatlı olmuş (bunu özü də etiraf etmişdir) və məhkəmənin bildirişi tərəflərə getdikdən sonra bunu etmişdir. Burada da məqsəd avtomobil üzərində olan payından iddiaçını məhrum etmək olmuşdur ki, sonuncu alqısatqıda iştirak etmiş tərəflərin də niyyəti məhz bu olmuşdur. Bu isə sonuncunun heç də vicdanlı alıcı olmamasını, məhkəmə prosesinin nəticəsinə təsir etmək üçün hazırkı addımı atmasını və yuxarıda göstərilən əsasla bu əqdin də qanunsuz olmasını göstərir. Mübahisəli avtomobil nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydə alınmış, xx.xx.2022-ci il tarixdə atası Cavabdeh2 2000 manata satılmış, həmin tarixdə Cavabdeh1 adına etibarnamə verməklə avtomobil Vüqarın istifadəsində olmuş, xx.xx.2022-ci il tarixində isə qohumları Cavabdeh3 4000 manata satılmışdır. Məhkəmə iclaslarında Vüqarla Ehtibar aralarında bağlanmış müqavilənin formal olmaqla Ehtibarın Vüqara hər hans ı məbləğdə pul verməməsini etiraf etdiklərindən və həmin gün Vüqara etibarnamə verməklə avtomobilin onun faktiki istifadəsində olması həmin əqdin uydurma əqd olmasını göstərir. Cavabdeh3 isə cavabdehlərin qohumu olmaqla məhkəmə mübahisəsindən məlumatlı olduğundan (bunu özü də etiraf etmişdir) və məhkəmə ilk iclası barədə 04 oktyabr 2022-ci il tarixli bildirişin cavabdehlərə getməsindən sonra bu alqısatqını reallaşdırmaları və alqı-satqıdakı məbləğlə bağlı izahatlarında göstərdikləri rəqəmin müqavilədən və reallıqdan fərqli olması bir daha bu müqavilənin sırf avtomobil üzərində iddiaçının hüquqlarından məhrum edilməsinə yönəldiyini göstərir. Lakin işə baxan hakim bütün bunları nəzərə almamış, qeyd olunan sübutlara, eləcə də cavabdehlərin izahatında olan tələbin təmin edilməsinə əsas verən m əqamlara düzgün qiymət verməmiş, nəticədə iddiaçının hüquqlarının pozulmasına səbəb olmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən alqısatqıların qanunamüvafiq olması qənaətinə gəlmişdir. Halbuki, iş materialları bunun tam əksini göstərir. Təkcə cavabdehlərin öz izahatlarında aralarında hər hansı pul məsələsinin olmamasını, müqavilədə pulun formal olaraq yazılmasını bildirmələri kifayətdir ki, həmin müqavilənin uydurma əqd olması nəticəsinə gəlinsin. Bu isə həmin xüsusat üzrə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını göstərir.

17. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun maaşı kifayət qədər deyil, öz vəsaiti ilə avtomobil ala bilmir. Avtomobil atası Cavabdeh2 vəsaiti hesabına alınmış, sadəcə olar aq onun adına rəsmiləşdirilmişdir. O, mebel sexində qeyrirəsmi fəhlə işləyir və aylıq qazancı təxminən 300-400 manat arasında olur.

18. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli əmlak o, öz vəsaiti hesabına, Cavabdeh1lə İddiaçı toyu olmazdan əvvəl almışdır. O, avtomobili əvvəlcə etibarnamə əsasında əldə etsə də, sonradan oğlu Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmin nəqliyyat vasitəsini oğlu Cavabdeh1 almamışdır. O, nəqliyyat vasitəsini oğlunun adına rəsmiləşdirdikdən sonra öz adına etibarnamə almış, sonradan avtomobili alqı-satqı qaydasında öz mülkiyyətinə keçirmişdir. 25 oktyabr 2022-ci il tarixində də avtomobili Cavabdeh3 satmış, sonuncunun isə ümumiyyətlə avtomobilin nə vaxtsa oğlu Cavabdeh1 adına olmasından xəbəri olmamışdır.

19. Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun həmkəndlisi və uzaq qohumlarıdır. Onun Cavabdeh1 ailəsində olan mübahisələrdən xəbəri olsa da, mübahisə predmeti olan avtomobilin nə vaxtsa Cavabdeh1 adına qeydə alınması barədə hər hansı məlumatı olmamışdır. Belə ki, həmin avtomobil kənddə həmişə Cavabdeh2 tərəfindən istifadə olunmuş, avtomobili alarkən də avtomobilin Cavabdeh2 adına qeydə alındığı müəyyən olunmuşdur. Avtomobilin alınması zamanı onun üzərində hər hansı məhdudiyyətin də olmaması səbəbindən onda hər hansı şübhə yaranmamışdır. Həmçinin, o, avtomobili aldıqdan sonra bir müddət istifadə etmiş, bir sıra çatışmazlıqlarını aradan qaldırıb təmir etdirməklə rəsmi alqı-satqı qaydasında başqa şəxsə satmışdır.

20. Şirvan Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-642/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 mebel sexində qeyri-rəsmi fəhlə işləməsini və onun aylıq qazancının 300-400 manat olmasını nəzərə alaraq, mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə qazandığı vəsaiti hesabına əldə edilməsini inandırıcı hesab etməmiş və belə qənaətə gəlmişdir ki, mübahisəli avtomobil Cavabdeh2 tərəfindən əldə edilmiş olsa da, Cavabdeh1 adına sənədləşdirilmiş, daha sonra alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçirilmişdir. Odur ki, nəqliyyat vasitəsinin Cavabdeh2 mülkiyyətinə keçirilməsi formal xarakter daşımamış, alğı-satqı müqaviləsi ona uyğun hüquqi nəticə yaradaraq avtomobil sonuncunun mülkiyyətinə keçirilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, uydurma əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Lakin hazırkı iş üzrə Cavabdeh1 və Cavabdeh2 arasında hər hansı hüquqa zidd hərəkətə yol verilməsi halı müəyyən edilmir.

22. Bundan başqa, iddiaçı birgə nikah dövründə əldə edilmiş avtomobil satılarkən onun razılığı alınmamasına və Mülki Məcəllənin 650-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə Mülki Məcəllədə, nə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda və nə də “Azər baycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında” Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alğı-satqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsinin alqı-satqı müqavilələrinin etibarsızlığı bağlı mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə icraat başlanıldıqdan sonra, 25 oktyabr 2022-ci il tarixində ikinci alqı-satqı müqaviləsinin bağlanmasının qarşısının alınması üçün iddiaçı tərəfindən məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verilə bilərdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi bu cür ərizənin verildiyini, lakin məhkəmə tərəfindən onun təmin edilmədiyini bildirsə də, bu hal alqı-satqı müqaviləsi əsasında həmin avtomobili sonradan əldə etmiş şəxsin hüquq larının məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz.

24. Belə ki, apellyasiya məhkəməsinin iclasında iştirak edərkən Cavabdeh3 avtomobilin məhz Cavabdeh2 mülkiyyətində olduğunu bildiyini, onun nə vaxtsa Cavabdeh1 adına qeydə alınmasından xəbərsiz olduğunu, avtomobilin üzərində hər hansı məhdudiyyət olmadığını öyrəndikdən sonra onu aldığını bildirmişdir. İş materialları ilə də mübahisəli avtomobilin üzərinə həbs qoyulması və ya onunla bağlı sərəncam verilməsinin qadağan edilməsinə dair hər hansı fakt müəyyən edilmir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 avtomobillə bağlı mübahisənin olmasından xəbərdar olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 nə birinci instansiya məhkəməsinin iclasında, nə də apellyasiya məhkəməsinin iclasında avtomobillə bağlı mübahisənin mövcudluğundan xəbərdar olduğunu bildirməmiş, sadəcə boşanma ilə bağlı ailə problemləri olmasından kənd camaatı olaraq məlumatlı olduğunu qeyd etmişdir. Cavabdeh3 tərəflər arasındakı boşanma ilə bağlı ailəvi problemlər barədə məlumatının olması isə onun nəqliyyat vasitələrinin dövlət qeydiyyatının məlumatına etimad göstərərək əldə etdiyi avtomobilə dair müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Mübahisəli avtomobilə dair mülkiyyət hüququ isə Cavabdeh3 onu əldə etdiyi vaxt Cavabdeh2 məxsus olmuşdur. Bu hal isə onun vicdanlı alıcı olduğunu təsdiq edir.

26. Mövcud vəziyyətdə nəqliyyat vasitəsinin alqı-satqısı zamanı həmin əmlak barəsində mübahisənin olması əsası ilə müqavilənin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqa nın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxsin – Cavabdeh3 Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Üstəlik, Cavabdeh3 mübahisə predmeti olan avtomobili sonradan başqa şəxsə satdığını bildirmiş, lakin Cavabdeh3 tərəfindən avtomobil həqiqətən də üçüncü bir şəxsə satılmış olsa belə, həmin alqı-satqının etibarsızlığı barədə hər hansı tələb irəli sürülməmiş, bu hal birinci instansiya məhkəməsində icraat zamanı araşdırma predmetinə daxil olmamışdır.

27. Məhkəmə kollegiyasının mübahisəli əmlak üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli avtomobil etibarlı alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirildiyindən, mübahisəli avtomobil üzərində 25 oktyabr 2022-ci il tarixli müqavilə əsasında mülkiyyətçi Cavabdeh2 həmin avtomobili vicdanlı alıcı olaraq əldə etmiş Cavabdeh3 Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququ yarandığından, həmin avtomobil üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsi tələbinin təmin edilməsi üçün əsas müəyyən edilmir.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 144.2, 337.1, 340.1-ci maddələri, MPM-in 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələri və Əsasnamənin 1.2, 1.6-cı bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

35. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

36. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

37. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razıl ığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfi ndən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.

49. Belə ki, iddianın mahiyyətindən göründüyü kimi iddiaçı Cavabdeh1lə boşandıqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət kütləsindən çıxarılması barədə cavabdehlərin aralarında bağladıqları alqı-satıq müqavilələrini mübahisələndirir və həmin əmlakdan pay tələb edir.

50. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı ilə cavabdeh 2018-ci ilin yanvar ayından faktiki nikah münasibətlərində olmuş, 11 oktyabr 2018-ci il tarix də aralarında olan nikah rəsmiləşdirilmiş, mübahisəli əmlak isə 11 dekabr 2019-cu il tarixdə rəsmi qaydada əldə edilmişdir. Tərəflər arasındakı münasibət pisləşdikdən sonra, yəni 10 fevral 2022-ci il tarixdə Cavabdeh1 həmin avtomobili alqı-satqı müqaviləsi əsasında atası, digər Cavabdeh2 adına keçirmişdir. Elə həmin tarixdə də Cavabdeh2 tərəfindən Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Hazırki iddia qaldırıldıqdan sonra isə Cavabdeh2 həmin avtomobili digər Cavabdeh3 rəsmi qaydada satmışdır.

51. İşə baxan birinci instansiya məhkəməsi iddianı mahiyyəti üzrə həll edərkən alqısatqı müqavilələrinin qanuna uyğun şəkildə rəsmiləşdirildiyi, etibarsız hesab edilmələri üçün əsasların olmadığı və sonuncu alıcı Cavabdeh3 vicdansız sahibliyini təsdiq edən halların sübuta yetiri lmədiyi əsasları ilə iddianı rədd etmiş, mübahisəli əmlakın birgə mülkiyyətdə olması barədə prezumpsiyaya toxunmamışdır.

52. Buna baxmayaraq iddiaçının apelyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olan faktiki hal müəyyən edərək tərəflərin izahatlarına istinad etməklə, Cavabdeh1 mebel sexində qeyri-rəsmi fəhlə işləməsini və onun aylıq qazancının 300-400 manat olmasını nəzərə alaraq, mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə qazandığı vəsaiti hesabına əldə edilməsini inandırıcı hesab etməmiş, mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən əldə edilmiş olsa da, Cavabdeh1 adına sənədləşdirilməsi, daha sonra alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçirilməsi qənaətinə gəlmişdir və qeyd etm işdir ki, nəqliyyat vasitəsinin Cavabdeh2 mülkiyyətinə keçirilməsi formal xarakter daşımamış, alqısatqı müqaviləsi ona uyğun hüquqi nəticə yaradaraq avtomobil sonuncunun mülkiyyətinə keçirilmişdir. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlmişdir ki, uydurma əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Lakin hazırkı iş üzrə Cavabdeh1 və Cavabdeh2 arasında hər hansı hüquqa zidd hərəkətə yol verilməsi halı müəyyən edilməmişdir.

53. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin müəyyən etdiyi hallarla və bu hallar əsasında gəldiyi yekun nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegiyası mübahisəli əmlakın birgə mülkiyyətdə olmasına dair prezumpsiyanı formal mülahizələr əsasında pozmuş, bununla da iddiaçını gəl əcəkdə həmin əmlakın satışına görə əldə edilmiş vəsaitdən payını tələb etmək hüququndan da məhrum etmişdir.

54. İlk olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində tərəflər arasında əmlakın birgə nikah dövründə alınması və əmlaka qoyulan vəsait barəsində mübahisə olmamışdır. Birinci instansiya məhkəməsi bu barədə araşdırma aparmışdır. Məhkəmənin 31 oktyabr 2022-ci il tarixli iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alqı-satqı əməliyyatları zamanı aralarında hər hansı pulun alınıb verilmədiyini bildirmiş, sonuncu, əlavə olaraq oğluna maşın almasında köməklik etdiyini bildirmişdir.

55. Apellyasiya məhkəməsi isə 26 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bu halların yenidən araşdırılması ilə bağlı verilən izahatlar və aparılan sorğusualları düzgün təfsir etməmişd ir. Belə ki, iddiaçının nümayəndəsi avtomobilin 11500 manata alındığı, alqı-satqı əməliyyatı zamanı iddiaçının iştirak etmədiyi, lakin ödənişin tərəflərin birgə vəsaiti hesabına edildiyini bildirsə də, məhkəmə kollegiyası bu izahatdan iddiaçının avtomobilin alqı-satqısı zamanı pul ilə iştirak etmədiyi qənaətinə gəlmişdir.

56. Bundan başqa, Cavabdeh1 məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq hazırda (yəni 26 aprel 2023-cü il tarixində) fəhlə işlədiyini və 300-400 manat gəlirinin olduğunu bildirmişdir. Qeyd edilənlər hər hansı sübutla əlaqələndirilmədiyi kimi, məhkəmə tərəfindən düzgün də qiymətləndirilməmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə i zahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

58. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi hallar mübahisəli əmlakın birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsini təkzib etmək üçün yetərli deyil. Belə ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümum i əmlak üzərində hüquqa malikdir.

60. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya məhkəməsinin bu əmlakın birgə vəsait hesabına əldə edilməməsi qənaəti ilə yanaşı həmin əmlakın satılmasına arvadın razılığının alınmamasının nə Mülki Məcəllədə, nə də ki “Notariat haqqında“ Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alğı-satqısı zamanı ər-arvadın razılığının alınması tələbinin olmamasına və belə razılığın Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal olunduğuna dair mövqeyi bir-birinə ziddiyyətli olmuşdur.

61. Məhkəmə kollegiyası həmçinin iddiaçının ata oğul arasında alqı-satqı müqaviləsinin uydurma olması, həmin avtomobilin məhkəmə icraatı dövründə Cavabdeh3 adına rəsmiləşdirilməsinə baxmayaraq, hələ də Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsinə və Cavabdeh3 cavabdehlərin qohumu olmaqla həmin mübahisədən xəbərdar olmaqla, vicdanlı alıcı olmamasına dair dəlilləri ətraflı araşdırılmamış, məhkəmənin iddiaçının 25 oktyabr 2022-ci il tarixində ikinci alğı-satqı müqaviləsinin bağlanmasının qarşısının alınması üçün i məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verməməsi ilə bağlı iradı əsassız olmuşdur.

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir və 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Barəsində məhkəmə mübahisəsi olan əmlakın özgəninkiləşdirilməsinə görə iddiaçı deyil, cavabdehlər məsuliyyət daşıyırlar.

63. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsinin iddianın rədd edilməsi əsasları ilə razılaşmır.

64. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla q orunan mənafelərin real bərpası təmin olunmalıdır.

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermədiyindən və tərəflər arasında mübahisəni tam və düzgün həll etmədiyindən qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual və maddi hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-642/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar