Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3463/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 qəyyumu İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasdan imtina barədə verilmiş ərizənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil4, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-356/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il t arixli qətnaməsindən İddiaçı2 qəyyumu İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materialları ilə müəyyən olunur ki, JN-395 F, kod 40608018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə X2, Cavabdeh2 mülkiyyətinə xxx ərazisində 0,41 ha, xxxx saylı şəhadətnamə ilə isə 0,44 ha həyətyanı torpaq sahələri verilmişdir. 0,41 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.3 kv.m yaşayış, 74.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əm lakın Dövlət reyestrindən çıxarış əsasında qeydiyyata alınmışdır.
2. Həmçinin iş materialları ilə müəyyən edilir ki, X4 04 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müraciətlərinə görə Qəbələ regional “Asan xidmət” mərkəzinin Notariat Ofisində 12.12.20170-ci il tarixdə, xxx reyestr nömrəli vərəsəlik işi açılmışdır.
3. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə 12 dekabr 2017-ci il tarixdə məktub ünvanlayaraq X1 qalmış miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair mərkəzin notariat kontoruna müraciətin daxil olduğunu, 04 oktyabr 2016cı ildə vəfat etmiş X adınamərkəzdə 12.12.2017-ci il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələrin Cavabdeh2 və Cavabdeh1 olduğunu göstərmişdir. Vərəsələrin dairəsi barədə Qəbələ rayon İHB-nın Zarağan kənd Ərazi Dairəsi üzrə nümayəndəliyinin 02.11.2017-ci il tarixli 726 nömrəli və həmin mərkəzdə Qeydiyyat şöbəsinin 12.12.2017-ci il tarixli 268 saylı arayışları əsasında miras əmlakda payları olan vərəsələr notariat orqanına dəvət olunmuşlar. Digər vərəsələr kimi mirasdan pay hüquqlu İddiaçı2 da 13.11.2017-ci il tarixdə notariat ofisinə gələrək könüllü iradə ifadəsi olaraq ərizə yazmış, ərizəsində 04.10.2017-ci il tarixdə vəfat etmiş atası X qalmış miras əmlakdan ona çatası (torpaq) payını faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir. Həmin ərizə xxx reyestr nömrəsi ilə qeydə alınmışdır.
4. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, İddiaçı2 həyat yoldaşı İddiaçı1 2020-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək əri İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş və 01.07.1963-cü il təvəllüdlü İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Qəbələ Rayon İcra hakimiyyəti başçısının 30 mart 2020-ci il tarixli, 35 saylı sərəncamı ilə İddiaçı2 İddiaçı1 qəyyumluğuna verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı2 qəyyumu İddiaçı1 cava bdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəyyumu olduğu İddiaçı2 atası mərhum X1 miras qalmış torpaq sahəsinin payına düşən hissəsindən imtinaya dair notarait kontoruna qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması üçün onun adından verilmiş 13 noyabr 2017-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə mərhum X3, Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında xxx saylı «Torpağın mü lkiyyətə verilməsinə dair şəhadətnamə» üzrə 0,41 ha və xxx saylı şəhadətnamə ilə 0,44 ha torpaq sahələri verilmişdir. X4 04 oktyabr 2016-cı il tarixdə vəfat etmiş və o vəfat edən zaman onun aşağıda adlarını göstərdiyi vərəsələri qalmışdır:
1. Cavabdeh2,
2. Cavabdeh1,
3. İddiaçı2,
4. Cavabdeh3,
5. Cavabdeh4 və
6. Cavabdeh5. Vərəsələrdən biri olan İddiaçı2 onun əridir və o, 2016-cı ildən ruhi xəstədir. Belə ki, İddiaçı2 30 yanvar 2016-cı il tarixdə həkimlərə müraciət etmiş və həmin tarixdən davamlı olaraq akademik X adına Respublika klinik xəstəxanasında müalicə olunmuşdur. Lakin heç bir nəticəsi olmamışdır. Hətta o, yeriyə bilmir, fikrini ifadə etmək qabiliyytində deyildir. Əlinə karandaş belə almaq qabiliyyəti yoxdur. Bu səbəbdən onun hüquqlarını həyata keçirmək üçün fəaliyyət qabiliyyətsi z hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsinə əsasən o, fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 30 mart 2020-ci il tarixli sərəncamı ilə İddiaçı2 onun qəyyumluğuna verilmişdir. O, İddiaçı2 qəyyumu kimi vərəsəlik şəhadətnaməsi almaq üçün Qəbələ regional «Asan xidmət» mərkəzinin notariat ofisinə müraciət etmişdir. Bu zaman ona məlum olmuşdur ki, 17 iyul 2017-ci il tarixdə cavabdeh həmin notariat ofisinə müraciət etmiş və bütün mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmçinin guya bütün vərəsələr, o cümlədən qəyyumu olduğu İddiaçı2 da öz payından Cavabdeh1 xeyrinə imtina etmişdir. Vəkili vasitəsi ilə DƏDRX Qəbələ ərazi İdarəsinə müraciət etmişdir ki, X1 miras qalmış əmlaka (torpaq sahəsinə) dair vərəsəlik hüququ əsasında Cavabdeh1 və qeyrilərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdirmi və həmin işlə əlaqədar miras əmlak kimin adına rəsmiləşdirilmişdir. DƏDRX-nin Qəbələ Ərazi İdarəsinin 14 iyul 2020-ci il tarixli məktubu ilə cavab verilmişdir ki, X2 adına olmuş miras əmlakın hər hansı bir şəxsin adına qeydiyyata alınması aşkar edilməmişdir. Miras əmlakdan digər vərəsələrin, o cümlədən qəyyumu olduğu İddiaçı2 imtina etməsi və bu səbəbdən İddiaçı2 mirasdan məhrum olması onu şübhələndirmişdir. Ona görə də vəkili vasitəsi ilə notariat ofisinə müraciət edib imtina ilə bağlı sənədləri istəmişdir. Notariat ofisinin 17 iyul 2019-ci il tarixli 793 saylı məktubu ilə sənədlər onlara göndərilmişdir. Həmin sənədlərdən aydın olmuşdur ki, guya bütün vərəsələr, o cümlədən də qəyyumu olduğu İddiaçı2 miras əmlak barədə ərizə vermişdir. Yuxarıda qeyd etdiyi kimi İddiaçı2 2016-cı ildən ruhi xəstədir və onun nitq qabiliyyəti, ümumiyyətlə hərəkət etmək qabiliyyəti yoxdur, əlinə karandaş belə ala bilmir, hərəkətələrinin mənasını başa düşmək iqtidarında deyildir. Ümumiyyətlə o, notariat ofisinə getməmiş və aparılmamışdır. Notariat ofisinə getmiş olsaydı belə onun imza etmək iqtidarı yoxdur. Onun adından ərizəyə vərəsələrdən hansısa biri imza etmişdir. Ona görə də hesab edir ki, İddiaçı2 adından 13 noyabr 2017-ci il tarixdə notariat ofisinə ona çatası paydan imtina etməsi, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti nin olmamasına dair ərizəsi etibarsız hesab edilməlidir.
7. Qəbələ Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(025)-902/2020 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsindən göründüyü kimi, həmin qətnamə ilə İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Adı çəkilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və yalnız bundan sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 30 mart 2020-ci il tarixli 35 saylı sərancamı ilə İddiaçı1 İddiaçı2 qəyyum təyin edilmişdir. İddiaçı2 miras payından imtinasına dair notarait kontorunda imzaladığı ərizə isə 13.11.2017-ci il tarixində xxxx reyestr nömrəsi ilə qeydə alınmışdır. Ərizə qeydə alınan tarixdən İddiaçı2 qəyyum təyin olunması tarixinədək xeyli vaxt keçsə də, ötən dövr ərzində ərizə mübahisələndirilməmiş, ərizənin etibarsızlığına dair tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İşin qeyd olunan halı, yəni iddiaçının susması onun ərizəni könüllü razılığı ilə imza etməsinə, qəyyum təyin olunanadək ərizəni mübahisələndirməsi üçün istinad etməsinə heç bir qanuni əsas və məhkəməyə müraciət etməsi üçün əsaslı sübutların olmadığına dəlalət edir. Buna görə də İddiaçı2 ərizəyə imza edən zaman hərəkətlərinin mənasını dərk etməməsi barədə qəyyumun və vəkilinin fikirlərinə məhkəmə tənqidi yanaşır.
9. Məhkəmə hesab etmişdir ki, İdd iaçı2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmənin yuxarıda adı çəkilən qətnaməsi miras paydan imtinası barədə onun notariat kontoruna verdiyi ərizəsinin etibarsız hesab edilməsi üçün əhəmiyyət kəsb edən, əsas sübut sayıla bilməz.
10. Bundan başqa 24 fevral 2016-cı il tarixli akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasından İddiaçı2 verilən XT 1272 saylı epikrizlə onun insult keçirdiyi müəyyən edilir. Tibb dili ilə desək, insult - insan beynin qan dövranının kəskin pozulması, qan təchizatının çatışmazlığı və beynin ocaqlı zədələnməsindən əmələ gələn xəstəlikdir. İnsult keçirən xəstədə müəyyən müddətdə yuxarı və ya aşağı ətrafların hərəkət məhdudiyyətləri yaransa da, yaranmış fiziki hərəkət məhdudiyyətləri sonradan tam olmasa da müəyyən qədər nomallaşır və x əstə sağlamlığında yaranmış vəziyyətə uyğunlaşa bilir. Şəxsin ruhi xəstəliyi isə sırf onun psixoloji vəziyyəti ilə bağlı yaranan, depressiya, şizofreniya, biopolyar və ağıl xəstəliyi nəticəsində yaranan potologiya və sağlamlığının pozulmasıdır. Belə xəstələr yaşadıqları ərazi üzrə poliklinika şöbələrində fəaliyyət göstərən psixiatriya kabinetlərində qeydiyyata alınırlar. İddiaçı2 qəyyumu İddiaçı1 və onun vəkili onun ruhi xəstə olmasına, nitq və hərəkət qabiliyyətinin olmadığına dair heç bir sübutu (13.11.2017-ci il tarixdə İddiaçı2 torpaqdan payına dair notariat kontorunda ərizəyə imza etməsi zamanı sonuncunun hərəkətlərinin mənasını başa düşmək qabiliyyətində olmadığına, onun əqli və psixoloji vəziyyətinin buna imkan vermədiyinə dair və eləcə də onun ruhi xəstəliyi ilə əlaqədar psixiatriy a kabinetində qeydiyatda olması barədə) onlarda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişlər.
11. Bununla yanaşı, iddiaçının qəyyumu İddiaçı1 iddia ərizəsində İddiaçı2 hərəkət qabiliyyətinin olmadığını, yeriyə, fikrini ifadə edə və danışa bilmədiyini qeyd etmişdir. Lakin Cavabdeh1 08.10.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında sübut olaraq məhkəməyə təqdim etdiyi SD diski ilə onun bu cürə iddiaları təkzib olunmuşdur. Belə ki, həmin tarixdə proses iştirakçılarının etirazlarının olmadığı nəzərə alınaraq təqdim olunmuş SD diskinə baxış keçirilmiş və mülki işin materiallarına əlavə olunmuşdur. SD diskindən görünür ki, İddiaçı2 heç kimin köməyi olmadan sərbəst hərəkət edə və ayaqüstü yeriyə (gəzə) bilir. Cavabdehin məhkəməyə təqdim etdiyi həmin sübutdan sonra iddiaçının qəyyumu İd diaçı1 İddiaçı2 gəzə və danışa bildiyini etiraf etməklə sonuncunun hərəkətlərinin mahiyyətini dərk etmədiyini məhkəmə iclasındakı çıxışında qeyd etmişdir. Buna baxmayaraq Cavabdeh1 məhkəməyə təqdim etdiyi fotoşəkillərdən İddiaçı2 yaxın qohumları ilə ünsiyyətdə olması və müəyyən qədər aktiv həyat tərzi keçirməsi sübut olunur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1.1, 1243.1, 1243.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-356/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (ha kimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) İddiaçı2 qəyyumu İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(025)-902/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
16. Birincisi, ona görə ki, apellyasiya şikayətlərinə nəzər saldıqda apellyator öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur.
17. B irinci instansiya məhkəməsinin 24.09.2020-ci il tarixli iclasında dindirilmiş Cavabdeh6 nümayəndəsi X6 verdiyi izahatında İddiaçı2 notariat kontorunda olarkən fiziki vəziyyəti nəzərə alınmaqla birinci mərtəbəyə düşməklə imza edildiyi, həmin vaxta ona hüquq və vəzifələrinin izah olunduğu, ərizəyə də sərbəst qaydada, heç kimin təsiri olmadan imza etdiyini bildirmişdir.
18. İkincisi, mülki işin materiallarından göründüyü kimi İddiaçı2 2016-cı il tarixdə insult keçirmişdir. Lakin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasından 24 fevral 2016-cı il tarixdə verilmiş XT 1272 saylı epikrizdən sonuncunun əqli cəhətdə sağlam olmaması və ya əqli geriliyi barədə hər hansı qeyd yoxdur. Kollegiya tərəfindən təklif olunmasına baxmayaraq mübahisənin bu halı ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
19. Üçüncüsü, kollegiya sonda apellyasiya şikayətinin digər dəlilinə də münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı2 Qəbələ Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Mübahisəli ərizəni isə həmin qətnamədən 3 il əvvəl imzalamışdır ki, həmin vaxt sonuncunun fəaliyyət qabiliyyətsiz olmasını təsdiq edəcək hər hansı mötəbər sübuta istinad etmək mümkün deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
24. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəs inə əsasən onun izahatı dinlənilməmişdir.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası m əhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
30. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1)
31. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2)
32. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (maddə 1134.1)
33. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. (maddə 1145)
34. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. (maddə 1146)
35. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. (maddə 1159.1.1)
36. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (maddə 1243.1)
37. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəb ul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2)
38. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (maddə 1243.3)
39. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. (maddə 1255) Mülki Prossesual Məcəllə
40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
42. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
43. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət verm ir. (maddə 407.2)
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
49. Bununla yanaşı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, İddiaçı2 miras əmlakdan ona çatası payı qəbul etmədiyi məzmunlu ərizəni miras açıldıqdan 1 il sonra yazmışdır.
50. Mülki Məcəllənin 1246-cı maddəsinin məzmunundan göründüyü kimi vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
51. İddiaçı1 əri İddiaçı2 yuxarıda qe yd edilən 13 noyabr 2017-ci il tarixli ərizəni yazmaqla sonuncunun hüquqlarının pozulduğunu və nəticədə miras paydan məhrum olduğunu iddia etsə də, o, verdiyi iddia ərizəsinə və işə məhkəmə baxışlarında İddiaçı2 qanunla müəyyən edilmiş 3 aylıq müddətdə mirası qəbul etməsinə dair hər hansı sübut təqdim etməmişdir.
52. Nəzərə alınmalıdır ki, atası X qalmış miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etdiyi halda yuxarıda qeyd edilən 13.11.2017-ci il tarixli ərizənin yazılması İddiaçı2 hüquqlarının və qanunla qorunan mənafelərinin pozuntusu kimi qiymətləndirilə bilərdi.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda gös tərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 qəyyumu İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-356/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.