Məhkəmə qərarları › İş №2(102)-3465/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3465/2021

23.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3465/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3465/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin bərpası barədə ərizənin olmaması) Bakı şəhəri, 23 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı və vəkili Vəkil1 Nemət qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “daşınmaz əmlakın bağışlama müq aviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1282/2018 nömrəli, 10 mart 2021-ci il tarixli qərardadından iddiaçı İddiaçı kassasiya şikayətinə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1 bağışlanması ilə əlaqədar 26 avqust 2017ci il tarixdə cavabdeh orqan Cavabdeh2 rəsmiləşdirilmiş 4Ə-601 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli, 2(014)-144/2018 nömrəli qətnaməsi ilə İddiaçı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiаçıyа aid edilmişdir. (hakim Ruslan Əlizadə)

3. Qətnаmədən nаrаzı qalan İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. 4.Şəki Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(107)-1282/2018 nömrəli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli, 2(014)144/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(107)-1282/2018 nömrəli qətnaməsindən iddiaçı İddiaçı və onun vəki li Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti 8 yanvar 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1282/2018 nömrəli, 10 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti geri qaytarılmışdır. (hakimlər Ələddin Məcidov(sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov)

7. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, kassasiya şikayəti qətnamənin qəbul edilməsindən təxminən 2 il 6 ay sonra verilmiş və kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. İddiaçı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərkən yaşayış ünvanı kimi Ağdaş rayonunun Yuxarı Ləki kəndini göstərmişdir. Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2018ci il tarixli, 2(014) -144/2018 nömrəli qətnaməsini də iddiaçı yuxarıda göstərilən ünvandan almış və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2018-ci il tarixli məhkəmə bildirişi həmin ünvana göndərilmiş və iddiaçı həmin məhkəmə bildirişini alaraq məhkəmənin 21 may 2018-ci il tarixli iclasında iştirak etmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin sonuncu – 11 iyun 2018-ci il tarixli iclasında da iştirak etmiş və apellyasiya şikayətinin təmin edilməməsi barədə qəbul edilmiş qətnamə iddiaçının yanında elan edilmiş və 14 iyun 2018-ci ildə onun həmin ünvanına göndərilmişdir. Qətnamənin göndərildiyi zərf 21 iyun 2018-ci ildə üzərində “köçüb” qeydi ilə geri qaytarılmışdır. İddiaçı isə onun iştirakı ilə qəbul edilmiş və onun göstərdiyi üvanına göndərilmiş qətnamənin ona göndərildiyi vaxtdan keçən dövrlər ərzində qətnaməni alıbalmamasını mübahisələndirməmişdir.

8. Apellyasiyanın mövqeyinə görə hazırki iş üzrə iddaçı İddiaçı MPM-in 146-cı maddəsinə uyğun olaraq ünvanının dəyişdirilməsi barədə məhkəməyə məlumat verməli olsa da, bunu etməmişdir. Məhkəmə qətnaməni iddiaçının məhkəməyə məlum olan axrıncı ünvanına – Ağdaş rayonunun Yuxarı Ləki kəndinə göndərməkdə haqlı olmuşdur.

9. Apellyasiya məhkəməsi həmçinin müəyyən edib ki, hazırki kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-408-ci maddələrinin tələblərinə uyğunluğu məsələsinə baxılması üçün təyin edilmiş məhkəmə iclası barədə bildiriş də, İddiaçı təqdim etdiyi Ağdaş rayonunun Yuxarı Ləki kəndi ünvanına göndərilmiş və bildiriş 20 fevral 2021-ci ildə həmin ünvanda poçt gö ndərişinin verilməsi barədə xəbərnaməni şəxsən qrafasına imza edilməklə qəbul edilmiş, xəbərnamə məhkəməyə geri qaytarılmışdır.Bundan əlavə, mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilərkən sonuncu vərəqləri reyestr və zərfdən ibarət olmaqla 115 səhifədən ibarət olmuşdur. Hazırki kassasiya şikayəti ilə əlaqədar iş Ağdaş Rayon Məhkəməsindən istənilib alınarkən işin zərf olmalı olan 115-ci vərəqi İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən verilmiş mülki işdən sənədlərin götürülməsi barədə ərizə ilə əvəz edilmiş olmuşdur. Həmin ərizə 11 sentyabr 2020-ci ildə Ağdaş Rayon Məhkəməsinə daxil olmuş və elə həmin gün də İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən sənədlərin surətləri götürülmüşdür. Həmin ərizənin üzərinə “c.b N.Əliyev” “11.09.2020” dərkənarı qoyulmuşdur. Mülki işin materi allarına əlavə edilmiş 119-cu səhifədə olan qəbzdən görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(107)-1282/2018 nömrəli qətnaməsinin surəti ona çatmadığından 3 noyabr 2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsindən geri qayıdan 21.06.2018-ci il tarixli məktubu şəxsən götürmüşdür. Həmin qəbzin mülki işin materiallarında mövcud olması onu göstərir ki, hazırki iş üzrə iddiaçı qeyd olunan zərfin mülki işin materiallarında olmasını əvvəlcədən bilmişdir, ona görə də, Ağdaş Rayon Məhkəməsinə müraciət edərək zərfi içində olan sənədlərlə birlikdə işin materiallarından götürmüşdür. Həmin zərfin ksero surəti də mülki işin 120-ci səhifəsinə əlavə edilmişdir. Hazırki işdən kassasiya şikayəti İddiaçı ilə birlikdə onun vəkili (mülki işin materiallarından sənədləri götürmüş nümayəndə) Vəkil2 tərəfindən verilmişdir. İddiaçının mülki işin materiallarından zərfi götürməsi ilə bağlı isə Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı ərizə və ya hər-hansı bir sənəd mövcud deyildir.

10. Göründüyü kimi iddiaçının vəkili 11 sentyabr 2020-ci ildə mülki işin materiallarından heç bir order təqdim etmədən sənədlərin surətlərini götürərkən həmin sənədlər içərisində məhkəməyə geri qaytarılmış zərfi də aşkar etmişdir. Onlar 21 iyun 2018-ci ildə zərfin geri qaytarılmasından ötən müddət ərzində kassasiya şikayəti vermə müddətini ötürməklə 03 yanvar 2021-ci ildə kassasiya şikayəti verməkləri ilə yanaşı, mülki işin materiallarından sənədlərin götürülməsindən sonrakı müddət ərzində də kassasiya şikayəti vermə müddətini ötürmüşlər və həmin müddətin bərpa edilməsi ilə bağlı mü raciət etməmişlər.

11. Apellyaisya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 146, 408.1.4 və 408.5-ci maddələri ilə əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil1 Nemət qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Kassasiya şikayətinin dəlilləri: - iddiaçının 81 yaşı var. Zəif eşidir. Özünü vəkil kimi təqdim edən şəxs iddiaçıdan onu məhkəmədə müdafiə etmək üçün pul alıb; - qətnamədən kassasiya şikayəti verməli olduğunu iddiaçı bildir və bu işləri vəkil görməli idi; - iddiaçı bu müddət ərzində işə baxılacağını gözləmişdir. Amma sonradan məkum o lub ki, ünvanına göndərilmiş məktub iddiaçıya çatmayıb geri qayıdıb; - iddiaçı 03 noyabr 2020-ci ildə Ağdaş rayon məhkəməsinə müraciət edib qtənaməni dəftərxanadan götürüb; - 2 aylıq müddəti ötürmədən kassasiya şikayəti versə də, apellyasiya məhkəməsi şikayəti geri qaytarıb. Apellyasiya məhkəməsinin mövqeyi düz deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 Nemət qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məh kəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edili r. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

18. Apellyasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadın ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, kassasiya şikayəti qətnamənin qəbul edilməsindən təxminən 2 il 6 ay sonra verilmiş və kassasiya şikayətinə buraxılmış prose ssual müddətin bərpasına dair ərizə də əlavə edilməmişdir.

22. Belə olan halda da, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 405.0.1 və 408.1.4-cü maddələrinin tələblərinə uyğun olub.

23. Məhkəmə kollegiyası kassasiya şikayətini geri qaytarılması ilə bağlı apellyaisya məhkəməsinin hazırki qərarın 7-10-cu bəndlərində əks olnunan mövqeyil ilə razılaşır. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddiaçının qətnaməni alması və müddəti ötürməsi ilə bağlı məsələləri tam aydınlaşdırmaqla onlara hüquqi qiymət verib.

24. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 25.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1282/2018 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar