Məhkəmə qərarları › İş №2(102)-3465/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3465/2024

27.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3465/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3553/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2023-cü il tarixdə istehlakçı İddiaçı adına olan ünvanda (Şüvəlan qəsəbəsi, ünvan 1nentin təbii qazdan sayğacdan kənar, xəttə qoşulmaqla qazdan istifadə etməsi aşkar olunmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir 2. “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, yuxarıda qeyd olunan akt əsasında 41904 kub metr (41904 kub metr x 0,12 manat= 5028,48 manat) həcmində vurulmuş zərər hesablanmışdır.

3. İddiaçının adına olan abonent saldosundan (abonent kodu **********00080) görünür ki, iddiaçının abonent hesabına akt əsasında 2023-cü ilin mart ayında 5028,68 manat borc ya zılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında onun abonent hesabına yazılmış 5004,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 yanvar 2023-cü il tarixdə onun məlumatı olmadan, ona xəbər verilmədən adına “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və dəymiş zərər kimi 4977,68 manat məbləğində borc qeyd etmişlər. Guya ki o təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Əvvəla qeyd etmək istə yir ki, heç vaxt mənzilində qeyri-qanuni qazdan istifadə olunmamış, əgər kənar xətt çəkilmiş olsaydı illər öncə aşkar olunardı. Ondan əlavə İB-nin əməkdaşlarının hərəkətlərindən açıq aydın görünür ki, saxtakarlıq etmişlər. Çünki Qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə şəkli çəkib borunu kəsib xx.xx.2023-cü il tarixdə öz əməkdaşlarının hal şahidliyi ilə birlikdə akt tərtib edib imzalamışlar. Halbuki etdikləri hərəkət doğru və qanuni olsaydı həmin aktı hal şahidləri kimi qonşuları (sakinləri) və onun tərəfdən imzalanmalı, öz əməkdaşları yox və onlar qaz borusunu kəsəndən sonra onun idarəyə müraciəti qeydə alınaraq qaz borusunu yenidən bərpa etməzdilər. Əlavə olaraq qeyd etmişdir ki, aktla birlikdə göndərilən şəkillərin tarixi 12 yanvar 2023-cü il qeyd olunmuşdur, lakin akt tərtib olunub 31 yanvar 2023-cü il tarixdə. Əgər qaz idarəsinin əməkdaşları 12 yanvar 2023-cü il tarixdə kənar xətt aşkar etmişlərsə nə səbəbə görə 12 yanvar 2023-cü il tarixdə yox, məhz 31 yanvar 2023-cü il tarixdə akt tərtib etmişlər. Şüvəlan qəsəbəsində hamısı həyət evləridir və qaz sayğaclarının quraşdırılan hissələri hamısı bir birinə oxşayır. Bundan əlavə onlar həmin ünvanda yerləşən evə bağ evi kimi gedib-gəlirlər, yəni həmin evdə daimi yaşayış yoxdur. Əgər qaz idarəsinin əməkdaşları onun həyətində qaz borusunu kəsməyə gəlmişdirsə, ev sahibi olaraq ona heç bir məlumat verilməmişdir, onun izahatı alınmamışdır. Bu da onun vətəndaş olaraq bütün hüquqularını pozur.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-2874/2023 saylı qərarına əsasən iş üzrə məhkəmə-trassoloji ekspert izası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Röyal Talıbov məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı məhkəməyə təqdim edərək bildirmişdir ki, kommunal xidmət (qaz, su, elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların, həmçinin fotoşəkillərdə əks olunmuş xətt vasitəsilə təbii qazdan istifadə edilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Əvvəllər qanunsuz (sayğacdan kənar) qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil. Göstərilən səbəblərə görə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12ci maddəsinə və “ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən ekspertizanın aparılmasından imtina edilmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-167/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız edilməsi və İddiaçı adına olan **********00080 nömrəli abonent hesabından 5004,68 manat məbləğində borc silinməsi qət edilmişdir. (X1)

8. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman onun və ya onun ailə üzvlər indən olan şəxsin iştirakı təmin olunmamış, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt onların iştirakı ilə tərtib edilməmiş, həmin akt istehlakçıya (iddiaçıya və ya onun ailə üzvlərindən olan şəxsə) təqdim edilməmiş, ünvana baxış keçirilməklə evdə olan qaz qurğuları müəyyən edilməmişdir. Bununla da təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt «Qazdan istifadə Qaydaları»nın tələblərinə riayət olunmaqla tərtib edilməmişdir. Ona görə də həmin aktın etibarlı hesab edilməsinə əsaslar mövcud deyil. Göstərilən səbəblərə görə məhkəmə hesab etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməlidir. O, cüml ədən həmin akt əsasında dəymiş ziyanın hesablanması əsassız olmuşdur. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, akta əlavə edilmiş fotoşəkillərdə əks olunan dəmir parçasının (qaz xəttindən darvazanın üzərində olan talvarın borusuna bərkidilmiş dəmir parçanın) qeyri-qanuni xətt olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış, yəni həmin xətt vasitəsilə hansı formada ünvanda yerləşən evə təbii qazın çatdırılmasının mümkünlüyü barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.5-1, 6.5-2, 6.5-3, 6.5-4, 6.7-ci maddə ləri, Mülki Məcəlləsinin 14.1-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4, 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(003)-167/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır, bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq- aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Tərəflərindən təqdim olunmuş sübutlara - yəni aktlara hərtərəfli və tam baxılmamış və hakim təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə mülki işi tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcm ini çoxluğunun qarşısını almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Habelə məhkəmə, istifadə edilmiş, ödənilməmiş məbləğin səbəblərini müəyyən edərək yuxarıda qeyd etdiyi məqsədə nail ola bilərdi. Məhkəmə qətnaməsində kənar xəttin qoşulması üçün şübhə doğurduğunu qeyd etsə də, obyektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmiş qanunvericiliyə zidd qətnamə qəbul etmişdir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Qətnamədə qeyd edilmiş borcun silinməsini təmin etsə də, amma buna əsaslandırılmamışdır. Belə ki, tərtib edilmiş aktlar, çəkilmiş fotoşəkillər tədqiq edilməmiş, saldo isə araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının sübuta söykənməy ən mülahizəsini əsas götürmüşdür. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, kənar xətt ilə bağlı illər əvvəl də problem yaşanmışdır. Həmin zaman baxış keçirilmiş və onun tərəfindən heç bir kənar qoşulma olmaması aydın olmuşdur. Sadəcə qonşunun sayğacının kodu ilə onun kodunu səhv salmışlar. İndi yenidən eyni hal yaşanır. Onun xətti tam ayrıdır. Akt tərtib olunandan təxminən 10 gün sonra sayğaca yükləmə edən zaman qaz idarəsinin işçilərinin hərəkətlərindən məlumatlı olmuşdur. Kənar xəttə qoşulma halı yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3553/2024 saylı, 03 iyun 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)167/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsinin qismən – Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (hakimlər: Günay Axundova (məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev)

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3553/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)167/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: Günay Axundova (məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev)

15. Qətnaməni qismən ləğv etməklə, aktın eti barsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam vermiş apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt sübut növüdür və onun əsasında inhisar subyektinə dəymiş ziyan hesablanır. Bu səbəbdən aktın mübahisələndirilməsi barədə iddia tələbinə məhkəmədə baxıla bilməz.

16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə göstərilən sübutlarlar məhkəməyə təqdim edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13; Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3553/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnаməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul еdilməsini хаhiş еtmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. Əlavə olaraq qeyd edilmi şdir ki, iddiaçı əslində əldə etdiyi Cavabdeh İB-in mülkiyyətindəki qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.

20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.5 və 1091.2-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 77 və 88-ci maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna mali k olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununu

26. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən bir inə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusu nun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

27. Maddə 13.9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylay ıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olma yaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsnə e tirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

38. Cavabdeh İB-nin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apell yasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxar ıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3553/2024 nömrəli iş üzrə 3 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar