Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3466/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4 Məmmədxan oğluna, X6, X5, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, Bakı şəhəri 26 saylı Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDK Reyestri və PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, təmsilçinin təmsil edilən şəxsən adından özü üçün əqd bağlaması” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, X6, X5, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, Bakı şəhəri 26 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama və alqı satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3385/2024 nömrəli iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin əvvəlki mülkiyyətçisi iddiaçı olmuş və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh4 10 il müddətinə (xx.xx.2029-cu il tarixədək) etibarnamə vermişdir. Etibarnamədə digər səlahiyyətlərlə bərabər Cavabdeh4 iddiaçıya məxsus əmlakı idarə etmək, sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və s müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdlər bağlamaq, o əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar edilmişdir.
3. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzil xx.xx.2020-ci il tarixdə iddiaçının adından verilmiş etibarnamə əsasında on un nümayəndəsi qismində Cavabdeh4 tərəfindən bağışlama müqaviləsi əsasında yetkinlik yaşına çatmayan övladı X3 bağışlanmış və sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 4. xx.xx.2022-ci il tarixli Mənzilin alqı-satqısına dair müqaviləyə əsasən yetkinlik yaşına çatmayan Məmmədxan Mirzəyevin qəyyumları tərəfindən mənzil Cavabdeh6 satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin Cavabdeh4 tərəfindən X3 bağışlaması barədə Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-81 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlaması müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair X3 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi ev 9, 63 saylı mənzilin cavabdehlər Cavabdeh4 və X7 tərəfindən Cavabdeh6 58000 manata satılması barədə Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş 31 may 2022-ci il tarixdə reyestrdə 4Ə-1027 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh6 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhə ri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Mənzili satmaq, kiməsə bağışlamaq niyyəti olmamışdır. Bu yaxınlarda ona məxsus mənzilin kilidinin dəyişdirilməsinin şahidi olmuş, daha sonra isə mənzilində başqa şəxsin yaşamasını müəyyən etmişdir. Həmin mənzildə olan şəxs ona məxsus mənzili alqı-satqı yolu ilə aldığını bildirmişdir. O bu məsələnin aydınlaşdırılması üçün vəkillə müqavilə bağlamış və vəkil tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Həmin qurumun xx.xx.2023-cü il tarixli məktubuna əsasən, mənzil Bakı şəhəri 26 saylı DNK-nın 4Ə-81 reyestr nömrəli xx.xx.2020-ci il t arixli bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. Daha sonra mənzil Bakı şəhəri 51 saylı DNK-nın 4Ə-1027 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh6 adına qeydiyyatdan keçmişdir. Sorğuya verilmiş cavabdan sonra 26 və 51 saylı Notariat Ofislərinə də müvafiq sorğular göndərilmiş, həmin sorğulara cavab olaraq bağışlama və alqı-satqı müqavilələri üzrə notariat hərəkətlərinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlər əsasında müəyyən etmişdir ki, oğlu Cavabdeh4 xx.xx.2019-cu ildə ona verdiyi etibarnamədən istifadə etməklə ona məxsus mənzili xx.xx.2020-ci il tarixdə iddiaçının nəvəsi X3 bağışlamışdır. Halbuki o, cavabdehə etibarnaməni mənzil üzərində sərəncam vermək üçün deyil, ümumi işlərinin görülməsi üçün vermişdir. Cavabdeh4 o nun qocalığından, xəstəliyindən, ona verdiyi etibarnamədən öz mənafeyinə uyğun istifadə etmişdir. Daha sonra xx.xx.2022-ci ildə nəvəsi Məmmədxan Mirzəyevin valideynləri üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 mənzili 58000 manata Cavabdeh6 satmışlar. Cavabdeh4 mənzili oğluna bağışlamaqla dolayı yolla özü öz barəsində əqd bağlamışdır. Çünki uşağın müstəqil sərəcam vermək səlahiyyəti olmadığından əmlak üzərində qanuni nümayəndəsi olan valideynləri qərar verirlər. Cavabdeh4 verdiyi etibarnaməni ləğv etdirmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin İddiaçı adından Cavabdeh4 tərəfindən X3 bağışlaması barədə Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-81 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlaması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 329.2, 331.1, 337.1, 337.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh X9 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə ç ıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 9, 63 saylı mənzil iddiaçı X4 tərəfindən xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlaması müqaviləsi”nə əsasən nəvəsi X3 bağışlanmış, bağışlandıqdan sonra həmin mənzil xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən digər cavabdeh X1. Satışdan əldə olunan pula cavabdeh X9 uşaqları üçün 01 iyun 2022-ci tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən 213 saylı mənzili almışdır. Həmin mənzili uşaqların adına almağın çətin olduğunu və gələcəkdə mənzillə bağlı dövlət orqanları ilə davamlı münasibətlərin və həmin orqanlarda sənədləşmələrin (qaz, işıq, su, MKİS, müvafiq arayışların alınmas ı və sair) çətinlik yaradacağını nəzərə alaraq cavabdeh mənzili öz adına almışdır. Bundan sonra cavabdeh S.Kərimova həmin mənzilə İddiaçı və Cavabdeh4 qeydiyyata düşməsinə razılıq vermiş, həmin razılığa əsasən İddiaçı yeni mənzilə qeydiyyata düşmək və bununla bağlı yeni şəxsiyyət vəsiqəsi almaq üçün şəxsən özü “ASAN xidmət”ə gedərək müraciət etmiş, müvafiq sənədləri, eləcə də yeni mənzilə qeydiyyata düşməklə bağlı mənzilin çıxarışını, cavabdeh S.Kərimovanın razılıq ərizəsini və sair sənədləri təqdim etmişdir. Bunun əsasında iddiaçı və oğlu qeyd olunan mənzilə qeydiyyata düşərək yeni şəxsiyyət vəsiqələri almışdırlar. Yuxarıda göstərildiyi kimi iddiaçının bağışladığı mənzildən qeydiyyatdan çıxaraq yeni mənzilə qeydiyyata düşməsi bütün bu proseslərdən, yəni mənzili bağışlaması, satılması və s atış pulundan yeni mənzilin alınmasından xəbəri olmasını tam sübut edir. Bundan əlavə, əvvəlki mənzilin satışından yeni mənzil alındıqdan sonra qalan pula isə **-TT-*** dövlət qeydiyyat nişanlı “Audmallroad” markalı minik avtomobili alınaraq iddiaçının oğlu Cavabdeh4 istifadəsinə verilmişdir və hal-hazırda da onun istifadəsindədir. Cavabdeh4 isə anası İddiaçı ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. Yəni həmin avtomobil onların sahiblik və istifadəsindədir, avtomobilin də mənzilin satış pulu ilə alınmasını iddiaçı B.Şahbazov dəqiq bilmişdir. Həmin avtomobil onların yaşadıqları həyət evindədir və daimi istifadələrindədir. Qeyd etdiyi hal da iddiaçının bağışlama müqaviləsinin onun iradəsi ilə bağlandığını bir daha sübut edir. Həmçinin 2023-cü ilin aprel ayından başlayaraq həmin ilin yay aylarında cavabdeh Kərimova Səbinə uşaqları ilə birlikdə İddiaçı ilə ünvan 2 ünvanında birlikdə qalıblar. İddiaçı ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 9, 63 saylı mənzili bağışlamağı, onu satmağı, yeni mənzilin alınması barədə dəfələrlə söhbətlər ediblər. Hətta əvvəllər də yeni mənzili alanda İddiaçı cavabdeh S.Kərimovaya xeyir-dua vermiş, özü də ora qeydiyyata düşmüşdür. 2019-cu ildən bəri bəzi günləri çıxmaqla illərin çoxunu cavabdeh S.Kərimova digər cavabdeh həyat yoldaşı Cavabdeh4 və anası İddiaçı ilə birlikdə yaşamışdırlar. Lakin S.Kərimovanın məhkəməyə təqdim etdiyi ərizəsindən də göründüyü kimi 2023-cü ilin yay ayının axırında cavabadeh Cavabdeh4 onu mütəmadi olaraq təhqir etdiyi üçün dözə bilməmiş və Kürdəxanıdakı həmin evi uşaqları ilə birlikdə tərk etmişdi r, hal-hazırda həmin həyət evində onun aldığı yataq dəsti və başqa əşyaları vardır. Bütün bunları, yəni cavabdeh S.Kərimovanın onlarla birlikdə yaşamasını iddiaçı məhkəmə iclasında təsdiq etmiş, hətta əlavə olaraq bildirmişdir ki, Səbinə Kərimova ilə birlikdə tez-tez həyətdə kabab bişirirdilər, sonra da ərarvad uşaqları götürüb dənizə gedirdilər. Bununla bağlı iddiaçının izahatı məhkəmə iclasının audio yazısında vardır. Məhkəmə qeyd olunanları nəzərə almayaraq Mülki Məcəllənin 404-cü və 324.5-ci maddəsinin tələblərini pozmuşdur. Hətta, iddiaçı iddia ərizəsinə uyğun izahat vermək istəyəndə də məlum olmuşdur ki, dedikləri həqiqəti əks etdirmir. Belə ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, guya mənzili yoxlamağa gedərkən mənzilin kilidinin dəyişdirilməsinin şahidi olmuşdur. İddiaçı bun ları deyərkən digər cavabdeh mənzili alan X8 bildirdi ki, mənzilin heç bir kilidini dəyişməyib, mənzilin qapısında köhnədən qalan kiliddir. Bu sözləri Cavabdeh6 iddiaçının özünə dedikdə iddiaçı bir söz deyə bilməmişdir. Bütün bunlar məhkəmə iclasının audio yazısında vardır. İddiaya etirazda ikinci etibarnaməni təqdim edərək göstərmişdir ki, etibarnamə verilən tarixdən, yəni xx.xx.2019-cu il tarixdən 2 ay əvvəl İddiaçı oğlu Cavabdeh4 ümumi işlərin görülməsi daxil olmaqla səlahiyyətlərin verilməsi barədə 09 iyul 2019-cu il tarixli etibarnamə vermişdir. Həmin etibarnamə 10 il müddətinə verilmiş və xx.xx.2029-cu il tarixədək qüvvədə olmuşdur. Əgər ümumi işlərin görülməsi üçün iddiaçı oğlu Cavabdeh4 etibarnamə vermişdirsə, ortada belə bir etibarnamə mövcud idisə, onda 2 aydan sonra yenidən etib arnamə verməyin nə əhəmiyyəti vardır və nə üçün lazım idi? Həmin etiraz ərizəsindən sonra iddiaçı mövqeyini dəyişərək guya etibarnaməni başqa bir fərdi yaşayış evinə dair sənədləşdirilmə işlərinin aparılması məqsədilə verdiyini demişdir. Aydındır ki, ikinci dəfə verilən xx.xx.2019-cu il tarixli etibarnamə mənzilin bağışlaması məqsədilə verilmiş və həmin etibarnamədə bütün səlahiyyətlər, eləcə də mənzil üzərində sərəncam vermək hüququ da verilmişdir. O cümlədən qeyd etmək istəyir ki, 17 mart 2020-ci il tarixli bağışlama müqaviləsinin bağlanmasından 3 il 6 aydan çox vaxt keçdikdən sonra iddiaçı qeyd olunan müqavilənin etibarsızılığı barədə məhkəmədə iddia qaldırmışdır və bununla da kəsici müddəti ötürmüşdür.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3385/2024 nömrəli iş ü zrə 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), G.Axundova və C.Musayeva) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin İddiaçı adından Cavabdeh4 tərəfindən X3 bağışlaması barədə Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-81 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlaması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə rədd olunmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üzrə aşağıdakıları qeyd etmişdir:
13. Məhkəmə ilk növbədə iddiaçının bağışlama müqaviləsinin bağlanmasından xəbərdar olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlanmasına dair dəlillərinə münasibətdə göstərmişdir ki, iş materiallarındakı xx.xx.2019-cu il tarixli 10 il müddətinə verilmiş etibarnamədən görünür ki, onda digər səlahiyyətlərlə bərabər Cavabdeh4 iddiaçıya məxsus əmlakı idarə etmək, sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və s müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdlər bağlamaq, o əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar edilmişdir.
14. Göründüyü kimi xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi iddiaçının xx.xx.2019-cu il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 10 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır və iddiaçı həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, həmin iradə ifadəsi hələ müqavilə bağlanmamışdan bir neçə ay əvvəl iddiaçı tərəfindən Cavabdeh4 bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilmişdir.
15. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.
16. Bundan əlavə iddiaçı bağışlama müqaviləsinin bağlanmasından xəbərdar olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlandığını qeyd etsə də, iş materialları və tərəflərin izahatları ilə bu hal təkzib olunur. Belə ki, ilk növbədə iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli etibarnamə verilən v axtdan 3 ay əvvəl, yəni 09 iyul 2019-cu il tarixdə İddiaçı oğlu Cavabdeh4 ümumi işlərin görülməsi daxil olmaqla səlahiyyətlərin verilməsi barədə etibarnamə vermişdir və orada iddiaçıya məxsus əmlakı idarə etmək, sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və s müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdlər bağlamaq, o əqdlər üzrə haqq-hesab aparmaq və digər səlahiyyətlər əks olunmamışdır. Bu zaman iddiaçının oğluna etibarnamə verərkən, həqiqətən də, niyyətinin məhz evlə bağlı ümumi işlərin, kommunal məsələlərin həll edilməsi ilə bağlı olması halında və həmin səlahiyyətlərin ilk etibarnamədə artıq göstərilməsinə baxmayaraq nəyə görə bundan qısa müddət sonra məhz əmlakları üzərində sərəncam verməyi, o cümlədən bağışlamağı özündə nəzərdə tutan etibarnamə verməsi sual doğurur və iddiaçı apellyasiya baxışı zamanı bu ziddiyəti açıqlayacaq hər hansı ifadə və ya sübut təqdim edə bilməmişdir.
17. Həmçinin apellyasiya baxışı zamanı iddiaçının verdiyi izahatdan görünür ki, o, cavabdehlər Cavabdeh4 və S.Kərimovanın Binəqədi rayonunda yeni ev aldıqlarından xəbərdar olmuş, hətta mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq bir müddət sonra sözügedən yeni mənzildə qeydiyyata düşmüş, bununla bağlı yeni şəxsiyyət vəsiqəsi almışdır. Özünün də qeyd etdiyi kimi, oğlunun və ailəsinin maddi imkanının aşağı olduğunu, onlara həmin evi kirayəyə verərək imkanlarını düzəltməyə şərait yaratdığını bilsə də, qısa müddət ərzində necə belə bir addım ataraq yeni mənzil əldə etdiklərini və həmin mənzilin alınması üçün vəsaitin necə toplandığını maraqlanmaması məhkəmə üçün inandırıcı görünmür. Belə ki, alınan ifadələrdən göründüyü kimi 2023-cü ilə kimi, yəni həmin mənzilin alınması dövrü də daxil olmaqla iddiaçının öz oğlu və gəlini ilə münasibətləri normal səviyyədə olmuş, bir evdə yaşamışlar.
18. O cümlədən iddiaçı əvvəlki apellyasiya baxışında verdiyi izahatında qeyd etmişdir ki, sonradan alınan yeni mənzilin məhz hazırda mübahisə mövzusu olan mənzilin satılmasından əldə edilən gəlirlə alındığını bilmiş, lakin mənzilin onun öz adına olmasına baxmayaraq bütün bu prosedurların onun iştirakı olmadan necə baş verdiyini maraqlanmamışdır. Həmçinin iddiaçı öz ifadəsində Binəqədi rayonunda yerləş ən və yeni alınan mənzildən xəbəri olduğunu bildirsə də, oğlu və eyni zamanda Cavabdeh4 anasının bundan xəbərdar olmadığını bildirmişdir və iki tərəfin də ifadələrinin arasında ciddi ziddiyyət yaranmışdır.
19. Bütün qeyd olunan halların arasındakı ziddiyət və verilən izahatların məcmu halında qiymətləndirilməsi nəticəsində kollegiya bu nəticəyə gəlir ki, iddiaçı xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin, o cümlədən sonradan onun nəticəsində xx.xx.2022-ci il tarixdə Məmmədxan Mirzəyevin qəyyumları ilə Cavabdeh6 arasında olan əmlakın alqısatqı müqaviləsinin bağlanmasından xəbərdar olmuş, bununla bağlı etibarnamə vermiş və sonradan göstərdiyi hərəkətlər, o cümlədən hərəkətsizliyi ilə həmin əqdləri bəyənmişdir.
20. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağ ışlamasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və bağışlama müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən həmin müqavilənin etibarsızlığı üçün iradə ifadəsinin zədələnməsi ilə bağlı hər hansı əsas mövcud deyildir.
21. Hazırki işin hallarından göründüyü kimi Cavabdeh4 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında mübahisəli əmlakı özünə deyil, oğlu Məmmədxan Mirzəyevə bağışlamışdır və həmin müqavilənin tərəfi cavabdeh deyil, iddiaçı və öz nəvəsi Məmmədxan Mirzəyevdir. Daha sonra həmin əmlakın satılması prosesində də Cavabdeh4 və S.Kərimova şəxsən özləri müqavilə tərəfi kimi çıxış etməmiş, oğulları M.Mirzəyevin qanuni nümayəndələri olaraq əqdi məhz onuhn adından bağlamışlar. Görün düyü kimi hər iki müqavilənin tərəfi Cavabdeh4 olmadığından yuxarıda qeyd edilən şəxsin özü barəsində əqd bağlaması halı baş verməmişdir.
22. Məhkəmə tərəfindən işin artıq müəyyən edilən hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin bağlanmasından ən azından həmin vaxt, ən geci isə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılarkən artıq məlumatlı olmuş, öz ifadəsində də qeyd etdiyi kimi sonuncu alqı-satqı müqaviləsinin məhz mübahisəli mənzilin satılması nəticəsində əldə edilən vəsaitlə bağlandığını bilmişdir. Bu da o deməkdir ki, hər bir halda iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı tələb onun tərəfindən ilk dəfə 2023-ci ilin sentyabr ayında, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır.
23. Bununla da məhkəmə hesab edir ki, iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür və bu səbəbdən də hazırki iddiası təmin edilə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 324.4, 337.1, 354.2, 358.1, 358.2, 359.1, 359.3, 360.1, 360.2, 362.1, 362.2, 666.1, 667.1, 668.1.1, 673.1, 673.1.1, 673.1.2 və 673.1.3-cü, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilərək, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçının kassasiya şikayətinə görə cavabdeh oğlu Cavabdeh4 xx.xx. 2019-cu ildə verdiyi etibarnamədən istifadə etməklə ona məxsus mənzili xx.xx.2020-ci il tarixdə öz oğlu Məmmədxan Mirzəyevə bağışlamışdır. Halbuki, o, cavabdehə etibarnaməni mənzili üzərində sərəncam vermək üçün deyil, ümumi işlərinin görülməsi üçün vermişdi. Belə ki, oğluna birinci dəfə etibarnaməni mənzilin kommunal xərclərini ödəmək, mənzilə dair digər xırda işləri görmək üçün vermişdi. Digər etibarnaməni isə kənddəki evin sənədləşdirilməsi üçün vermişdi. Cavabdeh4 onun qocalığından, xəstəliyindən, ona verdiyi etibarnamədən öz mənafeyinə uyğun istifadə etmişdir. Cavabdeh4 mənzili öz oğluna bağışlamaqla dolayısı ilə özü üçün əqd bağlamışdır. Çünki uşağın müstəqil sərəncam vermək səlahiyyəti olmadığından əmlak üzərində qanuni nümayəndəsi olan valideynləri qərar verirlər.
27. Cavabdeh4 o na 2019-cu ilin oktyabrında verdiyi etibarnamənin məhz Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı olduğunu bildirmişdir. Digər tərəfdən Cavabdeh4lə Səbinə Kərimova 2019-cu ilin oktyabr ayında boşanmışlar və məhkəmə qətnaməsi ilə uşaqların analarının yanında saxlanılması qət edilmişdir. Belə olduğu təqdirdə, o, evinin nəvəsinin, dolayısı ilə oğlundan boşanmış, onunla da münasibətləri gərgin olan cavabdeh Səbinə Kərimovaya bağışlamağa razılıq verə bilməzdi.
28. Bundan başqa, Cavabdeh4 izahatında evi oğluna bağışlamasından onun xəbərinin olmadığını və bu addımı məhz ailəsinin yenidən bərpa olunması məqsədilə etdiyini bildirmişdir.
29. Əgər onun evi nəvəsinə bağışlamaq niyyəti olsa idi, bunu şəxsən edərdi. Hətta evin texniki pasportunun əsli də onda olmuş, məhkəmə iclasında isə təqdim etmişdi. Əgər onun bağışlamaqdan məlumatı olsa idi, o zaman texniki pasportu da oğluna, hazırkı iş üzrə cavabdehə təqdim edərdi.
30. O, 2023-cü ilin iyul ayında mənzilinin satılmasını öyrənmiş və vəkil sorğusu ilə evinin bağışlamasını və daha sonra isə satılmasını bilmiş və həmin müqavilələri mübahisələndirmək üçün müddəti ötürməmişdir.
31. Bundan başqa, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəticələrin tətbiqi dedikdə, etibarsız əqd üzrə tərəflərin aldıqlarının hamısını eynilə qaytarması, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməsi başa düşülür (Mülki Məcəllə, maddə 337.5). Etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülki yyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). Bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur k i, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir.
32. Məhkəmə onun Azərbaycan dilini yaxşı bilmədiyinə görə tərcüməçi ilə təmin etməmişdir. Nəticədə, ona verilən sualların mahiyyətini düzgün başa düşməyərək cavablandırmış, məhkəmə isə yanlış başa düşdüyü suallara cavablarını əleyhinə istifadə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan ist ifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
37. Maddə 337.1. Bu Məcəllədə müəy yənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
40. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına tə sir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
41. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
42. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
43. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsa slanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
44. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
45. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmə k hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
46. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
47. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir.
48. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
49. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın həd iyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
50. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
51. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
52. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər.
53. Maddə 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə.
54. Maddə 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hə diyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda.
55. Maddə 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya şikayətində göstərilən dəlillər, o cümlədən oğlunun adına etibarnamənin ona məxsus mənzil üzərində sərəncam vermək üçün deyil, ümumi işlərinin görülməsi üçün, digər etibarnaməni isə kənddəki evin sənədləşdirilməsi üçün verməsi, Cavabdeh4 etibarnamədən öz mənafeyinə uyğun istifadə etməsi, özü üçün əqd bağlaması, Cavabdeh4 mənzili öz oğluna bağışlamasından xəbərinin olmaması, mənzilin bağışlanmasından 2023-cü ilin iyul ayında məlumatlı olması, bu baxımdan müddəti ötürməməsi barədə dəlillər iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində işə baxılan zaman da sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
65. Kassasiya şikayətinin işə baxılan zaman azərbaycan dilini yaxşı bilmədiyinə görə tərcüməçi ilə təmin olunmaması, ona verilən sualların mahiyyətini düzgün başa düşməyərək cavablandırması, məhkəmənin isə yanlış başa düşdüyü suallara cavabların əleyhinə istifadə etməsi barədə dəlilinə gəldikdə işdən görünür ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır, milliyətcə azərbaycanlıdır, Azərbaycan Respublikasında yaşayır, az ərbaycan dilini bilməməsi, bununla əlaqədar tərcüməçinin xidmətindən istifadə etmək istəməsi barədə vəsatət verməmişdir.
66. İddiaçı kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
67. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, h abelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3385/2024 nömrəli iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.