Məhkəmə qərarları › İş №2(102)-3467/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3467/2022

12.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3467/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Кollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər X10 və X16 qarşı QƏRARİ (Açar sözlər: hasarın sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər X10 və X16 qarşı hasarın sökülməsi və torpaq sahəsindən çıxarılma tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi mü lki kollegiyasının 2(103)-1138/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh X27 tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətinə əsasən ünvan 1 evin 16 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 1183 nömrəli reyestr kitabının 107470 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə, MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətinə əsasən, həmin evin 6 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 1188 nömrəli reyestr kitabının 107935 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə, MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətinə əsasən həmin evin 14 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində 1184 nömrəli reyestr kitabının ******* nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə, MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətinə əsasən, həmin evin 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində 1188 nömrəli reyestr kitabının 107936 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə, MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətinə əsasən, həmin evin 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı6 adına daşınmaz əmlakın dövlət rey estrində 1183 nömrəli reyestr kitabının 107459 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə, RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətinə əsasən həmin evin 3 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 2113 nömrəli reyestr kitabının 195585 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə, MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətinə əsasən, həmin evin 8 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı2 Rafik oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1339 nömrəli reyestr kitabının 122360 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.x x.2020-ci il tarixli cavab məktubuna görə ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası (ü/s-4139,5 kv metr, y/s-1597,9 kv metr, q/y-523,5 kv metr) X17 və Cavabdeh1 adlarına xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 1 saylı mənzil 1 saylı NK-nın xx.xx.2020-ci il tarixli 4"Ə"-01-77 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 16 saylı mənzil 2 saylı NK-nın xx.xx.2017-ci il tarixli, 2V-107 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 2 saylı mənzil 1 saylı NK-nın xx.xx.20212 -ci il tarixli 4”Ə"-01-78 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 adına qeydiyyatdan keçmişdir və hazırda, mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 7 saylı mənzil 41 saylı DNK-nın xx.xx.2011-ci il tarixli 4Ə/153 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 9-10 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4”Ə”-01-87 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X19 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, şv 2, 5 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4"Ə”-01-86 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı5 adına qeydiyyatdan keçmişdir və hazırda mül kiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 11 saylı mənzil 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-1644 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X20 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 12 saylı mənzil 1 saylı NK-nın xx.xx.2013-cü il tarixli 4”Ə"-02- 325 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 13 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli, 4"Ə"-01-91 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, e v 2, 6 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4"Ə"-01-101 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 4 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4"Ə"-01-92 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 15 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4Ə/01-100 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 14 saylı mənzil 1 saylı NK-nın xx.xx.2012-ci il tarixli 4"Ə"-01-66 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddia çı4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 8 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4"Ə"-01-88 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 Rafik oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 3 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4"Ə”-01-102 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s-10.1kv.m) 1 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4”Ə”-01-93 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahə si (ü/s- 25.7kv.m) 1 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4”Ə”-01-84 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 25.6kv.m) 1 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4”Ə”-01-83 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 29.6kv.m) 1 saylı NK-nun xx.xx.2014-cü il tarixli 4“Ə”01-87 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s29kv.m) 1 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4”Ə”-01-82 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X24 adına qeydiyyatdan ke çmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 25.7kv.m) 1 saylı NK-nun xx.xx.2014-cü il tarixli 4”Ə”-01-91 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 22kv.m) 1 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4”Ə”-01- 88 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 25.6kv.m) 1 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4”Ə”-01-92 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s22.7kv.m) 1 saylı NK-nın xx.xx.20 14-cü il tarixli 4”Ə’’-01-89 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi (ü/s- 21.3kv.m) 1 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4”Ə”- 01-85 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 29.5kv.m) 1 saylı NKnun xx.xx.2014-cü il tarixli 4”Ə”-01-86 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X24 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 21.3kv.m) 1 saylı NK-nın xx.xx.2014-cü il tarixli 4”Ə”01-90 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X19 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətin dədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s260.7kv,m) X4 və X11 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 518.8kv.m) X4 (75.05 kv.m), X11 (75.05 kv.m) və X2 (368.7 kv.m) adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 3 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirirlər ki, ünvan 5, 1 saylı mənzil 2 saylı DNK-nın 4Ə-78 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 5, 2 saylı mənzil 1 saylı DNK-nın 4Ə-180 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına (sorğuda qeyd olunan cavabdeh olan X7 almış) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 5, 3 saylı mənzil 1 saylı DNK-nın 3ma-49 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron Çıxarışın surətinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 3 saylı evin 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 697 nömrəli re yestr kitabının 65481 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron Çıxarışın surətinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 3 saylı evin 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 564 nömrəli reyestr kitabının 51886 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

6. Tərəflərin yaşadıqları evlərin arasında yerləşən torpaq sahəsində hasar inşa olunduğundan onların arasında mübahisə yaranmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1, X10 (üçüncü şəxs kimi Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti qeyd edilən) qarşı “ümumi istifadədə olan zəbt olunmuş torpağın azad olunması, qanunsuz inşa olunmuş dəmir hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolununun əks hissəsi) inşa olunmuş dəmir hasarın cavabdehlərin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı evin sakinləridir. Onların yaşadığı binaya ümumi avtomaşın yoluna giriş-çıxışı və əks tərəfə giriş-çıxışı vardır. Binanın ümumi avomaşın olmayan yoluna olan tərəfdə boş torpaq sah əsi var və onun yanında iki köhnə tikili vardır. Boş torpaq sahəsi ümumi istifadədə olan və gediş-gəliş yolu üçün istifadə olunan torpaq sahəsidir. Bir müddət əvvəl cavabdehlər tərəfindən həmin torpaq sahəsi tikililərlə birlikdə dəmir hasara alınmışdır. Həmin dəmir hasarın çəkilməsi qanunsuzdur, çünki həmin torpaq sahəsinin cavabdehə məxsus olmasına dair hüquq müəyyənedici sənəd yoxdur. Bu hal qonşular tərəfindən həmin torpağın öz hesablarına abadlaşdırılması və bina sakinlərinin asudə vaxtlarında istirahətinin təmin edilməsi, uşaqlarının oynaması üçün meydança qurulması üçün yer düzəltmək niyyətini bildirməsindən sonra baş vermişdir. Həmin dəmir hasarla binanın arasında təqribən iki metr məsafə vardır və burada tikinti aparılması da tikinti norma qaydalarına ziddir. Beləliklə, istər həmin dəmir hasar, istər torpaq sahəsinin tutulması qanunsuz olmuş, bina sakinlərinin mənafeyini pozmuşdur. Cavabdehlərdən hasarın sökülməsini xahiş etsələr də, hasar sökülməmişdir. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşlar.

9. Sonradan iddiaçıların nümayəndəsi və vəkili X25 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolununun əks hissəsi) «dəmir qapı» sözlərinin, «inşa olunmuş daş hasar» sözləri ilə əvəz edilməsi və daş hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

10. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Səbail rayonu, Xanl ar küçəsində yerləşən 2 saylı evin sakinləridir. İddiaçılar Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolununun əks hissəsinə) inşa olunmuş dəmir hasarın sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia irəli sürmüşlər. Həmin işə baxılan ərəfədə müəyyən olunmuşdur ki, mübahisəli ünvanın mülkiyyətçiləri dəyişmişdir. Daha sonra daşınmaz əmlakın mülkiyyətçilərindən biri olan X27 cavabdeh qismində cəlb olunmuşdur. Mülki işin baxılması pandemiya ilə bağlı uzanmış və “Covid-19” virusunun yayılmasının qarşısının alınması məqsədi ilə mülki işlərə baxılmamışdır. Bundan istifadə edən cavabdehlər qanunsuz dəmir hasarı daş hasar ilə əvəz etmiş və tikinti aparılmışdır. İddiaçıların yaşadıqları binanın ümumi avt omaşın yoluna giriş-çıxışı və əks tərəfə giriş-çıxışı tamamilə bağlanmışdır.

11. Məhkəmə baxışı dövründə Cavabdeh1 nümayəndəsi və vəkilinin vəsatətinə, eləcə də iddiaçıların nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 əsl cavabdeh X27 ilə əvəz edilmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X13 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək göstərmişdir ki, hər bir şəxsin öz hüquqlarını müdafiə etmək üçün iddia qaldırmaq hüququ var. Lakin iddiaçılar hüquqlarının pozulmuş hesab edib zəbt olunmuş torpağın azad olunması, qanunsuz inşa edilmiş daş hasarın sökülməsmi barədə iddia qaldırsalar belə qanunvericiliyə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə və Konstitusiya Məhkəməsinin Plenumunun "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 30 iyul 2008-ci il tarixli Qərarınına görə onların həmin iddianı qaldırmaqla subyektiv huquq yoxdur, cavabdehin hərəkətlərinin onların maraqlarına toxunması müəyyən edilməmişdir.

13. Bakı şəhər Səbail rayon məhkəməsinin (hakim X29) 2(009)-280/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, cavabdeh X13 mülkiyyətində olan ünvan 5, 1 və 2 saylı mənzillər ilə iddiaçıların yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı binanın arasında (həyət hissəsində) qanunsuz olaraq inşa edilən daş hasar onu inşa edən cavabdeh X27 tərəfindən onun hesabına sökülərək həmin torpaq sahəsi boşaldılması qət edilmiş, İddia qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf hazırki iddia ilə məhkəməyə müraciət edərkən ünvan 5, 1 saylı mənzili X8, ünvan 5, 2 saylı mənzil isə X21 məxsus olmuşdur. ünvan 5, 2 saylı mənzil 1 saylı DNK-nın 4Ə-180 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına, ev 3, 1 saylı mənzil isə 2 saylı DNK-nın 4Ə78 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

15. İddiaçılar Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı evin sakinləri olmaqla iddialarının əsasını o təşkil etmişdir ki, yaşadıqları binanın ümumi avomaşın olmayan yoluna olan tərə fdə boş torpaq sahəsinin yanında iki köhnə tikili olmuş, cavabdehlər tərəfindən həmin torpaq sahəsi tikililərlə birlikdə dəmir hasara alınmış, sakinlər tərəfindən həmin torpağın öz hesablarına abadlaşdırılması və bina sakinlərinin asudə istirahətinin təmin edilməsi, uşaqlarının oynaması üçün meydança qurulması üçün yer düzəltmək niyyətini bildirməsindən sonra dəmir hasar daş hasar ilə əvəzlənmiş, həmin hasarla binanın arasında təqribən iki metr məsafə qalmışdır. Cavabdeh X13 nümayəndəsi və vəkili Vəkil1 iddiaya etirazın əsası kimi mübahisələndirilən daş hasarın X27 tərəfindən inşa edilməsinin iddiaçıların heç bir hüququnu pozmamasına, onların belə bir tələbin irəli sürülməsi üçün subyektiv hüquqlarının olmamasına istinad etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, cava bdehin mülkiyyətində olan evlər onları əldə etməmişdən əvvəl, başqa sözlə iddiaçıların yaşadığı bina tikilmədən çox əvvəllər mövcud olmuşdur. Bu halı iddiaçılar da qeyd etmişlər. Mübahisə həmin evlər ilə bina arasında əvvəl dəmir, hazırda isə, yəni məhkəmə baxışı dövründə daşdan inşa edilmiş hasarın çəkilməsi ilə bağlıdır. Cavabdeh tərəf iddiaçıların zəbt edilməsini iddia etdikləri torpaq sahəsinin xüsusi mülkiyyət hüquqları X16 məxsus olan mənzillərə aid olmasını göstərsə də, bu halları təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında X13 adına olan alqısatqı müqavilələri və «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»lar onun yalnız ünvan 5, 1 və 2 saylı mənzillərə dair mülkiyyət hüquqlarının olmasını öz əksini tapmış, to rpaq sahəsinə cavabdehin hər hansı hüququnun olması təsbit edilməmişdir.

16. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki iş materiallarında olan fotoşəkillərdən də açıq-aydın görünür ki, mübahisələndirilən daş hasar binanın elə bir məsafədə yaxınlığında yerləşir ki, bu binada yaşayan sakinlərin rahatlığına və binanın həyətindən təyinatı üzrə istifadə etmələrinə aşkar maneçilik yaradır. Bu halları müəyyən etmək üçün xüsusi bilik tələb olunmadığından məhkəmə mübahisəli ərazi ilə bağlı təqdim edilmiş fotoşəkillərə baxış keçirilməklə kifayətlənməni mümkün saymışdır.

17. Məhkəmə hesab etmişdir ki, X13 mülkiyyətində olan ünvan 5, 1 və 2 saylı mənzillər ilə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı evin arasında daş hasar iddiaçıların yaşadıqları binadan istifadələri ilə bağlı (binanın həyətindən təyinatı üzrə sərbəst istifadə etmələri baxımından) hüquqlarını pozmaqla mənafelərinə xələl gətirir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdirlər.

18. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, tikintinin sökülməsi ilə əlaqədar publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında “Şəhərsalma və Tikinti Məcəlləsi”nin məqsədləri üçün dövlət adından məhkəməyə müraciət etmək hüququ yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Bununla yanaşı, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqla rının müdafiəsi ilə əlaqədar istənilən fiziki və hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması da istisna olunmur.

19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 180.1, 180.2, 180.3 və 180.4, Torpaq Məcəlləsinin 67.4, 68 və 111, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1 və 217.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. Bakı şəhər Səbail rayon məhkəməsinin (hakim X29) 2(009)-280/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddianın qismən əsaslı olduğunu bildirib qismən təmin edilməsini qət etsə də, iddianın hansı hissədə əsassız olmasını göstərməmiş v ə təmin edilməyən hissəsinə heç bir münasibət bildirməmişdir. Eyni ilə, "qət etdi" hissəsinə baxdıqda görürük ki, məhkəmə belə desək iddiaçıların binası ilə cavabdehin evinin arasında inşa edilən daş hasarın sökülərək həmin torpaq sahəsinin boşaldılmasını qət edir. Məhkəmə qətnamənin həm əsaslandırıcı, həm də nəticə hissəsində daş hasar tikilən torpaq sahəsini binanın həyət hissəsi kimi təqdim etmiş, lakin həmin yeri vizual olaraq görməmiş, ora baxış keçirməmiş, yalnız şəkillərə baxmaqla özündə mübahisə predmeti olan həyət sahəsinin binaya aid olması təsəvvürünü yaratmışdır. Yəni, ilk öncə mübahisə predmeti olan həyət sahəsinin binaya aid olması və beləliklə iddiaçıların subyektiv hüquqların olub-olmaması arasdırlmaq əvəzinə, məhkəmə qətnaməni hec bir mötəbər sübuta və fakta əsaslanmadan, öz daxili inamına əsasən çıxarmışdır. Məhkəmə yerində müayinə keçirib, binanın, ərazinin, əraziyə giriş-çıxışın, mövcud infrastrukturun foto şəkillərini əldə edib məhkəmə iclasında araşdırmaq əvəzinə, tərəflərin təqdim etdiyi fotoşəkilləri nəzərdən keçirmiş, yalnız iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillər üzərindən mübahisə üzrə fikir formalaşdırmaqla qərəzli mövqeyini sərgiləmişdir. Məhkəmə öz araşdırması zamanı torpaq sahəsinin bina ərazisinə aid olub-olmaması üçün hər hansı araşdırma aparmamışdır. Məhkəmə iddiaçıların və cavabdehlərin mənzillər üzrə mülkiyyət hüququnu müəyyənedici sənədlərə dair daşınmaz əmlakın dövlət reyestri xidmətinə sorğu etmiş, lakin, mənzillərə aid sənədlərdə binaya aid torpaq əraziləri qeyd olunmamışdır. Məhkəmə iddiaçılar tərəfindən mübahisə predmeti olan ə razinin ünvanını qeyri dəqiq, çaşdırıcı əks etdirmələrinə belə münasibət bildirməmişdir. Məhkəmə yuxarıda qeyd edilən prosessual pozuntulara yol verdiyinə görə, tərəflər arasında yaranmış mübahisəyə tətbiq edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. iddia edilən torpaq sahəsinin və hasarın Xanlar küçəsində yerləşən binaya heç bir aidiyyəti yoxdur, sahənin ünvanı belə başqadır İddiaçıların bu iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmələrinə dair subyektiv hüquqları yoxdur. Məhkəmə yalnız iddiaçıların təqdim etdiyi fotoşəkillərə istinad edərək təsvir edilən ərazinin binanın həyəti olması və cavabdeh daş hasar inşa etməklə iddiaçıları binanın həyətindən təyinatı üzrə istifadə etmək imkanlarından məhrum etməsi barədə yanlış nəticəyə gəlmişdir.

22. İş üzrə cavabdeh X27 və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdikləri izahatda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər.

23. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.

24. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının X16 ünvanladığı xx.xx.2020-ci il tarixli N-93-126 saylı məktubunun məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin həyətyanı sahəsində (241,2 ) təqdim olunmuş sxemə uyğun olaraq (müvafiq sxem məktuba əlavə olunmuşdur) abadlıq və yaşıllaşdırma işlərinin aparılması şərti ilə həmin ərazi onun istifadəsinə verilmişdir.

25. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, iddiaçıların yaşadıqları ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası ilə cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 1 və 2 saylı fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi qonşu ərazilərdir. Həmin ərazinin relyefi yamac tipli olmaqla, binaların biri digərindən hündürdə inşa edilmişdir. Cavabdehə məxsus evlərin yerləşdiyi torpaq sahəsi hər tərəfdən daş hasarla əhatə olunmuşdur və onun tərəfindən həyətyanı sahə kimi istifadə olunur. Həmin sahəyə evlərin arxa tərəfində yerləşən qapı vasitəsilə daxil olduqda, daş pilləkanlərlə həyətə düşmək lazım gəldi. Həyətdə bir neçə ağac və yaşıllıq sahəsi mövcuddur. İddiaçıların yaşadığı çoxmənzilli bina cavabdehə məxsus evlərin qarşı tərəfində yer ləşir. Müvafiq olaraq, iddiaçıların yaşadığı binanın arxa hissəsi cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi əraziyə baxır. İddiaçıların yaşadığı binanın qarşı və yan tərəfi avtomobil yoluna açılır, digər yan tərəfində hündürmərtəbəli yaşayış binası inşa olunmaqdadır, arxa tərəfdən isə daş hasar vasitəsilə cavabdehin istifadəsində olan mübahisəli torpaq sahəsi ilə həmsərhəddir. Həmin hasarın bir hissəsi sökülərək, dəmir arakəsmə ilə bağlanmışdır. İddiaçıların yaşadıqları binanın bir əsas, bir qəza girişi vardır. Əsas giriş binanın yan tərəfində olan küçəyə açılır. Həmin küçə ilə cavabdehin istifadəsindəki alaqapının yerləşdiyi küçə birbirinə perpendikulyar yerləşmişlər. Cavabdehə məxsus evlər həmin küçələrin kəsişməsində yerləşir. İddiaçıların yaşadığı çoxmərtəbəli binanın əsas girişin dən içəri daxil olduqda (1-ci mərtəbə) holl vardır. Hollun digər qurtaracağından binanın qabaq hissəsindəki küçəyə doğru qəza çıxışı vardır. Həmin hollun mübahisəli torpaq sahəsi ilə həmsərhəd hissəsi boyaboy vitrin tipli şüşə arakəsmədən ibarətdir. Həmin hissədə şüşə qapı vardır. Bu şüşə arakəsmənin çöl hissəsində ona paralel olaraq cavabdehin istifadəsində olan torpaq sahəsinin hasarı yerləşir. Onların arasında təxminən 1,5-2 metr məsafə vardır. İddiaçılar həmin daş hasarın sökülməsini və hasarın içərisində yerləşən torpaq sahəsinə giriş-çıxışın açılmasını tələb edirlər.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1(sədrlik edən və məruzəçi), X23 və X9) 2(103)-2192/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X27 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-280/2020 nömrəli qətnaməsi ləğv olunmaqlı iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmışdır.

27. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iş materialları, tərəflərin izahatları və məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilməsi ilə müəyyən edilir ki, iddiaçılara məxsus mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binası ilə cavabdeh Fərhad Nemətovun istifadəsində olan fərdi yaşayış evlərinin yerləşdiyi və onun tərəfindən həyətyanı sahə kimi istifadə edilən torpaq sahəsi qonşu ərazilər olmaqla, bir-birlərindən hasar vasitəsilə ayrılmışdır. Cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi ərazi dörd tərəfdən daş hasarla əhatə edilmişdir və iddiaçıların yaşadığı binanın ərazisi ilə hər hansı bağlılığı yoxdur. Həmçinin, qeyd edilən ərazinin cavabdeh tərəfindən istifadə edilməsi iddiaçıların öz mənzillərindən maneəsiz istifadə etmələrinə, yaşadıqları binaya sərbəst şəkildə daxil olmalarına hər hansı şəkildə mane olmur. Belə ki, binanın həm əsas, həm qəza girişləri, həmçinin yeraltı qaraja olan girişi digər küçələrdən təmin olunmuşdur. İddiaçılar qeyd edilən torpaq sahəsinin onlar tərəfindən gediş-gəliş üçün istifadə olunduğunu bildirsələr də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçılar həmin ərazini onların yaşadığı binanın həyətyanı sahəsi kimi təqdim edərək, bu ərazidə uşaqların əylənməsi və sakinlərin dincəlməsi üçün şərait yaratmaq istədiklərini bildirsələr də, həmin ərazinin onların yaşadığı binaya hər hansı aidiyyatının olması müəyyən edilməmişdir.

28. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçılar mübahisəli torpaq sahəsinin boş olmasını və onun binanın sakinləri tərəfindən gediş-gəliş yolu kimi istifadə edilməsini bildimiş, lakin bu halı təsdiq edən hər hansı sübutu təqdim etməmişlər. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçılar mübahisəli torpaq sahəsinin dörd tərəfdən hasarla əhatə olunmasına baxmayaraq, yalnız onların yaşadığı bina ilə həmsərhəd hasarın sökülməsini tələb etmişlər. Belə olan halda, həmin hasarın sökülməsi ilə onların hansı istiqamətdə gediş-gəlişinin bərpa olunacağı aydın deyildir. Həmçinin, mübahisəli əraziyə baxış zamanı torpaq sahəsinin relyefinin yamac olması müəyyən edilmişdir ki, bu şəkildə həmin sahədən gediş-gəliş yolu kimi istifadə edil məsi ağlabatan deyildir. İddiaçılar mübahisəli torpaq sahəsinin onların yaşadığı binanın 2 metrliyində yerləşdiyinə və orada tikinti işlərinin aparılmasının tikinti norma və qaydalarına zidd olduğuna istinad etmişlər. Lakin həmin ərazidə hər hansı tikinti işlərinin aparılması müəyyən edilməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçıların mübahisələndirdiyi daş hasar onların yaşadığı çoxmənzilli yaşayış binası ilə cavabdehin istifadəsində olan torpaq sahəsini ayırmaqla, cavabdeh tərəfindən inşa edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən verilmiş məktubdan və ona əlavə edilmiş plan-sxemdən görünür ki, qeyd edilən torpaq sahəsi cavabdehin qanuni istifadəsindədir. Belə olan təqdirdə, iddiaçıların həmin torpaq sahəsinin cavabdeh tərəfin dən qanunsuz olaraq hasara alınmasına dair dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Həmçinin müəyyən edilir ki, qeyd edilən torpaq sahəsinin hasara alınması iddiaçıların öz mənzillərindən və yaşadıqları binanın ümumi istifadədə olan hissələrindən maneəsiz istifadə etmələrinə hər hansı şəkildə mane olmur.

30. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarlarına, MM-in 157.8, 176.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1(sədrlik edən məruzəçi) X23 və X9) 2(103)-2192/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı5 tərəfindən kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

32. Kassasiya kollegiyasının iclasında iddiaçılar İddiaçı5, İddiaçı3 və İddiaçı1 vəkili kassasiya şikayətini müdafiə edərək təm in edilməsini xahiş etmişdir.

33. Cavabdeh X27 və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X32 (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlu) 2(102)5704/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2192/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

35. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya məhkəməsi mübahisəli torpaq sahəsindən iddiaçıların gediş-gəliş üçün istifadə etmələrini sübuta yetirməmələrini iddianın rədd edilmə əsaslarından biri kimi göstərərkən hasara alınmış torpaq sahəsinin kimə məxsus olmasını, təyinatını, kimin istifadəsinə verilməsini və eləcə də ümumi istifadə yeri olub-olmamasını müəyyən etməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə kollegiyası tərəfindən istinad olunan Bakı şəhər İcra Hakimiyyətinin məktubu cavabdehin həmin torpaq sahəsinə qanuni əsaslarla sahib olması qənaətinə gəlməyə əsas vermir.

36. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, c avabdehin yaşadığı Əlibəyov qardaşları küçəsindəki 3 saylı ev iddiaçıların yaşadıqları çoxmənzilli binadan xeyli əvvəl inşa edilmişdir. Mübahisə doğuran hasarın tikildiyi torpaq sahəsinin əvvəllər hansı məqsədlər üçün istifadə edilməsi, iddiaçıların yaşadıqları çoxmənzilli binanın nə vaxt istifadəyə verilməsi, həmin dövrdə göstərilən torpaq sahəsinin hasarla təcrid olunubolunmaması, ümumiyyətlə hasarın nə vaxt inşa edilməsi müəyyən olunmamış, mübahisəli hüquq münasibətinə aydınlıq gətirilməsi üçün tərəflərə məxsus evlərin tikinti planları, tikinti ərazilərinin planlarının əldə edilməsinin mümkünlüyü imkanları müzakirə olunmamışdır.

37. Kassasiya məhkəməsi hesab etmişdir ki, işin yuxarıda göstərilən halları baxımından mübahisəli torpaq sahəsinin təcrid olunmasına səbəb olan hasarın tikilməs inin qanuniliyinə qiymət verilməməsi mübahisənin düzgün və obyektiv həllini təmin etməmişdir. Göstərilən vəziyyətdə iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamaları barədə nəticəsi də əsaslı sayıla bilməz.

38. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 180.4-cü maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

39. Məhkəmə iclasında iştirak edən cavabdeh Fərhad Nemətov, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçıların vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız oluğunu bildirmişlər.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)-1138/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

41. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçılar Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 №-li çoxmənzilli yaşayış evini sakinləridir və həmin evdə yerləşən mənzillərin mülkiyyətçiləridir. Cavabdeh Fərhad Nemətov isə Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev № 3-də yerləşən 1 və 2 №-li mənzillərin mülkiyyətçisidir. 2 və 3 №-li evlər bir-birinin yaxınlığında yerləşir. İddiaçılar iddia edir ki, 2 və 3 №-li evlərin arasındakı boş torpaq sahəsi cavabdeh Fərhad Nemətov tərəfindən hasara alınaraq zəbt olunub, bu hal idiaçıların və digər sakinlərin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. İddiaçılar və digər sakinlər həmin torpaq sahəsini abadlaşdırma q, oradan bina sakinlərinin istirahəti və uşaqların oynaması üçün istifadə etmək niyyətindədirlər. Cavabdeh Fərhad Nemətov torpaq sahəsinin onun sahibliyində olduğunu, habelə torpaq sahəsindəki hasarın özünə aid olduğunu etiraf edir, lakin hesab edir ki, bu, zəbt sayılmır. O, apellyasiya şikayətində qeyd edib ki, göstərilən torpaq sahəsi Bakı ŞİHB Aparatının məktubuna əsasən xx.xx.2020-ci il tarixdə abadlaşdırılmaq üçün ona verilib. Torpaq sahəsi onun mülkiyyətində olan mənzilin həyətyanı, qapalı sahəsidir və iddiaçıların yaşadığı binaya aidiyyəti yoxdur, ona görə də iddiaçılar hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyillər.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Fərhad Nemətovun hasara aldığı torpaq sahəsi onun xüsusi mülkiyyətində deyil, habelə torpa q sahəsinə əşya hüququ (istifadə hüququ və s.) yoxdur. Əgər torpaq sahəsi xüsusi mülkiyyətdə deyilsə, deməli, dövlət və ya bələdiyyə mülkiyyətindədir. Torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, hər iki halda Mülki Məcəllənin 239.1-ci maddəsindəki norma tətbiq edilə bilər. Çünki torpaq sahəsi hamının buraxılması üçün açıq torpaq sahəsidir, torpaq sahəsinə fiziki şəxslərin buraxılmasına dövlət və ya bələdiyyə tərəfindən məhdudiyyət qoyulması barədə məlumat yoxdur. Odur ki, torpaq sahəsindən iddiaçıların və digər sakinlərin istifadə etməsinə (gediş-gəliş üçün, istirahət üçün və s.) cavabdeh tərəfindən yaradılan məhdudiyyət (torpağı hasara alma) qanunsuzdur. Torpaq sahəsinə dair iddiaçıların hüquq müəyyənedici sənədinin olma ması iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçılar torpaq sahəsinin onlara verilməsini tələb etmirlər, həmin torpaq sahəsində hər kəsin sərbəst olmasına (gediş-gəliş üçün, istirahət üçün və s.) yaradılan məhdudiyyətin aradan qaldırılmasını tələb edirlər. Belə tələbi torpaq sahəsinin (hamının buraxılması üçün açıq torpaq sahəsinin) yaxınlığında yaşayan, işləyən, təhsil alan hər bir şəxs irəli sürə bilər, kifayətdir ki, həmin şəxsin torpaq sahəsində sərbəst olmasına (gediş-gəliş üçün, istirahət üçün və s.) məhdudiyyətin yaradıldığı müəyyən olunsun.

43. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-in 239.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(103)-1138/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti vermişdir.

45. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Mülki Məcəllənin 239.1-ci maddəsi torpaq sahəsinin yalnız hamının buraxılması üçün açıq olduğu hallara tətbiq edilir. Maddənin mətnindən də göründüyü kimi, torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması onun hələ “hamının buraxılması üçün açıq olduğu” mənasına gəlmir. Bakı Apellyasiya Məhkəməsi işə baxarkən əraziyə baxış keçirməmiş, torpaq sahəsinin açıq olması qənaətinə yalnız həmin sahənin dövlət və ya bələdiyyə mülkiyyətində olması faktı əsasında gəlmişdir. Halbuki əraziyə yerində baxış keçirən Bakı İcra Hakimiyyətinin bu barədə məktubu məhkəməyə təqdim edilmiş və həmin məktubda müəyyən edilənlər məhkəmə qətnaməsində nəzərdə tutulanların əksi olmuşdur.

46. Bundan başqa cavabdeh göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli N-93-126 nömrəli məktubunda (bundan sonra - “Bakı icra Hakimiyyətinin məktubu”) ünvan 5 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** nömrəli, xx.xx.20219-cu il qeydiyyat tarixli çıxarışlara əsasən X13 mülkiyyətində olan 1 və 2 nömrəli mənzillərin ümumi sahəsi 241,2 kv metr olan qapalı həyətyanı sahənin onun istifadəsinə verildiyini göstərmişdir. Məktubdan da göründüyü kimi, torpaq sahəsinin qapalı olması dövlət orqanının qərarı ilə müəyyən edilmişdir və hazırkı işdə həmin qərar mübahisələndirilməmişdir.

47. Kassator bildirmişdir ki, İş üzrə Mülki Məcəllənin 176.2-ci maddəsinin məqsədləri üçün digər qonşu Cavabdeh1 hesab edilməlidir. Belə ki, çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsi xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 xüsusi mülkiyyətindədir. Nəzərinizə çatdırırıq ki, cavabdehlər birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələrində icraatlar zamanı hasarın sökülməsi barədə heç vaxt onun razılığını almamışdırlar. Cavabdeh1 da özüözlüyündə hasarın sökülməsinə qarşıdır (məktub əlavə edilir). Nəzərə alsaq ki, hasar onun torpaq sahəsi ilə iddiaçının istifadəsində olan qapalı torpaq sahəsini ayırır, Mülki Məcəllənin 176.2-ci maddəsinə uyğun olaraq hasar yalnız o halda sökü lə bilər ki, həm Cavabdeh1, həm də X27 hasarın sökülməsinə razılıq versin. Məhz buna görə də, Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi Mülki Məcəllənin 176.2-ci maddəsini pozur.

48. Yuxarıda göstərilənləri nəzərə alaraq, işə Mülki Məcəllənin 176.2-ci maddəsi tətbiq edilməli və hasarın sökülməsi yalnız hər iki qonşunun - X27 və Cavabdeh1 razılığı ilə olmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

49. Maddə 239.1 Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi

50. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətində, habelə işə birinci dəfə apellyasiya məhkəməsində baxılan zaman irəli sürülmüşdür, apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə ehtiyac görmür.

62. Kassasiya şikayətinin dəlilləindən iddiaçıların yaşadıqları çoxmərtəbəli ya şayış binasının yerləşdiyi torpaq sahəsi Cavabdeh1 olduğuna görə Mülki Məcəllənin 176.2-ci maddəsinə görə yalnız həmin şəxsin razılığı ilə hasarın sökülməsinin mümkünlüyü və həmin şəxsin belə bir razılığının olmaması, ümumiyyətlə onun işə cəlb edilməməsi ilə

63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1138/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar