Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3469/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-3469/2023 Açar sözlər: icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi 04 noyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (ı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələb inə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2671/2023 nömrəli mülki iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RAA**********0 olan BB seriyalı 088744 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzili "xxxx" ASC (bundan sonra – cavabdeh və ya ASC) tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2019-cu il tarixdə qüvvəyə minməklə, xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür.
2. Sığorta müqav iləsinin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzilinə üst mərtəbədə yerləşən mənzildən su sızmış və nəticə etibarı ilə iddiaçıya məxsus mənzilə ziyan dəymişdir.
3. İddia ərizəsinə əlavə olunmuş 12 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzilinin sahibi İddiaçı şikayət ərizəsinə əsasən onun yaşadığı və X2 məxsus 129 saylı mənzilə baxış keçirmişlər. İddiaçı ərizəsində 14-15 aprel 2020-ci il tarixlərində mənzilinə yuxarıda yaşayan qonşu tərəfindən su axıdıldığı göstərilmişdir. Baxış zamanı aşkar edilmişdir ki, 2- ci mərtəbədə, 129 saylı mənzildə yaşayan sakinlərin ehtiyatsızlığı və su xəttində olan nasazlıq nəticəsində aşağı mərtəbəyə su axaraq 27 saylı mənzilə maddi ziyan vurulmuşdur. Belə ki, mənzilin bütün otaqlarına və dəhlizə su axaraq tavanda qabarıq və çatlar əmələ gətirmiş, sanuzellə hamamın dəhliz hissəsində divar kağızları qoparaq yararsız hala düşmüşdür. Mənzilə maddi ziyan dəymişdir.
4. İddiaçı tərəfindən cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq ona məxsus mənzilə su sızdığını və s. qeyd edərək, sonda mənzilinə dəymiş ziyanın ödənilməsini sığorta şirkətindən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən veril məli olan 9.588 manat sığorta ödənişi, sığorta ödənişini vaxtında verməməklə gecikdirdiyinə görə sığorta ödənişi məbləğinin 0,1 % dəbbə pulu nəzərə almaqla, gecikdirmə müddəti xx.xx.2020-ci il tarixindən hesablanaraq (hər günə görə 9,58 manat * 790 gün = 7.574,52 manat dəbbə pulu əlavə olaraq) 7.574,52 manat dəbbə pulu, üzərinə düşən öhdəliklərin yerinə yetirməməsi səbəbindən ona vurulmuş 1.500 manat mənəvi ziyan, 30 manat ödədiyi dövlət rüsumu, cəmi 18.692,52 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində axşam saatlarında mənzilinin üst hissəsində (yəni yuxarı mərtəbədə) yerləşən digər mənzildən suyun axıdılması nəticəsində əmlakına ciddi maddi ziyan vurulmuşdur. Belə ki, mənzil də olan bütün divar kağızları (oboylar), rəng və emulsiya örtükləri, elektrik naqillərdə qısa qapanmalar baş vermişdir. Bütün bunlar nəticəsində mənzili yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar dərhal cavabdeh "xxxx" ASC-nin “936” qaynar xətt telefon nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermişdir. Həmçinin, 12 saylı MKİS-ə müraciət etmişdir. Hadisə baş verdiyi zaman o, su daxil olan mənzilə qalxmış, lakin həmin mənzildə heç kəs ona qapını açmamışdır. Baş vermiş sığorta hadisəsi haqqında cavabdehə məlumat versə də, şirkətin hər hansı bir nümayəndəsi gəlməmiş, ancaq bir neçə vaxtdan sonra telefon, eləcə də mobil telefonunda işlətdiyi “whatsapp” elektron tətbiqi vasitəsilə onunla əlaqə saxlanılmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri qərəzli olaraq yerinə yetirməkdən bo yun qaçırmışdır. Bu qanunsuz hərəkətlərlə ona həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, cavabdeh üzərinə düşən öhdəliklərin yerinə yetirməməsi səbəbindən məcbur qalaraq təmirsiz mənzildə yaşamağa davam edir. Mənzilində kif salan ləkələrdən göbələk də yaranmışdır. Özünün maddi vəziyyəti mənzili tam təmir etdirməyə imkan vermir.
7. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzilinə aparılmış hesablama nəticəsində baş vermiş su axıntısı zamanı 9.588 manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir.
8. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlanaraq qeyd etmişdir ki, iddiaçı ərizə ilə şirkətlərinə müraciət edərək, sığortalanmış əmlaka maddi zərər dəydiyini bildirməklə, had isə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla, dəymiş ziyan 408 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASC-nin hüququdur. Həmçinin, iddiaçının sığorta ödənişinin verilməsi ilə yanaşı, mənəvi zərərlə bağlı tələbi də əsassız hesab olunur. Cəmiyyətlərinin ödəniş etmək öhdəliyi yaranmadığından, mənəvi zərərlə bağlı öhdəliyi yaranmır. İddiaçının 9588 manat sığorta ödənişinin verilməsi ilə bağlı tələbi əsassızdir. İddia 408 manat hissədə təmin edilməlidir. Cavabdeh etir azında AR Mülki Məcəlləsinin 925.1, “İcbari sığortalar haqqında” AR Qanunun 16.2-ci, 20.1 və 21.1.3-cü, “İcbari sığortalar haqqında” AR Qanunun 20.1-ci maddələrinə istinad etmişdir.
9. Məhkəmə icraatı gedişində Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/979 saylı rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 7.254 manat məbləğində müəyyən edilmişdir.
11. Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5213 saylı rəyinə əsasən, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək (iddia tələbinin artırılmasına dair ərizənin verildiyi tarixədək), 7.254 manat sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gün üçün 0,1% həcmində dəbbə pulu hesablanmaqla, ödənilməli olan cəmi dəbbə pulu 5.581,07 manat təşkil edir. xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək (iddia tələbinin artırılmasına dair ərizənin verildiyi tarixədək), 9.588 manat sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gün üçün 0,1% həcmində dəbbə pulu hesablanmaqla, ödənilməli olan cəmi dəbbə pulu 7.363,58 manat təşkil edir.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1295/2022 nömrəli iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, cavabdehdən 7.254 manat sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişinin əvəzi olaraq 725 manat dəbbə pulu alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 46 saylı evin 127 saylı mənzilinə üst mərtəbədə yerləşən mənzildən su sızmış və nəticə etibarı ilə iddiaçıya məxsus mənzilə ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka su sızması) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Buna görə də məhkəmə iş üzrə təyin edilmiş ekspert rəyini əsas götürərək hesab etmişdir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
16. Eyni zamanda, məhkəmə onu da qeyd etmişdir ki, ziyan dəymiş mənzilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
17. Belə olan halda məhkəmə hes ab etmişdir ki, iddia tələbi sığorta ödənişinin ödənilməsi hissəsində qismən əsaslı hesab edilməklə, qismən təmin edilməli, ekspert rəyinə uyğun olaraq cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı 7.254 manat məbləğində sığorta ödənişi ödənilməlidir.
18. Məhkəmə iddiaçının sığorta ödənişinin ödənilməsi ilə yanaşı həmin məbləğin gecikdirilməklə vaxtında ödənilmədiyinə əsaslanaraq, dəbbə pulunun ödənilməsi ilə bağlı tələbinə münasibətdə hesab etmişdir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 725 manat məbləğinədək azaldılmalıdır. Belə ki, 725 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, sığorta ödənişinin tutulması ilə yanaşı, qeyd o lunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir.
19. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı iddia tələbini həmin hissədə əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edə bilməmişdir.
20. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 464.1, 467, 883.1, 922.1, 922.2-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 6.6, 7, 13.4, 15.1, 16.2, 18, 21.1.3-ci, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.4-cü, maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
22. Şikayət iddia ərizəsinə etirazla eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının sığorta ödənişinin verilməsi ilə yanaşı, mənəvi zərərlə bağlı tələbi də əsassız hesab olunur. ASC-nin ödəniş etmək öhdəliyi yaranmadığından mənəvi zərərlə bağlı öhdəliyi yaranmır. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməsində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir” qeyd olunmuşdur. Lakin ASC tərəfindən əmlaka dəymiş zərər müəyyən edilməklə tərəfə məlumat verilməklə üzərinə düşən hər əkətlər edildiyi üçün cavabdeh dəbbə pulu ödəməməlidir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2671/2023 nömrəli iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi sığorta ödənişinin məbləğinə aid hissədə dəyişdirilmiş, sığorta ödənişinin məbləği 7.004 (yeddi min dörd) manat müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğinin 7.254 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Ekspert rəyi kifayət qədər əsasland ırılıb, təkrar və ya əlavə ekspertiza keçirilməsi üçün əsas yoxdur. Lakin sığorta ödənişinin məbləği müəyyən edilərkən şərtsiz azadolma məbləği nəzərə alınmayıb. Belə ki, “İcbarı sığortalar haqqında” Qanunun 39.3.1ci maddəsinə görə, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 250 manat təşkil edir. Bu, sığorta şəhadətnaməsində də qeyd olunub. Ona görə də, qətnamə dəyişdirilməli, 7.254 manatdan 250 manat çıxılmalı, iddiaçıya verilməli olan sığorta ödənişinin məbləği 7.004 manat müəyyən edilməlidir.
25. Bundan başqa, sığorta ödənişinin gecikdirilməsinə görə sığortaçının dəbbə pulu ödəmək vəzifəsi “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində müəyyən edilib. Mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5213 nömrəli rəyində qeyd olunub ki, xx.xx.2020-ci il dən başlayaraq xx.xx.2022-ci ilədək 9.588 manat sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gün üçün 0,1 faizi həcmində dəbbə pulu hesablanmaqla, ödənilməli olan cəmi dəbbə pulu 7.363,58 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə yüksək hesab edərək azaldıb, 725 manat müəyyən edib. İddiaçı dəbbə pulunun məbləğin azlığına görə qətnaməni mübahisələndirməyib. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə dəbbə puluna aid hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsi ni xahiş etmişlər.
27. Kassasiya şikayəti, apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)
28. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
30. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
31. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
33. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaql a təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
34. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
35. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
36. Maddə 21.1.3 İcbari sığorta müqavilələri üzrə sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir.
37. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının MPM-si
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayə ti əsasında iddianın təmin edilən hissəsində tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta hadisəsi sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermişdir. Ekspert rəyinə əsaslanaraq məhkəmələr haqlı olaraq iddia tələbini qismən təmin etmişlər.
48. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2671/2023 nömrəli mülki iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.