Məhkəmə qərarları › İş №2(102)-347/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-347/2023

15.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-347/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi 15.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)4299/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Bakı şəhəri, Nəsimi rayon məhkə məsinin 2-856/1997 saylı, xx.xx.1997-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra-iddiaçı) Nəsimi rayon MKTB-yə qarşı “qeyri-yaşayış sahəsinin birləşdirilməsinə” dair iddiası təmin edilmiş, Bakı şəhəri, Q.Quliyev küçəsində yerləşən 08 saylı evin yarımzirzəmisində yerləşən 17 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin boşalmış hissəsinin İddiaçı sahəsinə birləşdirilməsi qət edilmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2-1284/2001 saylı, xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” barədə iddiası təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1Xaləddin qızının 3 azyaşlı uşaqları ilə birlikdə ünvan 2 evin sahəsi 17 kv.metr olan yarımzirzəmisindən çıxarılması, həmin şəxslərin məcburi köçkün kimi yaşayış sahəsi ilə təmin edilməsinin Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2545/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh2 qarşı “icarə müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddiası təmin edilmiş, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16.3 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair 21 fevral 2008-ci il tarixli, 7238 saylı icarə müqaviləsi, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2008-ci il tarixli, 00342 saylı Şəhadətnamə və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Əmlakın texniki inventarlaşdırılması bürosu tərəf indən verilmiş 14 mart 2008-ci il tarixli, 000467 saylı Texniki Pasportun ləğv edilməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 2411 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin surətinə əsasən, Cavabdeh1 qeyd edilən müqavilədə göstərilən şərtlərlə ünvan 2 ünvanda yerləşən 39,8 kv.metr qeyri-yaşayış sahəsini hərracda 1.393,00 (bir min üç yüz doxsan üç) manata satın almışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 9716 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-189/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh1 qarşı “alqı-satqı etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası təmin edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012ci il tarixli, 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-189/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə sonradan apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixli “Daşınmaz əml akın bağışlanması müqavilə”nin surətindən görünür ki, tam mülkiyyət üzrə hədiyyəverən- Cavabdeh1 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 39,8 kv.metr olan qeyri-yaşayış sahəsini əvəzsiz olaraq Cavabdeh4 mülkiyyətinə vermişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 iyun 2019-cu il tarixli məktubuna əsasən, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 39,8 kv.metr, əsas sahəsi 21.8 kv.metr olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin 2411 nömrəli, xx.xx.2012-ci il tarixli obyetin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş, daha sonra 54 saylı DNK-nın 4Ə-347 reyest nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri yaşayış sahəsi Cavabdeh4 adına qeydiyyatdan keçmiş və halhazırda sonuncunun mülkiyyətindədir. Nəsimi rayonu MKTB 14 saylı MKİS tərəfindən verilmiş M-14 saylı, xx.xx.2019-cu il tarixli arayışa əsasən, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh5 Q.Quliyev küçəsi 08 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsində Qubadlı rayon köçkünü kimi məskunlaşıblar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.metr, əsas sahəsi 21.8 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 X adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən aparılmış qeydiyy at və verilmiş Çıxarışın ləğv edilməsi, Cavabdeh1 X ilə Cavabdeh4 arasında 54 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4Ə-347 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat və verilmiş çıxarışın ləğv edilməsi və cavabdehlərin ünvan 2 ünvanda yerləşən sənəd üzrə ümumi sahəsi 39.8 kv.metr, əsas sahəsi 21.8 kv.metr, faktiki sahəsi 64,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Q.Quliyev küçəsindəki 08 saylı evin sahəsi 17 kv.metr olan yarımzirzəmini Nəsimi rayon İcra Haki miyyətinin 265-8 saylı 19 mart 1992-ci il tarixli təsərrüfat ehtiyacları üçün iddiaçının və qonşusu X stifadəsinə verilmişdir. 1992-ci ildə x Bakı şəhərindən getmişdir. Bundan sonra, həmin qeyri-yaşayış sahəsi yalnız iddiaçının istifadəsində qalmışdır. Nəsimi rayon məhkəməsinin 11 avqust 1997-ci il tarixli qətnaməsi ilə yarımzirzəminin bütün sahəsinin iddiaçının istifadəsinə verilməsi rəsmiləşdirilmişdir. Lakin, 1997-ci ildə Cavabdeh2 ailə üzvləri ilə qeyri-qanuni olaraq bu sahəni zəbt edərək orada yaşamağa başlamışdır. İddiaçı Cavabdeh2 və ailə üzvlərinin ünvan 3 evin sahəsi 17 kv.metr olan yarımzirzəmisindən çıxarılması barədə Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-1284/2001 saylı qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 X 3 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsindəki 08 saylı evin sahəsi 17 kv.metr olan yarımzirzəmisindən çıxarılması qət edilmiş və həmin şəxslərin məcburi köçkün kimi yaşayış sahəsi ilə təmin edilməsi Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.3 kv.metr təşkil edən Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədilə sonuncunun istifadəsinə verilmişdir. ünvan 3 ünvanda yerləşən 39.8 kv.metr qeyri-yaşayış sahəsinin satılması barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixdə Cavabdeh2 00342 nöm rəli şəhadətnamə verilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-2545/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16.3 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair 21 fevral 2008-ci il tarixli 7238 saylı icarə müqaviləsi, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2008-ci il tarixli 003422 saylı Şəhadətnamə və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Əmlakın texniki inventarlaşdırıİması bürosu tərəfindən verilmiş 14 mart 2008-ci il tarixli, 00046 saylı Texniki Pasport ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-309/2009-cu il nömrəli, xx. xx.2009-cu tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 2(006)-2545/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi “Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2008-cİ il tarixli, 003422 nömrəli Şəhadətnamənin və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Əmlakı texniki inventarlaşdırılması bürosu tərəfindən verilmiş 14 mart 2008-ci il tarixli 00046 NQ-İi texniki pasportun ləğv edilməsi” hissəsində ləğv edilmiş və qətnamə qalan hissəd qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(102)-3489/09 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-309/2009-cu il nömrəli xx.xx.2009cu il tarixi qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhk əməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(103)-922/2010 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 2(006)-2545/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2010-cu il tarixli 2( 102)- 2581/10 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(103)- 922/2010 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1Xaləddin qızı arasında imzalanmış xx.xx.2012-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 8 ünvanında yerləşən 39.8 kv.m qeyri-yaşayış sahəsi sonuncuya satılmışdır, Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh1Xaləddin qızına qarşı xx.xx.2012-ci il tarixli 2411 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1Xaləddin qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)3011/2015 saylı qətnaməsi ilə Xətai rayon məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1Xaləddin qızı arasında bağlanmış xx.xx.2012-ci il ta rixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(102)-1289/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-3011/2015 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 5066/2016 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(102)753/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 5066/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 12354 saylı xx.xx.2015-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir: Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi, 8 saylı yaşayış binasının zirzəmisində yerləşən sahəsi 39,8 m olan mübahisəli sahənin yaşayış binasının ümumi kominikasiya xətləri üçün nəzərdə tutulub-tutulmamasının müəyyən olunmasına dair tədqiqat aparılması texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi, 8 saylı yaşayış binasının zirzəmisində yerləşən sahəsi 39,8 m2 olan mübahisəli sahədə, baxış keçirilən dövrdə, 8 saylı yaşayış binasının ümumi kommunikasiya xətləri mövcud deyildir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi, 8 saylı yaşayış binasının zirzəmisində yerləşən mübahisəli tikililərin ümumi sahəsinin 64,5 m2 təşkil etdiyi və mü bahisəli tikililərə bir giriş-çıxışın olduğu müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(006)-53/2022 nömrəli qətnaməsi ilə (hakim C.Musayeva) iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 mülkiyyət hüququ barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyat və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 000394 saylı Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh4 arasında 54 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4Ə-347 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh4 mülkiyyət hüququ barədə Daşın maz Əmlakın Dövlət Reyestrindəki qeydiyyat və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, cavabdehlərin ünvan 2 ünvanda yerləşən 39.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və bununla da heç bir hüquqi nəticələrə səbəb olmadığından həmin əqd əsasında daşınmaz əşyaya dair Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş Çıxarış ləğv edilməlidir. Belə ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestri ndə müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.metr, əsas sahəsi 21.8 kv.metr, faktiki sahəsi 64,5 kv.metr təşkil edən qeyriyaşayış sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 141.1, 157.1, 157.2, 157.8, 337.4 və 337.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh1 apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və id dianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-753/17 saylı xx.xx.2017-ci il tarixli qərarında Ali Məhkəmənin mövqeyi belə ifadə edilmişdir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən əqdi düzgün olaraq o, əsasla etibarsız hesab etmişdir ki, mübahisəli sahə yaşayış evinin altında olmaqla zirzəmi statusu daşıyır və orada müxtəlif kommunikasiya xətləri yerləşdiyindən bütün sakinlərin istifadəsindədir, ona görə də alqısatqının predmeti ola bilməz və bir şəxsin mülkiyyətinə verilə bilməz. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, həmin sahə dövlətin mülkiyyətindədir. Belə ki, Məhkəmə tərəfindən düzgün araşdırılmamış mübahisələndiri lən sahənin dövlət mülkiyyətində olması və ümumi istifadə üçün nəzərdə tutulması faktı subyektiv hüquq amilli barədə düzgün qiymət verilməməsinə səbəb olmuşdur. Eyni zamanda, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki: Mübahisəli tikiliyə bir giriş və çıxışın olduğu halda onun bir hissəsinin başqa şəxsə özgəninkiləşdirilməsi iddiaçıya məxsus sahədən istifadə hüququnun digər sahəyə sahiblik edən şəxslər tərəfindən məhdudlaşdırılmasına və bununla da iddiaçının subyektiv hüququnun pozulmasına əsas olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, hazırda mübahisələndirilən sahədə cavabdehlər yaşayır və həmin sahədən tam olaraq istifadə edirlər. Nəzərə alınsa ki, cavabdehlər məcburi köçkün ailəsidir yaşayış-sahəsi ilə təmin olunmadan onların çıxarılması qanunvericiliyə uyğun deyildir. İddiaçının 39,8 kvadratmetr sahəyə hər hansı hüquq müəyyənedici sənədi olmadığından onun həmin mübahisəli sahəyə dair hər hansı iddianın qaldırılması istisna edilir. Həmçinin qeyd edilməlidir ki, sahə üzrə faktiki sahiblik cavabdehlər tərəfindən həyata keçirilir. Onlar həmin sahəyə faktiki olaraq 1993-cü ildən sahiblik edir və fasiləsiz olaraq orada yaşayırlar. Bu isə iddiaçının həmin sahədən digər istifadə etməsini qeyri-mümkün edir. Yuxarıdakılara əsasən müəyyən etmək mümkündür ki, iddiaçının cavabdehlərin mübahisəli sahədən çıxarılmasının tələb etməsinə dair hüququ yoxdur. Eyni zamanda iddiaçının subyektiv hüququ olsa da belə əşyanın sahibliyinə qaytarılmasının tələb edilməsi müddəti ötürülmüşdür. İş materiallarından göründüyü kimi, əqdin etibarsız hesab edilməsi üçün müddət də ötürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, mübahisələndirilən bağışlama müqaviləsi 54 saylı Notariat Ofisində bağlanmış və həmin müqavilə əsasında mübahisəli qeyri-yaşayış sahəsi üzrə qeydiyyat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmışdır. Bu qənaətə gəlmək olar ki, Cavabdeh4 verilmiş Çıxarış tam qanuni əsasla verilmişdir. Çünki həmin vaxt üçün mübahisələndirilənəqdin bağlanılması üçün hər-hansı maneə mövcud olmamışdır. Lakin, məhkəmə ümumiyyətlə bu fakta hüquqi qiymət verməmişdir. Məhkəmə məcburi köçkün ailəsini (cavabdehləri) məskunlaşdıqları sahədən çıxararkan onların sonradan harada qalması, yaşayış sahəsi ilə təmin olunması məsələsini həll etməmişdir. Ümumiyyətlə bu məsələnin həlli istiqamətində heç bir addım atmamışdır. Eyni zamanda həmin qərara istinad edərəkməskunlaşmış məcburi köçkü nün hüquqlarının müdafiəsi məqsədi ilə həmin sahə boşalanadək digər şəxslərin istifadəsinə verilməsi də yol verilməzdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2962 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 3 yaşayış binasının zirzəmisində yerləşən mübahisəli tikililərin– sahəsi 39,8 kv. metr və 17 kv. metr təşkil edən qeyri-yaşayış sahələrinin hər birinə ayrıayrılıqda giriş-çıxışın açılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2395 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX-1217423 saylı Çı xarış əsasən, cavabdehlərə aid olan 39,8 kv.metr sahə qeyri-yaşayış kimi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən yarımzirzəminin ümumi sahəsi 64,5 kv.metrdir və bu sahənin bir hissəsi iddiaçının qanuni istifadəsindədir. Mübahisəli tikiliyə bir giriş və çıxışın olduğu halda onun bir hissəsinin başqa şəxsin istifadəsində olması iddiaçıya ayrılmış sahədən istifadəsinin məhdudlaşdırılmasına və bununla da iddiaçının subyektiv hüququnun pozulmasına əsas olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin ünvan 2 ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsində əsassız olaraq məskunlaşmaları işin mübahisələndirilməyən halıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4299/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məh ərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-53/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli, 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və bununla da heç bir hüquqi nəticələrə səbəb olmadığından həmin əqd əsasında daşınmaz əşyaya dair Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş Çıxarış də ləğv edilməlidir. Belə ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığı ndan, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dairhüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdehlər ünvan 2 ünvanda yerləşən 39.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv ediliəsi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.4, 337.5, 141.1, 157.1, 157.2 və 157.8- ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 82, 218.1, 233.3-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4299/2022 nömrəli 31 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisələndirilən bağışlama müqaviləsi 54 saylı notariat ofisində bağlanmışdır və həmin müqavilə əsasında mübahisəli qeyri-yaşayış sahəsi üzrə qeydiyyat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmışdır. Bu qənaətə gəl mək olar ki, Cavabdeh4 verilmiş Çıxarış tam qanuni əsasla verilmişdir. Çünki həmin vaxt üçün mübahisələndirilən əqdin bağlanılması üçün hər hansı maneə mövcud olmamışdır. Belə olan halda əqdin etibarsızlığı üçün heç bir əsas olmamışdır. Bundan əlavə, məhkəmə məcburi köçkün ailəsini məskunlaşdıqları sahədən çıxararkən onların sonradan harda qalması, yaşayış sahəsi ilə təmin olunması məsələsini həll etməmişdir. Ümumiyyətlə, bu məsələnin həlli ilə bağlı heç bir addım atmamışdır. Həmçinin, cavabdeh tərəfindən verilmiş Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin işə cəlb edilməsi barədə 16 avqust 2022-ci il tarixli vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin mənzil hüquqlarını pozmuş hesab olunur. Bundan başqa, məhkəmə subyektiv hüquq məsələsinə toxunaraq, iddiaçının subyektiv hüququnun mövcudluğunu əvvəlki işlərdə məhkəməyə müraciət etməsi ilə əlaqələndirmişdir. Bu fikirlə razılaşmayaraq hesab edirik ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərildiyi kimi iddiaçının mübahisələndirilən sahəyə hər hansı hüquqmüəyyənedici sənədi olmadığından onun iddia qaldırılması istisna edilir. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 157.1, 157.2, 157.8, 159-ci maddələrinə istinad etmiş lakin, həmin normaları düzgün təfsir etməmişdir. Belə ki, mübahisəli sahənin mülkiyyətçisi Azərbaycan Respublikasıdır və iddiaçının mübahisəli sahə üzərində (hər-hansı hüququ o cümlədən mülkiyyət) hüququ yoxdur. Eyni zamanda, sahiblik hüququ məsələsinə toxunduqda qeyd etmək lazımdır ki, iddiaçı heç bir zaman mübahisəli sahə üzərində (39,8 kvadrat metr) sahiblik etməyib. Həmin sahə üzrə faktiki sahiblik “Həbibovlar” tərəfindən həyata keçirilir. Onlar həmin sahəyə faktiki olaraq 1993-cü ildən sahiblik edir və fasiləsiz olaraq orada yaşayırlar. Yuxarıdakılara əsasən müəyyən etmək mümkündür ki, iddiaçının cavabdehlərin mübahisəli sahədən çıxarılmasının tələb etməsinə dair hüququ yoxdur. Eyni zamanda iddiaçının subyektiv hüququ olsa da belə əşyanın sahibliyinə qaytarılmasının tələb edilməsi müddəti ötürülmüşdür. İş materiallarına əsasən, əqdin etibarsız hesab edilməsi üçün müddət də ötürülmüşdür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahə si üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqaviləd ir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdansonra həmin sübutlara tətbiq edilməli hüquq normalarınamüvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu də lilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına görə, ünvan 2 ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə verilib və cavabdehlər Qubadlı rayonundan məcburi köçkün düşməklə, əsassız olaraq həmin qeyriyaşayış sahəsində məskunlaşmışlar. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2962 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 3 yaşayış binasının zirzəmisində yerləşən mübahisəli tikililərin– sahəsi 39,8 kv. metr və 17 kv. metr təşkil edən qeyri-yaşayış sahələrinin hər birinə ayrıayrılıqda giriş-çıxışın açılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2395 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX-1217423 saylı Çıxarış əsasən, cavabdehlərə aid olan 39,8 kv.metr sahə qeyri-yaşayış kimi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən yarımzirzəminin ümumi sahəsi 64,5 kv.metrdir və bu sahənin bir hissəsi iddiaçının qanuni istifadəsindədir. Mübahisəli tikiliyə bir giriş və çıxışın olduğu halda onun bir hissəsinin başqa şəxsin istifadəsində olması iddiaçıya ayrılmış sahədən istifadəsinin məhdudlaşdırılmasına və bununla da iddiaçının subyektiv hüququnun pozulmasına əsas olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, ekspert rəylərini, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli, 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və bununla da heç bir hüquqi nəticələrə səbəb olmadığından, həmin əqd əsasında daşınmaz əşyaya dair Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş Çıxarış də ləğv edilməlidir. Belə ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını və mübahisə predmeti ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarını nəzərə alıb qe yd etmişdir ki, cavabdehlər ünvan 2 ünvanda yerləşən 39.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv ediliəsi üçün əsas deyildir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-4299/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar