Məhkəmə qərarları › İş №2(102)-3470/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3470/2022

20.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3470/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Nüsrət qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2(105)-1729/2021 saylı qətnaməsindən Cavabdeh X kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İşin hallarına görə 2 1 noyabr 2003-cü ildə İddiaçı (bundan sonra iddiaçı) rəsmi nikah əsasında Cavabdeh X (bundan sonra cavabdeh) oğlu X5 ilə ailə qurub və onların birgə nikahından 13 iyul 2003-cü ildə X adlı uşaqları doğulub. 13 may 2018-ci ildə X5 ölüb. JN 340 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətinə Quba şəhərinin ərazisindən 0,08 ha torpaq sahəsi verilib və buna əsas kimi 10 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi göstərilib. 20 noyabr 2018-ci il tarixli Çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməyib və həmin qətnamə ilə müəyyən edilib ki, Cavabdeh məhkəmədə İddiaçı qarşı “reyestrdən çıxarışın alınmasına yaradılmış maneənin aradan qaldırılması” barədə iddiası təmin edilib. 20 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh xüsusi mülkiyyətində olan Quba şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin 0,02 ha hissəsini X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı, işin yuxarda qeyd edilən hallarına istinad etməklə, tələbini belə əsaslandırıb ki, o, 21 noyabr 2003-cü ildə rəsmi nikah əsasında X5 ilə ailə qurub və birgə nikahlarından bir uşaqları doğulub. X8 xəstəliyi ilə əlaqədar olaraq Quba bələdiyyəsinin və ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsində 2003-cü ilin yayında fərdi yaşayış evi tikərək, 2004-cü ilin qışında əri və oğlu ilə birgə həmin evə köçüblər. X9 13 may 2018-ci ildə ölüb. 20 noyabr 2018-ci il tarixli Çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb. Həmin Çıxarışın verilməsinə əsas kimi JN 340 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və notarial qaydada təsdiq edilmiş 10 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi göstərilib. Lakin, JN 340 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən və Reyestr Xidmətinin 21 iyun 2018-ci il tarixli məktubundan görünür ki, həmin Şəhadətnamə dövlət qeydiyyatına alınmayıb və o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin möhür və imzası ilə təsdiq edilməyib. Habelə, Quba şəhəri ərazisində cavabd ehin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydə alınmayıb. Göründüyü kimi cavabdehin adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə saxtadır. Sonradan həmin Şəhadətnaməyə əsasən verilmiş sənədlər də etibarsız olub. Ona görə də iddia təmin edilməlidir. Quba Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib və iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin və digər maddi, prosessual hüquq norimalarının tələbləri ilə əsaslandırıb. Ap ellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abbasov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Quba rayon məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337-349-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kasasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və İ.R.Xələfov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək kimi subyektiv hüququnun olmasına diqqət yetirməyib. Belə ki, iddiaçının vəsatəti olmasına baxmayaraq ümumiyyətlə 10 aprel 2006cı il tarixli alqı-satqı müqaviləsinin əldə edilərək işə əlavə olunması, müqavilə tərəflərinin müəyyən ediliməsi, müqavilədə satıcı qismində iştirak etməsi ehtimal olunan şəxsi müəyyən edilməklə işə cəlb edilməsi, müqavilənin tərəflərinin iradəsinə uyğunluğunun müəyyən edilməsi istiqamətində hər hansı prosessual hərəkət etməyib. Bundan əlavə, təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmad an, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən və məruzəçi, T.O.Quliyev və E.G.Rəhimov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, 10 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən cavabdehin adına verilmiş JN -340 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi və həmin Şəhadətnaməyə əsasən Reyestr Xidmətində aparılmış qeydin ləğv edilməsi və həmin qeydə əsasən verilmiş RX seriyalı, ******* saylı reyestrdən Çıxarışın etibarsız hesab edilməsi qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdehin adına verilmiş RX seriyalı, ******* saylı reyestrdən Çıxarış “Torpağın mülkiyyətə verilməsinə dair” JN 340 saylı Şəhadətnaməyə əsasən verildiyi və həmin Şəhadətnamə etibarsız hesab edildiyi üçün Reyestr Xidmətində aparılmış qeyd və Çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməyib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140-cı maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə Mülki Məcəllənin 140, 144.1, 152.1 və 157.2-ci maddələrinin tələblərini pozub. Belə ki, X4 mübahisəli torpaq sahəsinin 0,02 ha hissəsini vicdanlı əldə edib və o, üçüncü şəxs qismində işə baxılmağa cəlb edilməyib. Bununla da, vicdanlı alı cı kimi X2 torpaq sahəsinə olan mülkiyyət hüququnu pozur. Bundan əlavə, iddiaçı yşayış evini həqiqətən 2003-cü ildə tikmişdirsə, o vaxtdan bu günə kimi kommunal xərcləri barədə qəbzləri məhkəməyə təqdim etməli idi. Lakin, iddiaçının kommunal xəərclərin ödənilməsi barədə rəsmi qəbzləri yalnız 2018-ci il və ondan sonrakı dövrləri əhatə edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıllması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətb iq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normaların ın tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 2002-ci ildə iddiaçı cavabdehin oğlu X ailə qurub və 21 noyabr 2003-cü ildə onlar nikahlarını rəsmi qaydada qeydə aldırıblar. 13 iyul 2003-cü ildə onların birgə nikahından X adlı uşaqları doğulub və 13 may 2018-ci ildə X ölüb. 10 aprel 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Quba bələdiyyəsi tərəfindən 0,08 ha torpaq sahəsi ev tikmək üçün cavabdehə satılıb. Bundan sonra, 0,08 ha torpaq sahəsinə dair cavabdehin adına “Torpağın mülkiyyətə verilməsinə dair” 19 may 2006-cı il tarixli Şəhadətnamə verilib və 20 noyabr 2018-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 20 avqust 2019-cu il tarixli notarial qaydada təsdiq etmiş alqı-satqı müqaviləsinə əsasən cavabdeh 0,08 ha torpaq sahəsinin 0,02 ha hissəsini 5.000 manata Xa satıb. 09 sentyabr 2019-cu il tarixdə cavabdehlə alıcı Bahar Fətullayeva arasında torpaq sahəsinin bölgü sxeminə əsasən bölünməsinə dair müqavilə bağlanıb. 10 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən 0,0340 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına, 0,02 ha torpaq sahəsi isə X adına qeydə alınıb. Daha sonra, Quba rayon məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, İddiaçı tərəfindən evə Çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına yaradılan manelə rin aradan qaldırılması qət edilib. Həmçinin, Quba rayon məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, evə verilən qazın dayandırılması ilə bağlı hərəkətlərin X və Cavabdeh qadağan edilməsi qət edilib. Hazırda iddiaçı, mübahisəli 0,08 ha torpaq sahəsinə dair cavabdehin adına verilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirir. 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olmuş xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsini mübahisələndirir və həmin torpaq sahəsində keçmiş X9la birgə inşa etdikləri fərdi yaşayış evində övladı ilə birlikdə yaşadığını iddia edir. Cavabdeh isə mübahisəli torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən satın aldığını, həmin torpaq sahəsinin qanun i əsaslarla mülkiyyət hüququ üzrə adına qeydə alındığını, sonradan torpaq sahəsinin 0,02 ha hissəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X satdığını və sonuncunun torpaq sahəsini vicdanlı əldə etdiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 10 iyul 2021-ci il tarixli arayışına görə, Quba dövlət notariat ofisi tərəfindəın arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən, qeyd edilən şəxslər barəsində rəsmiləşdirilmiş müqavilə aşkar edilməyib. Eyni zamanda qeyd edilən müqavilənin dövlət notariat arxivində saxlanılan nüsxəsində 143 reyestr nömrəli müqavilənin 06 aprel 2006-cı il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər bar əsində rəsmiləşdirildiyi müəyyən edilib və həmin müqavilənin qeydə alındığı notariat reyestri arxivə təhvil verilib. Göründüyü kimi, mübahisəli 0,08 ha torpaq sahəsinin Quba bələdiyyəsi tərəfindən Cavabdeh satılmasına dair tərəflər arasında bağlanmış 10 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi mövcud deyil və notariat ofisində 143 reyestr nömrəsi ilə qeydə alınmış 06 aprel 2006-cı il tarixli müqavilə Quba bələdiyyəsi ilə Cavabdeh arasında deyil, başqa şəxslər arasında rəsmiləşdirilb. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edi b əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli 0,08 ha torpaq sahəsinə dair Quba bələdiyyəsi ilə cavabdeh arasında 06 aprel 2006-cı il tarixli alqı-s atqı müqaviləsinin bağlanması və ümumiyyətlə həmin torpaq sahəsi barəsində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin olması mülki iş materialları ilə müəyyən edilmədiyindən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini pozub. Digər tərəfdən, yuxarıda sadalanan qanunvercilik normalarının tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsaslardan biri müqavilə hesab olunur və daşınmaz əmlaka dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bu şərtlərdən birinə əməl edilməməsi bütövlükdə aparılmış qeydiyyatın düzgün olmamasını ehtiva edir. Hazırki işin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, Quba bələdiyyəsi ilə cavabdeh arasında 0,08 ha torpaq sahəsinin alqı-satqı sına dair müqavilə olmadığı üçün qeyd edilən torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN 340 saylı Şəhadətnaməyə əsasən əsassız olaraq cavabdehin adına qeydə alınıb. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının cavabdehə qarşı tələblərini təmin etmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını, habelə X 0,02 ha torpaq sahəsini vicdanlı əldə etdiyini, sonuncunun işə cəlb edilməməsi ilə mülki prosessual normaların tələblərinin pozulduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbləri yalnız cavabdehə qarşı yönə lib və Bahar Fətullayeva hazırki mülki iş üzrə tərəf olmayıb və qətnamə ilə onun hüquq və vəzifələrinə dair hər hansı məsələ həll edilməyib. Ona görə də X hazırki mülki işə baxılmağa cəlb edilməməsi, Cavabdeh kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həm in hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün h əmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2(105)-1729/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar