Məhkəmə qərarları › İş №2(102)-3471/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3471/2022

22.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3471/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən i stifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1148/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Cavabdeh1 MTK dəyəri 99.467 ABŞ dolları həcmində müəyyən edilmiş Bakı şəhəri, X.Şuşinski küçəsi, 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun, 9-cu mərtəbəsində yerləşən 180,85 kv.m. ümumi sahəsi olan 37 nömrəli 4 otaqlı mənzili inşa edərək, Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə hər kvadrat metr üçün 550 ABŞ dolları, cəmi 99.467 ABŞ dolları məbləğində pul vəsaitini “MTK-Real“ MTK-ya ödəməyi öhdəsinə götür müşdür.

3. İddiaçı tərəfindən mübahisəli mənzil üçün Cavabdeh1 MTK-ya 90.425 ABŞ dolları məbləğində vəsait ödənilmiş, kassa mədaxil orderlərinin üzərində olan qeydlərə əsasən həmin məbləğ kassaya mədaxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37-də, ümumi sahəsi 180,85 kv.m. 4 otaqlı mənzilə maliyyə arayışının verilməsi, yaranmış maneələrin aradan qaldırılması və mənzilin ona təhvil verilməsi öhdəliyinin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən inşa edilən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbəsi, mənzil 37-də, ümumi sahəsi 180,85 kv.m. 4 otaqlı mənzili qeyd olunan təşkilatdan 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında satın almışdır. Mənzili əldə edərkən müqavilədə göstərilən bütün məbləği 90.425 ABŞ dollarını 11 noyabr 2005-ci il tarixdə tam olaraq cavabdehə ödəmişdir. Lakin mənzilin dəyərini tam ödəməsinə baxmayaraq cavabdeh təşkilat ona maliyyə arayışı təqdim etməmiş və mənzili ona təhvil verməmişdir. Həmçinin, mənzildə təmir işlərinin həyata keçirilməsinə maneələr yaradılmışdır. Hesab edir ki, cavabdehdən əldə etdiyi mənzilin dəyərini tam ödədiyi üçün mənzilə sahiblik, istifadə hüquqları tanınmaqla mənzil ona təhvil verilməli və maliyyə arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

6. Daha sonra İddiaçı Cavabdeh2 da cavabdeh qismində işə cəlb etməklə, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbəsi, mənzil 37-də, ümumi sahəsi 185.85 kv.m. 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə həmin hüquqlarından istifadə etməsinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.V.Abdıyev) 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi müqaviləni etibarsız sayarkən hesab etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmiş və onların ümumi xüsusiyyətləri ondan ibarə tdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır.

9. Təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 08 oktyabr 2005-ci il tarixdə və Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə 11 noyabr 2005-ci il tarixdə eyni mənzilə dair podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh1 MTK eyni mənzili inşa edərək, ayrı-ayrılıqda həmin şəxslərin istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Halbuki, eyni mənzilə dair belə bir öhdəliyin iki müxtəlif şəxsin xeyrinə icra edilməsi həm faktiki olaraq, həm də hüquqi baxımından qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və belə bir müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş Cavabdeh1 MTK növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də d igər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

10. Bu baxımdan həm Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 08 oktyabr 2005-ci il tarixdə, həm də Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə 11 noyabr 2005-ci il tarixdə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), sifarişçi qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araş dırılmalıdır.

11. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, müddət etibarı ilə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal Cavabdeh1 MTKnın mübahisəli mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçə deyil, məhz ona təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh2 ilə müqavilə 8 oktyabr 2005-ci il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 həmin mənzili təhvil almamış, bu mənzildən heç vaxt istifadə etməmiş və ona sahiblik etməmişdir. Məhkəmə 6 mart 2019-cu il tarixdə mübahisəli mənzildə yerində müayinə keçirmiş və həmin vaxt mənzilin açarı iddiaçı Gözəlov (Sorokin) Sergey Vladimiroviçdə olmuşdur. Yerində müayinədə iştirak edən gözətçi Şahverdiyev Bəxtiyar mənzilə Gözəlov (S orokin) Sergey Vladimiroviçin gəldiyini və məhz onun mənzildən istifadə və mənzilə sahiblik etdiyini, başqa şəxsin mənzilə gəlmədiyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh2 sonuncu dəfə mənzildə 1 ay əvvəl olduğunu, mənzili 3 ay əvvəl təmizlətdiyini və mənzildə hər hansı tullantıların olmadığını, mənzilin açarlarının mütəmadi olaraq onda olduğunu, mənzilə dair açarların hər hansı başqa şəxsdə olmadığını, mənzilin iddiaçıya satıldığından məlumatlı olmadığını və mənzilin açarlarını bir müddətdir ki, binanın gözətçisi Şahverdiyev Bəxtiyara verdiyini bildirmişdir. Digər tərəfdən Cavabdeh2 açarları gözətçidə olduğu təqdirdə o, yerində müayinə zamanı bunu bildirmiş olardı və mənzilin məhz Cavabdeh2 məxsus olduğunu söyləyərdi və belə olan halda Gözəlov (Sorokin) Sergey Vladimiroviç həmin mənzi lə dair açarlara malik olmazdı və məhkəmə mənzilə daxil ola bilməzdi. Bununla belə, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 mənzilin giriş qapısının açarları yoxdur, heç vaxtda olmamışdır. Onun ümumiyyətlə mənzildən məlumatı yoxdur (Cavabdeh1 MTK-nın ofisi bu binanın arxasında yerləşir). Belə olan halda, həmin kooperativin işçisi olan bu şəxsin qeyd edilən mənzilə 14 il müddətinə sahiblik etməsinə baxmayaraq, onun mənzilin açarlarının başqa şəxsdə olması, mənzilə dair başqa şəxslə müqavilənin bağlanması, həmin şəxsin mənzilə mütəmadi olaraq və sərbəst şəkildə gəlməsi barədə (onun çox yaxşı tanıdığı və hətta mənzilin açarlarını etibar etdiyi gözətçi Bəxtiyarın bu barədə məlumatlı olmasına baxmayaraq) məlumatının olmaması (bir halda ki, həmin mənzil onun üçün tam əlçatımlıdır və o, ix tiyari vaxt mənzilə gəlib-gedə bilər) qeyri-mümkündür) və o, mübahisəli mənzildə 8 oktyabr 2005-ci il tarixli müqavilənin tərəfi olaraq (Cavabdeh1 MTK-nın əməkdaşı olaraq bina inşa edilən dövr istisna olmaqla) heç vaxt olmamışdır. Mənzilin daxilinin, o cümlədən otaqların quruluşunun, habelə giriş qapısının onun tərəfindən təsvir edilməsi onun müqavilə üzrə mənzilə sahiblik və ondan istifadə etməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh1 MTK-nın əməkdaşı olaraq bu şəxsin binanın layihəsi ilə tam olaraq tanış olması, habelə mənzilin quruluşu barədə tam məlumatlı olması (həmin sırada olan ixtiyari mərtəbədə olan belə bir mənzilə baxmaq və onun quruluşunu yadda saxlamaq imkanına malikdir) adi haldır.

12. Bundan əlavə Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilm əsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, sübut kimi X3 ilə Cavabdeh1 MTK arasında 21 aprel 2006-cı il tarixdə bağlanmış müqaviləni də təqdim etmişdir. Həmin, habelə tərəflərin Cavabdeh1 MTK ilə bağladığı müqavilələrin müqayisəli təhlilindən də görünür ki, bu müqavilələr eyni illərdə bağlansa da məzmun (buraxılmış hərif səhvləri, cümlə quruluşu, fikir ifadəsi və sair) baxımından da fərqlənir. Belə ki, qeyd edilən göstəricilər baxımından 11 noyabr 2005-ci və 21 aprel 2006-cı il tarixli müqavilələr biri-digəri ilə eynidir. Lakin Cavabdeh2 müqaviləsi bu müqavilələrdən fərqlənir. Məsələn 08 oktyabr 2005-ci il tarixli müqavilədən fərqli olaraq digər hər iki müqavilədə 1.8ci bənddən sonra 3.1-ci bənd təsbit edilmişdir. Halbuki, 08 oktyabr 2005-ci il tarixli müqavilədə 1.8-ci bənddən sonra 2.1-ci bənd təsbit edilmişdir. Hər iki müqavilənin 1.2-ci bəndinin 3-cü (tikintinin“ sözü balaca hərflə yazılmışdır), 4-cü (“dəmir“ sözü balaca hərflə yazılmışdır), 5-ci (“ana xətlərinin“ sözü) və 7-ci (“liftlərinin” sözü) yarımbəndləri, 1.3-cü (“əmlakinin təsədufu“ sözü) bəndi, 1.5-ci bəndi (“ayba ay“ sözü), 3.1-ci bəndi (bəndində sonunda “nöqtə” işarəsi yoxdur), 3.2-ci bəndi məzmun baxımından eynilik təşkil edir və bu bəndlərin məzmunu baxımından 08 oktyabr 2005-ci il tarixli müqavilədən fərqlənir. Başqa sözlə, Cavabdeh2 müqaviləsi həmin illərdə mövcud olan müqavilələrin məzmununa uyğun gəlmir. Həmçinin, hər iki müqavilədə sifarişçi qismində çıxış edən həm Gözəlov (Sorokin) Sergey Vladimiroviçin, həm də X1 şəxsiyyət vəsiqəsinin rekvizitləri və onların pasport qeydiyyatında olan ünvanlar barədə məlumat əks olunmuşdur. Bu hal Cavabdeh2 müqaviləsində müşahidə olunmur. Məhkəmə bu halı təsadüfi hesab etməmiş və qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.1970-ci il təvəllüdlüdür və qanunvericiliyin tələblərinə görə o, xx.xx.2005-ci il tarixədək 35 yaşa çatması ilə əlaqədar şəxsiyyət vəsiqəsini dəyişməli idi və dəyişmişdir. Hazırda da yeni şəxsiyyət vəsiqəsi almışdır. Müqavilə sonradan, lakin arxa tarixlə bağlandığı təqdirdə isə xx.xx.2005-ci il tarixinədək qüvvədə olan şəxsiyyət vəsiqəsinin göstəricilərini bu müqavilədə təsbit etmək mümkün olmayacaqdır. Belə ki, xx.xx.2005-ci il tarixdə həmin şəxsiyyət vəsiqəsi artıq yenisinin alınması üçün təhvil verilməlidir. Məhkəmə hesab etmişdir ki, məhz bu səbəbdən 08 oktyabr 2005-ci il tarixli müqavilədə Cavabdeh2 şəxsiyyət vəsiqəsinin göstəricil əri əks olunmamışdır. Cavabdeh2 fərqli olaraq digər müqavilələr üzrə hər iki sifarişçi tərəfin kassa mədaxil orderi mövcuddur. Cavabdeh2 isə müqavilə tarixindən 8 il sonra maliyyə arayışı verilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK oğlu arasında bu müqavilə bağlanmışdırsa da 11 noyabr 2005-ci il tarixdən sonra bağlanmış və hazırda onun 08 oktyabr 2005-ci il tarixdə bağlanmış müqavilə kimi təqdim edilməsi hüquqi nəticə etibarı ilə bu mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçə təhvil verilməsinin qarşısını almaq və onu bu mənzildən məhrum etmək məqsədini daşıyır. Bu səbəbdən bu müqavilə etibarsız hesab edilməlidir.

13. Məhkəmə 11 noyabr 2005-ci il tarixli müqavilənin həqiqətdə kooperativin sədri X2 tərəfindən imzalanmaması barədə m övqeyi ilə bağlı qeyd etmişdir ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür və belə şəxslər aldanma, əlverişsiz vəziyyət və savadsızlıq kimi dəlillərə istinad edə bilməzlər. Hər bir hüquqi şəxs mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə malikdir. Bu baxımdan fiziki şəxslərlə münasibətlərdə əqdlər bağlamış hüquqi şəxslər, o cümlədən, kooperativlər imzaladıqları və möhürlə təsdiq etdikləri sənədlərin əslində onların məzmununda qeyd edilənləri nəzərdə tutmadığını sübut etmək üçün kifayət qədər ciddi dəlillərə əsaslanmalı, tərəfi olduqları yazılı sənədləri şübhə altına ala biləcək kifayət qədər mötəbər sübutlara istinad etməlidirlər. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Belə olan halda, hazırki vəziyyətdə Cavabdeh1 MTK-nın 11 noyabr 2005-ci il tarixdə Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə bağlanmış əqdin kooperativin sədri tərəfindən imzalanmamasına istinad etməsi də onu birmənalı şəkildə mülki hüquqi məsuliyyətdən azad etmir. Həmin müqavilənin tərəfi olan Gözəlov (Sorokin) Sergey Vladimiroviç bu müqaviləni imza etmiş və bununla da öz iradə ifadəsini bildirmişdir və bunun qarşılığında Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş və üzərində müvafiq imza olan müqavilə, habelə müqavilə üzrə müəyyən edilm iş məbləğin ödənilməsini təsdiq edən və ciddi hesabat blankı hesab edilən Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş kassa mədaxil orderi əldə etmişdir. Belə olan halda, o, müqavilənin və qəbzin səlahiyyəti olan və ya olmayan şəxs tərəfindən imzalandığının yoxlanılması vəzifəsini, habelə bu sənədlərin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmamasının məsuliyətini daşımır və daşıyada bilməz.

14. Məhkəmə iddia tələbinin “mənzilin istifadə və sahibliyə verilməsi və mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, bu mənzilə dair 08 oktyabr 2005-ci il tarixdə bağlanmış müqaviləyə artıq hüquqi qiymət verilmiş və nəticədə məhz Cavabdeh1 MTK ilə Gözəlov (Sorokin) Sergey Vladimiroviç arasında 11 noyabr 2005-c i il tarixdə bağlanmış müqavilənin etibarlı olması və müddət etibarı ilə daha əvvəl bağlandığı qənaətinə gəlinmişdir. Həmin mənzilin giriş qapısının açarının məhz Gözəlov (Sorokin) Sergey Vladimiroviçdə olması, mənzillə bağlı onun müəyyən hərəkətlər etməsi, o cümlədən mənzilin daxilində öz istəyinə uyğun təmizləmə işlərinin aparılması mənzilin məhz Gözəlov (Sorokin) Sergey Vladimiroviçə təhvil verildiyinə dəlalət edir. Belə ki, bu şəxs 11 noyabr 2005-ci il tarixli müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini tam ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir və onun bu mənzilə münasibətdə hüquqları (istifadə, sahiblik və mülkiyyət hüququnun əldə edilməsində üstün hüququ) yaranmışdır. Bu da öz növbəsində müqaviləyə uyğun olaraq Cavabdeh1 MTKnın həmin mənzili ona təhvil verilməsi öhdəliyi yaranmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, mənzil Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməlidir.

15. Məhkəmə onu da qeyd etmişdir ki, mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməsi, onun yalnız həmin mənzilə ixtiyari vaxt getməsi və mənzilə daxil olmasını özündə ehtiva etmir. Həmçinin, həmin mənzilə münasibətdə istifadə və sahiblikdən irəli gələn digər hərəkətlərin edilməsini, o cümlədən mənzildə təmir işlərinin aparılmasını, gələcəkdə orada şəxsən və ya mülahizəsinə əsasən müəyyən etdiyi şəxsin yaşamasına imkanın yaradılmasını, habelə mülkiyyət hüququnun əldə edilməsini nəzərdə tutur. Lakin Cavabdeh1 MTK-nın onunla hər hansı müqavilə bağlanmadığı barədə mövqeyi və bununla bağlı hərəkətləri onun mənzildən qeyd edilən qaydada tam istifadə və sahiblik etməsinə maneə yaradır. Bu baxımdan həmin binanı inşa edən Cavabdeh1 MTK mənzilin giriş qapısını, habelə giriş qapısının kilitini dəyişməklə onu mənzilə daxil olması imkanından məhrum etmək, habelə təmir işlərinin görülməsində və mülkiyyət hüququnun əldə edilməsində ona müxtəlif suni maneələr yaratmaq üçün real imkana malikdir. Bu səbəbdən belə halların qarşısının alınması üçün onun mənzildən istifadə və sahiblik etməsinə yaradılmış maneə aradan qaldırılmalıdır.

16. Bununla belə məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180.85 kv.m. 4 otaqlı, 37 saylı mənzi ldən istifadə və ona sahiblik etməyə yaradılmış maneələrinin aradan qaldırılmasını tələb etməkdə haqlıdır və bu səbəbdən iddia tələbi bu hissədə də tam olaraq təmin edilməlidir.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 157.8, 337.1, 337.4, 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 18. "xxxx" MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) 2(103)-2084/2021 saylı mülki iş üzrə 2 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını düzgün müəyyən etmiş, onlara uyğun nəticəyə gəlmişdir.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 157.8, 337.1, 337.4, 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 23. "xxxx" MTK kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Qətnamədən eyni zamanda Cavabdeh2 kassasiya şikay əti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) 2(103)-3862/2020 saylı mülki iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə kassasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.M.Həsənov və V.Ə.İbayev) 2(103)-1148/2021 saylı mülki iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməs i ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı “Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37, ümumi sahəsi 185,85 kv.m. 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə mənzildən istifadə və sahiblik etməyinə yaradılmış maneənin aradan qaldırılması” barədə iddia tələbləri təmin edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə Cavabdeh2 şəxsiyyət vəsiqəsində olan məlumatlarının müqavilədə göstərilməməsi faktına münasibət bildirərək bu halın müqavilənin etibarsızlığı üçün əsas yaratmadığını və mülki qanunvericiliyin müqavilə azadlığı prinsipinə əsaslanaraq Cəfərovun şəxsiyyət vəsiqəsi məlumatlarının yazılmaya biləcəyini qeyd etmişdir. Mülki Məcəllənin “müqavilə azadlığı” adlı 390-cı maddəsində prinsipin anlayışı verilərkən qeyd edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, la kin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu normadan da görünür ki, qanunvericilik hər kəsə azad müqavilə bağlamaq imkanı verir, lakin bunu məcəllədə tutulan bəzi hallarla məhdudlaşdırır, bunun əsas səbəbi isə, qanunvericiliyin cəmiyyət və dövlətin mənafelərini qorumaq məqsədindən irəli gəlir. Müqavilə bağlanılarkən tərəflərin şəxsi məlumatlarının qeyd edilməməsi - müqavilə öhdəliklərinin yerinə yetirilməməsi zamanı kimin məsuliyyət daşıyacağını, gələcəkdə baş verə biləcək hər hansı hüquq pozuntusu zamanı şəxsin hüquqlarının nə dərəcədə qorunacağını sual altına qoyur. Cavabdeh1 MTK tərəfindən bu cür müqavilələrin bağlanması həmin müqavilələrin “lazımi vəziyyətlərdə“ özlərinin xeyrinə dəyişdirilə biləcəyinin də sübutudur. Bununla da Bakı Apellyasiya Məhkəməsi tərəfindən ədalət mühakiməsinin prinsiplərinə əməl edilməmiş, qanunsuz mülki məhkəmə icraatı həyata keçirilmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 13.3 Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

32. Maddə 29.1 Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Hazırkı mübahisə Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus bir mənzilin iki fiziki şəxsə satılmasına dair müqavilənin bağlanması ilə əlaqədar baş vermişdir.

42. İddiaçı mübahisə predmeti olan mənzilə dair 11 noyabr 2005-ci il tarixdə onunla MTK arasında müqavilə bağlanmasını və mənzilin tam dəyərini ödəməsini, Cavabdeh2 ilə 08 oktyabr 2005-ci il tarixli müqavilənin saxta olmasını əsas göstərməklə həmin müqavilənin etibarsız sayılması, mənzilə dair onun adına maliyyə arayışının verilməsi və mənzilin ona təhvil verilməklə bun a qarşı törədilən maneələrin aradan qaldırılması barədə məhkəmədə iddia qaldırmışdır.

43. Həmin iddia tələbi üzrə Cavabdeh2 iddia tələbi ilə razılaşmayaraq mənzilə dair onunla 08 oktyabr 2005-ci il tarixdə müqavilə bağlanmasını, mənzilin ondan başqa heç kimə satılmamasını əsas göstərməklə iddianın rədd olunmasını xahiş etmişdir.

44. İşə təkrar apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edərkən iddiaçı ilə bağlanmış 11 noyabr 2005-ci il tarixli müqavilənin və kassa mədaxil orderi qəbzinin MTK-nın sədri İlham Qasımov tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmasını əsas göstərmiş və bunu təsdiq edən sübut kimi məhkəmə xətşünas lıq ekspertizasının rəyinə və iddiaçı ilə bağlanmış müqavilənin onun tərəfindən imzalanmamasını və iddiaçı ilə MTK arasında mənzilə dair müqavilənin bağlanmasını inkar edən MTK-nın sədri İlham Qasımovun göstərdiklərinə əsaslanmışdır.

45. Aşağıdakı səbəblərdən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin nəticə səthi yoxlanılmış və birtərəfli qiymətləndirilmiş sübutlara əsaslandığından qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir.

46. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış müqavilənin MTK-nın sədri tərəfindən imzalanmamasına əsaslanıb iddianı rədd edərkən nəzərə almamışdır ki, iş üzrə müəyyən olunmuş digər halların fonunda müqavilənin və kassa mədaxil orderi qəbzinin MTK-nın sədri tərəfi ndən deyil, başqa şəxs tərəfindən imzalanması iddianın rədd edilməsi üçün əsas verməmişdir.

47. İşdən görünür ki, Sergey Sorokinlə bağlanmış 11 noyabr 2005-ci il tarixli müqavilədə onun iştirakçıların öhdəlikləri müəyyən olunmuş Cavabdeh1 MTK-nın VÖEN N-si(**********), ünvanı, hesab nömrəsi(**********0001) və “Texnikabank“ ASC-nin VÖEN nömrəsi (9********),kodu (506872) və s.göstərilmişdir.

48. Həmin müqavilə kooperativin sədri İ.S.Qasımovun adı qarşısına imza atılmaqla və MTK-nın möhürü vurulmaqla təsdiq edilmişdir.

49. Bundan başqa, Sergey Sorokinə onun tərəfindən MTK-ya 90.425 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi barədə 11 noyabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir.

50. Həmin qəbz adı və soyadı göstərilməyən və "xxxx" kimi təqdim olunan şəxs tər əfindən və MTK-nın baş mühasibi tərəfindən imzalanmış və qəbz MTK-nın möhürü ilə təsdiq olunmuşdur.

51. MTK-nın rəsmi sənədi olan göstərilən qəbzdə ödənilən pul məbləğinin (90.425 ABÇ dollarının) kassaya mədaxil olunması barədə qeydiyyat aparılmış və orada MTK-nın VÖEN nömrəsi göstərilmişdir.

52. İş materiallarından görünür ki, MTK tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətlərində müqavilənin və qəbzin MTK-nın sədri İlham Qasımov tərəfindən imzalanması inkar olunsa da, S.Sorokin tərəfindən mənzilə görə MTK-ya 90.425 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi inkar olunmamışdır.

53. Müəyyən olunduğu kimi, bundan sonra mən zilin açarları İddiaçı təqdim olunmuş və o, mütəmadi olaraq mənzilə getmişdir.

54. İşin həmin halını birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilərkən orada iştirak edən və özünü yaşayış binasının gözətçisi kimi təqdim edən Bəxtiyar Şahverdiyev təsdiq etsə da, apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində o, göstərdiklərini və ümumiyyətlə mənzilə baxış keçirilməsini inkar etmişdir.

55. Halbuki işdən göründüyü kimi 06 mart 2019-cu il tarixdə məhkəmə heyəti tərəfindən mənzilə baxış keçirilmiş, mənzilin giriş qapısı İddiaçı tərəfindən açılmış və yerli baxış zamanı mənzilə daxil olan və üzünü gözətçi kimi təqdim edən Bəxtiyar Şahverdiyev mübahisəli mənzilin açarının İddiaçı olmasını və mənzilə yalnız onun baş çəkməsini, həmin mənzilə başqa şəxsin gəlməməsini göstərmiş dir.

56. İşin yuxarıda göstərilən halları, yəni iddiaçıya müvafiq qaydada imzalanmış və MTK-nın möhürü ilə təsdiq olunmuş və onun iştirakçılarının öhdəliklərini və məsuliyyətini müəyyən edən yazılı müqavilənin təqdim olunması, həmin müqavilədə MTK-ya məxsus bütün məlumatların göstərilməsi, mənzilin dəyərinin iddiaçıdan qəbul edilərək MTK-ya mədaxil olunması və bununla əlaqədar iddiaçıya həm müəssisənin rəhbəri və həm də baş mühasibi tərəfindən imzalanmış rəsmi sənədin (kassa mədaxil orderi qəbzinin) verilməsi, eləcə də mənzilin açarlarının təqdim olunması və uzun illər ərzində, yəni təxminən 14 il ərzində iddiaçıya mənzillə bağlı hər hansı iradın bildirilməməsi və onun mənzilə maneəsiz daxil olması belə bir nəticəyə gəlməyə əsas verir ki, İddiaçıla MTK arasında mübahisəli mənzilin tikintis i və alqı-satqısına dair müqavilə mövcud olmuş, həmin müqavilə əsasında tərəflərin öhdəlikləri yaranmışdır.

57. Göstərilən vəziyyətdə müqavilədəki və kassa mədaxil orderi qəbzindəki imzaların MTK-nın sədri işləmiş İlham Qasımova məxsus olmaması barədə ekspertiza rəyi, kollegiyaya görə, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmaması nəticəsinə gəlmək üçün əsas verməmişdir.

58. Belə halda müqavilənin və qəbzin MTK-nın sədri tərəfindən imzalanmamasına görə iddiaçı deyil, MTK məsuliyyət daşımışdır.

59. MTK-nın müqavilə bağlanan zaman və ondan sonrakı rəftarı təsdiq edir ki, MTK iddiaçı qarşısında mənzilin tikintisi və onun iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüş və mənzilin dəyərini qəbul edib açarlarını ona təhvil verməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmişdir.

60. Lakin mənzildə təmir işlərinin aparılmasına MTK tərəfindən maneə törədilməsi və eləcə də mənzilə dair başqası ilə müqavilə bağlamasının bildirilməsi ilə əlaqədar iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

61. Lakin apellyasiya instansiyası məhkəməsi sübutlara qiymət verərkən işin həmin hallarını nəzərə almamış, kassa mədaxil orderi qəbzini imzalamış baş mühasibi dindirməmiş, onun vasitəsi ilə qəbzdəki "xxxx" sözü qarşısındakı imzanın kimə məxsus olmasını aydınlaşdırmamışdır.

62. İşin həmin halları mübahisəli hüquq münasibətinə tam aydınlıq gətirilməsi baxımından əhəmiyyətli olsa da, kollegiya hesab edir ki, tərəflər arasında onların iradəsini ifadə edən müqavilə bağlanmışdır. Bu zaman təkçə müqavilənin və qəbzin MTK-nın sədri tərəfindən imzalanmamas ı faktı kollegiyaya görə onlar arasında yuxarıda qeyd olunduğu kimi, müqavilə münasibətlərinin olmaması, eləcə də MTK-nın iddiaçı qarşısında mənzilin tikilib ona təhvil verilməsi barədə üzərinə öhdəlik götürməməsi kimi qiymətləndirilə bilməz.

63. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin müqavilənin etibarlılığına münasibətdə gəldiyi nəticəni qanunsuz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları nəzərə almadan, onlara tam və hərtərəfli qiymət vermədən düzgün olmayan nəticəyə gəlmişdir.

64. Nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış müqavilə indiyə kimi qüvvədidir və müqavilədə müəyyən olunmuş öhdəliklərin icrasına görə MTK məsuliyyət daşıyır.

65. Apellyasiy a instansiyası məhkəməsi iddianı rədd edərkən əsaslandığı sübutlardan biri də mübahisəli mənzilə dair müqavilənin Cavabdeh2la daha əvvəlki müddətə bağlanması ilə əlaqədardır.

66. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə iddiaçı ilə olan müqavilədən təxminən 1 ay əvvəlki müddətə aid olsa da, işdən göründüyü kimi iddiaçı həmin müqavilənin sonradan tərtib olunmaqla saxta olmasını əsas göstərməklə etibarsız sayılmasını tələb etmiş və bu zaman tələbini sübuta yetirmək üçün bir-sıra dəlillər irəli sürmüşdür.

67. Tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsi olduğundan MTK həmin müqavilədə eyni zamanda podratçı kimi çıxış etmiş və onun tərəfindən tikilən eyni mənzilin həm iddiaçının həm də Cavabdeh2 sahiblik və istifadəsinə verilməsinə dair iki müqavil ə bağlanmışdır.

68. Halbuki, birinci müqavilə ikinci müqavilənin bağlanmasını istisna etməklə bu, mülki qanunvericiliyin tələblərinə ziddir.

69. Belə olduqda, birinci bağlanmış müqaviləyə üstünlük verilməli və mübahisə həmin müqaviləni bağlamış şəxsin xeyrinə həll edilməlidir, bu şərtlə ki, həmin müqavilə mülki qanunvericiliyin şərtlərinə əməl edilməklə bağlanmış olsun.

70. Əgər birinci müqavilə onun etibarsız olmasına əsas verən qanun pozuntuları ilə bağlanmışdırsa, ikinci müqavilə qüvvədə olur və mübahisə həmin müqavilədə müəyyən olunmuş şərtlərə və öhdəliklərə uyğun həll edilir.

71. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına görə onun tərəfindən mübahisəli mənzilin pay dəyəri tam ödənilmişdir.

72. Cavabdehlə olan müqavilədə onun 08 oktyabr 2005-ci il tarixdə bağlanm ası göstərilsə də, onun adına yuxarıda göstərilən maliyyə arayışı 25 sentyabr 2013-cü il tarixdə verilmişdir. Müqavilədə mənzilin dəyəri 99.467 ABŞ dolları göstərilsə də cavabdehin həmin məbləği həqiqətən də MTK-nın kassasına keçirməsi ümumiyyətlə araşdırılmamış, bunu təsdiq edən sübutlar əldə olunmamış, onlara müvafiq hüquqi qiymət verilməmişdir.

73. Cavabdeh2 mənzilin tam dəyərini MTK-ya ödəməsi və nə vaxt ödəməsi barədə müqavilə bağlanan zaman kassa mədaxil orderi qəbzinin verilməməsi aydın deyildir və işin həmin halı mənzilin dəyərinin cavabdeh tərəfindən MTK-ya həqiqətən də ödənilməsinə inam yaratmır.

74. Əgər həqiqətən də mənzilə dair müqavilə cavabdehlə bağlanmışdırsa və mənzilə görə onun tərəfindən kooperativə 99.467 ABŞ dolları ödənilmişdirsə, ondan təxminən bir ay sonra iddiaçıda n həmin mənzilə görə 90.425 ABŞ dolları alınıb ona MTKnın möhürü ilə təsdiq olunmuş müqavilənin və kassa mədaxil orderi qəbzinin təqdim olunmasına dair MTK-nın hərəkəti anlaşılan deyildir və sağlam məntiqə sığmır.

75. İşdən görünür ki, iddiaçı ilə bağlanmış müqavilə və 21 aprel 2006-cı il tarixdə payçı X4 ilə bağlanmış müqavilə məzmununa və digər əlamətlərinə görə eyni olmaqla həmin müqavilələr Cavabdeh2la bağlanmış müqavilədən fərqlənir.

76. Cavabdeh2la bağlanmış müqavilədə yalnız onun adı, soyadı və atasının adı göstərilmiş, onun şəxsiyyətini müəyyən edən digər məlumatlar göstərilməmişdir.

77. Halbuki, MTK ilə mənzilə dair müqavilə bağlayan və MTK-ya 99.467 ABŞ dolları məbləğində pul vəsaiti ödəyən şəxsin kimliyi onun şəxsiyyətini təsdiq edən vəsiqə vasitəsi ilə müəyyən olunmalı, şəxsiyy ət vəsiqəsinin nömrəsi, həmin vəsiqənin nə vaxt, hansı orqan tərəfindən verilməsi, eləcə də yaşadığı ünvan müəyyən olunmalı və həmin məlumatlar müqavilədə əks olunmalı idi.

78. Cavabdehlə bağlanmış müqavilədə həmin məlumatların göstərilməməsi belə bir anlama gəlməyə əsas verir ki, həmin müqavilə şəxsiyyəti yoxlanılmamış və müəyyən olunmamış şəxslə bağlanmışdır.

79. Apellyasiya instansiyası məhkəməsi müqavilə azadlığı prinsipinə əsaslanaraq işin həmin hallarının müqavilənin etibarsız sayılması üçün əsas verməməsi nəticəsinə gəlsə də, kollegiya məhkəmə kollegiyasının həmin nəticəsi ilə razılaşmır.

80. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 6.3-cü bəndinə və mülki prosessual qanunvericiliyin tələbinə görə mə hkəmə sübutları əlaqəli şəkildə şərh etməli və onlara məcmu halında qiymət verməlidir.

81. Mübahisəli mənzilə dair müqavilə cavabdehlə daha əvvəlki tarixə aid olsa da, müqavilə bağlanan zaman ona mənzilin dəyərini ödəməsi barədə rəsmi maliyyə sənədi olan kassa mədaxil orderi qəbzinin verilməməsi, cavabdeh tərəfindən təqdim olunmuş maliyyə arayışının ona 2013-ilin sentyabr ayında, müqavilənin bağlandığı vaxtdan təxminən 8 il sonra verilməsi, həmin pul məbləğinin həqiqətən də MTK-ya mədaxil olunması barədə məhkəməyə mötəbər sübutların təqdim olunmadan, mənzilin açarının cavabdehə deyil, iddiaçıya verilməsi, cavabdehin mənzilə bu illər ərzində baş çəkməsi barədə işdə sübutların olmaması, iddiaçının isə mütəmadi olaraq maneəsiz mənzilə daxil olması və bununla əlaqədar ona hər hansı iradın bild irilməməsi, cavabdehlə bağlanmış müqavilənin məzmununun iddiaçı və digər payçı ilə həmin dövrdə bağlanmış müqavilələrin məzmunundan fərqlənməsi, cavabdehin MTK-nın işçisi (sədrin cangüdəsi) olması, iddiaçıdan alınmış pul məbləğinin uzun illər ərzində ona qaytarılmaması, eləcə də apellyasiya instansiyası məhkəməsinin müqavilənin bağlanması üçün faktiki olaraq əhəmiyyətsiz hesab etdiyi cavabdehin şəxsiyyəti barədə məlumatların yoxlanılmaması və müəyyən olunmaması ilə əlaqədar sübutların məcmusu həmin müqavilənin 08 oktyabr 2005-ci il tarixdə bağlanmasına ciddi şübhə yaratdığından kollegiya apellyasiya instansiyası məhkəməsinin müqavilənin cavabdehlə daha əvvəlki tarixə bağlanmasına dair gəldiyi nəticəni əsaslı saymır.

82. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən b u Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

83. Kollegiya hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehlə bağlanmış müqavilənin etibarlılığına və ümumilikdə iddianın əsaslılığına işin yuxarıda göstərilən halları və Mülki Məcəllənin 337.1 və həmin Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinin tələbləri baxımından qiymət verilməli, maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab verən və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

84. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar