Məhkəmə qərarları › İş №2(102)-3479/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3479/2020

24.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3479/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2864/2019 saylı qətnaməsindən iddiaçı X8 və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia çı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən fərdi yaşayış evindən istifadəsinə və köçürülməsinə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(025)914/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pulun İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCnin M/H: AZE03NABZ********************, SWİFT İBAZAZ2X, İBAN AZ61İBAZ********************, VÖEN **********, Hesablaşma nömrəsi ABB Nərimanov filialı kod 805540 hesabına köçürülməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov (sədrlik edən, məruzəçi), E.Hüseynov və V.Məlikov) xx xxxxxx 2019-cu il tarixli 2(107)-2864/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2864/2019 saylı qətnaməsindən iddiaçı X8 və vəkili X1 şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə heç bir araşdırma apar mamış, işin faktiki hallarına düzgün qiymət verməmiş və maddi və prosessal hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və iddiaçı isə xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyinə görə işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüquq unun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarından görünür ki, Cavabdeh 2005-ci ildə İddiaçı oğlu Cavid Babayevlə ilə nikaha girmişdir. Həmin nikahdan onların iki uşağı doğulmuşdur. Cavid Babayevin məhkəmədə qaldırdığı iddia əsasında tərəflər arasındakı nikah Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarından doğulmuş uşaqlar Cavabdeh himayəsində saxlanılmaqla aliment təyin edilmişdir. Cavabdeh Cavid Babayevlə ailə qurduqdan sonra ailə münasibətləri pozulduğu xx.xx.2017-ci il tarixədək Qəbələ rayonu, Çuxur Qəbələ kəndində hazırkı iş üzrə mübahisələndirilən evdə yaşamışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2018- ci il tarixli, 2(025)-3 24/2018 nömrəli qətnaməsi ilə Cavabdeh X9 ilə birgə nikah dövründə yaşadıqları, Qəbələ rayonu Çuxur Qəbələ kəndində özbaşına inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamının mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirildiyini, Mülki Məcəllənin 228.2-ci maddəsinin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququnun olmalı olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında belə bir müqavilə mövcud olmadığı üçün onlar məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehin mübahisəli evə köçürülməsi məhkəmə qətnaməsi ilə qərara alınsa da onun evdən istifadə hüququ olmadığından İddiaçı iddiası təmin edilməməlidir. Apelyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olmalı və həmin hüququn xitamı üçün mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməlidir. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması isə Mülki Məcəllənin 233cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təs bit edilir (maddə 233.1). xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu, Çuxur Qəbələ kəndində 0,26 ha torpaq sahəsində ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Ev və torpaq sahəsi onunla birgə X6, X4 və X7 paylı mülkiyyətindədir. Apelyasiya məhkəməsi daha sonra müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq hazırda mübahisə olunan evdə yaşamaq hüququ əldə etdiyindən onun həmin evdən istifadə ilə bağlı hüquqlarına məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsini n və «İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 8-ci maddəsinin tələblərinə ziddir. İddiaçı iddiasını onunla əsaslandırır ki, cavabdehlə oğlu arasında bağlanmış nikahdan sonra cavabdeh mübahisəli mənzilə köçmüş və onlar arasında münasibətlər pozulduqdan sonra cavabdeh evi tərk etmiş və məhkəmənin qətnaməsi ilə o, mənzilə köçürülmüşdür. Hazırda cavabdehin hərəkətləri onunla birlikdə bir ünvanda yaşamanı mümkünsüz edir və mənzildən istifadə edilməsi və mənzilə köçürülməsinə kompensasiya verilməsi yolu ilə xitam verilməsini xahiş etmişdir. Cavabdeh tərəfin mövqeyi isə iddiaçının onu yaşayış üçün bir otaqlı mənzillə təmin etdiyi təqdirdə mənzilə köçmək fikrinin olmamasından ibarətdir. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nətic ələr ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı kompensasiyanın məbləğini ümumiyyətlə iddia ərizəsində göstərməmiş və işə baxan məhkəmələr bununla bağlı hər hansı dəqiqləşmə aparmamış və iddiaçının cavabdehin mənzilə köçülməməsinə görə hansı məbləğdə kompensasiya təklif etməsi müəyyən olunmamış qalmışdır. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsini n tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Subyektiv hüquqa malik olan mülkiyyətçi müvafiq bazar qiyməti ilə kompensasiyanın məbləğini müəyyən etdiyi, lakin məhkəmə tərəfindən həmin məbləğ ağlabatan və müəyyən müddət üçün cavabdehin davamlı olaraq özünü yaşayış sahəsi ilə təmin etmək üçün kifayət etmədiyi qənaətinə gələrsə, bu halda hansı məbləğə uyğun olaraq əldə olunmuş istifadə hüququna xitam verilməsi və ya mənzilə köçürülmənin qarşısının alınmasının mümkünlüyü müəyyən edilməlidir. Hazırkı işin halları baxımından iddianı rədd edən məhkəmələr faktiki olaraq hansı məbləğin cavabdehin əldə etmiş olduğu evdən istifadə etmək imkanına xitam verilməsinə kifayət edən məbləğ olmasını da müəyyən etməmişlər. Məhkəm ə kollegiyası qeyd edir ki, cavabdeh qeyd edilən mənzilə 2007-ci il tarixdə köçmüş və həmin vaxt mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli ev xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. (hazırkı iş üzrə məhkəmələr yanlış olaraq mübahisəli evin İddiaçılə birlikdə digər şəxslərin paylı mülkiyyətində olmasını müəyyən etmişlər, halbuki yalnız mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə birlikdə digər şəxslərin paylı mülkiyyətindədir, mənzil üzərində isə yalnız İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır) Nəzərə alınmalıdır ki, iddia tələbi irəli sürülərkən artıq mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan onun hər hansı əsasla yaşamaq imkanı əldə etmiş şəxsə kompensasiya verilməklə mənzilə köçü rülməsinin qarşısının alınmasını, yaranmışdırsa istifadə hüququna xitam verilməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Hətta mülkiyyətçi olmasa belə evi tikmiş və oradan hər hansı məhdudiyyət olmadan istifadə edən şəxsin də belə hüququnun olması, yəni kompensasiya verilməsi müqabilində orada yaşamaq imkanı əldə etmiş şəxsin köçürülməsinin qarşısının alınması tələb etmək imkanı məhdudlaşdırıla bilməz. Lakin birinci instansiya məhkəməsi düzgün olmayaraq iddianı rədd edərkən cavabdehin mübahisəli evə istifadə hüququnun olmamasına əsaslanmışdır ki, bu isə mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Apelyasiya instansiya məhkəməsi isə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad edərək cavabdehin mübahisəli evdə yaşamaq hüquq u əldə etdiyindən onun həmin evdən istifadə ilə bağlı hüquqlarına məhdudiyyət yaradılmasının mənzil hüququnu müəyyən edən Konstitusiyanın 43-cü maddəsinə və «İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinin tələbinə zidd olmasını müəyyən etmişdir. Göründüyü kimi apelyasiya instansiya məhkəməsi faktiki olaraq birinci instansiya məhkəməsinin mövqeyindən fərqli əsaslarla (halbuki birinci instansiya məhkəməsi cavabdehin mübahisəli evdə istifadə hüququnun olmamasına əsaslanmışdır) çıxış edərək iddianın təmin olunmalı olmaması nəticəsinə gəlsə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi məsələsinə hüquqi qiymət verərkən apelyasiya in stansiya məhkəməsi işin faktiki hallarını dəqiq müəyyənləşdirilməmiş, 2017-ci ildən cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu həyata keçirmədiyi, mənzilə köçürülməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra mənzilə köçməyi tələb etmədiyi, 2019-cü ildən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla evə münasibətdə hüquq münasibətlərinin dəyişməsi, cavabdehin mübahisəli evdən əldə etdiyi yaşamaq imkanı əşya hüququ ilə bağlı olmadığı nəzərə alınmamış və cavabdehin mənzilə köçməməsinin səbəbləri, cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının olub-olmaması aydınlaşdırılmamış, bu münasibətlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2014-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsini n 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində ola n əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci madd əsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80 -cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digə r faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlər ə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Az ərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2864/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar