Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3480/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3480/21 (Açar sözlər: lizinq müqaviləsinin ləğvi, pul vəsaitinin ödənilməsi, ekspert rəyi ) Bakı şəhəri, 23 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili X4 oğlunun, Cavabdeh və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi v ə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-420/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" MMC ilə X2 arasında 10 fevral 2014-cü il tarixli AL-00089 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Rüfət İsmayılovun sifarişi ilə 2013-cü il buraxılışlı “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil 9300 manat məbləğinə AzevrocarMMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.
2. Cavabdeh 10 fevral 2014-cü il tarixli AL-89 saylı müqavilə üzrə bütün öhdəlikləri öz üz ərinə götürmüşdür. Cavabdeh avtomobili 06 iyul 2017-ci il tarixdə lizinq şirkətinə qaytarmışdır.
4. Mübahisə lizinq ödənişlərinə dair öhdəliklər barədədir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 10 fevral 2014-cü il tarixli AL-00089 saylı lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə etməsinə görə 4122,11 manat əsas borcun, 1733,49 manat mükafat məbləğinin, 705,99 manat dəbbə pulunun, cəmi 9561,59 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, "xxxx" MMC ilə X2 arasında bağlanmış 10 fevral 2014-cü il tarixli AL-00089 saylı daxil i lizinq müqaviləsinin tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X2 illik 17% hesablanmaqla 48 ay müddətinə hər ay 269 manat olmaqla ümumilikdə 12875 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 12875 manat pulun 9300 manatını əsas məbləğ təşkil edir. 12 dekabr 2014-cü il tarixdə X2, Cavabdeh və "xxxx" MMC arasında “Öhdəliklərin ötürülməsi haqqında” AL-89(1) saylı müqavilə bağlanmış və 10 fevral 2014cü il tarixli AL-00089 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür.
7. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 12 oktyabr 2015-ci il tarixdə 270 manat məbləğində olmuşdur. Qeyd olunan lizinq müqaviləsi üzrə 06 iyul 2017-ci il tarixinə Cavabdeh 4122,11 manat əsas borcu, 1733,49 manat mükafat borcu və həmin günə hesablanmış 705,99 manat dəbbə pulu borcu olmaqla cəmi 9561,59 manat borcu yaranmışdır.
8. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 522.1, 552.2, 747.1, 748-1.8, 748-1.12 və 748-7.1-ci maddələrinə istinad etmişlər.
9. Xətai Rayon Məhkəməsinin 2(011)-9872/2017 saylı, 07 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, "xxxx" MMC ilə bağlanmış 10 fevral 2014-cü il tarixli, AL-00089 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, cavabdehdən 4122,11 manat əsas borc, 1733,49 manat mükafat məbləği, 100 manat dəbbə pulu olmaqla, cəmi 5955,60 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Leyla Talıbova)
10. Birinci instansiya məhkəməsi işdəki sübutları qiymətləndirib müəyyən etmişdir ki, "xxxx " MMC ilə X2 arasında 10.02.2014-cü il tarixdə AL-00089 saylı daxili lizinq müqaviləsinə əsasən 12875 manat dəyərində “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil 48 ay müddətinə illik 17 faizlə, lizinq obyektinin dəyəri 12875 manat olmaqla X1 lizinqə verilmişdir. Daha sonra "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2014-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəlikləri üzərinə götürmüş, Cavabdeh şirkətə dəymiş ziyana görə 4122,11 manat əsas borcu, 1733,49 manat mükafat borcu, 705,99 manat dəbbə pulu borcu, cəmi 9561,59 manat məbləğində borcu yaranmışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yeinə yetirilməmişdir.
12. Birinci instansiya mə hkəməsi MM-nin 467-ci maddəsinə əsasən tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır.
13. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 462.1, 465.2, 747.1, 747-5.2, 748-1.12.4, 748-10.1, 748.-10.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, cavabdehin xeyrinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri: - lizinq obyekti olan avtomaşın 2015-ci ilin noyabr ayında qəzaya uğramışdır. 2016cı ilin fevral ayında avtomobil təmirdən çıxdıqdan sonra bank işçiləri avtomobili cavabdehin əlindən zorla almışlar. Daha sonra cavabdeh banka gəlmiş, pulu ödəyərək avtomobili götürmək istəsə də, belə bir maşının o lmadığını bildirmişlər; - 2016-cı ilin sentyabr ayında cavabdeh həmin avtomobili Ağsu rayonunda tapmış, Ağsu Rayon Polis Şöbəsinə müraciət edərək avtomobilin ona məxsus olmasını və avtomaşının qanunsuz sürüldüyünü bildirmişdir. Bir həftədən sonra Ağsu RPŞ-dən cavabddehə bildirmişlər ki, maşın bankın adınadır və ancaq bankın tələbi üzrə tədbir görülə bilər; - cavabdeh 2018-ci ildə həmin avtomaşının Bakı-Qazax yolunda DYP postunda saxlanıldığını və bankın cərimə meydançasına yerləşdirildiyini eşitmiş, pul verib maşını cərimə meydançasından çıxartmaq istəsə də, ona bildirmişlər ki, maşın başqa bir şəxsə satılmışdır; - ümumilikdə 8000 manat məbləğində pul ödədiyi avtomaşın cavabdehin əlindən çıxmış, üstəlik lizinq şirkəti cavabdehdən əlavə pul tələb edir.
16. Bakı Apellyasiya Məhkəməsinin 2(10 3)-11248/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında avtomobilin yol-nəqliyyat hadisəsi baş verən 21 noyabr 2015-ci il tarixinə, 01 fevral 2016-cı il tarixinə və maliyyə arayışının verildiyi 19 oktyabr 2017-ci il tarixinə borcunun nə qədər olması barədə suallar qoyulmuşdur.
17. Məhkəmə Ekspertiza Mərkəzinin 10.03.2020-ci il tarixli 1683 saylı rəyinə əsasən, 10 fevral 2014-cü il tarixli AL-00089 saylı lizinq müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC-yə 21.11.2015-ci il tarixə əsas borcu 249 manat, faiz borcu 0 manat, 01.02.2016-cı il tarixinə əsas borcu 620 manat, faiz borcu 167 manat, 19.10.2017-ci il tarixinə əsas borcu 5218 manat, faiz borcu 1218 manatdır.
18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-420/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(011)-9872/2017 saylı qətnaməsi cavabdehdən tutulmalı mükafat məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh 10 fevral 2014-cü il tarixli AL-00089 saylı lizinq müqaviləsi üzrə 4122,11 manat əsas borc, 1154 manat mükafat məbləği, 100 manat dəbbə pulu olmaqla, cəmi 5376,11 manat pulun tutularaq iddiaçı “Azevrokar MMC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi) Elşən Kazımov, Akif İsgəndərov )
19. Apellyasiya məhkəməsi də işdəki sübutlara əsasən müəyyən edib müəyyən edib ki, iddiaçı "xxxx" MMC ilə X2 arasında 10.02.2014-cü il tarixdə AL-00089 saylı daxili lizinq müqaviləsi bağlanmış, "xxxx" MMC-nin mülkiyyətində olan 12875 manat dəyərində “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil 48 ay müddətinə illik 17 faizlə R.İsmayılovun istifadəsinə və sahibliyinə verilmişdir. "xxxx" MMC, X2 və Cavabdeh arasında bağlanmış 12.12.2014-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəlikləri üzərinə götürmüşdür. "xxxx" MMC-nin verdiyi maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" MMC-yə lizinq müqaviləsi üzrə 06 iyul 2017-ci il tarixinə 4122,11 manat əsas borcu, 1733,49 manat mükafat borcu, 705,99 manat dəbbə borcu, cəmi 9561,59 manat məbləğində borcu yaranmışdır.
20. Apellyasiya məhkəməsi keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 10.03.2020-ci il tarixli 1683 saylı rəyinə əsasən müəyyən edib ki, 10 fevral 2014-cü il tarixli AL-00089 saylı lizinq müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC-yə 21.11.2015-ci il tarixə 249 manat əsas borcu, 01.02.2016-cı il tarixə 620 manat əsas, 167 manat faiz borcu, 19.10.2017-ci il tarixə 5218 manat əsas, 1218 manat faiz borcu vardır. Ekspert rəyi ilə müəyyən edilən əsas borc məbləği iddia tələbinin həcmindən artıq olduğundan, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə uyğun olaraq tutulmalı olan məbləğ iddia tələbindən artıq ola bilməz. Buna görə də əsas borcun məbləği 4122,11 manat müəyyən edilməlidir.
21. Faiz borcuna aid hissədə apellyasiya məhkəməsi qeyd edib ki, AL-00089 saylı lizinq müqaviləsinə 3 saylı əlavədə həmin müqavilə üzrə 2017-ci ilin iyul ayına mükafatın məbləğinin 1154 manat təşkil etməsi göstərilib. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi mükafat məbləği hissəsində dəyişdirilməli, 6 iyul 2017-ci il tarixə Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı olan mükafatın məbləği 1154 manat müəyyən edilməlidir.
22. Apellyasiya məhkəməsi Cavabdeh 2016-cı ilin fevral ayında lizinq obyekti olan “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin bank işçiləri tərəfindən zorla onun əlindən alınması barədə dəlilini bununla bağlı sübut təqdim edilmədiyi üçün qəbul etməmişdir. Cavabdeh avtomaşının hansı bankın işçiləri tərəfindən ondan zorla alınmasını göstərməmiş, avtomobil ondan zorla alındığı halda bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmiş, avtomobilin ondan həqiqətən götürülməsini təsdiq edən hər hansı bir sənədi (akt, protokol və s.) məhkəməyə təqdim etməmişdir.
23. Bundan əlavə, avtomobil lizinq şirkətinin mülkiyyətində olduğu halda, lizinq müqaviləsinə hər hansı aidiyyəti olmayan bankın avtomobili ələ keçirməsi anlaşılan deyil. "xxxx" MMC isə cavabdehin bu dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, məhz avtomobil "xxxx" MMC-də olmadığına görə onlar 2016-cı ilin dekabr ayında lizinq müqaviləsindən irəli gələn digər tələblərlə yanaşı, lizinq obyekti olan avtomobilin geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etmişlər.
24. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh lizinq obyekti olan avtomobilin 2016-cı ilin fevral ayında əlindən alındığını, 6 iyul 2017-ci il tarixədək avtomobilin onda olmadığını sübuta yetirə bilməmişdir. Buna görə də cavabdeh öhdəliklərin ona ötürüldüyü 12 dekabr 2014-cü il tarixdən avtomobilin lizi nq şirkətinə qaytarıldığı 6 iyul 2017-ci il tarixədək olan dövr ərzində lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkili Vəkil oğlu) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilib, işin apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tetirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. c) Kassasiya icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin vəkili X4 oğlu kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə ( amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansi yası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam, mübahisələndirildiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin aktını tam yoxlayır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
35. İddia tələbi lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədədir.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da odur ki, iddiaçı "xxxx" MMC ilə X2 arasında 10.02.2014-cü il tarixdə AL-00089 saylı daxili lizinq müqaviləsi bağlanmış, "xxxx" MMC-nin mülkiyyətində olan 12875 manat dəyərində “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil 48 ay müddətinə illik 17 faizlə R.İsmayılovun istifadəsinə və sahibliyinə verilmişdir. "xxxx" MMC, X2 və Cavabdeh arasında bağlanmış 12.12.2014-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəlikləri üzərinə götürmüşdür.
37. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə dəyərləndirməsini əsaslı sayır və hazırki qərarın 20-24-cü bəndlərində qeyd edilənləri bir daha təkrar etməyə lüzum görmür.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(103)420/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.