Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3482/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, Cavabdeh Cavabdeh2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən iddiaçı Azərbaycan Avtomobil X22 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Avtomobil X22 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinə və Ca vabdeh2 qarşı iddia qaldıraraq, DƏDRX-in Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş RX seriyalı xnömrəli xx.xx.2013-cü il tarixli Hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və onun əsasında tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Abbasov (sərlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh2 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı xsaylı xx xxxx 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 Yevlax rayonu Aşağı Qarxun kəndi Bakı-Qazax şosesinin 272-ci km-in sol tərəfində yerləşən YDM təyinatlı qeyri-yaşayış binası və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0.1173 ha torpaq sahəsi vardır. Asan-Sabirabad tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı xsaylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxx 1960-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, İmişli şəhəri Ə.Qurbanova küçəsi ev 27-də qeydiyyatdadır. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin xx xxx 2013-cü il tarixli 4326 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, alıcı qismində isə Cavabdeh2 iştirak etdikləri alqı-satqı nəticəsində Cavabdeh2 Yevlax rayonu Aşağı Qarxun kəndi Bakı-Qazax şosesi 272-ci km-nin sol tərəfində yerləşən YDM təyinatlı 0.1173 ha torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən satın almışdır. Daşınmaz əmlakın xx xxxx 2013-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli, 1273 çıxış nömrəli arayışına əsasən Yevlax şəhəri, Bakı-Qazax şosesinin (Bakı-Yevlax yolunun) 272-ci km-də Ağcaqovaq kəndinə gedən yolun üstündə yerləşən 1992-ci ildə tikilmiş, 15.2 kv.m. ümumi sahəsi olan daşınmaz əmlakı almışdır. xx xxx 2001-ci il tarixli 34B saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, BakıYevlax yolunun 272-ci km-də Ağcaqovaq kəndinə gedən yolun üst ündə yerləşən 1 nömrəli ağ neft satışı məntəqəsi X20 məxsus olmuşdur. xx xxx 2001-ci il tarixli müqavilənin surətindən görünür ki, X21 1992-ci ildə mişar daşından tikilmiş, 15.2 kv.m ümumi sahəsi olan bir otaqdan ibarət ağ neft satışı məntəqəsi X2. xx xxx 2001-ci il tarixli 34 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, BakıYevlax yolunun 272-ci km-də Ağcaqovaq kəndinə gedən yolun üstündə yerləşən 1 nömrəli ağ neft satışı məntəqəsi X13 məxsus olmuşdur. xx xxx 2001-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ölmündən sonra BakıYevlax yolunun 272-ci kmdə Ağcaqovaq kəndinə gedən yolun üstündə yerləşən 1 nömrəli ağ neft satışı, 1992-ci ildə mişar daşından tikilmiş 15.2 kv.m. ümumi sahəsi olan 888.49 kv.m. torpaq sahəsində yerləşən məntəqən i X21 və X9 miras kimi qəbul etmişlər. xx xxx 2001-ci il tarixli 34 saylı Qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, Bakı-Yevlax yolunun 272-ci km-də Ağcaqovaq kəndinə gedən yolun üstündə yerləşən 1 nömrəli ağ neft satışı məntəqəsi X5 məxsusdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx xxxxx 1997-ci il tarixli 1702 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhatətnamənin surətindən görünür ki, X10 Bakı-Yevlax yolunun 272-ci km-də Ağcaqovaq kəndinə gedən yolun üstündə yerləşən 1 nömrəli ağ neft satışı məntəqəsinin əmlakını Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən satın aldığına görə həmin 1 nömrəli ağ neft satışı məntəqəsi X4 toxunulmaz mülkiyyətidir. Bu barədə xx xxxxx 1997-ci il tarixdə 5 nömrəli reyestr kitabının 16-cı s əhifəsində 1702 saylı qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Yevlax şəhər X18 Rəyasət heyətinin xx xxxxx 1994-cü il tarixli 37 saylı qərarının surətindən görünür ki, Yevlax Rayonlararası Yanacaq doldurma məntəqələri istismar idarəsinin vəsatətinin nəzərə alınması, Yevlax rayonlararası Yanacaq doldurma məntəqələri istismar idarəsinə BakıYevlax maqistiral yolunun 272 km. məsafəsində Ağcaqovaq kəndinə gedən yolun üstündə Ağ neft satışı məntəqəsinin tikintisi üçün 890 kv.m. torpaq sahəsinin ayrılması, Şəhər İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinə Ağ neft satışı məntəqəsinin rayonun baş planına uyğun olaraq tikilməsinə nəzarət etməsi; Yevlax Yanacaq doldurma məntəqələri istismar idarəsinin lazımi sənədlərlə təmin edilməsinin Şəhər Xalq Deputatları Sovetin Rəyasət heyətinə həva lə edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərin də qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 83.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən, mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. 178.1-ci maddəsində göstərilir ki, daşınma z əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Yevlax rayonu Aşağı Qarxun kəndi Bakı Qazax şossesi 272-ci km-in sol tərəfində yerləşən Yanacaq doldurma məntəqəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxxxx 1997-ci il tarixli dövlət əmlakının hüquqi və fi ziki şəxslərə satılması haqqında şəhadətnamə əsasında X1. Daha sonra həmin YDM-si Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X11 və X3 mülkiyyətinə verilmişdir. xx xxx 2001-ci il tarixdə X8 Notariat Kontorunda həmin məntəqəni X7, bundan sonra sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 xx xxxx 2013-cü il tarixdə mülkiyyətçi X14 YDM-ni alqı-satqı müqaviləsi əsasında satın almışdır. Bundan sonra Cavabdeh2 xx xxx 2013-cü il tarixdə həmin YDM-nin yerləşdiyi torpaq sahəsini dövlət əmlakının balans saxlayıcısı və sərəncamçısı olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 4326 saylı alqı-satqı müqaviləsi əsasında satın almış və həmin Yanacaq doldurma məntəqəsi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq RX seriyalı xsaylı xx xxxx 2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və xx xxxx 2013-cü il tarixli Texniki pasport tərtib edilmişdir. xx xxxx 2004-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 23.1-ci maddəsinə görə, qeydiyyat orqanınının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı xsaylı xx xxxx 2013-cü il tarixli çıxarışın və xx xxxx 2013-cü il tarixli Texniki pasportun ve rilməsi üçün əsas olan və yuxarıda sadalanan alqı-satqı müqavilələri və digər hüquqi sənədlər ləğv edilməmiş və etibarsız sayılmamışdır. Belə olan halda, həmin sənədlərin tərtib edilməsi ilə bağlı cavabdeh DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin hərəkətlərində hər hansı qanun pozuntusu aşkar edilmir. Ona görə də DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş RX seriyalı xnömrəli xx.xx.2013-cü il tarixli Hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və onun əsasında tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyildir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3482/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3482/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver