Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3483/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras qoyanın öhdəliklərinə görə vərəsələrin məsuliyyəti, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsassız əldə edilmiş pulun vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-413/2023 nömrəli, 2023-cü il 15 mart tarixli qətnaməsindən İddia çı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2018-ci ildə X12 ailə üzvləri ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 1 saylı Yataqxananın 9 saylı otağını satmaq üçün ev alqı-satqısı ilə məşğul olan X13 müraciət etmişdir.
2. Sonuncu otağın dəyəri qismində 13000 manat ödəməklə bağlı İddiaçı ilə razılığa gəlmiş, həmin məbləğin bir hissəsi satıcı qismində X7 ödənilmişdir.
3. Cavabdeh1 X6 arvadı, Cavabdeh2 onun qızı, Cavabdeh3 isə əvvəlki nikahdan olan oğludur.
4. X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 5. ünvan 1 ünvanda yerləşən torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. Sonuncu 2019-cu il 12 mart tarixdə notarial qaydada bağlanmış bağı şlama müqaviləsinə əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evini Şirizadə Şəmsiyyə Məmiş qızına bağışlamışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-3170/2021 nömrəli qətnaməsi ilə yuxarıda qeyd olunan məbləğlə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2 (060)-1492/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdeh X8 2500 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək q aydada 10000 manat borcun, 3000 manat maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsində mənzil almaq qərarına gəlmiş və həmin vaxt X18 ona özünü makler kimi qələmə verərək bu işdə köməklik göstərəcəyini demişdir. O, həmin vaxt ona Z.Tağıyev qəsəbəsində 1 saylı yataqxananın 9 saylı otağının 13000 manata satıldığını deməklə onu həmin yataqxananın sahibi - mərhum X12 ilə tanış etmiş və həmin vaxt mərhum və onun həyat yoldaşı Şəfiqə ona bildirmişlər ki, razılaşdırılmış pulu onlara versin və onlar da yaxın müddətdə yataqxananı sənədləşdirməklə onun adına alqı- satqı edəcəklər. O, da bu şəxslərə inanaraq 13000 manat pu l vermiş və sonradan isə ona məlum olmuşdur ki, bu pulun 3000 manatını həmin makler İlham özünə götürmüş və 10000 manatı ilə yataqxana sahibi kimi özünü təqdim etmiş M.Şiriyevə vermişdir. Lakin bu şəxslər vəd verdikləri vaxtda yataqxananı onun adına rəsmiləşdirməmiş və o, bundan sonra aldadıldığını başa düşərək məhkəmədə maklerə-X13 qarşı iddia qaldırmaqla yataqxanaya görə vermiş olduğu pulları ondan tələb etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(060)-1492/2020 nömrəli qətnaməsi ilə onun cavabdeh X13 qarşı pul və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilməklə cavabdehdən 3400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 3430 manat məbləğində pulun tutulması qət edilmiş və iddia tələbi qalan hissədə rədd edilmişdir. O, həmin qətnamə il ə razı olmadığı üçün ondan o, və qarşı tərəf apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2021-ci il tarixli 2(105)-212/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qarşı tərəf İ.Hüseynovun apellyasiya şikayəti qismən təmin edilməklə məhkəmə qətnaməsi «cavabdeh X8 3400 manat məbləğində pul alınıb İddiaçı verilsin» hissəsində ləğv edilmiş və iddia qismən təmin edilməklə cavabdeh X8 2500 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. O, bu qətnamədən kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin olunmamış və ona izah edilmişdir ki, o, yataqxanaya görə ödənilmiş pulu yataqxana sahibi kimi özünü ona təqdim etmiş Ağdam rayonundan məcburi köçkün Şiriyev Məmişə verildiyi üçün həmin pulu da ondan tələb etməlidir. Hazırda isə ona məlum olmuşdur ki, Şiriyev Məmiş dünyasını dəyişmişdir. Lakin o, ondan aldığı həmin pul isə Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsində özünə 2 mərtələbəli fərdi yaşayış evi tikmiş və hazırda onun həyat yoldaşı və uşaqları qeyd edilən evdə yaşayırlar. Belə hesab edir ki, Şiriyev Məmiş artıq həyatda olmadığı üçün onun ondan aldığı həmin vəsait onun qanun üzrə birinci növbə vərəsələrindən tutulmalıdır. Onu da qeyd edir ki, M.Şiriyevin həyat yoldaşı Şəfiqə onunla söhbət əsnasında pulu qaytaracağını bildirsə də həmin pulu ona qaytarmamışdır.
9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazmanın surətindən görünür ki, X2 Cəbrayıl Böyük oğluna 500 manat pul vermiş, qalanın da mart ayının əvvəli verdiyini öz imzası ilə təsdiq etmişdir.
10. İş materiallarında olan əlyazmanın sur ətindən görünür ki, İddiaçı 14 sentyabr 2018-ci il tarixdə X8 aldığı iki otaqlı yataqxanaya görə İlhama 13400 manat pul vermişdir. O, Məmiş deyən şəxsi görməmiş və tanımamışdır. O, pulu X13 oturduğu ofisində verdiyini öz imzası ilə təsdiq etmişdir.
11. İş materiallarında olan əlyazmanın surətindən görünür ki, Şiriyev Məmiş 2018-ci il sentyabr ayının 14-də X11 yanına getmiş və iki otaqlı yataqxananı satmasını xahiş etmişdir. O, da müştəri İddiaçı taparaq yataqxananı 13400 manata sataraq X18 o puldan evinə gələrək 10000 manat ona verdiyini imzası ilə təsdiq etmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Baçısının Zeynalabdin qəsəbəsində nümayəndəsinin xx.xx.2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünv an 2 ünvanında yaşayır.
13. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2001-ci ildə Məmiş Şiriyevlə ailə həyatı qurmuşdur. 2004-cü ildə sözügedən yataqxananı almış və həmin yataqxanada yaşamışlar. Sonradan Məmiş səhhətində yaranmış problemlərə görə müalicə almaq üçün yataqxananı satmaq qərarına gəlmişdir. Məmişin yataqxananı hansı qiymətə satmasından məlumatı olmamışdır. Lakin makler tərəfindən Məmişə 9500 manat pul verildiyini bilir.
14. Cavabdeh3 da iddia tələbini qəbul etməyərək, iddiaçını ümumiyyətlə tanımadığını, atasının ikinci dəfə ailə həyatı qurduqdan sonra 2004-cü ildən onunla yaşamadığını, yataqxananın satılması barədə sonradan məlumatı olduğunu, onun yanında iddiaçının yataqxananın alınması üçün atasına pul vermədiyini qeyd etmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsin in (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-8373/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia rədd edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, hazırda vərəsə kimi cavabdehləri əsas götürərək onlardan pul tələb etsə də, lakin onların vərəsə olması barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 739.1, 1091.1, 1092.1, 1093.1, 1151, 1306-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqelərə və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 106, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılaraq, həmçinin qeyd edilmişdir ki, məhkəmə MPM-in 14.1-ci maddəsinin tələbini pozaraq iddiaçının DƏDRX-in 2 saylı Ərazi İdarəsinə mərhum Məmiş Şiriyevin adında olmuş əmlaklar barədə və onun ölümündən sonra ailə üzvlərinin vərəsəlik haqqında şəhadətnamə alıbalmamaları barədə notariusa sorğu göndərilməsi ilə əlaqədar vəsatətlərini təmin etməmiş, araşdırma aparmamış və bu da sonda qanunsuz q ətnamənin çıxarılması ilə nəticələnmişdir. Cavabdehlər mərhum Məmiş Şiriyevlə birlikdə hərəkət edərək dövlət fondunda olan yataqxanaya görə ondan 10000 manat məbləğində pul almış, halbuki onların bu yataqxananı satmaq, onu özgəninkiləşdirmək və onun üzərində sərəncam vermək hüquqları olmamışdır. Bu şəxslər həmin vəsaitdən yararlanaraq birgə istifadə etmiş, 2 mərtəbəli ev tikmiş və hazırda da həmin evdə yaşayırlar. Bu isə əsassız varlanma hesab olunduğu üçün ondan aldıqları pul geri qaytarılmalıdır.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçını aldatmamışlar, o artıq 5 ildir ki, sözgedən yataqxanada yaşayır. Evi o satmamış, mərhum əri satıb. Ümumən yataqxananın satılmağına razı deyildi. Amma ərinin işinə qarışa bilməzdi. Yataqxana 2018-ci ildə satıldı. Əri yataqxananı satdıqdan 1 ay sonra gəlib ona məlumat verdi və 4 min də pul verdi. Əri Məmiş xəstə idi. Həmin pul da onun müalicəsinə xərcləndi. Əgər iddiaçı yataqxananı onlardan aldığı formada geri qaytarırsa, bundan əlavə 5 il orada yaşadığı üçün kirayə pulunu verisə, ona 8500 manat pul qaytarmağa etirazı yoxdur.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, hazırki iddia üzrə cavabdehlərin dairəsi düzgün müəyyən olunmayıb. İddiaya cavab verməli olan şəxslər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 deyillər. Cavabdehin izahatını təsdiq edir.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-607/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 10000 manat pulun tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməmsi qət edilmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan məhkəmə qərarlarından müəyyən edilir ki, otağın iddiaçının adına sənədləşdirilməsi barədə tərəflər arasında razılıq olsa da, sənədləşmə baş tutmamış, iddiaçı mübahisəli otağın alınması ilə əlaqədar 13400 manat pulu vasitəçi İlham Hüseynova vermiş, həmin pulun 10000 manatı otağın sahibi Məmiş Şəfiyevə verilmişdir.
24. Qeyd edilən hal işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh1 izahatında da qeyd edilmişdir.
25. Belə ki, Cavabdeh1 izahatında göstərmişdir ki, 2001-ci ildə Məmiş Şiriyevlə ailə həyatı qurmuşdur. 2004-cü ildə sözügedən yataqxananı almışlar və həmin yataqxanada yaşamışlar. Sonradan Məmiş səhhətinda yaranmış problemlərə görə müalicə almaq üçün yataqxananı satmaq qərarına gəlmişdir. Məmişin yataqxananı hansı qiymətə satmasından məlumatı olmamışdır. Lakin makler tərəfindən Məmişə 9500 manat pul verildiyini bilir.
26. Həmçinin məhkəmə kollegiyasının iclasında da otağın satılmasını sonradan bildiyini, ərinin 4000 manat pulu ona verdiyini qeyd etmişdir.
27. İş materiallarından müəyyən edilir ki, X14 ölmüş, ona məxsus fərdi yaşayış evində arvadı Cavabdeh1 və Cavabdeh2 yaşayırlar.
28. Göründüyü kimi Məm iş Şəfiyev öldükdən sonra ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Şiriyeva Məmiş Mikayıl oğlunun həyat yoldaşı Cavabdeh1 və mərhumun qızı Cavabdeh2 yaşayır.
29. Bununla da müəyyən edilir ki, Məmiş Şəfiyevin vərəsəsi Cavabdeh1 müəyyən edilir.
30. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək hesab edir ki, otağın alınması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş pulun 2500 manatı vasitəçi İlham Hüseynovdan məhkəmə qətnaməsi ilə tutulmuş, həmçinin müəyyən edilmişdir ki, pulun 10000 manat hissəsi otağın sahibi Məmiş Şiriyevə verilmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, otağın alınması ilə əlaqədar verilmiş 10000 manat pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir.
32. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin digər cavabdehlərə münasibət də qeyd edir ki, cavabdeh qismində göstərilmiş Cavabdeh2 xx.xx.2004-cü il təvəllüdlüdür.
33. Hazırki işdən görünür ki, qeyd edilən şəxs 18 yaşına çatmadığından hazırki iş üzrə cavabdeh qisməndə iddiaya cavab verməli şəxs deyildir.
34. Eyni zamanda digər cavabdeh Ariş Şiriyeva münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Məmiş Şiriyevin oğlu olsa da, Məmiş Şiriyevin vərəsəsi olması müəyyən edilməmişdir. Həmçinin həmin şəxsin mərhum Məmiş Şiriyevə məxsus fərdi yaşayış evində də yaşaması müəyyən edilmir.
35. Məhkəmə kollegiyası iddia tələbinin 3000 manat maddi ziyanın və 31 manat dövlət rüsumunun cavabdehdən tutulmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı ona 3000 manat zərər dəyməsini əsaslandırmamış, həmin zərərin hansı formada hesablanmasına dair hər hansı sübut təqdim e tməmişdir.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 10000 manat pul tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
37. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 1091.1, 1092.1, 1093.1, 1151, 1306-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqelərə və MPM-in 5.1, 14.2, 49, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
38. Cavabdeh1 (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə rin X3 miras əmlaklarını qəbul etmələri ilə bağlı, eyni zamanda miras passivinə vərəsə olmamaları ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş və bu barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. İddiaçı öz iradəsinə uyğun olaraq razılığa gəlmiş, onu bu müqaviləni bağlamağa heç kəs məcbur etməmişdir.
40. Azərbaycan Respublikası Ali Məkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(102)-4121/2022 nömrəli, 2022-ci il 10 oktyabr tarixli qərarı ilə (hakimlər – Abiddin Hüseynov (məruzəçi), Zaur Əliyev, Əhməd Nurməmmədov) kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmı şdır.
41. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə şərh edilən göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasına əsas verən maddi hüquq norması, başqa sözlə iddia tələbinin qanuni əsası kimi həm borc (kredit) münasibətlərini (Mülki Məcəllənin 739-cu maddəsi), həm əsassız varlanma qaydalarını (Mülki Məcəllənin 1091 və 1092-ci maddələri), həm də vərəsələrin miras qoyanın öhdəliklərinə görə məsuliyyətini (Mülki Məcəllənin 1306-cı maddəsi) tənzimləyən mülki qanunvericilik normalarına istinad etmişdir.
42. Eyni zamanda apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məmiş Şəfiyev öldükdən sonra ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Məmiş Şiriyevin həyat yoldaşı Cavabdeh1 yaşayır, bununla da həmin şəxs Məmiş Şi riyevin vərəsəsi müəyyən edilir.
43. Halbuki Mülki Məcəlləyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1). Qətnamə əsasında apellyasiya instansiya məhkəməsinin hansı sübutlar və hüquq müəyyənedici sənədlər əsasında hazırda Cavabdeh1 yaşadığı daşınmaz əmlak olan fərdi yaşayış evinin Məmiş Şiriyevin miras aktivinə daxil olduğunu müəyyən etdiyi aydın deyil.
44. Məhkəmə miras qalmış daşınmaz əmlakda yaşayan, başqa sözlə mirası faktiki qəbul etmiş vərəsəni o halda miras qoyanın borclarına görə birgə borclu hesab edə bilər ki, həmin əmlakın miras aktivinə daxil olduğu mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun müəyyən edilmiş olsun.
45. Kassasiya instan siyası məhkəməsi MM-nin 1091.1, 1091.2, 1093.1, 1151.1, 1306.1, 1133.1, 1133.2, 1159.1.1, 1243.2, 1243.3-cü maddələrinə istinad etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Apelyasiya instansiyası məhkəməsinin 2(105)-413/2023 nömrəli, 2023-cü il 15 mart tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova, Almaz Süleymanova) birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh1 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh1 qarşı iddia tələbi rədd edilmişdir.
47. Apelyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin şərh edilən göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və oby ektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla Cavabdeh1 aid hissədə baxılaraq hüquqi qiymət verilməlidir.
48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,iddia tələbini bu hissədə rədd edən birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi həm borc (kredit) münasibətləri (Mülki Məcəllənin 739-cu maddəsi), həm əsassız varlanma qaydalarını (Mülki Məcəllənin 1091 və 1092 maddələri), həm də vərəsələrin miras qoyanın öhdəliklərinə görə məsuliyyətini (Mülki Məcəllənin 1306-cı maddəsi) tənzimləyən mülki qanunvericilik normalarına istinad etmişdir.
49. Halbuki, iddia tələbinin predmeti əsassız əldə edilmiş pulun vərəsələrindən tutulması barədədir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi mübahisəyə aid olmayan Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmişdir.
50. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
51. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib o lunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özüözlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X19rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X16 və digərləri Polşaya qarş ı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).
52. Hazırda apellyasiya baxışının predmetinə aid baxılan hissədə iddia tələbi əsassız əldə edilmiş pulun Cavabdeh1 tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1091-ci maddəsi təşkil edir.
53. X3 Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 1 saylı yataqxananın 9 saylı otağının 13000 manat ödəməklə bağlı İddiaçı ilə razılığa gəlməsi və həmin məbləğin 10.000 manat məbləğin mərhum X7 verilməsi və sonuncunun xx.xx.2021-ci il tarixdə ölməsi işin mübahisəsiz halıdır.
54. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhr um olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri).
55. Qanunun mənasına görə əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqa zidd hərəkətdir və əsassız varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarılmalıdır.
56. Hazırkı apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, X3 ölümündən sonra 12 mart 2019-cu il tarixdə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində onun həyat yoldaşı Cavabdeh1 yaşasa da, həmin əmlak bağışlama müqaviləsi əsasında qızı Şirizadə Şəmsiyyə Məmiş qızına bağışlanmış və sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmışdır.
57. Göründüyü kimi Cavabdeh1 yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi miras kütləsinə daxil deyil.
58. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, X5 miras qalmış əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından o, miras qoyanın borcuna görə məsuliyyət daşıya bilməz.
59. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 1091.1, 1092.1, 1151.1, 1306.1-ci, MPM-in 385.1.1, 386-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası hesab etmişd ir ki, X5 miras qalmış əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından onun miras qoyanın borcuna görə məsuliyyət daşıya bilməz. Məhkəmənin bu yanaşması tam əsassızdır,belə ki,məhkəmənin hazırki mübahisənin həlli ilə bağlı tətbiq etdiyi maddi normanın - MM-nin 1091-ci maddənin mənasına görə burada iddianın əsasını əsassız varlanmış şəxsin əldə etdiklərinin mərhum olanın tələbi ilə ona qaytarılmasından bəhs edir. Əvvəlki apellyasiya məhkəməsi baxışı zamanı Cavabdeh1 bildirmişdir ki, mərhum həyat yoldaşına iddiaçı tərəfindən yataqxananın satılmasına görə verilmiş vəsait ona çatdırılmış və o, həmin vəsaiti özü qəbul etmişdir və əgər iddiaçı yataqxananı boşaldıb təhvil verərsə, o da həmi n pulu qaytarmağa hazırdır. Onun bu ifadəsi həm məhkəmə protokoluna, həm də məhkəmə prosesinin çəkilişlərinə düşmüş və məhkəmə də həmin vəsaitlərin bu vəsait hesabına əsassız varlanmış şəxsdən, yəni Cavabdeh1 tutulması qənaətinə gəlmişdir. Məhkəmə prosesində həmin məhkəmə prosesinin audio-video çəkilişlərinin tələb edilərək izlənilməsi barədə vəsatət verilsə də, məhkəmə bunu etməmiş və yalnız qarşı tərəfin təqdim etdiyi çıxarış əsasında həmin pul vəsaitini aldıqdan sonra öz adına alınmış evi ölümünə yaxın qızına bağışlaması barədə çıxarışa istinad etməklə iddia tələbini rədd etmişdir. Artıq məhkəmə prosesində Cavabdeh1 tələb olunan pul vəsaitlərinin ona çatması barədə etirafı, bu şəxsin mərhumun həyat yoldaşı olması, iddia olunan vəsaiti birgə nikah dövründə əldə etmələri və mərhumun borcu na görə onun da cavabdehlik daşıması kimi hallara məhkəmə əhəmiyyət vermədən iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Bundan başqa Cavabdeh1 mərhum həyat yoldaşına iddiaçı tərəfindən verilmiş və özünün də etiraf etdiyi kimi şəxsən ona çatmış vəsaitə münasibətdə mərhumun həyat yoldaşı kimi birgə cavabdehlik daşıyır və bu borc həm də onun borcu kimi qəbul edilməlidir.
62. Nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir.
63. Qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölgüsü ilə bağlı mülki hüquq subyektlərinin iradə azadlığına hər hansı məcburi məhdudiyyət qoyulmamışdır. Ailə Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, ər-arvadın ümumi əmlakı istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra onlardan birinin tələbi əsasında bölünə bilər. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Hazırki halda mərhum iddiaçıdan aldığı 10000 manata öz adına ev almış, lakin artıq məhkəmədə iddiaçının yataqxanaya görə vermiş olduğu pul vəsaitinin geri tələb olunması ilə bağlı məhkəmə mübahisəsi gedən ərəfədə mərhum hazırki iş üzrə Cavabdeh1 ilə birlikdə həmin əmlakı öz qızlarına bağışlamış, bununla da əsassız varlanma nəticəsində əldə etdikləri pul vəsaitinin geri qaytarılmamasına zəmin yaratmışlar. Lakin bu borc yalnız mərhumun yox, cavabdeh Ş,Şiriyevanın da borcu hesab edilməli olduğu halda məhkəmə ümumiyyətlə onu «əsassız varlanan şəxs» kimi qəbul etməmiş və iddia tələbini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
65. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
66. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
67. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
68. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
69. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
70. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
71. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
72. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
73. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
74. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə
75. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
76. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün iş in hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
80. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
81. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə akt bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. İddiaçı mülki işə şifahi məhkəmə icraatı qaydasında baxılmasına dair vəsatət təqdim etsə də, həmçinin teleqram ünvanlayaraq məhkəmədə özünün iştirak etmək istədiyini bildirsə də məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-in 414.1-ci maddəsində nə zərdə tutulmuş əsaslar olmadığından işə yazılı icraat qaydasında baxmışdır.
90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
91. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətin də göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
93. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli 2(105)-413/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.