Məhkəmə qərarları › İş №2(102)-3486/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3486/2023

04.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3486/2023 04.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin məzmunun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il və 19 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qətnamələrindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X1 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Qusar Rayon Məhkəməsinin (hakim: Adil Vəliyev) 2022-ci il 14 dekabr tarixli, 2(02 9)-197/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər: Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Ayaz Mahmudov) 2023-cü il 05 aprel tarixli, 2(105)651/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X1 istismarında olan 320 mm-lik, 12-25 təzyiqli “Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndində ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin onun öz hesabına sökülərək, mühafizə zonasının boşaldılması qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin eyni məhkəmə tərkib li, 2023-cü il 19 aprel tarixli, 2(105)-651/2023 nömrəli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə ödənilməsi qət edilmişdir.

5. Həmin qətnamələrdən Cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəm əsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

6. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

7. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

8. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

11. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası tərəfindən kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə MPM) ilə müəyyən edilmiş formada tərtib edilməmiş, eləcə də MPM-in 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir.

13. Belə ki, MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

14. Həmin forma onu nəzərdə tutur ki, kassas iya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

15. Hazırkı halda cavabdeh kassasiya şikayətini formal olaraq (cizgi və s.) MPM-ə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində yalnız müvafiq maddələr sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normalar ın mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeyi aydın şəkildə ifadə edən dəlillər qeyd olunmamışdır.

16. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

18. Odur ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndə rilməlidir.

19. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il və 19 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qətnamələrindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar