Məhkəmə qərarları › İş №2(102)-3486/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3486/2024

26.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3486/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və Qusar rayon Notariat ofisinə (üçüncü şəxslər X12 və X10 cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras əmlaka vərəsəlik payının müəyyən olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli, 2(105)-692/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X1 (Pirəliyeva) Mehristan Xanmirzə qızı ilə xx.xx.1959-ci il tarixdə nikaha girməklə ailə qurmuşlar. Onların nikahı xx.xx.1995-ci il tarixdə pozulsa da, bir evdə yaşamağa davam etmişlər;

3. Qusar rayon İcra Hakimiyyətinin 25 oktyabr 1995-ci il tarixli, 215 saylı sərəncamına əsasən Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzil (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) X4 mülkiyyətinə verilmişdir.

4. X7 xx.xx.2014-cü ildə vəfat etmişdir. Onun vərəsələri: X12, İddiaçı, X10 və Cavabdeh olmuşdur;

5. Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, X-893 saylı məktubdan görünür ki, X4 digər birinci növbə varisləri mövcud olduğundan və digər varislər öz paylarına dair münasibətlərini bildirmədiklərindən tam şəkildə pay bölgüsünün aparılması mümkün olmamışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur;

6. Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 26 aprel 2021-ci il tarixli, 164 saylı və 25 noyabr 2022-ci il tarixli, 308 saylı arayışlardan Cavabdeh Qusar şəhəri, Heydər Əliyev küçəsi, 146 saylı binanın 23 saylı mənzilində yaşadığı və kommunal xərcləri şəxsən özünün ödədiyi məlum olur;

7. Qusar rayon İcra Hakimiyyətini n Mənzil İstismarı Müəssisəsindən verilmiş 20 dekabr 2022-ci il tarixli 27/1 saylı məktubundan görünür ki, İddiaçı 1974-cü ildən Heydər Əliyev prospekti 146 saylı binanın 23 saylı mənzilində pasport qeydiyyatına düşmüşdür, hal-hazıra kimi həmin ünvanda qeydiyyatdadır, lakin qeyd olunan ünvanda yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X4 mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı sonradan tələbinin həcmini artıraraq atası X4 mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması və vərəsələrin miras payları müəyyən olunmaqla həmin mirasın müvafiq qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia belə əsaslandırılmışdır ki, mərhum atası Pirəli Pirəliyev vəfat edənədək iddiaçı mübahisəli mənzildə atası və anası X2 ilə birlikdə yaşamış və orada qeydiyyatda olmuşdur. Anası ilə atası rəsmi olaraq boşansalar da, faktiki olaraq birlikdə yaşamışlar. Bundan başqa, iddiaçının övladları da həmin ünvanda yaşamaqla orada qeydiyyatda olmuşlar. İş üzrə cavabdeh olan qardaşı Cavabdeh isə mərhum atası vəfat edənədək həmin ünvanda yaşamamış, atası onu həmin mənzilə buraxmamışdır. Mərhum atası vəfat etdikdən sonra o, bir müddət həmin mənzild ə yaşamağa davam etmiş, anasının qayğısına qalmağa başlamışdır. Lakin, sonradan qardaşı Cavabdeh anasının və onun iradəsinə zidd olaraq zorla həmin ünvana köçməklə orada yaşamağa başlamış, onunla və anası ilə mütəmadi olaraq mübahisələr etmişdir. O, mübahisənin daha da dərinləşməməsi üçün həmin mənzildən çıxmaq məcburiyyətində qalmış və mənzildən çıxdıqdan sonra orada X11 və qardaşı Cavabdeh, həmçinin sonuncunun ailə üzvləri yaşamağa başlamışlar. O, həmin mənzildən çıxsa da, mütəmadi olaraq həmin mənzilə gedərək anasına baş çəkmiş, onunla birlikdə mənzilin idarə olunmasında iştirak etmişdir. Yuxarıda qeyd etdiyi kimi 4 qardaşdırlar, mərhum atasının qanun üzrə birinci dərəcəli vərəsələri də 4 nəfərdirlər. Anaları isə mərhum atası ilə rəsmi qaydada boşandıqlarından onun qanun üzrə birinci də rəcəli vərəsələri sırasına daxil deyil. Qardaşı Cavabdehlə aralarında olan narazılığın əsas səbəbi mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi mənzilin vərəsələr arasında bölüşdürülməsi barədə fikir ayrılığı olmuşdur. Belə ki, Cavabdeh həmin mənzilin yalnız ona verilməli olduğunu bildirərək mənzilə dair digər vərəsələrin miras paylarının müəyyən olunmasına etiraz edir. X11 da bildirmişdir ki, mənzil qanuna müvafiq qaydada bölünməlidir. Buna görə Cavabdeh anası ilə də mübahisə etmiş, onu döyərək evdən qovmuşdur. Artıq xeyli müddətdir ki, qardaşı Nəriman anası Mehristanı həmin mənzilə buraxmır, anası məcbur olaraq qardaşı Alim Pirəliyevin yanında Qusar rayonu Urva kəndində yaşayır. Nəriman müharibə veteranıdır və həmin adından suiistifadə edərək dəfələrlə onları hədələmiş, heç bir döv lət orqanının onlara mənzildən vərəsəlik payını verə bilməyəcəyini, buna heç kimin ixtiyarının olmadığını bildirmişdir. O, miras payına dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin həmin notariat ofisi tərəfindən miras qoyan mərhum atası Pirəli Pirəliyevin başqa vərəsələri olduğuna görə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilərək, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə həmin notariat ofisi tərəfindən 19 avqust 2021-ci il tarixli X894 saylı məktub verilmişdir.

11. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1999-cu ildə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunm uş, 2006-cı ildə vaxtından əvvəl azadlığa buraxılmış, elə həmin vaxtdan da mübahisəli evdə yaşamışdır. Atası vəfat etdikdə qardaşları seyfi sındırıb evin bütün sənədlərini oğurlamışlar. Mərhum atası onun oğlunun xətrini çox istəmiş, sərxoş olanda evi onun oğluna vəsiyyət etdiyini demiş və sənədini də çıxarıb ona göstərmiş, vəsiyyətnaməni isə evdə olan siyirmənin altında gizli yerdə gizlətmişdir. O, anasını evdən qovmamışdır, iddiaçının dediklərinin hamısı yalandır. Əksinə, anası və digər qardaşları içki içdiyinə görə Asfandiyarı öz evlərindən qovmuşlar. İddiaçı həmin evdə yaşamamış, Şarvili küçəsindəki 123 saylı ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşamışdır. Asfandiyarın belində yırtıq olmuş, cərrahi əməliyyat olunduğu üçün anası onu yaşadıqları evə gətirmiş, müalicə etmiş, sağala ndan sonra öz evinə qayıtmışdır. Asfandiyar ailədə yaranmış mübahisəyə görə məhkum olmuş, cəzasını çəkib qurtardıqdan sonra Ədalətin evinə qayıtmış, lakin sonuncunun evində də yola getməmişdir. Atası rəhmətə getdikdən sonra Asfandiyar və digər qardaşları mübahisəli evə gəlib-getməmişdir.

12. Məhkəmə iclasında üçüncü şəxs X12 izahatında göstərmişdir ki, mübahisəli mülkün paylara bölünməsini istəyirlər. Atası 8 may 2014-cü ildə, yəni səkkiz il əvvəl vəfat etmişdir. Atası vəfat etməmişdən əvvəl və sonra – 2015-ci ilədək həmin evdə qardaşı Asfandiyar yaşamış, pasport qeydiyyatına da düşmüşdür. Hazırda isə sonuncu, başqa yerdə yaşayır, arvadından ayrılmışdır və ailə üzvləri də ondan ayrı yaşayırlar. Nəriman mübahisəli evə atası vəfat etdikdən bir il sonra köçmüşdür və Asfandiyara həmin evə getm əyə icazə verməmişdir. O, mirasla bağlı 2021-ci ildə notariat orqanlarına müraciət etmişdir. 2021-ci ilə kimi anası həmin evdə yaşamış, Nəriman anasını evdən çıxarıb taksi ilə onun yanına göndərmiş, bundan sonra aralarında mübahisələr yaranmışdır. Böyük qardaş kimi onu dinləyən yoxdur. Atası vəfat etdikdən sonra həmin evə o və digər qardaşları getməmişlər, çünki Nəriman onların həmin evə gətməsini istəmir. Atası vəfat etməmişdən əvvəl atasının yanına getmişlər. O, mirasın bölünməsini, onun da payının verilməsini istəyir.

13. Məhkəmə iclasında üçüncü şəxs X10 izahatında bildirmişdir ki, o, özünə ayrı ev alıb köçmüşdür. Spirtli içki çox içdiyindən anası Asfandiyarı evdən qovmuşdur. Nəriman aşağıdakı bağ evində, daha sonra isə mübahisəli evdə yaşamışdır. Qonşulardan eşitdiyi məlumata görə N əriman anasını evdən qovmuşdur. Sonuncu, onun həmin evə getməsini istəməmiş, gedəndə isə onlara şər atmışdır. Halbuki o, Nəriman cəzaçəkmə müəssisəsində olanda ailəsinə kömək etmiş, istədiklərini alıb onlara vermişdir. Digər qardaşı Alim isə babalarının evində yaşayır. Qardaşları həmişə mübahisələr edirlər. Mübahisəli əmlak paylara bölünəcəyi təqdirdə o da öz payını istəyir.

14. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilmiş, X4 miras kütləsinə daxil olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 146, 23 saylı mənzilə (keçmiş T.İsmayılov küçəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X8 və X5 vərəsəlik hüquqlarının tanınması və hər birinin miras payının ¼ hissə müəyyən edilməsi qət edilmişdir.

15. Məhkəm ə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsələrdən heç biri mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə müəyyən edilmiş müddət daxilində mirasın qəbul edilməsi ilə bağlı müvafiq notariat orqanına ərizə ilə müraciət etməmişlər, bununla da mirasın qəbul edilməsinin formal üsulu ilə qəbul edilməsi müddəti bütün vərəsələr tərəfindən ötürülmüşdür. Bununla belə, İddiaçı mərhum atası Pirəli Pirəliyev vəfat etdikdən sonra həmin mənzildə yaşamaqla ona sahiblənmək və mirası qəbul etmək niyyətini ifadə etmiş, həmçinin miras qoyan şəxs vəfat etməmişdən uzun müddət əvvəl də həmin mənzildə yaşamış və pasport qeydiyyatına alınmışdır. Həmçinin, Cavabdeh də həmin evə köçərək orada yaşamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etmişdir. Bundan başqa, miras qoyan Pirəli Pirəliyevin digər vərəsələri, iş üzrə üçüncü şəxslər Alim Pirəliyev və Ədalət Pirəliyev də miras qoyan Pirəli Pirəliyev vəfat etdikdən sonra həmin mənzilə gəlib-getmişlər, mirasa sahiblənmək və ona yiyələnmək istəklərini nümayiş etdirmişlər, lakin sonradan mirasla bağlı mübahisələr yarandığından Cavabdeh başqa heç bir vərəsə həmin mənzilə gedə bilməmişlər və mənzildə yalnız Cavabdeh yaşamışdır. Həmin şəxslərin həmin mənzilə sahiblənə bilməmələri məhz vərəsələr arasındakı ixtilaflar olmuşdur. Bununla da, miras qoyan şəxs vəfat etdikdən sonra onun bütün vərəsələri mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişlər.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1159.1.1, 1243, 1246 və 1291-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı ildən başlayaraq miras əmlak kimi qalmış mənzildə o yaşamış, anası və digər qardaşları Asfandiyarı həmin evdən qovmuşlar. Buna da səbəb onun içki içməsi olmuşdur. İddiaçı həmin mənzildə yaşamamış, Qusar şəhəri, 123 saylı evdə ailəsi ilə yaşamışdır. Digər vərəsələr də atalarının vəfatından sonra mübahisəli mənzildə yaşamamış, heç oraya gəlib-getməmişlər. Məhkə mə bütün bu halları nəzərə almamış, heç bir tutarlı sübut olmadan digər vərəsələrin də həmin mənzilə gəlib-getməklə mirası faktiki qəbul edilmələri qənaətinə gəlmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1059/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli – sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-93/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbi rədd edilmişdir.

20. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda old uğunu atası X4 vəfat etdiyi xx.xx.2014-cü il tarixdən başlayaraq bəyan etməmiş, bu barədə notariat kontoruna müraciət etməmişdir. Cavabdeh isə mübahisəli mənzildə 1973-cü ildən yaşaması, kommunal xərcləri ödəməsi, bununla da mirası faktiki qəbul etməsi iş materiallarında olan xx.xx.2021 və xx.xx.2022-ci il tarixli arayışlarla öz təsdiqini tapır.

21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı atasına məxsus əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə bağlı öz mövqeyini sübut edə bilməmiş və bununla əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı atasının ölümündən sonra mirasın açılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada mirası qəbul etmək üçün mü vafiq addımları atmayaraq bununla bağlı qanunvericilikdə müəyyən edilmiş bütün müddətləri buraxmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1059/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

23. Üçüncü şəxs X12 (Vəkil2) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1059/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

24. Üçüncü şəxs kassasiya şikayətini iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-34/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov – məruzəçi, Abiddin Hüseynov və Zəki Babayev) kassasiya şikayətləri təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1406.2023-cü il tarixli, 2(105)-1059/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir.

26. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində n otarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1243.2, 1246, 1255, 1273-1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 416.1, 416.2-ci maddələrə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-692/2024 nömrəli, xx.x x.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari – sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı X3 miras qalmış Qusar şəhəri Heydər Əliyev prospekti ev 146, 23 saylı mənzilə (keçmiş T.İsmayılov küçəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X8 və X5 vərəsəlik hüquqları tanınsın və hər birinin ¼ hissədə miras payı müəyyən edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1274, 1275, 1291-ci maddələri təşkil edir. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununl bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

31. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmi şdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

32. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konsti tusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir....miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın m irasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

33. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

34. Göründüyü kimi, Konstitus iya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.

35. Bu baxımdan məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, İddiaçı, o cümlədən digər vərəsələr mirasdan əmlakdan imtina etmədiklərindən, mərhum ataları Pirəli Pirəliyevdən miras qalmış Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) birinci növbəli vərəsələr arasında payları müəyyən edilməlidir. Lakin bu zaman bütün vərəsələrin dairəsinin də müəyyən edilməsi olduqca vacibdir.

36. Mübahisəli fərdi yaşayış evinin əvvəllər tərəflərin atası Pirəli Pirəliyevin mülkiyyətində olması, X7 xx.xx.2014-cü il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır.

37. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 19 avqust 2021-ci il tarixli 276 saylı arayışa əsasən, xx.xx.2014cü ildə vəfat etmiş X7 vəfat etdiyi günədək ünvan 1 ünvanında yaşamış və vəfatından sonra vərəsələri X12, İddiaçı, X10 və Cavabdeh qalmışdır.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin atası X3 miras qalmış Qusar şəhəri Heydər Əliyev p rospekti ev 146, 23 saylı mənzilə (keçmiş T.İsmayılov küçəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X8 və X5 vərəsəlik hüquqları tanınmalı və hər birinin ¼ hissədə miras payı müəyyən edilməlidir.

39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1, 1291-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi maddi hüquq normalarını, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, həmin maddələrin mənasına görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edil ərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

44. Maddə 1133.2. Qanun üzrə vərəs əlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

45. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

46. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

47. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (mi ras passivi) toplusu daxildir.

48. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

49. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, miras qoyan X7 xx.xx.2014-cü ildə ölmüşdür, onun vərəsələri - Pirəliyev Alim, İddiaçı, Pirəliyev Ədalət və Cavabdeh mirasdan imtina etmədikləri üçün miras əmlakda qanun üzrə vərəsəlik qaydasında onların hər birinin ¼ payları vardır.

59. Qanuna əsasən, birinci növbədə - ölənin uşaqları vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar (§ 48).

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onla ra və N.Cabbarovun dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Kollegiya, kassasiya şikayətinin “əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir” mövqeyini aşağıdakılara görə əsassız hesab edir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarında göstərilmişdir ki, “vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir.”

63. Bundan əlavə, sonuncu qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun t əminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Qərarda o da qeyd edilmişdir ki, “Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin”.

64. Hazırkı iş birinci instansiya məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan hüquqi mövqelər baxılan işə şamil edilir.

65. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin ed ilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli, 2(105)-692/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar