Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3487/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Quba Regional «Asan Xidməti» Mərkəzində Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDAD (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8256/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qənaməsində n Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8256/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(103)8256/2021 nömrəli qətnaməsinin surətini cavabdehin nümayəndəsi Vəkil1 28 dekabr 2021-ci il tarixdə poçt vasitəsilə qəbzi imzalamaqla qəbul etmişdir. 23.02.2022-ci ildə kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 17.03.2022-ci il tarixli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmiş və geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1- ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. 408.1.1-c i maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsi ndə nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Cavabdeh 29 aprel 2022-ci il tarixdə təkrar kassasiya şikayəti vermişdir. Lakin bu vəziyyətdə nəzərə alınmalı idi ki, cavabdeh tərəfindən təkrar kassasiya şikayəti verilərkən müddət ötürülmüşdür. Bundan əvvəl edilmiş müxtəlif prosessual hərəkətlər isə artıq bitmiş müddətin hər hansı əsasla buxarılmamış hesab edilməsi üçün imkan yaratmır. Bu halda işin yenidən kassasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilərdi ki, hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi və məhkəmə tərəfindən təmin olması müəyyən edilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8256/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və iş həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3487/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3487/2022
17.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver