Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3491/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRAR (Açar sözlər: qərardaddan kassasiya şikayətinin verilməsi üçün prosessual müddət, prosessual müddətin axımının hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2023 nömrəli, 5 iyul 2023 -ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1. "xxxx" ASC (bundan sonra İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də yerləşən bina 1, blok 23, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan 10 saylı mənzilə dair bağlanmış 10 oktyabr 2006-cı il tarixli, 000019 nömrəli müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra–birinci instansiya məhkəməsi) 2(012)-1431/2015 nömrəli iş üzrə 25 may 2015-ci il tarixli (hakim Ş.Nəcəfova) qətnaməsi ilə iddia təmin olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-1431/2015 nömrəli iş üzrə 25 may 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və prosessual müddətin bərpa edilməsi ilə bağı ərizə də vermişdir.
4. Abşeron Rayon Məhkəməsinin 2(012)-1431/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(105)-1957/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, iş birinci instansiya məhkəməsinə qaytarılmışdır
6. Abşeron Rayon Məhkəməsinin Mülki kollegiyasının 2(012)-1431/2015 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır.
7. Daha sonra cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-1431/2015 nömrəli iş üzrə 25 may 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.
8. Abşeron Rayon Məhkəməsinin 2(012)-1431/2015 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2023 nömrəli iş üzrə 14 fevral 2 023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)1431/2015 nömrəli iş üzrə 25 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixində kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2023 nömrəli iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılmışdır.
12. Cavabdeh tərəfindən prosessual müddətin bərpası barədə ərizə verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2023 nömrəli iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini ərizəyə əlavə etmişdir.
13. Cavabdeh prosessual müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-243/2023 saylı qətnaməsinin elektron kabinetə yerləşdirilməsi ilə bağlı Cavabdeh bildiriş gəlmədiyinə görə, cavabdehSumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsininxx.xx.2023-cü il tarixli 2(105)-243/2023 saylı qətnaməsini rəsmi qaydada qəbzi imzalayaraq xx.xx.2023-cü il tarixində əldə etmişdir. Qeyd olunan tarixindən müddətin axımını rəhbər tutaraq, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində prosesual müddətini buraxmadan elektron məhkəmə sistemi vasitəsilə kassasiya şikayəti verilmişdir və bu səbəbdən kassasiya şikayətinə bu raxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə əlavə edilməmişdir. Qeyd olunan xx.xx.2023-cü il tarixli qətnamənin alınması ilə bağlı qəbzi ərizəyə əlavə edir.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin135.6.-cı maddəsinə əsasən ““Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.”
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində qeyd edildiyi kimi, sənədin (qətnamənin) elektron kabinetinə yerləşdirilməsi ilə bağlı tərəf ə elektron bildiriş gəlməlidir. Cavabdeh heç bir formada nə elektron nədə yazılı şəkildə qətnamənin elektron kabinetinə yerləşdirilməsi ilə bağlı bildiriş gəlməmişdir və bu səbəbdən cavabdeh özü şəxsən məhkəməyə gələrək xx.xx.2023-cü il tarixində qətnamənin alınması ilə bağlı qəbzi imzalayaraq qətnaməni əldə etmişdir. Hesab edirəm ki, burda adekvat sual yaranır, əgər cavabdehin elektron kabinetinə qətnamənin yerləşdirilməsi ilə bağlı cavabdehə məlumat verilmişdirsə, nəyə görə cavabdehə xx.xx.2023-cü il tarixində qəbzi imzaladaraq qətnamə verilmişdir, xx.xx.2023-cü il tarixində cavabdehə izah oluna bilərdir ki, qətnamə elektron kabinetə yerləşdirilib və cavabdeh vaxt itirmədən kassasiya şikayətini verə bilərdir
16. Qeyd etmək istəyirəm ki, qətnamə elektron kabinetinə yerləşdirilməsi ilə bağ lı məlumat elektron poçt, sms və digər elektron vasitəsilə cavabdehə və ya cavabdehin vəkili və nümayəndəsinə çatdırılmamışdır və bu səbəbdən qətnamənin mövcüd olması barədə cavabdehin heç bir məlumatı olmamışdır. Bundan əlavə olaraq qeyd etmək istəyirəm ki, qətnamə məhkəmə tərəfindən tərəflərə yazılı şəkildədə təqdim edilməmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2023 nömrəli iş üzrə 05 iyul 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-243/2023 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilmə müddətinin bərpasına dair cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, ərizəyə əlavə edilmiş kasasiya şikayəti nin geri qaytarılması qərara alınmışdır.
18. Qərardad belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2023-cü il tarixli qətnaməsi 16 fevral 2023-cü il tarixdə cavabdeh X1 “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti elektron məhkəmə sisteminə qanunla müəyyən edilmiş kasasiya şikayətinin verilməsi üçün verilməsi üçün nəzərdə tutulmuş müddətdən 2 ay müddət keçdikdən sonra, 09 iyun 2023-cü il tarixdə yerləşdirilmişdir. Kasasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizədə qeyd edilən dəlilləri məhkəmə kollegiyası əsaslı hesab etməmişdir.
19. Məhkəmə kollegiyası öz mövqe yini, MPM-in 133.2, 129.1, 130.1-ci maddələrinə, Avropa İnsan hüquqları məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(105)-243/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qərardadının tamam ilə ləğv edilərək apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətin icraata götürülməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət belə əsaslandırılmışdır ki, qətnamənin ona heç bir formada ne elektron nədə yazılı şəkildə o cümlədən elektron kabinetinə yerl əşdirilməsi ilə bağlı bildiriş gəlməmiş və bu səbəbdən cavabdeh özü məhkəməyə gələrək xx.xx.2023-cü il tarixdə qətnamənin alınması ilə bağlı qəbzi imzalayaraq qətnaməni əldə etmişdir. Kasator onuda bildirmişdir ki, elektron kabinetinə qətnamənin yerləşdirilməsi ilə bağlı cavabdehə məlumat verilmişdirsə,nəyə görə cavabdehə xx.xx.2023-cü il tarixdə qəbzi imzaladaraq qətnamə verilmişdir.Qətnaməni alan zaman heç kim ona izah etməmişdir ki,qətnamə elektron kabinetə yerləşdirilib və cavabdeh vaxt itirmədən kassasiya şikayətini verə bilərdi.
22. Qətnamə elektron kabinetinə yerləşdirilməsi ilə bağlı elektron poçt,sms və digər elektron vasitəsilə cavabdehin vəkili və ya cavabdehin nümayəndəsinə çatdırılmamışdır və bu səbəbdən qətnamənin mövcud olması barədə kasatorun heç bir məlumatı olmamışdır.Qət namə məhkəmə tərəfindən tərəflərə yazılı şəkildədə təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
25. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tə ləb oluna bilməz.
26. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
27. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
28. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
29. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
30. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzr ə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
31. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
32. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2023-cü il tarixli qətnaməsi 16 fevral 2023-cü il tarixdə cavabdeh X1 “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin vəkili tərəfindən tərtib edil miş kassasiya şikayəti elektron məhkəmə sisteminə qanunla müəyyən edilmiş kasasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 2 ay müddət keçdikdən sonra, 09 iyun 2023-cü il tarixdə yerləşdirilmişdir. Kasasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizədə qeyd edilən dəlilləri məhkəmə kollegiyası əsaslı hesab etməmişdir.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
40. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2023-cü il tarixli 2(105)-243/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.