Məhkəmə qərarları › İş №2(102)-3492/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3492/2022

09.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3492/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh Mirzə qızı və X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlak faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Abbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh Mirzə qızı və X6 qarşı "vərəsəlik hüququ üzrə sair mübahisələr" tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)8168/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X16 ünvan 1 ünvanında yaşamış, ailə üzvləri X12, X20 və X2 olmuşdur.

2. X2 xx.xx.1988-ci ildə, X16 xx.xx.2001-ci ildə vəfat etmişlər. 3. 09.09.2001-ci il tarixli vəsiyyətnaməyə əsasən X9 özünə məxsus bütün əmlakını qızı Cavabdeh (bundan sonra-cavabdeh) vəsiyyət etmişdir. 4. 15 mart 2018-ci il tarixli vərəsəlikdə miras payın bağışlanmasına dair müqaviləyə əsasən X13 mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsindən ona düşən ½ hissə vərəsəlik payını Cavabdeh Qalamirzə qızına bağışlamışdır. 5. 27.06.2019-cu il tarixli daşınmaz əmlakı n bağışlanması müqaviləsinə əsasən Cavabdeh Qalamirzə qızı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsini qardaşı X6 bağışlamış, həmin ünvan sonuncunun adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 28 sentyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı mərhum anası xx.xx.2006-cı il tarixdə ölmüş X5 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd sayılan çıxarış olmadığı üçün, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 mart 2021-ci il tari xli məktubundan görünür ki, X8 adına ünvan 1 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən miras əmlakın (torpaq sahəsinin və evin) tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X40 Bədəlov xx.xx.2001-ci ildə vəfat etmişdir. Babası sağlığında xx.xx.1964-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evin 1/3 hissəsini qızı, onun X3na notarial qaydada vəsiyyət etmişdir. Bundan əlavə, 1964 və 1965-ci il tarixlərdə ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin yarısı X8 adına keçirilmişdir. X3 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Lakin həmin torpaq sahəsinin sənədlərini itirmişdir və tapa bilmir. Onun uşaqlıq, cavanlıq illəri ünvan 2 ünvanda keçmiş, orada məktəbə getmişdir. Babası və anası rəhmətə gedəndən sonra 2008-ci ildə dayısı Ədalət Bədəlov və xalası Cavabdeh ilə həmin torpaq sahəsinin və evin satılması ilə bağlı ona müraciət etmişlər ki, sataq pulunu bölək. O, razılaşmamışdır ki, baba yurdunu satmasınlar, bir müddət gözləsinlər, o, cavabdehlərə düşəcək pulu versin. Sonra dayısı Rusiya Federasiyasına getmişdir. Hər dəfə bu məsələ açılanda xalası deyirdi ki, oradan heç bir pay istəmir, dayısı gəlsin, özləri həll edər. Bu ayın əvvəlləri telefonuna dayısı zəng etmiş, söhbət əsnasında dayısının Bakı şəhərində olduğunu, babasının adına olan evi və torpağı ondan gizli xalası Cavabdeh adına rəsmiləşdirdiyini bilmişdir. Hazırda dayısı həmin torpağı və evi ondan gizli satıb yenə ölkədən getmək istəyir.

10. Məhkəmə iclasında Cavabdeh Mirzə qızının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli evə Qala Mirzədən başqa adamın mülkiyyət hüququ yoxdur. Mərhum Ceyran xanıma vəsiyyətnamə verib İlimaya vəsiyyətnamə verilməyib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh X13 iddia tələbini qəbul etməmiş, di gər cavabdehin izahatındakı xüsusatları qeyd etmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 aprel 2021-ci il tarixli, 2(003)-336/2021 nömrəli qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli evin miras kimi tərəfindən faktiki qəbul edildiyini iddia etsə də, həmin əmlakda yaşamır, özünə məxsus ayrıca evdə yaşayır, miras əmlaka dair cavabdehlərə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, əmlak hal-hazırda cavabdeh X4 mülkiyyətindədir. İddiaçı babasının ölümündən sonra miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsinə dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməy ə təqdim edə bilməmiş, qeyd olunan hallar məhkəmə iclasında müəyyən olunmamışdır.

14. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlərə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirərək, həmin əmlakın babası, mərhum X16 tərəfindən X3na bağışlandığını əsas gətirərək, həmin qanun üzrə şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin sözügedən şəhadətnamənin və çıxarışın etibarsızlığına əsas verən hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı öz tələbinin əsası kimi anasına verilmiş vəsiyyətnaməyə istinad etsə də, məhkəməyə yalnız lazımi qaydada təsdiq edilməmiş tikintinin bağışlaması müqaviləsi təqdim etmiş, həmin müqavilənin həqiqətən mövcud olması və ya qüvvədə olmasına dair əsaslı və mötəbər sü butları məhkəməyə təqdim edə bilməmiş, qeyd olunan hallar məhkəmə iclasında müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh Mirzə qızı və X6 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğvinə dair iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 1145, 1243.3, MPM-in 77.1, 77.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür və məhkəmənin qərarı ilə digər Cavabdeh Qalamirzə qızı onun prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8168/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının X3 mirasqoyan X7 doğma övladı olmamış, nə də onun tərəfindən övladlığa götürülməmişdir. İlima Manafova mirasqoyan X36 arvadı olmuş mərhum X1 əvvəlki nikahdan doğulmuş övladı olmuşdur. X41 Bədəlov öldükdən sonra onun birinci növbəli vərəsələri hazırkı iş üzrə cavabdehlər – X13 və Cavabdeh Qalamirzə qızı olmuşdur.

20. Hazırkı işdə İddiaçı mübahisəli evin miras kimi tərəfindən faktiki qəbul edilməsini bildirərək, əmlakın babası, mərhum X16 tərəfindən X3na bağışlanmasına istinad edərək hazırki iddia tələbini əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı mərhum X33 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlaka münasibətdə MM-nin 1159-cu maddəsi ilə müəyyən edilmiş vərəsələr siyahısına daxil olan şəxs hesab edilmir. Həmçinin, onun mərhum anası da, iddiaçının id dia etdiyi kimi, mirasqoyan X36 birinci növbəli vərəsəsi olmamışdır. X36 ölümündən sonra iddiaçının mübahisəli əmlakdan istifadə etməsi, bununla da həmin mirası faktiki qəbul etməsi barədə dəlilləri əsassız olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mərhum X16 tərəfindən mübahisəli əmlakın bir hissəsinin X15 bağışlanmasına dair xx.xx.1964-cü il tarixli “tikilinin bağışlanması” barədə müqaviləyə istinad etməsi ilə əlaqədar qeyd etmişdir ki, mübahisəli miras əmlak xüsusi mülkiyyət hüququ ilə mirasqoyan X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qeydiyyat əsasında verilmiş, iddiaçı reyestrdə aparılmış qeydi mübahisələndirməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 140.1, 1145, 1159.1. 1, 1243.2-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər.

24. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə qətnamədə göstərilmiş hallar işin nəticəsinə uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 1151.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir.

27. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

28. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qabuluna yol verilmir.

29. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Mülki Prosessual Məcə llə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apelly asiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verib.

39. İddia tələbi mirası faktiki qə bul etmə cavabdehlərin verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilmə barədədir.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə iddiaçının anası mirasqoyanın doğma övladı olmamış, nə də onun tərəfindən övladlığa götürülməmişdir. İddiaçının anası mirasqoyan X36 arvadı olmuş mərhum X1 əvvəlki nikahdan doğulmuş övladı olmuşdur. X41 Bədəlov öldükdən sonra onun birinci növbəli vərəsələri hazırkı iş üzrə cavabdehlər – X13 və Cavabdeh Qalamirzə qızı olmuşdu

41. Kassasiya kollegiyası verilmiş kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, İddiaçı mərhum X33 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlaka münasibətdə MM-nin 1159-cu maddəsi ilə müəyyən edilmiş vərəsələr siyahısına daxil olan şəxs hesab e dilmir. Həmçinin, onun mərhum anası da, iddiaçının iddia etdiyi kimi, mirasqoyan X36 birinci növbəli vərəsəsi olmamışdır. Belə olan halda, mirasqoyan X36 ölümündən sonra iddiaçının mübahisəli əmlakdan istifadə etməsi, bununla da həmin mirası faktiki qəbul etməsi barədə dəlilləri əsassız olmuşdur.

42. İddiaçı mərhum X16 tərəfindən mübahisəli əmlakın bir hissəsinin X15 bağışlanmasına dair xx.xx.1964-cü il tarixli “tikilinin bağışlanması” barədə müqaviləyə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli miras əmlak xüsusi mülkiyyət hüququ ilə mirasqoyan X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qeydiyyat əsasında verilmiş, iddiaçı reyestrdə aparılmış qeydi mübahisələndirməmişdir

43. Nəzərə alıns a ki, iddiaçının mərhum anasının birinci növbə vərəsəsi olmaması və vərəsəlik şəhadətnaməsinin qanuni şəkildə verilməsi işin mübahisəsiz halı kimi müəyyən edilib, belə olan halda Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən iddianın təmin edilməməsi işin müəyyən edilmiş halları baxımından qanuni və əsaslı olmuşdur.

44. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Rəhimov İlqar Xamis olunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8168/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar