Məhkəmə qərarları › İş №2(102)-3495/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3495/2021

23.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3495/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3495/21 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, uydurma əqd) Bakı şəhəri, 23 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbi nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1005/2021 nömrəli, 02 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayətinə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh1 ilə ər-arvad olublar, onların 28.07.2012-ci il tarixdən rəsmi nikahı olub. Qaradağ Rayon Məhkəməsinin 15.08.2017-ci il tarixli, 2(002)-2302/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur.

2. Nəsimi Rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli 2(006)-2163/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzilə İddiaçı və Cavabdeh1 hər birinə ½ hissədə mülkiyyət hüququ müəyyən edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 07. 12.2017-ci il tarixli 2(103)12644/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin yarısının, yəni 6000 manatın Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilib. Ümumyyətlə, qanuni qüvvəyə minmiş 3 qətnaməyə əsasən Cavabdeh1 iddiaçının xeyrinə 22236 manat poul tutulub.

4. Qətnamələr icraya yönəldilib. Qətnamələrin icrası məqsədlə borclu Cavabdeh1 öz xahişi əsasında Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli 8(004)1241/2018 saylı qərardadı ilə Cavabdeh1 qeyd edilən mənzildəki ½ hissədə mülkiyyət payının üzərinə həbs qoyulmuşdur.

5. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildəki ½ hissədə mülkiyyət payını 26.02.2020-ci il tarixdə anası Cavabdeh2 bağışlamışdır.

6. Cavabdeh2 iddiaçının keçmiş qayınanasıdır. a) Birinci instansiya məhkəməsind ə icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildə Cavabdeh1 ½ hissədə məxsus mülkiyyət payının anası Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 27 saylı Notariat Kontariat ofisində 26.02.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin əqdlə bağlı Cavabdeh2 verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri 27 saylı Notariat Kontariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.

9. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 Heybət iddiaçıya qarşı “mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunması” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 15 mart 2018-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanmışdır.

10. Tələbin mənzilə olan mülkiyyət payına yönəldilməsi ilə əlaqədar icra icraatı başlandığını bilə-bilə Cavabdeh1 2019-cu ilin sonlarında «mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunması tələbinə dair» iddiası üzrə icraatın təzələnməsi üçün Nəsimi rayon məhkəməsinə müraciət etmiş və həmin işin gedişində 26.02.2020-ci il tarixdə mübahisə predmeti olan mənzildəki payının anasına “bağışlanmasına dair” Bakı şəhəri 27 saylı Notariat ofisində müqavilə bağladığını iddiaçıya bildirmişdir. Bund an dərhal sonra digər Cavabdeh2 mənzildəki paya yiyələndiyini iddiaçıya rəsmi məktubla bildirmiş və payı almağı təklif etmişdir. Eyni zamanda Cavabdeh2 əsl tərəf kimi Nəsimi Rayon Məhkəməsində iş üzrə prosesə qoşularaq «mənzilin hərracda satılmasına dair» iddia tələbi üzrə oğlu Cavabdeh1 əvəz etmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 “mənzilin hərracda satılmasına dair” iddia tələbi təmin edilmiş, tərəflərin paylı mülkiyyətində olan ünvan 1, mənzil 54-ün mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 48000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin ½ hissəsinin iddiaçı Cavabdeh2 və ½ hissəsinin cavabdeh İddiaçı ödənilməsi qət olunmuşdur.

12. Bağışlanma müqaviləsinin bir neçə qətnaməyə əsasən Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsini əngəlləmək və onları icra etməkdən yayınmaq məqsədilə bağlandığı şübhə doğurmur. Tərəflərin sözü gedən “Bağışlama” müqaviləsinədək və ondan dərhal sonrakı hərəkətləri müqavilənin hər iki tərəfin pis niyyətlə razılığa gələrək bağladığını təsdiq edir.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337 və 339.1-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh2 vəkili iddiaya etiraz olaraq göstərib ki, əmlak bağışlanarkən heç bir yüklülüyü olmayıb. Əmlak Mülki Məcəllənin 215.6-cı maddəsinin tələblərinə uyğun bağışlanıb, etibarsızlıq üçün əsas yoxdur.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3142/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Orxan Məmmədli)

16. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzil ½ hissədə Cavabdeh1, ½ hissədə İddiaçı mülkiyyətində olub. 26.02.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 həmin mənzildəki payını Cavabdeh2 hədiyyə etmişdir.

17. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. İddiaçının mübahisələndirdiyi 26.02.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 215.1, 215.2, 215.6, 324.1, 337.1, 3 37.2, 339.1, 390.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlıb.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1005/2021 nömrəli, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildə Cavabdeh1 ½ hissədə məxsus mülkiyyət payının Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 27 saylı Notariat Kontariat of isində 26.02.2020-ci il tarixdə bağlanmış “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab olunması, həmin əqdlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 27.02.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Azad İmanov)

22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəlillərinə və həmin dəlillərin əsaslandığı hüquqi əsasa qiymət vermədiyi üçün bu hal MPM-nin 385-ci maddəsinin tələblərinə görə qətnamə nin ləğvi üçün əsasdır.

23. Apellyasiya instansiyası iddiaçının iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 339.1-ci maddəsinə istinad etməsini hazırki mübahisənin həlli üçün əsaslı saymayıb və bunu belə əsaslandırıb ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən “..... bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində” bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki qanunvericiliyin qeyd edilən norması tərəflərin bir-birinə münasibətdə pis niyyətlə razılığa gəlməsini ehtiva edir. Hazırki işdə iddiaçı müqavilə tərəfi olmadığından, həmin əsasla müqavilənin etibarsızlığını tələb edə bilməz.

24. Apellyasiya instansiyası hesab edib ki, iddiaçının “Bağışlama” müqaviləsinin etibarsızlığı barədə iddia tələbinin dəlilləri həmin müqavilən in başqa hüquqi əsasla etibarsızlığına əsas verdiyi üçün müqavilə etibarsız sayılmalıdır.

25. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh1 digər məhkəmə qətnamələrinin icrası zamanı mübahisələndirilən mənzildə olan payına tutmanın yönəldilməsi barədə iradəsini ifadə etməklə, mübahisəli mənzildəki payı üzərinə məhkəmənin qərardadına əsasən həbs qoyulması barədə məlumatlı olmasına baxmayaraq, sonradan mübahisəli mənzildəki payını anasına bağışlamaqda niyyəti heç də hədiyyə alanı zənginləşdirmək olmamış, əksinə, digər məhkəmə qətnaməsinin icrasını əngəlləmək məqsədi güdmüşdür. Bu da qeyd edilən bağışlama müqaviləsinin uydurma əqd olmaqla, formal bağlanılmasına dəlalət edir.

26. Apellyasiya məhkəməsi Mülki Məcəlləsinin 340.1 və 666-cı maddələrini hazırki mübahisəyə tətbiq edərək qeyd edib ki, “Bağışlama” müqaviləsi bağlayarkən hazırki iş üzrə cavabdehin qarşı tərəfi heç də zənginləşdirmək niyyəti olmamışdır. İş materialları ilə müəyyən edilir ki, “Bağışlama” müqaviləsi hazırki tərəflər arasında mübahisəli mənzilin hərracda satılması barədə mülki işin gedişi zamanı baş vermiş və həmin mübahisədən hədiyyə alanın məlumatsız olması inandırıcı hesab edilmir. Bu baxımdan “Bağışlama” müqaviləsi uydurma əqd olmaqla, yalnız görünüş üçün bağlanılmışdır.

27. İşin faktiki hallarını və əqdlərin etibarsızlığı ilə bağlı maddi hüquq normalarının tələblərini nəzərə alan apellyasiya məhkəməsi belə qənaətə gəlib ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” uydurma əqd olmaqla görünüş üçün bağlandığı ndan əhəmiyyətsiz əqddir və bu səbəbdən etibarsız sayılmalıdır.

28. Apellyasiya instansiyası gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 337.1, 337.3, 337.4, 340.1 və 666.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı bağışlama müqaviləsinin tərəfi deyil. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna və ya qanuni mənafeyinə toxunsun. Hazırki işdə mübahisələndirilən müqavilənin nəticəsi olaraq hədiyyə verənlə hədiyyə alanın arasında öhdəlik münasibəti yaranıb ki, bunun da iddiaçıya aidyyatı yoxdur; - əqdin etibarsız olması barədə apellyasiya instansiyasının istinad etdiyi hal sübut olunmur. Bağışlama müqaviləsinin görünüş üçün bağlanmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməyib; - məhkəmə Cavabdeh1 mənzildəki payının üzərinə məhkəmə qərardadına əsasən həbs qoyulmasından məlumatlı olmasını göstərsə də, onun həqiqətən də məlumatlı olması barədə hər hansı sübuta istinad etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinə etiraz edərək müdafiə edərək, onun təmin edilməməsini xahiş etdi.

34. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 27 saylı Notariat Kontariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əəmiyyətsiz əqd məhkəmə tərəfin dən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində cavabdeh apelyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. İddia tələbi cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı və həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğvi barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, bağışlama müqaviləsinin predmeti olmuş mənzildəki ½ hissəyə (Cavabdeh1 hüquqları tanınmış hissəyə) qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası məqsədilə Cavabdeh1 xahişi ilə tutma yönəlmiş və həmin hissədə mənzilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 bunu bilə-bilə mənzildəki həmin payını anasına bağışlamaqla əslində qətnamələrin icrasına əngəl yaratmaq məqsədi güdmüşdür.

40. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, hazırki iş üzrə Cavabdeh1 digər məhkəmə qətnamələrinin icrası zamanı mübahisələndirilən mənzildə olan payına tutmanın yönəldilməsi barədə iradəsini ifadə etməklə, mübahisəli mənzildəki payı üzərinə məhkəmənin qərardadına əsasən həbs qoyulması barədə məlumatlı olmasına baxmayaraq, sonradan mübahisəli mənzildəki payını anasına bağışlamaqda niyyəti heç də hədiyyə alanı zənginləşdirmək olmamış, əksinə, digər məhkəmə qətnaməsinin icrasını əngəlləmək məqsədi güdmüşdür. 4

1. Göründüyü kimi, işin müəyyən edilmiş halları Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini şərtləndirmişdir. Bu baxımdan, işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi ilə bağlı hazırki qərarın 23-27-ci bəndlərində qeyd edilən dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür.

43. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda kollegiyanın qiymət verməli olduğu məsələ kassasiya şikayətində irəli sürülən dəlillərdir.

44. Məhkəmə kollegiyası iddiaçının hüququna və ya qanuni mənafeyinə toxunmadığı üçün onun bağışlama müqaviləsinin tərəfi olmaması, əqdin etibarsız olması barədə apellyasiya instansiyasının istinad etdiyi halın sübut edilməməsi, mənzildəki payının üzərinə məhkəmə qərardadına əsasən həbs qoyulmasından Cavabdeh1 məlumatlı olması barədə hər hansı sübuta istinad olunmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər apellyasiya məhkəməsinin hazırki qərarın 23-27-ci bəndlərində qeyd edilən mövqeyi ilə tam təkzib edilir. Buna görə də həmin dəlillərə təkrar qiymət verməyə məhkəmə kollegiyası zərurət duymur.

45. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini, o cümlədən, apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlilləri əsasız sayır.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmi n olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1005/2021 nömrəli, 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar