Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-35/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili xxx oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və xxx qarşı “yaşayış sahəsi üzrə özəlləşdirilmənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10582/2019 nömrəli qətnaməsindən Cavabdeh və və kili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və xxxx qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə özəlləşdirmənin etibarsız hesab edilməsi və onun əsasında X5 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Bakı şəhər X8 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxx 1984-cü il tarixli 232552 saylı orderdə iddiaçının anası Cavabdeh ilə yanaşı iddiaçının adı da qeyd edilmiş və həmin ünvanda pasport qeydiyyatında olmaqla anası ilə birlikdə yaşamışdır. Hazırda iddiaçıya məlum olmuşdur ki, həmin mənzil iddiaçının razılığı olmadan anasının adına özəlləşdirilmişdir. Mənzilə dair orderdə adının qeyd olunmasına və həmin mənzildə pasport qeydiyyatında olmağına baxmayaraq, özəlləşdirmə zamanı təqdim olunmuş, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” 14632 saylı arayışda mənzildə nədənsə tək iddiaçının anası Cavabdeh qeydiyyatda olması göstərilmişdir. İddiaçının mübahisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinə etdiyi müraciətə xx xxxx 2018-ci il tarixli 059-19063-1218 saylı cavab məktubunda ünvan 1 ünvanda pasport qeydiyyatında olduğu bildirilmişdir. Mübahisə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə etdiyi müraciətə xx xxx 2018-ci il tarixli **********37 saylı cavab məktubu ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin Cavabdeh adına qeydiyyatdan keçməs i və hazırda onun mülkiyyətində olması, özəlləşdirmə zamanı təqdim olunmuş, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” 14632 saylı arayışda mənzildə tək Cavabdeh qeydiyyatda olması bildirilmişdir. Həmin mənzilin özəlləşdirilməsinə cəlb edilmədiyinə və özəlləşdirməyə razılıq vermədiyinə görə iddiaçı hesab edir ki, həmin mənzilin özəlləşdirilməsi “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində nəzərdə tutulan şərtlər pozulmaqla həyata keçirildiyindən, özəlləşdirilmə etibarsız hesab edilməli və onun əsasında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Nigar Nəbizadə) 2(001)-2993/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10582/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2993/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, xxxx nömrəli mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2993/2019 saylı qətnaməsindən apelyasiya şikayəti müddət ötürülməklə verildiyi halda, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq xx.xx.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayətini mümkün hesab edərək, icraata qəbul etmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, Binəqədi Rayon Məhkəməsinin iş üzrə qətnaməsi xx.xx.2019-cu il tarixdə rəsmi qaydada iddiaçıya təqdim edilmiş, iddiaçı isə prosessual müddət 12 gün ötürülməklə, lakin prosessual müddətin bərpası barədə heç bir ərizə təqdim etmədən apelyasiya şikayəti verilmiş, nəticədə apelya siya şikayəti prosessual normaların pozulması ilə icraata qəbul edilmişdir. “Azərbaycan Respublikasında mənzil X1” Qanunun 5-ci maddəsinin tələbindən birbaşa görünür ki, özəlləşdirmə ilə bağlı müraciət edilən anda bununla bağlı razılığın alınması tələb olunan şəxslərin sırasına yalnız mənzil kirayə müqaviləsində adı göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri daxildir. Normanın məzmununa görə belə ailə üzvləri eyni zamanda hər iki tələbə cavab verməlidirlər. Bu tələblərdən birinə cavab verməyən (mənzil kirayə müqaviləsində adı göstərilməmiş və ya müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki yaşamayan) şəxslərin razılığı tələb olunmur. Müvafiq olaraq, bu cür razılığı tələb olunmayan şəxslərin qeyd olunan əsasla özəlləşdirmənin etibarsızlığ ını tələb etməklə bağlı subyektiv hüququ yoxdur. İddiaçı mübahisəli mənzil özəlləşdirilən zaman həmin mənzildə qeydiyyatda olmamasını təsdiq edən AR DİN-in 14632 nömrəli arayışını şübhə altına qoyarkən, həmin dövrdə mübahisəli mənzildə faktiki olaraq yaşamasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki, mənzil özəlləşdirilən zaman həmin mənzildə qeydiyyatda olmasını və faktiki yaşamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşürdü. Əksinə, iş materiallarında olan xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli etibarnamələrdən görünür ki, İddiaçı Çexiya Respublikasında, 10 saylı Praqa yaşayış massivi, Horni Mnyexaloupi, Padovska küçəsi, 747/5 ünvanında yaşayır. Belə ki, İddiaçı həmin mənzili ipoteka krediti müqaviləsi yolu ilə əldə etmiş, hətta ilkin ödəniş üçün la zım olan vəsait Cavabdeh və X2 İsmayılovaya təmənnasız verdiyi pul hesabına əldə edilmiş və ödənilmişdir. İddiaçı Çexiya Respublikasında mənzil əldə etməsi ilə bağlı müvafiq sənədlər birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmişdir. X6 ölənədək onunla birlikdə faktiki yaşayan ailə üzvünün yalnız Cavabdeh olması iddiaçının vəkilləri tərəfindən apellyasiya icraatında təqdim edilən xarici pasportun surətindən də görünür. Həmçinin, İddiaçı mübahisəli mənzildə yaşamamasını bir fakt da təsdiq edir ki, o, öz şəxsiyyət vəsiqəsinin 1 il 8 aydır müddəti bitməsinə baxmayaraq, mərhum X6un sağlığında deyil, illər sonra, anası Cavabdeh israrlarından sonra yalnız məhkəməyə müraciət etməzdən öncə, yəni xx.xx.2018-ci il tarixdə dəyişmişdir. Çünki, iddiaçı mənzilin özəliəşdirilməsini məhkə mə qaydasında mübahisələndirmək fikrinə düşərkən mübahisəli mənzildə qeydiyyatda olmaması ona məlum olmuş və həmin mənzilə yenidən qeydiyyata düşmək üçün ona yeni şəxsiyyət vəsiqəsi lazım olmuşdur. Binəqədi Rayon Məhkəməsində mülki işə Kamran Əsədov tərəfindən baxılarkən təqdim edilmiş xx.xx.2018-ci il tarixli Aktdan və xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2009-cu ilədək valideynləri xxx və Cavabdeh ilə birlikdə xxx nömrəli mənzilində yaşamışdır. Yəni, İddiaçı 2009-cu ildən sonra faktiki olaraq kirayəçi ilə birlikdə yaşamadığını həmin binanın vəzifəli şəxsi və qonşuları da təsdiq etmişdir. İddiaçı adına göndərilən bütün məhkəmə sənədləri (vəkili tərəfindən qəbul edilən Binəqədi Rayon Məhkəməsinin iş üzrə qətnaməsi istisna olmaqla) ünvanda yaşamadığına görə geri qaytarılmı şdır. Göründüyü kimi, İddiaçı mübahisəli mənzildə faktiki yaşamaması mötəbər dəlillərlə sübut edilmişdir. Həmçinin, mənzilin kirayəçisi X4 ona məxsus əmlak üzərində sərəncam vermək səlahiyyəti barədə mütəmadi olaraq onunla faktiki yeganə yaşayan ailə üzvü olan Cavabdeh etibarnamələr vermiş, belə etibarnamələrdən sonuncusu 30 il müddətinə verilən xx.xx.2012-ci il tarixli etibarnamə olmuşdur. “Azərbaycan Respublikasında mənzil X1” Qanunun 5ci maddəsində mənzilin özəlləşdirilmısi üçün mənzil kirayəçinin yetkinlik yaşına çatmayan ailə üzvlərinin kirayə müqaviləsində adlarının göstərilməsi şərti ilə yanaşı, müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki deyil, sadəcə yaşaması tələbi qoyulsaydı, iddiaçının mənzilin özəlləşdirilməsini mübahisələndirməyə subyektiv hüququ ola bilərdi. Lakin, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası isə iddiaçının faktiki olaraq Çexiya Respublikasında yaşaması iş materiallarında olan kifayət qədər sübutlarla təsdiq edilsə də, “Azərbaycan Respublikasında mənzil X1” Qanunun 5-ci maddəsini aşkar surətdə səhv təfsir etmiş, mənzilin özəlləsdirilməsinə razılığının alınmasına subyektiv hüququnun olması üçün kirayəçi ilə birlikdə yaşayan yetkinlik yasına çatmış ailə üzvlərinin müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki yaşaması tələbi barədə qanunun həmin müddəasını düzgün təfsir etməmiş, və ya nəzərə almamış və nəticədə yanlış qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsində Cavabdeh mübahisəli mənzilin kirayəçisi olmaması, mənzilin özəlləşdirilməsi anında iddiaçı ilə cavabdehin eyni statusda olması, özəlləşdiril mə ilə bağlı birinin digərinə nisbətən üstün mənafeyi, yaxud əlavə hüququnun olmaması vurğulansa və bu vəziyyətdən qətnamənin əsaslandırılmasında istifadə edilsə də, qeyd edilməlidir ki, cavabdehin mənzilin kirayəçisi olmaması və cavabdehlə iddiaçının kirayə müqaviləsinə münasibətdə eyni statusda olması isin mahiyyətinə təsir edən hal deyil. Çünki, “Azərbaycan Respublikasında mənzil X1” Qanunun 5-ci maddəsi yalnız kirayəçiyə deyil, onunla birlikdə faktiki yaşayan ailə üzvlərinin birinə və ya bütün ailə üzvlərinə mənzili özəlləşdirmək hüququ verir. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası müvafiq normanın məzmununu bu hissədə də düzgün şərh edə bilməmişdir. Göstərilənlərlə yanaşı, Bakı Apelyasiya Məhkəməsi müvafiq qətnamə ilə AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İ darəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi üçün heç bir əsas olmamışdır ona görə ki, özəlləşdirmənin həyata keçirilməsi üçün müvafiq orqana təqdim olunan və iş materiallarında olan AR DİN-in 14632 nömrəli arayışından görünür ki, müraciət edilən anda Cavabdeh başqa mübahisəli mənzildə qeydiyyatda olan heç bir şəxs yoxdur. AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tamamilə qanuni olaraq çıxarış vermişdir, heç bir hüquq pozuntusuna yol verməmişdir. İddiaçı uzun illərdir mübahisəli mənzildə yaşamadığından, onun həmin mənzilə pasport qeydiyyatı formal xarakter daşıyır. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh və vəkili Vəkil kasasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdirlər. İddiaçının vəkili İsmayılov Roman İsmayıl oğlu kassasiya şika yətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 232552 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə birlikdə yaşayan üç şəxs (Cavabdeh, X3 və İddiaçı) ünvan 4 ünvanında yaşayış sahəsi almaq hüququna malikdirlər. Cavabdeh xx.xx.1984-cü il tarixədək əri xxx, qızları xxx və İddiaçı ilə ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. İddiaçı hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olsa da iş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli etibarnamədən görünür ki, o, xxx ünvanında yaşayır. X4 xx xxxx 2014-cü ildə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxx 2018-ci il tarixli, **********37 nömrəli məktubunda göstərilir ki, xxx saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasında Mənzil X1 Azərbaycan Res publikasının Qanununun 5-ci maddəsinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mübahisəli mənzil özəlləşdirilməsi üçün müraciət edilən anda iddiaçının cavabdehlə birlikdə mübahisəli mənzildə faktiki yaşamaması özəlləşdirmə zamanı onun razılığının alınmaması üçün əsas ola bilməzdi. Çünki, mübahisəli mənzilə dair cavabdehin adına mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam olmamışdır. Mübahisəli mənzilə dair order iddiaçının atası, cavabdehin isə əri olmuş mərhum Telman İsmayılovun adına olmuşdur. Demək ki, mənzilin özəlləşdirilməsi anında iddiaçı ilə cavabdeh eyni statusda olmuş, özəlləşdirmə ilə bağlı birinin digərinə nisbətən üstün mənafeyi yaxud əlavə hüququ olmamışdır. Həmçinin apellyas iya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticələrə əsasən iddiaçının mənzilin özəlləşdirilməsi zamanı xxx müvəqqəti yaşaması bu prosesdən imtina etməsi kimi qiymətləndirilməməlidir. Çünki, işdən də görünür ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmuş, Azərbaycan vətəndaşlığından imtina etməmiş, Bakı şəhərini birdəfəlik tərk etməmişdir. Bunu cavabdeh olan anası da inkar etmir, yalnız mənzilin hər iki övladına qalmasını istədiyini, lakin iddiaçının mənzili bütövlükdə ona qalması istəyinin olduğunu bəyan edir. Bu hallar isə mübahisəli mənzilin özəlləşdirilməsi prosesindən cavabdehin iddiaçını məhrum etməsinə əsas vermirdi. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun, tərəflərin q arşılıqlı münasibətlərini əks etdirmədiyi, eləcə də maddi və prosessual hüquq normalarının tələbləri pozulduğu üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 357.1, 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd edilməlidir ki, hər bir apellyasiya şikayəti və ya protesti deyil, yalnız prosessual qanunvericilikdə nəzərdə tutulmu ş aşağıdakı tələblərə cavab verən şikayət və ya protest apellyasiya icraatının başlanılması üçün əsas ola bilər. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti yazılı formada birinci instansiya məhkəməsi vasitəsi ilə verilir (MPM-in 362-ci maddəsi). Apellyasiya şikayəti MPMin 361-ci maddəsində göstərilən tələblərə cavab verməlidir. MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilməməsi apellyasiya şikayətinin geri qaytarılmasına əsas verir (MPM-in 363-cü maddəsi). İşin 68-ci vərəqində olan xəbərnamədən görünür ki, Binəqədi Rayon Məhkəməsinin iş üzrə qətnaməsi xx.xx.2019-cu il tarixdə rəsmi qaydada iddiaçıya təqdim edilmiş, iddiaçı tərəfindən apellyasiya şikayəti isə xx.xx.2019-cu il tarixdə verilmiş, nə birinci, nə də apellyasiya instansiya məhkəməsi apellyasiy a şikayəti verilməsi üçün buraxılmış müddətin səbəblərini araşdırmamış, apelyasiya şikayətinin vaxtında veriib-verilməməsini müzakirə etməmişdir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir. İşin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasında Mənzil X1 Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə istinad edərkən iş materiallarına əsasən Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1984cü il tarixli, 232552 nömrəli orderi əsasında özəlləşdirilən mənzilin dövlət mənzil fonduna deyil, koopera tiv mənzil fonduna aid olduğuna diqqət yetirməmişdir. İşin bu halı xxxx saylı mənzilin qiyməti 10785 manat 67 qəpik olması, pulunun tam ödənilməsi və hal-hazırda heç bir borcunun olmaması barədə 140 nömrəli Mənzil-Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 133 nömrəli maliyyə arayışının təsdiq olunmuş surəti ilə də təsdiq edilir. Azərbaycan Respublikasında Mənzil X1 Azərbaycan Respublikasının Qanununu 2-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Buna görə də, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin mübahisəli mənzilin statusunu müəyyənləşdirmədən dövlət və ictimai mənzil fonduna aid olan mənzilləri n özəlləşdirilməsinə şamil edilən Azərbaycan Respublikasında Mənzil X1 Azərbaycan Respublikasının Qanununu 5-ci maddəsinin hazırki mübahisəyə tətbiq edilməsi qanuni və əsaslı sayıla bilməz. Həmçinin işin materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində saylı mənzilin Cavabdeh adına qeydiyyatdan keçməsinə əsas olan ilkin sənədlər qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 14632 nömrəli arayışı, 232552 nömrəli orderi və 140 nömrəli Mənzil-Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 133 nömrəli maliyyə arayışı əsas olmuşdur. Azərbaycan Respublikasında Mənzil X1 Azərbaycan Respublikasının Qanununu 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda m ənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad edərkən mənzilin özəlləşdirilməsi zamanı İddiaçı adının qeyd edilməməsinə dair Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli 14632 saylı arayışının məzmununa və iddiaçının tələb və şikayətlərində qeydiyyatı ilə bağlı şəxsiyyət vəsiqəsinin xx.xx.2018-ci il tarixdə ASAN 2 xidmətində dəyişdirilməsinə və Binəqədi rayon Polis İdarəsinin bu barədə xx xxxx 2018-ci il tarixli məktubunun məzm ununa istinad etməsi ilə bağlı araşdırma aparmamış və müəyyən edilən hallara hüquqi qiymət verməmişdir. Belə ki, işin materiallarında iddiaçının 2015-ci ildə mübahisəli mənzildə qeydiyyatda olmasını təsdiq edən məlumatlar yoxdur. Apellyasiya şikayətində iddiaçı daim Bakıya gəlibgetməsini, yaşadığı mənzilin vəziyyəti ilə maraqlanmasını hətta şəxsiyyət vəsiqəsini də Bakı şəhərində olduğu müddətdə yeniləməsini göstərsə də apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri üzrə araşdırma aparmamış, şəxsiyyət vəsiqəsinin 2018-ci ildən əvvəl hansı tarixlərdə dəyişdirilməsini, Bakı şəhərində olduğu müddətdə mübahisəli mənzildə həqiqətən də yaşayıbyaşamamasını, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli 14632 saylı arayışında tək Cavabdeh adının qeyd olunmasının səbəblərini aydınlaşdırmamışdır. Həmçinin də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən maddi hüquq normasında kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığının tələb edilməsinin göstərilməsi halında özəlləşməni həyata keçirən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tək Cavabdeh adının qeyd olunmasına dair Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli, 14632 saylı arayışına istinad etməklə qanun pozuntusuna yol verilməməsi faktının da mövcudluğuna qiymət verməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı m addəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaran an bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uy ğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəm ə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublik asının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-c i maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)10582/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-35/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-35/2020
08.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver