Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-350/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında Abşeron Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə X9 qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlun dan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh7 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4677/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2(103)5310/2014 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)4813/2014 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abşeron rayon 1 saylı notariat kontoruna qarşı Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2012-ci il tarixli 4Ə/2014 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında Abşeron Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və xx.xx.2020-ci il tarixdə iddianın dəqiqləşməsi ərizəsi təqdim edərək, adına Xərazisində Bakı-Quba şosesinin sağında 0,40 ha torpaq sahəsində olan yanacaq dol durma məntəqəsinin torpaq sahəsinin dövlət aktının dublikatının və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********110-12301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, mülkiyyətində olan qeyri-yaşayış sahəsi barəsində Abşeron rayon 01 saylı dövlət notariat kontorunda bağlanılmış xx xxxxxx 2012-ci il tarixli 4Ə/2014 nömrə ilə reyestrdə qeyd edilmiş alqısatqı müqaviləsinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanılan alqı-satqı müqaviləsinin, onların adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanılan alqı-qatqı müqaviləsinin, Cavabdeh7 adına verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının adına olan Xərazisində Bakı-Quba şosesinin sağında 0.40 ha torpaq sahəsində olan əmlak kompleksi kimi müəssisə kimi qeyd edilən, ******* saylı xx.xx.2012-ci il tarixli yanacaq doldurma məntəqəsinin dövlət reyestrindən çıxarışını Cavabdeh1 onun ona heç bir səlahiyyət vermədiyi halda əldə edib, ləğv edilmiş etibarnamə ilə alqısatqı müq aviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsi aşağıda göstərdiyi əsaslara görə etibarsız hesab edilməlidir. Birinci əsas odur ki, Xərazisində Bakı-Quba şossesinin sağında 0.40 ha torpaq sahəsində yanacaq doldurma məntəqəsinin inşa olunduğu torpaq sahəsinin dövlət aktı olmadan, (ona görə ki, həmin dövlət aktını X vermişdi) Xərazisində Bakı-Quba şossesinin sağında 0,40 ha torpaq sahəsində olan əmlak kompleksi kimi müəssisə kimi qeyd edilən, onun adına olan ******* saylı xx.xx.2012-ci il tarixli yanacaq doldurma məntəqəsinin dövlət reyestrindən çıxarışını Cavabdeh1 necə əldə etməsinin bilmək üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Abşeron Rayon şöbəsinə müraciət edib cavab aldı ki, həmin torpaq sahəsinə görə, Cavabdeh1 xx xxxx 2005-ci il tarixdə 8873 say ilə q eydə alınmış dövlət aktının dublikatını Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən hazırlanaraq şöbəyə təqdim olunduqdan sonra almışdır. Cavab məktubundan görünür ki, onun adına alınan dövlət reyestrindən çıxarış xx.xx.2012-ci il tarixdə qeyri-qanuni alınmışdır. Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsinə torpaq sahəsinin kadastrı təqdim edilməli və reyestrdən çıxarış alınmalı idi. Bir gün müddətində, təcili olaraq reyestrdən çıxarışın alınması, eləcə də torpaq aktının guya itməsi adı ilə səlahiyyəti olmayan şəxslərin polisə ərizə verib, torpaq aktının dublikatının alınmasının qeyri-qanuni olması açıq-aşkar göz qabağındadır. İkinci əsas odur ki, həmin yanacaq doldurma məntəqəsi özgəninkiləşdirilmədiyi üçün, onun adında olduğuna gö rə xx.xx.2012-ci il tarixdə Cavabdeh1 götürdüyü kreditə görə ipoteka ilə yüklü etmişdir. Buna baxmayaraq cavabdehlər xx.xx.2012-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********10-12301 qeydiyyat nömrəsi ********** olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı ilə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi barəsində, qeyriqanuni olaraq alqı-satqı müqaviləsi bağlamış və həmin müqavilə əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı almışlar. Üçüncü əsas odur ki, Cavabdeh1 verd iyi etibarnamənin əsli Cavabdeh1 olmamışdır. Etibarnamənin əsli olmadan bilinmir ki, Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanılmış 07avqust 2012-ci il tarixli 4Ə/2014 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi hansı etibarnamə ilə rəsmiləşdirilmişdir. Bu mübahisəli yanacaq doldurma məntəqəsinin digər cavabdehlərə satılan zaman, onların hər birinə xəbərdarlıq olunmuşdur ki, bu yanacaq doldurma məntəqəsi mübahisəlidir, qeyri-qanuni olaraq satılmışdır. Məhkəmələrdə mübahisə ilə əlaqədar işlər vardır. Bu göstərilənlərə baxmayaraq, cavabdehlər həmin yanacaq doldurma məntəqəsini alqı-satqı yolu ilə əldə etmiş və mübahisəli olduğu üçün yenidən başqa şəxsə satılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Günay Axundova) xx.xx.2020-ci il tarixli, 2(004)-583/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon 1 saylı notariat kontoruna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin yanında Abşeron Ərazi İdarəsi qarşı “xx xxxxxx 2012-ci il tarixli 4Ə/2014 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmiş, tərəflərə Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Günay Axundova) xx.xx.2020-ci il tarixli, 2(004)-583/2020 n ömrəli qətnaməsi ilə iddia tələbinin digər hissələri rədd edilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırlmışdır ki, hazırkı iddiada göstərilən əsaslar 2014-cü ildə eyni tərəflər arasında eyni alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən məhkəmə araşdırmasının predmeti olmuşdur. İddiaçı əvvəlki iddia ərizəsində bu əsasları konkret sadalamasa da, məhkəmə iclasında verdiyi izahat və qarşı tərəfə verdiyi suallar nəticəsində məhkəmə iclasında bu əsaslar araşdırılmışdır. Hətta, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsində yuxarıda tədqiq edilən dəlillərlə bağlı qeyd edilmişdir: “iddiaçının nümayəndəsinin istinad etdiyi digər dəlillər, yəni mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanılan zaman x x.xx.2009-cu il tarixli etibarnamənin və reyestrdən çıxarışın əsillərindən deyil, etibarnamənin notariat qaydasında təsdiq olunmuş surətindən və çıxarışın dublikatından istifadə edilməsi, həmin etibarnamənin və torpağa mülkiyyət hüququna dair dövlət aktının əsillərinin iddiaçıda olması barədə də əsaslı hesab edilə bilməz. Belə ki, bu hallar özü-özlüyündə etibarnamənin ləğv edilməsi barədə məlumatın cavabdehə verilməsini təsdiq etmir. Bundan başqa cavabdehlərin nümayəndəsi həmin dəlillərlə bağlı bildirdi ki, xx.xx.2009-cu il tarixli etibarnamə üç nüsxədə tərtib olunmuş və bir nüsxə iddiaçıya verilmiş, çıxarış isə itirilmiş və DƏDRX-yə müraciət edilərək onun dublikatı götürülmüşdür”. Məhkəmə hesab edir ki, iddiaçının 2014-cü ildə məhkəmə araşdırmasının predmeti olmuş hallara yenidən istinad etməklə eyni iddianı qaldırması yolverilməzdir. Çünki, bu cür yanaşma hüquqi müəyyənlik prinsipinə ziddir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.2, 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-583/2020 saylı qərardadından ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 2(103)-4677/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilm ədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaya baxılıb qətnamə çıxarılmalı olması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddia ərizəsində göstərilən əsaslar əvvəl baxılan iddiada yazılmamışdır. İndiki iddiada yazılan əsaslara görə Sumqayıt inzibati məhkəməsində daşınmaz əmlaka qarşı iddia qaldırıl mışdır. Həmin işi Sumqayit inzibati məhkəməsindən, Abşeron rayon məhkəməsinə göndərilmişdir və həmin mülki iş baxılmamış saxlanılmışdır, yəni nəticə verilməmişdir. Əvvəlki işə baxılan zaman etibarnamənin əsli və torpağın dövlət aktının əslinin X9də olub-olmaması sualı qarşı tərəfə ona görə verilmişdir ki, X9gil deyirdi ki, etibarnamənin ləğv edilməsindən xəbəri olmamışdır, elə isə etibarnamənin əsli və dövlət aktı hardadır? Fuad etibarnaməni X9ə verəndə dövlət aktının əslini və etibarnamənin əsli X9ə verilmişdir. İndi isə yoxdur, çünki, etibarnamə ləğv ediləndə X9in xəbəri olmuş və həmin dövlət aktının əslini və etibarnamənin əslini X9 X9ə vermişdir. Yasamal rayon məhkəməsində cavabdeh olan X9 iddianı qəbul etmiş, yəni etiraf etmişdir. Cavabdehin iddianı etiraf etməsi iddianın təmin olunma sı barədə qətnamə çıxarılması üçün əsasdır. Yəni məhkəmə bu barədə qətnamə qəbul etməli olduğu halda, yuxarıda göstərilən qərardadı qəbul etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Bahadur İslamov məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının vəkili X2 məhkəməyə teleqramla müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. X1 məhkəməyə xəstəliyini təsdiq edən heç bir sənəd göndərməmişdir. Cavabdeh7 vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən dig ər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayəti əsasında qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, qərardadın ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur. Məhkəmələrin müəyyən etdiyi kimi, iddiaçının eyni tərəflərə qarşı eyni əsaslarla qaldırdığı xx xxxxxx 2012-ci il tarixli 4Ə/2014 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinə 2014-cü ildə artıq baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Buna görə də, iddiaçının 2014-cü ildə məhkəmə araşdırmasının predmeti olmuş hallara yenidən istinad etməklə eyni iddianı qaldırması yolverilməzdir. Çünki, bu cür yanaşma hüquqi müəyyənlik prinsipinə ziddir. Azərbaycan Respublikası MPM-in 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və qərardadın ləğvi üçün əsas vermir. zərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4677/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən s