Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3501/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv edilməsi barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi və tələbin ipoteka pre dmetinə yönəldilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv edilməsi barədə ilkin və Cavabdeh1 İddiaçı qarşı 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A. Mahmudov, hakimlər E.Hüseynov və V.Məlikov) Zaqatala rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı aralarında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddia verərək, onunla Cavabdeh1 arasında bağlanmış 25 avqust 2016-cı il tarixdə kredit müqaviləsinin və 26 avqust 2016-cı il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması və Cavabdeh2 28 mart 2018-ci il tarixli icra qeydinin ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarılıqlı iddia verərək İddiaçı 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca hesablanmış 4500 ABŞ dollarının və 15.300 manat birdəfəlik faiz borcunun, o cümlədən, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb ona verilməsi, tutmanın İddiaçı məxsus olan və kredit müqaviləsinin təminatı olaraq, ipotekaya qoyulmuş Zaqatala rayon u, Bəhmətli kəndində yerləşən, xüsusi mülkiyyətdə olan 7.40 ha bağ sahəsinə yönəldilməsi, bağın açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə ona olan borcun ödənilməsi, bağın hərracdan ilkin satış qiymətinin 125.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən ona olan borcun ödənilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra X1 Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən xüsusi mülkiyyətdə olan 7.40 ha bağ sahəsini boşaldılması barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kass asiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı arasında 25 avqust 2016-cı il tarixdə imzalanmış Bakı şəhər 53 saylı Dövlət Notariat Kontorunda həmin gün reyestrdə 3M-1353 nömrə ilə qeydə alınmış kredit müqaviləsinə əsasən borc verən Cavabdeh1 31.12.2016-cı il tarixədək qaytarmaq şərti ilə borc alan İddiaçı 25000 (iyirmi beş min) ABŞ dollarıvə 85000 (səksən beş min) manat borc pul vermişdir. Kredit müqaviləsinin 3.1-ci bəndində göstərilir ki, kreditdən istifadəsinə görə borc alan borc verənə birdəfəlik 18 % dərəcəsi ilə faiz ödəməlidir. Həmin kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən faiz borcun qaytarılınası ilə bir vaxtda ödənilməlidir. İpoteka qoyan İddiaçı ilə ipoteka saxlayan Cavabdeh1 arasında bağlanmış 26.08.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2016-cı il tarixli kredit müqaviləsinə müvafiq olaraq, Cavabdeh1 İddiaçı 31 dekabr 2016-cı il tarixədək 25000 (iyirmi beş min) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində verilmiş kredit üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka verən İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,40 ha bağ sahəsini ipoteka saxlayana ipotekaya verir. Cavabdeh2 28.03.2018-ci il tarixli 7E-4362 nömrəli reyestrdə qeydə alınmış icra qeydindən görünür ki, ipoteka saxlayan Cavabdeh1 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Zaqatala rayonu Bəhmətli kəndində yer ləşən 7,40 ha torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməlidir. Zaqatala Rayon İcravə Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu X “İcraata başlamaq haqqında” 29.03.2018-ci il tarixli 70180 nömrəli qərarından görünürki, Cavabdeh2 28 mart 2018-ci İl tarixli icra qeydi üzrə icraata başlanılmış və borclu İddiaçı icra sənədini 10 gün müddətinə könüllü icrası üçün bildirişin verilməsi qərara alınmışdır. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında 25 avqust 2016-cı il tarixdə kredit müqaviləsi və 26 avqust 2016-cı il tarixdə ipoteka müqaviləsi bağlananda notariusda onlara hüquq və vəzifələri, izah edilmiş, hər iki tərəf sərbəst olaraq hüquqi mövqeyini müəyyən etmiş və hər iki müqavilə notariat kontorunda təsdiq edilmişdir. Ona görə də həmin müqavilə lərin uydurma əqd olması qənatinə gəlinməsi mümkün deyildir. Qarşılıqlı iddia ərizəsinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mübahisə ilə bağlı Cavabdeh2 notariusunun 28.03.2018-ci il tarixli, 7E-4362 nömrəli reyestrdə qeydə alınmış icra qeydi olduğuna və bununla bağlı icra hərəkətləri davam etdirildiyinə görə tərəflər arasında təxminən eyni məzmunlu tələbə yenidən məhkəmədə baxıla bilməz. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hall arda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1). Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərt ləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Həmin Məcəllənin 339.3. maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələnd irilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3. maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipotek a müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (İHQ 10.2- ci maddəsi). Beləliklə də yuxarıda sadalanan normalardan da göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, xaraktercə şəxsə təsir göstərə bilən və on un şəxsən özünə və digər ailə üzvlərinə, onların əmlaklarına real xətər yetirən zorakılıq hərəkətləri və onlara real təhlükə yarada biləcək hədələr məcburetmə və ya aldatma üsulları sayılırlar. Bunlardan birinin tədbiq edilməsi ilə bağlanılmış əqd mübahisə edilə bilər. Mübahisə predmeti olan müqavilələrin hədə-qorxu, aldatma, görünüş nəticəsində, yəni real təhlükə yarada biləcək hədələrlə bağlanması sübut olunmur. Əksinə qeyd olunan müqavilələrin tərəflərin könüllü iradəsi əsasında bağlanması iş materialları ilə təsdiq olunur. Təqdim olunmuş səndələrdən müəyyən edilidi ki, İddiaçı ilə Cavabdeh1 şəxsi və etimadlı münasibətlərindən istifadə edərək öz razılıqları və şəxsi iradə ifadələri əsasında qeyd olunan müqavilələri bağlamışlar. Müqavilələr rəsmiləşdirilən zaman tərəflər, o cümlədən də İ ddiaçı müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrinə uyğun hərəkət etmişlər. Bundan əlavə müəyyən edilmişdir ki, tərəflərin hər ikisi, o cümlədən də N. Abdurahmanova aparmış olduqları bütün əməliyyatların hüquqi nəticəsini və gələcəkdə doğura biləcək risk dairəsini əvvəlcədən bilirdilər. Hazırkı işin hallarından sözügedən borc və ipoteka müqaviləsinin hüquqi nəticələ r yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanması halı müəyyən edilmədiyinə görə sözügedən müqavilələrin uydurma əqd olması barədə göstərilənlər əsassızdır. Həmçinin hazırkı işin hallarından sözügedən müqavilələrin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması halı müəyyən edilmədiyinə görə məhkəmə borc müqaviləsinin yalan əqd olması barədə göstərilənləri də əsassız hesab edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu mad dələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3501/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3501/2019
17.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver