Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3502/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6, X7 və X3 İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3502/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, məhkəmə hökmünün preyudisiyası ) Bakı şəhəri, 23 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X16 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı X11, Cavabdeh Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-48/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 23 avqust 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X11 ilə Cavabdeh2 Mənzil-Tikinti Kooperativi arasında 24 oktyabr 2005-ci ildə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilini almışdır.
2. Eyni zamanda qeyd edilən mənzilin Cavabdeh1 satılması barədə Cavabdeh2 ilə Cavabdeh1 arasında da 15 noyabr 2013-cü il tarixli müqavilə bağlanmışdır.
3. X11 ilə Cavabdeh1 arasında mübah isə həmin mənzillə bağlıdır. a) İ iş üzrə birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X11 Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh1, X6, X7 və X1 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 24 oktyabr 2005ci il tarixli alqı-satqı müqaviləsi bağlam ışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MənzilTikinti Kooperativinə üzv qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yeni Yasamal massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və giriş binasının 1- ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 103,83 kv.metr olan 3 otaqlı 28 saylı mənzili dəyərini ödəməklə almışdır.
6. Mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsini təsdiqləyən arayış mövcuddur. İddiaçı mənzil hazır olandan sonra dəfələrlə mənzilə baxmış keçirmiş, lakin xəstəliyi və maddi imkansızlığından mənzili təmir edə bilməmişdir.
7. Bir müddət əvvəl iddiaçı Bakı şəhərinə gələrkən evə baxmağa getmiş və orada Cavabdeh1 və sonuncunun ailə üzvlərinin yaşadığını görmüşdür.
8. Həmin şəxslərin iddiaçıya mənzili aldıqlarını demişlər.
9. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativi arasında iddiaçıya məxsus mənzilin Cavabdeh1 satılmasına dair 15 noyabr 2013-cü il tarixli müqavilə bağlanmış və Cavabdeh1 MTK-nın üzvlüyünə qəbul edilməsi barədə Cavabdeh2 Mənzil-Tikinti Kooprativinin üzvlərinin ümumi iclasının 15 noyabr 2013-cü il tarixli Protokolu tərtib olunmuşdur.
10. Bunun nəticəsində Cavabdeh1 və ailə üzvləri iddiaçıya məxsus əmlaka qeyriqanuni sahiblik etməyə başlamışdır.
11. Mübahisəli mənzilə dair iddiaçı ilə Cavabdeh2 arasında 24 oktyabr 2005-ci il tarixdə müqavilə bağlandığı halda Cavabdeh2 həmin müqavilə ləğv və ya etibarsız sayılmadan təkrarən həmin mübahisəli mənzilə dair Cavabdeh1 ilə 15 noyabr 2013-cü il tarixdə yeni müqavilə bağlamışdır. Belə olan halda cavabdehlər arasında bağlanmış həmin müqavilə özü-özlüyündə e tibarsız əqddir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etmişdir.
13. Cavabdeh1 iddiaya etiraz edib. Etirazın dəlilləri: - Cavabdeh2-nın Bakı şəhəri, Yeni Yasamal massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, 3 otaqlı, 28 saylı mənzili MTK ilə bağladığı 15 noyabr 2013-cü il tarixli müqavilə əsasında cavabdeh almış və mənzili aldıqdan sonra orada yaşaya-yaşaya onu təmir etdirmişdir; - yaşadıqları bu illər ərzində mənzillə bağlı hər hansı mübahisə olmayıb. Lakin 2017-ci ilin avqust ayında MTK-nın komendantı cavabdehin mənzilinə gələrək, həmin mənzilin başqa şəxsə satıldığını və həmin şəxsin bu mənzillə bağlı iddialarının olduğunu bildirmişdir; - iddiaçı uzun illərdir Rusiya Federasiyasında o lduğunu bəhanə gətirərək, mübahisə predmeti olan mənzilin ona məxsus olduğunu vurğulamışdır. Halbuki cavabdeh ailə üzvləri ilə 2013-cü ildən sözügedən mənzildə yaşasa da, iddiaçı bir dəfə də mənzilə gəlməmişdir.
14. Cavabdehlər X7 (eyni zamanda cavabdeh X2 nümayəndəsi) və X8 da eyni məzmunda iddiaya etiraz ediblər.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 103,83 kv.metr olan, 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehlər Cavab deh1, X6, X7 və X1 həmin mənzildən çıxarılmaları qət edilmişdir. (Fuad Babayev).
16. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara əsasən müəyyən etmişdir ki, 24 oktyabr 2005-ci il tarixdə İddiaçı Cavabdeh2-nın tam payçısı olmaqla, pay haqqını tam şəkildə ödəməklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivində 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 103,83 kv.metr olan 3 otaqlı 28 saylı mənzili MTK-dan almışdır. Daha sonra İddiaçı razılığı olmadan mənzil 15 noyabr 2013-cü il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, 15 noyabr 2013-cü il tarixli müqavilə bağlanarkən, yəni hələ 24 oktyabr 2005-ci il tarixdə İddiaçı satılmış mənzi l barəsində Cavabdeh2 tərəfindən sərəncam verilərkən 15 noyabr 2013-cü il tarixli müqavilənin tərəfləri mənzilin sahibi olan İddiaçı iradə ifadəsinə uyğun hərəkət etməməklə mülki qanunvericilikdə təsbit olunmuş mülkiyyət hüquqları ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməmişlər.
18. Məhkəmə MTK-nın İddiaçı məxsus mənzil üzərində sonuncunun iradəsinə zidd olaraq sərəncam verməsi ilə bağlı hərəkətlərini iddiaçının həmin mənzilə dair istifadə və sahiblik hüquqlarını pozan, maneə yaradan qanuna zidd hərəkətlər hesab edərək, belə qənaətə gəlib ki, mənzilin üzərində iddiaçının istifadə və sahiblik hüquqları tanınmaqla, maneələr yaradan hərəkətlər aradan qaldırılmalı, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməli və cavabdehlər mənzi ldən çıxarılmalıdır.
19. Məhkəmə mövqeyini Mülki Məcəllənin 164.2, 178.8, 337.1-ci, Mənzil Məcəlləsinin 112.1, 113.3-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır. b) İ iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər.
21. Apellyasiya şikayətinin dəlilləri: - iş materiallarında olan hökmdən görünür ki, Cavabdeh2 bir mənzili bir neçə nəfərə satmış, borc pul müqabilində digər şəxslərə məxsus mənzilləri girov qoymuş (borc pul verən şəxsin adına mənzili rəsmiləşdirmiş), arxa tarixlə müqavilələr bağlanmışdır. İddiaçının neçə illər ərzində iddia etdiyi mənzillə maraqlanmaması (halbuki, Cavabdeh2nın sədrinin qanunsuz əməlləri barədə bütün KİV geniş məlumatlar vermişlər) əsaslı şübhələr yaratmışdır; - həqiqətə nail olmaq üçün Cavabdeh1 vəkili tərəfindən Cavabdeh2-nın keçmiş sədrinin şahid qismində dindirilməsi və iddiaçı ilə bağlanmış müqavilənin bağlandığı tarixə uyğun olub-olmamasını müəyyən etmək üçün ekspertizanın təyin edilməsi barədə vəsatətlər verilmiş, lakin bu vəsatətlər birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. c) İİ iş üzrə birinci instansiya məhkəməsində icraat
22. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Y asamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112 kv.m olan 3 otaqlı 28 saylı mənzilinə dair 24 oktyabr 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Dağlar" MTK arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli müqaviləyə əsasən iddiaçı MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112 kv.m. olan 3 otaqlı 28 saylı mənzilini 50000 manat ödəməklə almışdır.
24. Mənzili alandan sonra iddiaçı mənzili təmir etdirmiş (təxminən 48000 manat xərc çəkilib) və ailəsi ilə b irlikdə oraya köçmüşdür. Bir müddət əvvəl cavabdeh İddiaçı peyda olaraq yuxarıda qeyd olunan mənzili hələ 2005-ci il tarixdə aldığını bildirmiş və mənzili tərk etməyi tələb etmişdir.
25. İddiaçı ailəsilə 4 ilə yaxındır ki, həmin mənzildə yaşayırlar. Cavabdeh həmin müddət ərzində bir dəfə də mənzilə gəlməmiş, heç bir qonşu cavabdehi görməmişdir. MTK-nın nümayəndəsi də cavabdehi tanımır. Binanın qeydiyyat jurnalında mənzil sahibi kimi cavabdehin adı yoxdur.
26. Qeyri-rəsmi məlumata görə MTK-nın rəhbərliyi saxtakarlıq edərək arxa tarixlə İddiaçı ilə uydurma müqavilə bağlamışdır.
27. Cavabdehlər İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2005-ci il tarixli müqavilə uydurma əqddir, yalnız görünüş üçün bağlanmışdır.
28. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili iddiaya etirazını belə izah edib ki, hətta müqavilə bağlanan vaxt cavabdeh burada olmayıbsa, yenə də müqavilə etibarsız sayıla bilməz. Ola bilər ki, tarix bir vaxt yazılıb, sonra cavabdeh gəlib imzalayıb, tarix də əvvəlki kimi qalıb. Mülkiyyətçinin öz əmlakından istifadə etməməsi onun hüquqlarının pozulmasına əsas ola bilməz.
29. İddiaçı Cavabdeh1 nümayəndəsinin vəsatəti ilə birinci instansiya məhkəməsi 16 mart 2018-ci il tarixli qərardadla sənədlərin texniki ekspertizasını təyin etmiş, ekspert qarşısında İddiaçıla Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2005-ci il tarixli müqavilənin tərtib edilmə tarixinin müəyyən edilmişi barədə suallar qoyulmuşdur.
30. Məhkəmə Ekspertizası Mərkəzinin 25.08.2018-ci il tarixli 11539/12072 saylı ekspert rəyinə əsasən 24 oktyabr 2005-ci il tarixli 27 nömrəli müqavilənin mətni elektro fotoqrafik çap qurğuda (lazer printer, surətçıxaran və s.) hazırlanmışdır, müqavilədə olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Ekspertin istifadəsində hal-hazırda etibarlı və bir mənalı qəbul olunmuş metodika olmadığına görə müqavilənin icra müddətini müəyyən etmək mümkün olmamışdır.
31. Apellyasiya instansiyası Cavabdeh2-nın direktoru olmuş (cəza çəkmə müəssisəsində cəza çəkən) X9 şahid qismində dindirmişdir.
32. X4 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Cavabdeh1 makler, İddiaçı isə onun qohumu vasitəsilə tanımışdır. Bina tikilməyə təzə başlayan vaxt, 2005-ci ildə evi cavabdeh İddiaçı satmışdır. Xamisin evin pulundan borcu qalmışdı, belə ki, mənzilin ölçüsündə fərq var idi. Bununla bağlı Xamisə bildiriş də göndərmişdir. Uzun müddət Xamisdən xəbər olmamışdır. Xamis sonradan mənzilin dətəyərinin fərqini də ödəyib, mənzilə borcu qalmamışdır. Tanışı Xamisin mənzilini satmaq istədiyini deyəndən sonra mənzili Yeganəyə satmışdır. Xamis gəlmədiyinə görə pulu Xamisə verə bilməmişdir.
33. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1158/2018 saylı 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilməmişdir. (hakim Aytən Mirzəzadə)
34. Birinci instansiya məhkəməsi işin mübahisə edilməyən halları kimi müəyyən edib ki, 15.11.2013-cü il tarixdə iddiaçı Cavabdeh1 ilə cavabdeh “Dağlar" MTK arasında Bakı şəhəri, Yeni Yasamal massivində MTK-nın inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci unda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112 kv.metr olan, 3 otaqlı, 28 saylı mənzilin alqı-satqısına dair müqavilə imz alanmışdır. Müqavilədə mənzilin dəyəri 56000 manat razılaşdırılmışdır. Mənzilin dəyərinin tam ödənilməsinə dair Cavabdeh2 tərəfindən 31.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Eyni zamanda Cavabdeh2 ilə İddiaçı arasında eyni mənzilə dair 24 oktyabr 2005-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı Cavabdeh1 (və onun ailə üzvlərinə) və Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə qarşı iddia qaldıraraq mübahisəli mənzilə dair 15.11.2013-cü il müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 və onun ailə üzvlərinin mənzildən çıxarılmasını tələb etmişdir. Yasamal Rayon Məhkəməsinin 22.11,2017-ci il tarixli 2(004)-8867/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsindəki icraat hazırki işlə əlaqədar dayandırılmışdır.
35. Birin ci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı Cavabdeh1 24 oktyabr 2005ci il tarixli müqavilənin etibarsızlığını tələb edərək, həmin müqavilənin uydurma əqd olduğunu, yalnız görünüş üçün bağlandığını, arxa tarixə tərtib olunduğunu iddia etsə də, mübahisələndirilən müqavilənin digər tərəfi – “Dağlar" MTK-nın adından imzalamış şəxs həmin müqavilənin etibarsızlığına dəlalət edə biləcək heç bir məlumat verməmişdir. Cavabdehlər İddiaçı ilə “Dağlar" MTK arasında bağlanmış 24 oktyabr 2005-ci il tarixli 27 nömrəli müqavilənin etibarsızlığına əsas ola biləcək hər hansı hal müəyyən edilməmiş, iddiaçının iddia ərizəsində göstərdiyi hallar (onun uydurma əqd olması, arxa tarixə tərtib olunması) öz təsdiqini tapmamışdır. d) İİ iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
35. İddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayətində iddiaçı apellyaisya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-933/2020 saylı 26.02.2020-ci tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki icraat
38. Hər iki işdən apellyasiya şikayətlərinə apellyasiya instansiyası məhkəməsində baxıldığı müddətdə müəyyən edilir ki, Cavabdeh1 şikayəti əsasında Cavabdeh2-nın sədri olmuş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313cü maddələri ilə ittiham verilmiş, Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmü ilə X12 Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinirək, Ş.Əliyevə qəti olaraq 02 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən X12 barəsində həmin Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir.
39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-48/2020 nömrəli,26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı iş üzrə 22 noyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və digər cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunmuş, Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə münasibətdə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli müqavilə etibarsız hesab olun muş, qətnamə qalan hissədə –cavabdehlər Cavabdeh1, X6, X7 və X1 həmin mənzildən çıxarılması hissədə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1158/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən, məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev)
40. Apellyasiya instansiyası məhkəməsi tədqiq olunan sübutlarla müəyyən etmişdir ki, 24 oktyabr 2005-ci il tarixdə İddiaçı Cavabdeh2-nın payçısı olmaqla, pay haqqını tam şəkildə ödəməklə, MTK-nın inşa Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşə n, ümumi sahəsi 103,83 kv.metr, 3 otaqlı, 28 saylı mənzili almışdır. Daha sonra, 15 noyabr 2013-cü il tarixdə həmin mənzil MTK tərəfindən İddiaçı razılığı alınmadan Cavabdeh1 satılmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiası üzrə (İ iş) belə qənaətə gəlib ki, 15 noyabr 2013-cü il tarixli müqavilə bağlanarkən, yəni hələ 24 oktyabr 2005-ci il tarixdə İddiaçı satılmış mənzil barəsində Cavabdeh2 tərəfindən sərəncam verilərkən 15 noyabr 2013-cü il tarixli müqavilənin tərəfləri mənzilin sahibi olan İddiaçı iradə ifadəsinə uyğun hərəkət etməməklə mülki qanunvericiliyində təsbit olunmuş mülkiyyət hüquqları ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməmişlər.
42. Apellyasiya instansiyası MTK-nin İddiaçı məxsus mənzil üzərində sonuncunun iradəsinə zidd olaraq sərəncam verməsi ilə b ağlı hərəkətlərini iddiaçının həmin mənzilə dair istifadə və sahiblik hüquqlarını pozan, maneələr yaradan, qanuna zidd hərəkətlər kimi qiymətləndirərək, hesab edib ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 103,83 kv.metr, 3 otaqlı, 28 saylı mənzilin üzərində iddiaçının istifadə və sahiblik hüquqları tanınmaqla, maneələr yaradan hərəkətlər aradan qaldırılmalıdır.
43. Bununla belə apellyasiya instansiyası İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə və cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbini qismən əsaslı hesab edib.
44. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il ta rixli hökmünə əsasən X12 Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialında 12.07.2004-cü il tarixdə qeydiyyata alınmış (VÖEN №**********) Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin 03.06.2004-cü il tarixdən sədri vəzifəsində işləyərkən Kooperativin 08.06.2004-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Kooperativin idarə edilməsi, onun təmsil edilməsi və fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsə verilməsinin rəsmiləşdirilməsi, Kooperativin əmlakına sərəncam verilməsi, işçilərin işə təyin, işdən azad edilməsi və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirmək məqsədilə həmin Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal İİ yaşayış massivində 2004- cü ildən inşasına başlanılmış 1 girişli 16 mərtəbəli binada 103,83 m2 sahəsi olan 28 №-li mənzili 24.10.2005-ci il tarixdə Azərbaycan manatının köhnə məzənnəsi ilə 138.460.000 manat, hazırki manat ekvivalenti ilə 27.860 manata İddiaçı satmasına və bununla əlaqədar aralarında eyni tarixli 27 saylı müqavilə bağlanmaqla həmin tarixli 23 nömrəli maliyyə arayışı və 28.10.2006-cı il tarixli 353 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən, mənzilin dəyəri ni ondan 28.10.2006-cı il tarixədək tam həcmdə almasına baxmayaraq, 2013-cü ilin oktyabr ayında ona mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Cavabdeh1 qeyd edilən binada yerləşən 28 №-li mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, mənzili ona 50.000 manat müqabilində sata biləcəyini vəd edərək, 15.11.2013-cü il tarixdə Kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində (hazırkı ünvan 1 ünvanında) yerləşən ofisində Cavabdeh1 ilkin ödəniş qismində 30.000 manat məbləğində pulu alıb vəzifəli şəxs kimi mənzilin Cavabdeh1 satılması barədə məzmununa tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənəd olan 15.11.2013-cü il tarixli 76 nömrəli mənzil alqı-satqı müqaviləsini tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdi q edib ona təqdim edərək, 24.01.2014-cü il tarixədək isə hissə-hissə sonuncudan mənzilin dəyərinin qalan məbləği olan 20.000 manatı Kooperativin həmin ünvanda yerləşən ofisində şəxsən alıb, tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənəd olan tam ödəniş haqqında 24.01.2014-cü il tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edib Cavabdeh1 verərək vahid niyyətlə vəzifə saxtakarlığı etməklə Cavabdeh1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə 50.000 (əlli min) manat məbləğində əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona xeyli miqdarda ziyan vurub dələduzluq etmiş, həmin mənzili Cavabdeh1 təqdim edib sonuncunun mənzildə yaşamasına şərait yaratmaqla mənzilin ilkin alıcısı İddiaçı öz əmlakından sərbəst şəkildə istifadə ilə bağ lı hüquqlarını pozub hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadən qeyd edib ki, X12 Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin sədri vəzifəsində işləyərkən Cavabdeh1 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənəd olan 15.11.2013-cü il tarixli 76 nömrəli mənzil alqı-satqı müqaviləsini və tam ödəniş haqqında 24.01.2014-cü il tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edib Cavabdeh1 verərək vahid niyyətlə vəzifə saxtakarlığı etməklə Cavabdeh1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə 50000 (əlli min) manat məbləğində əmlakını qulluq mövqeyindən istifadə etmək lə ələ keçirib ona xeyli miqdarda ziyan vurub dələduzluq etməsi, həmin mənzili Cavabdeh1 təqdim edib sonuncunun mənzildə yaşamasına şərait yaratmaqla mənzilin ilkin alıcısı İddiaçı öz əmlakından sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarını pozub. Belə onla halda İddiaçı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət qalmamışdır.
46. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8867/2017 saylı iş üzrə 22 noyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlərin verdikləri apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə Cavabdeh2-nın Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbədə y erləşən ümumi sahəsi 108,83 kv.m olan 3 otaqlı, 28 saylı mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi hissəsində ləğv olunmalı və həmin hissədə iddia qismən təmin olunmalı, yəni mübahisəli mənzilə münasibətdə müqavilə etibarsız hesab olunmalı, qətnamə qalan hissədə, yəni cavabdehlər Cavabdeh1, X6, X7 və X1 həmin mənzildən çıxarılmaları hissədə dəyişdirilmədən saxlanmalıdır.
47. Apellyasiya instansiyası məhkəməsinin İddiaçı iddiası üzrə gəldiyi nəticəyə əsaslanaraq hesab edib ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2-ya və İddiaçı qarşı 24 oktyabr 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur.
48. Apellyasiya instansiyası əlavə olaraq Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları ə) Kassasiya şikayətinin dəlilləri
49. İddiaçı (cavabdeh) Cavabdeh1 (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, İddiaçı iddiasının rədd, öz iddiasının təmin edilməsi barədə qərar qərar çıxarılmasını xahiş etmişdir.
50. Kassasiya şikayəti apellyasiya şikayətlərinə uyğun əsaslandırılmış, şikayətdə Cavabdeh2-nın sədrinin dindirilməsi barədə vəsatətin təmin edilməməsinə istinad edilmişdir. f) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. g) Məhkəmə icraatı iştirakçılarının izahatları
52. Məhkəmə kollegiyasının ic lasında iştirak edən iddiaçı (cavabdeh) Cavabdeh1 və Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.
53. İddiaçı (cavabdeh) X11 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqın ı tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mənzil Məcəlləsinin Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
58. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
59. İddiaçı iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavab deh2 MTK arasındakı müqavilənin etibarsız hesab edilməsi, mənzildə yaşayan cavabdehlərin mənzildən çıxarılması barədədir. İddiaçı iddiasının faktiki əsası kimi ona istinad edib ki, eyni mənzilə dair müqavilə onunla daha əvvəl bağlanmışdır.
60. Cavabdeh1 da iddiası cavabdehlər İddiaçı və Cavabdeh2 MTK arasındakı müqavilənin etibarsız hesab edilməsi barədədir. İddiaçı Y.Qasımova iddiasının faktiki əsası kimi ona istinad edib edib ki, İddiaçıla bağlanan müqavilə arxa tarixə sonradan tərtib edildiyi üçün uydurma əqddir.
61. İşə mahiyyəti üzrə baxan məhkəmələr İddiaçı iddiası üzrə müəyyən ediblər ki, 24 oktyabr 2005-ci il tarixdə İddiaçı Cavabdeh2-nın tam payçısı olmaqla, pay haqqını tam şəkildə ödəməklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivində inşa etdiyi 16 mərtəbəli yaşayış bi nasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 103,83 kv.metr olan 3 otaqlı 28 saylı mənzili MTK-dan almışdır. Daha sonra mənzil 15 noyabr 2013-cü il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı razılığı olmadan Cavabdeh1 satılmışdır.
62. Cavabdeh1 iddiası üzrə isə işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarət olub ki, iddiaçı (cavabdeh) Y.Qasımova iddia tələblərində müqavilənin etibarsızlığını sözügedən müqavilənin keçmiş tarixə imzalanması ilə əsaslandırsa da, tələbin əsası kimi istinad istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Əksinə müəyyən edilmişdir ki, mübahisələndirilən müqavilənin digər tərəfi – “Dağlar" MTK-nın adından imzalamış şəxs həmin müqavilənin etibarsızlığına dəlalət edə biləcək heç bir məlumat verməmişdir. Cavabdehlər İddiaçı ilə “Dağlar " MTK arasında bağlanmış 24 oktyabr 2005-ci il tarixli 27 nömrəli müqavilənin etibarsızlığına əsas ola biləcək hər hansı hal aşkar edilməmişdir.
63. Göründüyü kimi, apellyasiya instansiyası hər iki iddia üzrə işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki qeyd edilən maddələrin dispozisiya şərtləri İddiaçı iddiasının təmin, Y.Qasımovanının iddiasının isə rədd edilməsinə əsas vermişdir.
64. Həmçinin iş üzrə gəlinən nəticə apellyasiya məhkəməsinin istinad etdiyi qanunu qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş hallara da uyğun olmuşdur.
65. Məhkəmə kollegiyası hər iki iddia tələbi üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 40-47-ci bəndlərində əks olunan mövqeyini əsaslı və qanuni sayır. Buna görə həmin bəndlərdə əks olunanlardan savayı, hər hansı başqa şərhə zərurət görmür.
66. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.
67. Məhkəmə kollegiyası Cavabdeh2-nın sədrinin dindirilməsi barədə vəsatətin təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlil iş materialları ilə təkzib edilir. Belə ki, Cavabdeh2-nın sədri olmuş şəxsin məhkəmədə şahid qismində dindirilməsi təmin edilib.
68. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsasızdır.
69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı dır.
70. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(103)48/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.